Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Abgül Mirzəliyev
Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir. O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır. Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir. Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Aygül İdrisova
Aygül İldusovna İdrisova (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016). == Təhsili == 2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir. == İdman karyerası == 6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı.
Taha Akgül
Taha Akgül (22 noyabr 1990, Sivas) — olimpiyaçı, 125 kiloluq divizionda yarışan türkiyəli sərbəst güləşçi, Dünya və Avropa çempionudur. O, Karamanda Karamanoğlu Mehmetbey Universitetində bədən tərbiyəsi və idman üzrə təhsil almışdır. == Həyatı == Atası və qardaşının ardından Taha Akgül də 2003-cü ildə güləşə başlayıb. 2012-ci ildə təşkil edilən Yaşar Şərqi Beynəlxalq Güləş Turniri çərçivəsində 40 qızıl medal qazanıb. Serbiyanın Belqrad şəhərində keçirilən 2012 Avropa Güləş Çempionatında Taha Akgül ağırlıq kateqoriyasında çempion olub. O, 2012-ci ildə baş tutmuş Olimpiadaya qatılıb. Lakin, 16-cı turda rəqibi Rusiyadan Bilyay Makhova məğlub olduqdan sonra dörddəbir finala çıxa bilməyib. 2012-ci ildə Dünya Kubokunda keçirilən güləş üzrə Dünya Çempionatında Finlandiyanın Kuortane şəhərində ağırlıq kateqoriyasında qızıl medal qazanıb. Taha Akgül, Gürcüstanın Tbilisi şəhərində keçirilən 2013 Avropa Güləş Çempionatında Avropa çempionu ünvanını qazanıb. Macarıstanın Budapeşt şəhərində keçirilən 2013 Dünya Güləş Çempionatında bürünc medal qazanıb.
Aran və Bidgül
Aran və Bidgül — İranın İsfahan ostanının şəhərlərindən və Aran və Bidgül şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 55,651 nəfər və 15,556 ailədən ibarət idi.
Daşgil palçıq vulkanı
Daşgil palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biridir. == Haqqında == Daşgil palçıq vulkanı yetərincə yastı və en dairəsi istiqamətində uzanmış yüksəklik olaraq hazırda fəaliyyət göstərən kiçik vulkanlar kateqoriyasına aid edi­lir. Tektonik cəhətdən vulkan alt pliosen süxurlarından təşkil olunmuş və uzu­nuna pozulmalarla mürəkkəbləşmiş eyniadlı antiklinalın periklinalında yer­ləşir. Onun krater sahəsində hal-hazırda fəaliyyətdə olan və intensiv surətdə qaz və az miqdarda qatı neft pərdəcikli palçıq ifraz edən 45 salz və qrifon, həmçinin bir neçə sönmüş pilpilə yerləşmişdir. Salzlar qaynayaraq, böyük miqdarda qaz bura­xır və hesablamalara görə, sutka ərzində hərəsi 700 kub.m-ə qədər qaz ifraz edir. Vulkanın krater bəndinin diametri 200, palçıq brekçiyasının sahəsi , orta qalınlığı isə, qazıma məlumatlarına görə təşkil edir. Vulka­nın yer səthinə çıxardığı palçıq brekçiyasının ümumi həcmi 260 mln. kub.m-dən çoxdur. == Mənbə == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi.
Aran və Bidgül şəhristanı
Aran və Bidgül şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aran və Bidgül şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 89,961 nəfər və 24,541 ailədən ibarət idi.
Dedpul
Dedpul (ing. Deadpool) — Marvel Comics nəşriyyatının işçiləri Fabian Nikieza və Rob Lifild tərəfindən yaradılmış və ilk olaraq "Yeni Mutantlar" komiksinin 98-ci sayında görünən personaj. DC Comics tərəfindən yaradılmış Dezstrouk personajının parodiyasıdır. İlk olaraq antiqəhrəman kimi görünmüşdür, lakin daha sonra İks-adamlara qatılmışdır. Yaradıcılarından Rob Lifild bir Teen Titans pərəstişkarı idi, oradakı Dedstork personajının parodiyası kimi Dedpulu yaratmaq qərarına gəlmişdir. Dedstrokun əsl adı Sleyd Vilson, Dedpulun əsl adı Ueyd Vilsondur. Çox danışan bir personajdır. Hətta bir dəfə çox danışdığından bir nfərin intihar etməsinə səbəb olmuşdur. Dedpulun digər personajlardan əsas fərqli cəhəti özünün komiks qəhrəmanı olduğunu bilməsi, oxucu ilə ünsiyyətə keçə bilməsi, oxucunu güldürə bilməsidir. Ən sevdiyi yeməklər tako və çimçanqadır.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır.
Daquq
Daquq — İraqın Kərkük mühafazasıdə şəhər. Kərkükün cənubunda və Bağdad şossesi üzərində yerləşən Daquq şəhərinin əhalisi təxminən 50.000 nəfərdir. Mərkəzini əsasən türkmanlar təşkil edir və azlıq olaraq ərəblər də vardır.Daquqdakı türkmanlar şiə və azlığda olan ərəblər sünni məzhəbinə inanırlar. Daquq şəhərindən Qaradağdan gələn Daquq çayı keçir və Zab çayının bir qolu da keçir və bütün ərazilərin sulanmasını sağlar. İdari olaraq Daquqa 4 nahiyə bağlıdır (Tazexurmatu, Leylan, Rəşat və Geda). Daquqda çox sayda tarixi əsərlər vardır, bunların ən önəmlisi Daquq Ulu Minaresi (1600 üncü illərdə bir Osmanlı sultanı tərəfindən tikilmiş və eynisi Ərbil şəhərində inşa edilmişdir.
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir.Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub. XI əsrdə yaşamış türkoloq-alim Mahmud Kaşğarlıya görə, davulu ovçular icad ediblər.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. == Tarix == Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır.İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı. == İstifadə == Səthin şaquli olub olmamasını təyin etmək lazım olan hallarda istifadə olunur.
Damqulu (Meşkinşəhr)
Damqulu (fars. دمقلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (25 ailə).
Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır. == Əfsanəsi == Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.
Dedpul (film)
Dedpul (ing. Deadpool) — 2016-cı ildə tamamlanacaq ABŞ istehsalı super qəhrəman filmi. Film eyniadlı Marvel Comics personajının sərgüzəştlərindən bəhs edir. 20th Century Fox tərəfindən çəkilən "İks-adamlar" seriyasının 8-ci filmidir. Tim Millerin rejissoru olduğu filmin baş rollarında Rayan Reynolds, Morena Bakkarin, Ed Skreyn, Ti Cey Miller, Cina Karano, Brayan Hildbrend, Andre Trisoto və Lesli Uqqams oynayır. Filmin çəkilişləri 2015-ci ilin yayında başlayıb. Filmin mövzusuna görə filmin baş qəhrəmanı Dedpul üzərində dəhşətli təcrübələr apararaq onun həyatını məhv edən insanları ovlayır. Film üzərində ilk işlər 2004-cü ilin fevralında New Line Cinema tərəfindən başladılmışdır. 2005-ci ilin fevralında 20th Century Fox bu layihə ilə maraqlanmışdır. 2009-cu ilin mayında film üçün ssenari yazılmağa başlanmış, 2011-ci ilin aprelində isə Tim Miller filmin rejissoru olmuşdur.
Dedpul 2
Dedpul 2 (ing. Deadpool 2) — Marvel kainatının Dedpul personajına əsaslanan Dedpul filminin davam filmi. Film 18 may 2018-ci ildə çıxarılmışdır. Baş rolda əvvəlki filmdə də baş rolda yer alan Rayan Reynoldsdur.
Baqul Berdiyeva
Baqul Berdiyeva (18 may 1995) — Türkmənistanlı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkmənistanı təmsil edir. Baqul Berdiyeva İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Daquq qəzası
Daquq qəzası (ərəbcə: قضاء داقوق) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Daquq şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.430 km² ərazini əhatə edir.
Şaqul xətti
Şaqul xətti - Ağırlıq qüvvəsinin təsiri üzrə olan xəttdir Şaqul xəttinin istiqaməti hər bir nöqtədə ucundan yük (ağırlıq) asılmış sapla müəyyən edilir.
Dedpul (film, 2016)
Dedpul (ing. Deadpool) — 2016-cı ildə tamamlanacaq ABŞ istehsalı super qəhrəman filmi. Film eyniadlı Marvel Comics personajının sərgüzəştlərindən bəhs edir. 20th Century Fox tərəfindən çəkilən "İks-adamlar" seriyasının 8-ci filmidir. Tim Millerin rejissoru olduğu filmin baş rollarında Rayan Reynolds, Morena Bakkarin, Ed Skreyn, Ti Cey Miller, Cina Karano, Brayan Hildbrend, Andre Trisoto və Lesli Uqqams oynayır. Filmin çəkilişləri 2015-ci ilin yayında başlayıb. Filmin mövzusuna görə filmin baş qəhrəmanı Dedpul üzərində dəhşətli təcrübələr apararaq onun həyatını məhv edən insanları ovlayır. Film üzərində ilk işlər 2004-cü ilin fevralında New Line Cinema tərəfindən başladılmışdır. 2005-ci ilin fevralında 20th Century Fox bu layihə ilə maraqlanmışdır. 2009-cu ilin mayında film üçün ssenari yazılmağa başlanmış, 2011-ci ilin aprelində isə Tim Miller filmin rejissoru olmuşdur.
Darul Aman sarayı
Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray. == Tarixçə == Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi. Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır. == Dağılması == Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur 2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi. 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır.Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir .1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .