Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Damdama (Çaypara)
Damdama (fars. دامداما‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 396 nəfər yaşayır (68 ailə).
Dandır çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. Naanın bir növü sayılır. == Çeşidləri == === Türkiyə === Türkiyənin dörd bölgəyə aid olan təndir çörəyin növü TÜRKPATENT qeydiyyatından keçmiş və coğrafi göstərici əldə etmişdi: Malatya, Midyat, Elmadağ və Konya. === Azərbaycanda === Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi.
Balaca və damda yaşayan Karlson
Balaca və damda yaşayan Karlson (isveç dilində "Lillebror och Karlsson på taket") — isveç uşaq yazıçısı Astrid Lindqrenin "Balaca və Karlson" trilogiyasının birinci kitabıdır. Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində - Vazastanda bir evdə baş verir. Bu evdə hekayənin qəhrəmanları - Ostermalm küçəsində yaşayan Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çox mənzilli evin damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdır. == Xarici keçidlər == Астрид Линдгрен.
Amira
Amira (fr. Amirat) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12.95 km², əhalisi 26 nəfərdir (2006) artım tendensiyası ilə: 63 nəfər (2012), əhalinin sıxlığı 4.9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 57 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 63 nəfər.
Jandira Martini
Jandira Martini (isp. Jandira Martini; 10 iyul 1945, Santos, San-Paulu ştatı – 29 yanvar 2024, San Paulo) — braziliyalı aktrisa, ssenari müəllifi. == Həyatı == 1945-ci il 10 iyul tarixində San-Paulu ştatının Santos şəhərində dünyaya gəlib. 2024-cü ilin yanvar ayında ağciyər xərçəngindən vəfat edib.
Dampir boğazı
Dampir boğazı ing. Dampier Strait — Sakit okeanda yerləşən Umboy və Yeni Britaniya adalarını ayıran boğaz. Bismark dənizi və Solomon dənizini birləşdirir. Boğaza bu ad buradan üzüb keçən ilk avropalı Britaniya səyyahı Vilyam Dampirin şərəfinə verilmişdir. Bu hadisə 1700-cü ildə baş verib. Boğazın uzunluğu 50 km, eni isə 24 km təşkil edir. 1884-cü ildə Yeni Qvineya adasının 141 dərəcədə şərqdə yerləşən ərazilər Almaniya İmperiyasının nəzarətinə keçir. Şərqdəki holland koloniyası və Dampir boğazı sərhəd olur. Birinci Dünya müharibəsində 1914-cü ildə Avstraliya ordusu bölgəni işğal edir. Versal sülh müqaviləsinə əsasən ərazi Millətlər Liqasının mandatı altında Avstraliyanın tabeçiliyinə verilir.
Samira Jazzy
Uilyam Dampir
Vilyam Dampir — ingilis dəniz səyyahı, pirat. Üç dəfə dünya səyahətinə çıxmışdır. Bir neçə il Tortyu adasında (VestHinddə) qalmış, Amerika sahillərindəki İspan şəhərlərinin və yaşayış yerlərinin qarətində iştirak etmişdi. 1678–91-ci illərdə Sakit okeanda, Cənubi Amerikanın qərb sahillərində piratçılıqla məşgul olmuşdur. 1691-ci ildə İngiltərəyə qayıtmış, 1697-ci ildə “Yeni dünya səyahəti” kitabını çap etdirmişdir.1699-cu ildə “Robak” gəmisində İngiltərədən çıxmış, Ümid burnundan keçərək,1699-cu ildə Avstraliyanın şimal qərb sahillərinə çatmış və şimala doğru hərəkət edərək özünün adlandırdığı Şark körfəzini, adalar qrupunu tədqiq etmişdir. 1703–07-ci illərdə dəniz quldurluğu ilə məşğul olmuşdur. 1704-cü ildə Dampir öz matrosu A. Selkirki kimsəsiz adaya düşürmüşdür; sonralar Daniel Defo bu matrosun timsalında Robinzon Kruzo obrazını yaratmışdır. 1707-ci ildə “Yeni Hollandiyaya səyahət” kitabını nəşr etdirmişdir. 1708–11-ci illərdə V. Rocersin gəmisində Dampir şturman vəzifəsində dünya səyahətinə çıxır; Sakit okeanın cənublarının xəritəsini tərtib edir, Dünya okeanının müxtəlif məntəqələrində maqnit meylinin qiymətləri barədə məlumatlar toplayır, dəniz sularının duzluluğunu, hakim axınlar və küləklər arasındakı əlaqələri, Avstraliya, Yeni Qvineya və sairə adaların fauna və florasını öyrənir. Avstraliyanın şimal-qərbində ya, Sakit okeanın cənub qərbində və Malayya arxipelaqında bir neçə ada və körfəz Dampirin şərəfinə adlandırılmışdır.
Vilyam Dampir
Vilyam Dampir — ingilis dəniz səyyahı, pirat. Üç dəfə dünya səyahətinə çıxmışdır. Bir neçə il Tortyu adasında (VestHinddə) qalmış, Amerika sahillərindəki İspan şəhərlərinin və yaşayış yerlərinin qarətində iştirak etmişdi. 1678–91-ci illərdə Sakit okeanda, Cənubi Amerikanın qərb sahillərində piratçılıqla məşgul olmuşdur. 1691-ci ildə İngiltərəyə qayıtmış, 1697-ci ildə “Yeni dünya səyahəti” kitabını çap etdirmişdir.1699-cu ildə “Robak” gəmisində İngiltərədən çıxmış, Ümid burnundan keçərək,1699-cu ildə Avstraliyanın şimal qərb sahillərinə çatmış və şimala doğru hərəkət edərək özünün adlandırdığı Şark körfəzini, adalar qrupunu tədqiq etmişdir. 1703–07-ci illərdə dəniz quldurluğu ilə məşğul olmuşdur. 1704-cü ildə Dampir öz matrosu A. Selkirki kimsəsiz adaya düşürmüşdür; sonralar Daniel Defo bu matrosun timsalında Robinzon Kruzo obrazını yaratmışdır. 1707-ci ildə “Yeni Hollandiyaya səyahət” kitabını nəşr etdirmişdir. 1708–11-ci illərdə V. Rocersin gəmisində Dampir şturman vəzifəsində dünya səyahətinə çıxır; Sakit okeanın cənublarının xəritəsini tərtib edir, Dünya okeanının müxtəlif məntəqələrində maqnit meylinin qiymətləri barədə məlumatlar toplayır, dəniz sularının duzluluğunu, hakim axınlar və küləklər arasındakı əlaqələri, Avstraliya, Yeni Qvineya və sairə adaların fauna və florasını öyrənir. Avstraliyanın şimal-qərbində ya, Sakit okeanın cənub qərbində və Malayya arxipelaqında bir neçə ada və körfəz Dampirin şərəfinə adlandırılmışdır.
Damir Atikoviç
Damir Atikoviç (17 fevral 1971) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Damir Atikoviç Xorvatiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Damir Cumhur
Damir Cumhur (bosn. Damir Džumhur; 20 may 1992, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı tennisçi və kinoaktyor. Üç ATP turnirinin qalibi (tək kateqoriyada). == Bioqrafiyası == 20 May 1992-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ailəsinin ilk övladı olmuşdur. Uşaqlıqdan Xuan Antonio Samaranç Olimpiya Sarayında tennis oynamaqla məşğul idi. Həm də xizək sürür və futbola həvəs göstərirdi. 2008-ci ildən bəri Damir yeniyetmələrin beynəlxalq tennis turnirlərində çıxış etmişdir. Bir neçə titul qazana bilmiş və 2010-cu ildə yeniyetmələrin dünya reytinqində 3-cü yerə çıxdı. Yeniyetməlik dövründəki ən böyük uğuru, 2010 Avropa Gənclər Çempionatındakı qələbsi, Sinqapurda 2010 Yay Gənclər Olimpiya Oyunlarında bürünc medalla yanaşı, 2010 Uimbldon turnirinin dörddəbir finalına yüksəlməsi oldu.
Damir Vəliyev
Damir Vəliyev (başq. Дамир Жәүәт улы Вәлиев, 2 yanvar 1940, İtbayevo k., Arqayaş rayonu, Çelyabinsk vilayəti — 28 may 2002, Ufa) — sovet və rus filoloqu, filosof və kulturoloq, etika sahəsində mütəxəsis. Fəlsəfə doktoru, professor. == Bioqrafiyası == 1955-1959-cu illərdə Çelyabinsk Enerji-Mexanika teknikomunda təhsil almışdır. 1959-1960-cı illərdə Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra 1960-1963-cü illərdə S. Ordzhonikidze adına Araqayaskaya İES və Ümumittifaq İstilik Mühəndisliyi İnstitutu Çelyabinsk filialında işləmişdir. 1961-ci ildə Ümumittifaq Müəllif Hüquqları İnstitutunun Ufa şöbəsinə daxil olmuşdur. Sonra təhsilini (1963-1965) Ural Dövlət Hüquq Akademiyasında davam etdirmişdir. Məzun olduqdan sonra 1966-1967-ci illərdə konstruktr vəzifəsində çalışmışdır. 1967-1970 illərində Ural Dövlət Universitetinin aspiranturasında təhsil almış və 1970-ci ildə dissertasiya müdafiə etmişdir.
Amira (kommuna)
Eskranyol (fr. Escragnolles) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 25,48 км², əhalisi 505 nəfərdir (2006) artım tendensiyası ilə: 620 nəfər (2012), əhalinin sıxlığı 24,3 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 607 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 620 nəfər.
Dampir boğazı (İndoneziya)
Dampier boğazı (ind. Selat Dampir) — İndoneziyanın Qərbi Papua vilayətində, Raja Ampat adaları, Vayqeo və Batanta adalarını ayırır. Boğazın eni 57 km-dir. Boğaz Britaniya səyyahı Uilyam Dampirin şərəfinə adlandırılmışdır.
Artyun Amira Bezciyan
Artyun Amira Bezciyan (erm. Յարութիւն Պէզճեան; 10 aprel 1771 – 3 yanvar 1834) Kazaz Artin kimi də tanınır. Osmanlı ermənilərindən olan xeyriyyəçi, tacir, maliyyəçi, məsləhətçi və Surb Prkiç erməni xəstəxanasının yaradıcısıdır. == Həyatı == Artyun Bezciyan Yenikapı kvartalında erməni mənşəli ailənin övladı olaraq dünyaya gəlmişdir. Yerli Qumqapı Erməni Məktəbini bitirmiş və atası ilə birlikdə ipək ticarətinə başlamışdır. Osmanlı zərbxanasına rəhbərlik edən erməni ailəsi olan prestijli Düzyan Ailəsində işləyərkən tezliklə Osmanlı sarayı ilə tanış olmuşdur. Müxtəlif yüksək rütbəli Osmanlı məmurlarının etimadını qazandıqdan sonra II Mahmudun iqtisadi və şəxsi məsləhətçisi olmuşdur. II Mahmudun razılığı ilə Bezciyan rütbələrdə yüksəlmiş və Osmanlı xəzinəsinin zərbxana müdiri olmuşdur. O, Türkiyə Erməniləri Yeparxiyasının binası və Yeparxiya kafedralı olan Surp Asdvadzadzin Patriarx Kilsəsinin ianə layihəsinə başlamışdır. O, Bəyoğluda bir neçə erməni qız məktəbindən əlavə, Bezciyan erməni məktəbi, Arakelots Azkayin, Boğosyan, Varvaryan, Topqapı və Eyüphandakı Bezciyanın yaradıcısıdır.
Admira Vakker Mödlinq FK
Admira Vakker — Avstriyanın futbol klubu. == Tarixi == 1905-ci ildə yaranmışdır.
Pol-Anri Sandaoqo Damiba
Pol-Anri Sandaoqo Damiba (fr. Paul-Henri Sandaogo Damiba; 2 yanvar 1981, Uaqaduqu) — Burkina-Fasoda 2022-ci il dövlət çevrilişi ilə 24 yanvar 2022-ci ildə Prezident Rok Mark Kristian Kaboreni devirərək Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatına rəhbərlik edən burkina-fasolu hərbi zabiti. Pol-Anri Sandoqo Damiba Parisdə hərbi məktəbi bitirib. Təhsil aldığı müddətdə o, Qvineyanın gələcək Prezidenti Mamadi Dumbuya ilə görüşdü, o da orada təhsil alırdı. O, Parisdəki Milli İncəsənət və Sənətkarlıq Konservatoriyasında kriminologiya üzrə magistr dərəcəsinə və idarəetmə, komandanlıq və strategiya üzrə müdafiə eksperti sertifikatına malikdir. 2010–2020-ci illərdə ABŞ-də təlim-məşq toplanışı keçirib. Damiba polkovnik-leytenantdır və Uaqaduqu, Manqa, Kuduqu və Fada-Nqurmanı əhatə edən üçüncü hərbi bölgənin komandiridir. O, Prezident Təhlükəsizlik Alayının keçmiş üzvü, Blez Kompaorenin keçmiş prezident mühafizəçisidir. Damiba 2011-ci ildə ordu qiyamından sonra PTA-nı tərk etdi. Burkina-Faso mediasında yayılan xəbərlərə görə, 2019-cu ildə Damiba 2015-ci ildə Burkina-Fasoda keçid hökumətini devirən çevrilişin arxasında duran sui-qəsdçilərin məhkəməsində ifadə verdi.
Dadia-Lefkimi-Sofli Meşəsi Milli Parkı
«Dadia-Lefkimi-Sofli» meşəsi milli parkı (yun. Εθνικό Πάρκο Δάσους Δαδιάς-Λευκίμμης-Σουφλίου) — Yunanıstanın şimal-şərq hissəsində yerləşən milli park. Milli park eyni adlı meşə massivini əhatə edir. Park Şərqi Makedoniya və Frakiya periferiyasına aiddir. Milli park 2006-cı ildə yaradılıb. == Ümumi məlumat == «Dadia-Lefkimi-Sofli» milli parkının sahısi 428 km²-dir. Ərazinin ən yüksək zirvəsi — Kapsalodur. Zirvənin dəniz səviyyəsindən hündürlüyü 620 metrdir. Milli park ərazisinin əsas hissəsi meşə ilə örtülüdür. Meşə örtüyünü təşkil edən bitki örtüyü əsasən yerli iqlimə, torpaq və su şəraitinə uyğunlaşmış.