Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dadaizm
Dadaizm (fr. dadisme; dada – mənasız ahəngdarlıq) – Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər. T.Tsara, R.Gülzenbek, Q.Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J.Qross və C.Hartfild bu qəbildən olan dadaistlərdən idilər.
Cedaizm
Cedaizm (ing. Jedi census phenomenon) — qeyri-ənənəvi inanclardan biri. "Ulduz müharibələri" filminin rejissoru Corc Lukas yəqin ki, onun filmi əsasında yeni bir dinin yaranacağını və həmin dinin ardıcıllarının hansısa ilahi gücün varlığına inanacağını ağlına belə gətirmirdi. Mütəxəssislər haqlı olaraq cedaizmin dindən daha çox, submədəniyyət anlayışına uyğun gəldiyini bildirirlər. Belə ki, onun ardıcılları öz icmalarını yaratmayıblar, heç bir dini binası, ayin və ibadətləri yoxdur. Bilindiyi kimi, filmin müsbət qəhrəmanları hansısa gizli gücə malik, onları qüdrətli döyüşçülərə çevirən "Ceday" ordeni cəngavərləridir. Onlar özləri kimi qüdrətli, qara gücə sahib "sithlər" ilə mübarizə aparırlar. İşıqlı qılınclarla silahlanmış xeyir və şər təmsilçiləri çox uzaq qalaktikada nüfuz əldə etmək uğrunda döyüşürlər. "Ulduz müharibələri" mifologiyasına görə, həmin gizli güc kainatı bir-birinə bəndləyir və bütün maddi varlıqların içindən keçir. Yeni dinin tərəfdarları başlanğıcda güclü təbliğat işlərinə girişdilər.
Daosizm
Daosizm — milli dindir. Daosizm (Çin 道教 — dàojiào) din və fəlsəfə elementlərini özündə birləşdirən Çin ənənəvi təlimi olan Tao və ya "şeylərin yolu" doktrinasıdır Dini və fəlsəfəni birləşdirən "San tzyao" adlanan üç ənənəvi Çin təlimlərindən biridir. Lüğətdə "Dao" "yol" deməkdir. Termin kimi "Dao-tzyao" "yol haqqında təlim" və ya Tien Tao "Səmanın yolu" səfi təlim kimi hələ e.ə. IX əsrlərdə Sarı İmperator Xuan-di tərəfindən yaradılmışdı. İlkin mənbəyi ibtidai sehrə və şamanizmə gedib çıxır. Din kimi e.ə. II əsrdən etibarən yaranmağa başlasa da, Daos dini sistemi isə artıq III–IV əsrlərdə formalaşdı. Dinin əsasında Çju imperiyasının şaman kultu, ölümsüzlük ideyası, mistik mərasimlər və fəlsəfə ənənəsi durmuşdu. Daoizm harmoniyaya çatmağın təlimi əsasında yaradılmış dindir.
Dudeizm
Dudeizm — internetdə yayılmış din. "Böyük Lebovski" filminin baş qəhrəmanı, 1998-ci ildə Koenin qardaşları tərəfindən çəkilmiş, əsas təlimləri fəlsəfəyə və "Oğlanın" uydurulmuş personajının həyat prinsiplərinə uyğundur. Dinin banisi — Tay əsilli Los-Ancelesli jurnalist Oliver Bencamindir.
Lamaizm
Tibet buddizmi və ya Lamaizm — əsasən Çin Xalq Respublikasında, Monqolustan, qismən Hindistan, Nepal və Butanda, az sayda isə dünyanın bir çox ölkələrində ardıcıllları olan dini təlim, buddizmin qolu.
İudaizm
İudaizm (q.yun. Ἰουδαϊσμός), yaxud musəvilik və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış monoteist ibrahimi din. == Ümumi məlumat == İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam; ölülərin diriləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad; ruhun varlığına və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarıdır. Müqəddəs kitabları Tanah və Talmuddur. Musa peyğəmbərin adıyla bağlı olaraq bu dinə "Musəvilik" də deyilir. Yəhudilər demək olar ki, dünyanın hər yerinə yayılıblar. Dünyanın əksər ölkərində yəhudilər yaşayır.
Mazdaizm
Mazdaizm — e.ə. I minilliyin ilk əsrlərindən başlayaraq Qərbi İranda, Əfqanıstanda, Orta Asiyada yaranmış dinlərin geniş yayılmış adı. Ulu tanrı Ahura Mazdanın adından yaranmışdır. Bu dinlərə zərdüştilik, manixeizm və zurvanizm kimi dinlər aiddir. Mazdaizmin bir çox elementi zərdüştilik tərəfindən mənimsənilmiş və ənənəvi olaraq Zərdüşt tərəfindən Avesta vasitəsilə təbliğ edilmişdir.
Daoizm
Daosizm — milli dindir. Daosizm (Çin 道教 — dàojiào) din və fəlsəfə elementlərini özündə birləşdirən Çin ənənəvi təlimi olan Tao və ya "şeylərin yolu" doktrinasıdır Dini və fəlsəfəni birləşdirən "San tzyao" adlanan üç ənənəvi Çin təlimlərindən biridir. Lüğətdə "Dao" "yol" deməkdir. Termin kimi "Dao-tzyao" "yol haqqında təlim" və ya Tien Tao "Səmanın yolu" səfi təlim kimi hələ e.ə. IX əsrlərdə Sarı İmperator Xuan-di tərəfindən yaradılmışdı. İlkin mənbəyi ibtidai sehrə və şamanizmə gedib çıxır. Din kimi e.ə. II əsrdən etibarən yaranmağa başlasa da, Daos dini sistemi isə artıq III–IV əsrlərdə formalaşdı. Dinin əsasında Çju imperiyasının şaman kultu, ölümsüzlük ideyası, mistik mərasimlər və fəlsəfə ənənəsi durmuşdu. Daoizm harmoniyaya çatmağın təlimi əsasında yaradılmış dindir.
Sadizm
Sadizm (bu psixi halı ilk dəfə təsvir edən fransız yazıçı Markiz de Sadın şərəfinə adlandırılıb) — geniş mənada — zorakılığa meyl etmə, alçaldılma və digər əzablardan həzz alma. "Sadizm" kəlməsini ilk dəfə Rixard Kraft-Ebinq özünün 1886-cı ildə işıq üzü görən "Psychopathia sexualis" monoqrafiyasında işlətmişdir. Psixoloji sadizm (mənəvi sadizm və yaxud, psi-sadizm) - sadizimin elə bir formasıdır ki, bu hal digər şəxsə fiziki deyil, psixoloji, mənəvi-əxlaqi (məsələn, təhqir, alçaltma, təhdid etmə və s. formalarda) əzab və iztirab vermə ilə müşayiət olunur.
Azərbaycanda iudaizm
Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri, aşkenazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcüstan yəhudiləri təxminən 700 nəfərdir. == Dağ Yəhudiləri == Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürdülər. Uzun müddət ali ruhani təhsil ala bilmədikləri üçün Təlmud qaydalarını bir qədər təhrif edilmiş şəkildə izah etmiş, Qafqaz xalqlarının bütpərəstliklə bağlı bəzi təsəvvürlərini mənimsəmişlər.
Ortodoks iudaizm
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. == Xüsusiyyətləri == Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Serbiyada iudaizm
Serbiyada iudaizm — Serbiya ərazisində yaşayan bir qrup insanın etiqat etdiyi din. İudaizm dinində etiqat edənlərin sayı Serbiyada olduqca azdır. 2002-ci il məlumatına görə Serbiya və Voyevodinada 785 (və ya 0,01 %) nəfər bu dində etiqat edir yaşayır. Serbiyanın nəzarət etmədiyi Kosovoda isə sayları bilinmir. == Tarixi == Belqradda ilk yahudilərin yaşaması haqqında məlumat XIII əsrə aiddir. Belqrada gəlmiş yahudilər İtaliya və Dubrovnikdən gəlmişlər. Sonradan ikinci dalğa İspaniya və Macarıstandan gəlir. Yahudilərin gəlməsi isə bölgədə iudaizm dinidə kök salır. Balkanlarda yahudi icması XV və XVI əsrlərdə İspaniya və Portuqaliyada baş qaldırmış inkizisasiya zamanı daha da artmışdır. Osmanlı sultanı II Bəyazid yahudiləri öz ölkərinə dəvət etmişdir.
Cucumis dudaim
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Melo dudaim

Xristianlıq və iudaizm
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
İudaizm və xristianlıq
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
Ərəb ölkələrində iudaizm
İudaizm - din, fəlsəfə və yəhudi xalqının yaşam yoludur. Bu təkallahlı dinin əsli Müqəddəs İvrit kitabından gəlir və daha sonra Talmud kimi mənbələrdən də tapılmışdır. İudaizm dini yəhudilər üçün Allahın İsrailin uşaqları ilə yaratdığı dini əlaqənin ifadəsi hesab olunur. Rabbinik İudaizmi qeyd edir ki, Allah öz qanunları və əmrlərini hər iki formada – yazılı və şifahi Tövrat Sina dağında Musaya vermişdir. İudaizm 3000 ildən artıq bir müddətdə tarixi mövcudluğu iddia edir. Dünyanın əksər dinləri kimi, İudaizm də ən qədim təkallahlı dinlərdən biri sayılır. Yəhudilər etnik-dini qrupdur və bura yəhudi kimi doğulanlar və sonradan yəhudiliyə üz tutanlar daxildir. 2010-cu ildə dünya yəhudi əhalisi 13,4 milyon artmış və təxminən ümumi dünya əhalisinin 0,2 % -ni təşkil etmişdir. Ən böyük Yəhudi dini hərəkatları bunlardır: Ortodoks İudaizm ( Haredi və Modern), Konservativ İudaizm və Reformist İudaizm. Bu qruplar arasında əsas fərq onların Yəhudi Qanununa olan yanaşmalarındadır.
Cucumis melo subsp. dudaim
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cucumis melo var. dudaim