Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dinəvər
Dinəvər — Cəbəl (qədim Midiya ərazisi) vilayətindəki mühüm şəhərlədən biri. Xarabalığı Bisutin dağı yanında Caması-ab çayı sahilindədir. == Tarixi == Bu şəhərdən iki görkəmli tarixçi çıxıb. Tarixçilərdən biri - Əbu Muhəmməd Abdullah ibn Muslim ibn Quteybə Dinəvəri (vəf. hicri 276 / miladi 889) əslən xorasanlı olsa da, İraqda doğulmuşdu və Bağdadda dərs deyirdi. O, ərəb dili və ədəbiyyatını, fiqh və təfsiri mükəmməl mənimsəmişdi. Bir müddət Dinəvər şəhərində qazılıq etdiyi üçün, bu ləqəblə tanınırdı. Quran kəlimələrinin və çətin hədislərin izahı, şairlərin tərcümeyi-halı barədə kitabları vardır. Dinəvəri ərəb filologiyasında Bağdad qrammatika məktəbinin əsasını qoymuşdur. Onun "əl-Məarif" əsəri ən qədim tarix mənbələrindən sayılır.
Baqəvər
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Danilər
Duqum-Danilər, Danilər — Yeni Qvineya adasının qərbində (Şərqi İndoneziya, Papua əyaləti) papuas xalqı. Mərkəzi yaylada, Balim çayının Böyük dərəsində yaşayırlar. Danilər etnik papuas qrupları içərisində ən çox tanınan xalqdır. Buna səbəb əraziyə gələn böyük turist axınlarıdır. Sayları təqribən 25 000 nəfərdir (2007). Dani-nqala dil ailəsinə daxil olan dani dilinin dialektində danışırlar. Linqvistik baxımdan dani dili 4 dialektə bölünür: Aşağı vadidə yaşayan danilər (20 000 nəfər), Orta vadidə yaşayan danilər (50 000 nəfər), Yuxarı vadidə yaşayan danilər (20 000 nəfər), Qərbi danilər(180 000 nəfər). Dani dilində rəngləri ifadə edən sözlər yoxdur (ağ və qara istisna). İndoneziya dili də yayılmışdır. Danilərin əksəriyyəti xristiandır, qalanları isə ənənəvi inanclarını qoruyub saxlayırlar.
Dinavər
Dinavər — Azərbaycan Midiya (Maday) dövləti ərazisində, qədim Cibəl vilayətindəki mühüm şəhərlərdən biridir. Xarabalığı Bisutun dağı yaxınlığında, Camasi ab çayı sahilindədir.
Dinəvəri
Əbu Hənifə əd-Dinəvəri (fars. ابوحنيفه دينوری‎, kürd. Dînewerî; 828 və ya 815, Dinəvər, Kirmanşah ostanı – 895 və ya 896) — fars və ya kürd mənşəli ərəbdilli astronom, botanik və tarixçi. == Həyatı == "Şeir və şairlər kitabı", "Nəsarət kitabı" və s. ədəbi-filoloji əsərlərin müəllifidir. Çoxcildlik "Bitkilər kitabı"na ​​ərəb şairlərinin bitkilərdən bəhs edən və ya təsvir edən şeirlərini daxil etmişdir. "Uzun xəbərlər kitabı" tarixi əsəri tam formada qorunub-saxlanılmamışdır. Bu, ərəb klassik nəsri nümunələrindən biridir. Kitabda ümumi tarixdən məlumatlar və 637-ci ildən IX əsrin ortalarına qədər İran tarixinə dair əhəmiyyətli materiallar toplanmışdır. Mətn 1888-ci ildə Leydendə rus şərqşünası Vladimir Qirqas tərəfindən nəşr edilmişdi.
Dizəvər
Dizəvər — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Dizəvər kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Qarabulaq kənd Sovetinin tərkibinə verilmişdir.
Dişəvər
Dişəvər (lat. Anthriscus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Laləvər
Laləvər (lat. Roemeria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Dinəvar (Xudafərin)
Dinəvar (fars. دينه ور‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (22 ailə).
Ganədər (Piranşəhr)
Ganədər (fars. گنه دار‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (23 ailə).
Oxşar dişəvər
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. == Sinonimləri == Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Palıdı dişəvər
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. == Sinonimləri == Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Qozbel laləvər
İriçiçək laləvər
Şahmatşəkilli laləvər
Əd-Dinəvəri
Əbu Hənifə əd-Dinəvəri (fars. ابوحنيفه دينوری‎, kürd. Dînewerî; 828 və ya 815, Dinəvər, Kirmanşah ostanı – 895 və ya 896) — fars və ya kürd mənşəli ərəbdilli astronom, botanik və tarixçi. == Həyatı == "Şeir və şairlər kitabı", "Nəsarət kitabı" və s. ədəbi-filoloji əsərlərin müəllifidir. Çoxcildlik "Bitkilər kitabı"na ​​ərəb şairlərinin bitkilərdən bəhs edən və ya təsvir edən şeirlərini daxil etmişdir. "Uzun xəbərlər kitabı" tarixi əsəri tam formada qorunub-saxlanılmamışdır. Bu, ərəb klassik nəsri nümunələrindən biridir. Kitabda ümumi tarixdən məlumatlar və 637-ci ildən IX əsrin ortalarına qədər İran tarixinə dair əhəmiyyətli materiallar toplanmışdır. Mətn 1888-ci ildə Leydendə rus şərqşünası Vladimir Qirqas tərəfindən nəşr edilmişdi.
Əyrim laləvər
Əyrim laləvər (lat. Roemeria refracta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin laləvər cinsinə aid bitki növü.
Denver
Denver — ABŞ-də şəhər. Kolorado ştatının inzibati mərkəzi. Saus Plett çayı sahilindədir. 1997-ci il iyulun 20-də Denver şəhərində Rusiya, ABŞ və Fransa Prezidentləri görüşmüş və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edilməsinə kömək etmək barədə birgə bəyanat imzalamışlar.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Məzrayə-i Panəsər (Piranşəhr)
Məzrayə-i Panəsər (fars. مزرعه پانه سر‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Ayvar Cayever
Ayvar Cayever (5 aprel 1929[…], Bergen) — Norveç-Amerika fiziki. == Həyatı == Ayvar Cayever 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeym şəhərindəki Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Əmək fəaliyyətinə Raufossa hərbi zavodunda başlayıb. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "General elektric" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "General elektric" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib. 1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə, bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-də yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" (Tətbiqi biofizika) şirkətinin prezidentidir.
Dələver çayı
Dələver çayı - Borçalı bölgəsinin Bolnisi rayonu ərazisində kiçik dağ çayı. Maşavera çayının sağ qollarından biridir. Uzunluğu təqribən 30 km.-dir. Mənbəyini dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə yerləşən Bejanazan adlı yerdən götürür və 390 m. hündürlükdə Maşaveraya qovuşur. Çayın düşməsi təqribən 1000 metrə, orta meylliyi 1,9°-yə bərabərdir. Yaz və payız aylarında sel və daşqınların səciyyəvi olduğu çayın aşağı axarları quraqlıq dövrlərdə quruyur. Rayonun Faxralı və İmirhəsən kəndləri bu çayın üzərində yerləşir. Suyundan əkinçilik və bağçılıqda istisadə olunur.
MakKenna DeBever
MakKenna DeBever (d. 5 iyun 1996) — Perulu üzgüçü. MakKenna DeBever Perunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == MakKenna DeBever birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:03.16 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Panevej qəzası
Panevej qəzası — Litvanın 10 qəzasından biri. == Ərazisi == Panevej qəzasının ərazisi 7 882 km2-dır.
Simin Daneşvar
Simin Daneşvar (28 aprel, 1921 – 8 mart, 2012) - iranlı akademik, romançı, tərcüməçi. O, ilk əsas iranlı qadın romançı olaraq tanınır. Bir çox ilklər onun adı ilə bağlıdır. Fars dilində nəşr olunan hekayələr toplusunun (1948) müəllifi olan ilk iranlı qadındır. Onun bestseller olan "Savuşun" ("Siyavuşun ağıçıları", eyni zamanda "İranın matəm musiqisi" olaraq da tanınır) (1966) romanı iranlı qadın tərəfindən yazılmış ilk romandır. 5 hekayə və 2 avtobioqrafik əsərdən ibarət "Teatr" adlı toplusu iranlı qadın yazıçı tərəfindən yazılan ilk topludur ki, xarici dilə tərcümə olunmuşdur. O, iranlı yazıçı Cəlal Ale-Əhmədlə evlənmiş, onun yaradıcılığına güclü təsir göstərmişdir. Eyni zamanda çox yaxşı tərcüməçi olan Simin Anton Çexovun "Albalı bağı" və Nataniel Hotornun "Qırmızı ləkə" əsərləri daxil olmaqla, bir sıra əsərləri tərcümə etmişdir. Hal-hazırda son kitabının harada olduğu bəlli deyil və bunun Siminin trilogiyasının son hissəsi olduğu güman olunur. == Erkən həyatı == Simin Daneşvar 1921-ci il 28 apreldə İranın Fasa şəhərində anadan olmuşdur.
Vannever Buş
Vannevar Buş (11 mart 1890[…], Everett[d], Massaçusets – 28 iyun 1974[…], Belmont[d], Massaçusets) — Amerika alimi. == Həyatı == İkinci dünya müharibəsinin başlanması ərəfəsində Avropa ölkələri kimi ABŞ da müharibəyə hazır deyildi. Bu dövrdə Amerikada bir sıra gənc alimlər yetişirdi ki, onlardan biri də Vannever Buş idi. İnternetin yaradılmasında birbaşa iştirak etmədiyinə baxmayaraq V.Buş müasir qlobal şəbəkə infrastrukturunun "xaç atası" hesab edilir. O, 1890-cı ildə ABŞ-nin Massaçusets ştatının Çelsi şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Tufts Kollecə daxil olmuş, təhsil illərindəki nailiyyətlərinə görə bakalavr dərəcəsi almaq üçün ayrılmış vaxtda texnika üzrə magistr dərəcəsi almışdır. Tufts Kollecdə oxuyarkən V.Buş ilk ixtirasını etmiş - otbiçən maşına bənzər geodeziya cihazı yaratmışdır. Magistr dərəcəsi aldıqdan sonra 1914-cü ildə V.Buş Vannever Buş "General Electric" şirkətində avadanlıqların testləşdirilməsi (1890-1974) üzrə mühəndis vəsifəsinə işə düzəlmiş, 1919-cu ildə isə Massaçusets Texnologiya İnstitutunun (MİT) elektrotexnika departamentinə keçir. 1931-ci ildə V.Buş differensial tənlikləri həll edən diferensial analizatorun işləyib hazırlanmasını başa çatdırır. Elə bu dövrdə gənc tədqiqatçının diqqətini insan düşüncələrini avtomatlaşdırmağı bacaran maşının yaradılması problemi daha çox cəlb etməyə başlayır.
Mirzə Ələkbər xan Davər
Mirzə Ələkbər xan Davər (1867–1937) — İranın müasir ədliyyə sisteminin qurucularından biri. == Həyatı == Mirzə Ələkbər xan Davər 1867-ci ildə Mazandaranda doğulmuşdu. Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın maliyyə vəziri olmuşdu. Modern ədliyyə sisteminin qurucularından biridir. Mirzə Ələkbər xan Davər 1937-ci ildə vəfat edib.