Daşgil palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biridir.
Daşgil | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vikianbarda əlaqəli mediafayllar |
Daşgil palçıq vulkanı yetərincə yastı və en dairəsi istiqamətində uzanmış yüksəklik olaraq hazırda fəaliyyət göstərən kiçik vulkanlar kateqoriyasına aid edilir. Tektonik cəhətdən vulkan alt pliosen süxurlarından təşkil olunmuş və uzununa pozulmalarla mürəkkəbləşmiş eyniadlı antiklinalın periklinalında yerləşir. Onun krater sahəsində hal-hazırda fəaliyyətdə olan və intensiv surətdə qaz və az miqdarda qatı neft pərdəcikli palçıq ifraz edən 45 salz və qrifon, həmçinin bir neçə sönmüş pilpilə yerləşmişdir. Salzlar qaynayaraq, böyük miqdarda qaz buraxır və hesablamalara görə, sutka ərzində hərəsi 700 kub.m-ə qədər qaz ifraz edir. Vulkanın krater bəndinin diametri 200, palçıq brekçiyasının sahəsi , orta qalınlığı isə, qazıma məlumatlarına görə təşkil edir. Vulkanın yer səthinə çıxardığı palçıq brekçiyasının ümumi həcmi 260 mln. kub.m-dən çoxdur.