Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danalı
Danalı (Əcəbşir)
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Danaçı kəndin əsl adı Dinçi olmuşdur. Lakin sonradan Danaçı olaraq respublika tərəfindən dəyişdirilmişdir. Dinçi tələffüz cəhətdən avarca tərcüməsindən din insanı deməkdir. Kənddə avar xalqı yaşayır. Zaqatalanın bir çox kədlərində də avar xalqı yaşayır. Çünki bu ərazilər avar millətinə mənsub olmuşdur. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Efiopiya dağları
Efiopiya dağları və ya Həbəşistan dağları — Afrikanın şimal-şərqində Efiopiya, Eritreya və Somalinin şimalında dağ sistemi. Yüksək dağlıqlar qitənin ən böyük davamlı dağını təşkil edir, səthi 1,500 metrdən aşağı enir. Zirvələri 4,550 metr yüksəkliyə çatır. Hündürlüyünə və geniş ərazisinə görə dağlıq əraziləri bəzən Afrikanın damı adlandırırlar. == Tarixi == Efiopiya dağlarının cənub hissələri bir vaxtlar Ərəbistan yarımadasına qəhvə ixrac edilən orta əsr dövləti olan Kaffa krallığına ev sahibliyi edirdi. Krallığın ərazisi meşəlik və dağlıq ərazilərdən ibarət idi, torpağı çox münbit idi və ildə üç məhsul götürməyə qadir idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Украинская советская энциклопедия: в 12 томах = Українська радянська енциклопедія (укр.) / За ред. М. Бажана. — 2-ге вид. — К.: Гол.
Elsuort dağları
Elsuort dağları (ing. Ellsworth Mountains) — Antarktidada yerləşən ən hündür dağ sistemidir. Tərkibinə Sentinel və Heritic silsilələri daxildir. Antarktidanın ən hündür zirvəsi olan Vinson massivi Sentinel dağları silsiləsində yerləşir. Elsuort dağları 401 km uzunluğa və 223 km enə malikdir. Gilli suxurlardan ibarətdir. Silsilə ərazisində zəngin daş kömür ehtiyatları vardır. Dağ sistemi 1935-ci ildə ABŞ araşdırmaçısı Linkoln Elsuort tərəfindən kəşf edilmiş və bir müddət sonra onun şərəfinə adlandırılmışdır. 1958—1966 illərdə ABŞ geologiya xidməti tərəfindən tətqiq edilmişdir.
Girne dağları
Girne dağları və ya Kiriniya (yun. Κερύνεια) — Kipr adasında yerləşən dağ silsiləsi. Girne dağları adanın şimal sahili boyunca uzanan bir dağ silsiləsidir. Geoloji baxımdan dağlar əhəng daşından, qismən mərmərdən ibarətdir. Ən yüksək nöqtə Kiparisovunon dağıdır (1024 m). Şərq hissəsi daha genişdir (25–30 km), qərb hissəsi daha dardır (təxminən 15 km), lakin daha yüksəkdir. Dağların şərq davamı Karpaz yarımadasında yerləşən Karpaz dağlarıdır. Silsilənin qərb hissəsi "Beşbarmaq" mənasını verən alçaq (740 m) Pentadaktilos dağlarının (Yunan Πενταδάκτυλοδάκτυλ) adından götürülmüşdür. Maraqlıdır ki, türk dilində də silsilə Beşbarmak dağları adlanır. Sahildəki dağların ətəyində Şimali Kiprin turizm paytaxtı sayılan Girne şəhəri yerləşir.
Hacıqır dağları
Hacıqır dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın sağ sahilindədir. Nəzərabad kəndindən 1 km qərbdə başlayaraq meridional istiqamətdə Uzunoba su anbarınadək 4 km məsafəyə uzanır. Ayrı-ayrı yüksəkliklərdən ibarətdir. Ən yüksək zirvəsinin hündürlüyü 1058,0 m-dir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq qanadının quruluşunda iştirak edir.
Himalay dağları
Himalay dağları (sanskr. हिमालय, himālayaIAST, hind. हिमालय, nep. हिमालय, çin. 喜馬拉雅山脈) — Yer kürəsinin ən hündür sıra dağları. Dünyanın ən yüksək zirvəsi olan Everest zirvəsi də bu dağda — Nepalın sərhədlərində yerləşir. Himalay dağları indiyədək davam edən Hindistan platforması və Asiya platformasının toqquşması nəticəsində meydana gəlmişdir. Pakistan, Hindistan, Çin, Nepal və Butandan keçən 2400 km uzunluğundakı Himalay dağlarının buzlaqları Asiyanın ən böyük 9 çayını qidalandırır. 1,3 milyard insan bu su yollarından asılı olaraq yaşayır. Göstəricilərə görə isə Himalay dağlarında havanın istiliyi son 30 ildə 10 ildən bir 0.06–0.15 dərəcə arası artır və istilərin bu şəkildə artmağa davam etməsi nəticəsində 50 ilə qədər buzlaqların yox olması gözlənilir.
Hindukuş dağları
Hinduquş dağları
Hinduquş dağları (puşt. هندوکش, urdu ہندوکش - fars mənbələrində Hindistan dağları olaraq keçərlidir. Orta Asiyada yerləşən dağ sistemi. Bəzən «hindliləri öldürən» adlandırırlar. Ərazisinin böyük hissəsi Əfqanıstan və Pakistan ərazisində yerləşir. Hinduquş dağları əsasən qayalı dağlardır. Onlar vulkan məşhəlli deyildir. Onların yaranmasına səbəb Hindistan tavasının Mərkəzi asiyaya təzyiqi sayəsində meydana gəlmişdir. Geoloji baxımdan dağlar cavandır və hələ də qalxmaqda davam edir. Qərbdən şərqə Hinduquş dağları 1200 km, şimaldan cənuba isə 240 km məsafədə uzanır.
Həbəşistan dağları
Efiopiya dağları və ya Həbəşistan dağları — Afrikanın şimal-şərqində Efiopiya, Eritreya və Somalinin şimalında dağ sistemi. Yüksək dağlıqlar qitənin ən böyük davamlı dağını təşkil edir, səthi 1,500 metrdən aşağı enir. Zirvələri 4,550 metr yüksəkliyə çatır. Hündürlüyünə və geniş ərazisinə görə dağlıq əraziləri bəzən Afrikanın damı adlandırırlar. == Tarixi == Efiopiya dağlarının cənub hissələri bir vaxtlar Ərəbistan yarımadasına qəhvə ixrac edilən orta əsr dövləti olan Kaffa krallığına ev sahibliyi edirdi. Krallığın ərazisi meşəlik və dağlıq ərazilərdən ibarət idi, torpağı çox münbit idi və ildə üç məhsul götürməyə qadir idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Украинская советская энциклопедия: в 12 томах = Українська радянська енциклопедія (укр.) / За ред. М. Бажана. — 2-ге вид. — К.: Гол.
Həcər dağları
Həcər dağları (ərəb. جبال الحجر‎, Cəbəl-əl-Həcər, Daşlı dağlar), həmcinin Oman dağları — Oman sultanlığı ərazisində yerləşən dağlar == Coğrafiya == Həcər dağları Ərəbistan yarımadasının şərqində, aypara formasında 450 km məsafədə uzanır. Şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənir. Omanın Birləşmiş Ərəb Əmirlikləri ilə sərhəddən başlayaraq onun Hind okeanı sahillərinə (Oman körfəzi)qədər uzanır. Həcər dağları Omanın quru daxili bölgələrini nəmli sahil iqlimi müşahidə edilən münbit Əl-Batina düzənliyinindən ayırır. Həcər dağlar qərbi (Əl Həcər-əl-Qabri) və şərqi (Əl Həcər-əl-Şarki) olmaqla iki yerə bölünür. Bu ikli hissə arasında Samail vadisi yerləşir. Buradan ölkənin sahil hissəsini daxili rayonlarla birləşdirən rahat yollar keçir. Belə ki, dağların digər hissələrində rahat aşırımlar olduqca azdır. Bu baxımdan Samail boyunca, avtomobil yolları, həmçinin neft kəmərləri, elektrik və telefon xətləri keçir.
Kaçkar dağları
Kaçkar dağları (türk. Kaçkarlar və ya türk. Kaçkar Dağları) - Türkiyədə sıra dağlar.
Keliman dağları
Keliman dağları, Kaliman (rum. Munţii Călimani) — Rumıniyanın şimalinda dağ massivi. Massiv Şərqi Karpatlarda, Bukovina və Transilvaniya tarixi bölgələrinin sərhəddində yerləşir. Keliman massivi geoloji baxımdan Keliman-Xarqit dağlarına aiddir. == Ümumi məlumat == Keliman dağlarında ən yüksək zirvə Petrosa pikidir (2102 m). Digər yüksək zirvələr: Reşiç (2021 m), Bistrisiorul (1990 m), Stuniorul (1885 m). Ən yüksək zirvə olan Petrosa böyük vulkanik kraterlə əhatə olunub. Kraterin diametri 10 km-dir. Krateri Petrosadan Valya Neqare çayı ayırır. Kraterin daxilində bir neçə kiçik çuxur var (Pietricelui, Vârful Haitei, Negoiul Românesc).
Kembri dağları
Kembri dağları (ing. Cambrian Mountains, vall. Mynyddoedd Cambria) - Böyük Britaniyanın alçaq dağlarını əhatə edir. Uelslə İngiltərəni bir-birindən ayırır. Ən yüksək nöqtəsi Plinlimon-Vaurdur. == Coğrafiyası == Kembri dağlarının uzunluğu 60 km-dir. Dağ cənub hissədə Uels və Mayaki Brekona, şimal hissədə isə Karmartenşira və Kerediqiona və Snoudoniyu və Şimali Uels daxildir. İlk növbədə Kembri dağları termini Uels alçaq dağları ilə bağlıdır. == Xarici keçid == Сайт Общества Кембрийских гор (Cambrian Mountains Society). (англ.) Сайт проекта «Инициатива Кембрийских гор» (Cambrian Mountains Initiative) Arxivləşdirilib 2014-12-18 at the Wayback Machine (англ.) Туристическая информация о Кембрийских горах на сайте iKnow Wales.
Krım dağları
Krım dağları (ukr. Кримські гори, krımtat. Qırım dağları, Къырым дагълары), keçmişdə həm də Tavr dağları adlanırdı — Krım yarımadasının cənub və cənub-şərq hissəsini əhatə edən dağ silsiləsi. Krım dağları üç silsiləyə bölünür. Dağların uzunluğu 160 km, eni isə 50 km təşkil edir. Dağların daxili silsiləsi 750 metr hündürlüyə malikdir. Maksimal hündürlüyü isə 1545 metr olan Roman-Koş dağı Babuqan yaylasında yerləşir. == İqlimi == Dağların iqlimi mülayim-sərin və rütubətlidir. Yağıntılar Aralıq dənizi iqliminə xasdır. Qış oktyabrın ortalarından martın sonlarına qədər davam edir.
Krım xanları
Krım xanlarının siyahısı, 1441–1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787–1789) və Bəxt Gərayın (1789–1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Kunlun dağları
Kunlun dağları (çin. 崑崙山) -Tarim çökəyinin qərb kənarında Gezdərya və Yarkənd çayları arasında yerləşən Konqur (7719 m) və Muztaqata (7546 m) massivlərindən başlayıb əvvəlcə cənub şərqə, sonra isə şərqə uzanaraq, Qırmızı hövzənin şimal-qərb kənarında (Sino-Tibet dağlarına) qədər uzanır. == Hündürlüyü == Kunlun dağları yüksək zirvələrin hündürlüyünə görə yalnız Himalaydan geri qalır, uzunluğu isə Himalay dağlarının uzunluğundan xeyli artıqdır. Orta yüksəkliyi (6000 m) Himalay dağlarının orta yüksəkliyinə bərabərdir. Dağların qərb hissəsi çox yüksəkdir. Burada bir çox qarlı-buzlu massiv və zirvələr yerləşir. (Muztaq 7282 m). Lakin bu hissədə o suayırıcı təşkil etmir. Öz mənbələrini Qaraqorum dağlarının şimal yamaclarından alan Yarkənd, Karakaş və b. çaylar Kunlunu dərin dərələrlə kəsib Tarim çökəyinə çıxırlar.
Kürə dağları
Kürə dağları — Qərbi Qara dəniz hissəsində yerləşən Kürə dağları "Alp qırışıqlığı" sisteminə bağlı olan bir sıra dağ sisteminin bir hissəsidir. Kürə Dağları Fransadan başlayaraq Balkanlardan Anadoluya, Qafqazdan və İrandan Himalaya qədər uzanan dağ silsiləsinin bir hissəsinə aiddir. Ən yüksək zirvəsi Yaralıgöz dağının hündürlüyü 2019 metrdir. Dağın yamacları sıx meşələrlə örtülmüşdür.
Lazarev dağları
Lazarev dağları — Matuseviç buzlağının qərbində, Eld Pik dağından 40 km aralıda yerləşir. Dağları Sovet Antarktika ekspedisiyası və Avstraliya Antarktika ekspediyası tərəfindən araşdırılmışdır. Sovet ekspedisiyası tərəfindən Mixail Lazarevin şərəfinə adlandırılmışdır. Lazarev Mirnı gəmisinin komandiri olmuşdur.
Leoqanq dağları
Leoqanq (alm. Leoganger Steinberge‎) ― Avstriyanın Salzburq torpağında şərqi Alp dağlarının bir hissəsini təşkil edən dağ silsiləsi. Dağlar Lofer vadisi, Zalfelden şəhəri və Leoqanq bələdiyəsi arasında yerləşir və Lofer dağları ilə birlikdə şimal-qərbdə iki dağ massivi meydana gətirir. Lakin şərqi Alp dağlarının təsnifatına əsasən Leoqanq və Lofer vahid alt qrup olaraq təyin edilmişdir. Leoqanq dağları cənubda Kitzbühel dağlarında, şərqdə isə Staynernes-Mir platosundan dərin kəsikli vadilərlə ayrılmşdır. Dağlar üçün tipik xüsusiyyət dik tərəfləri və kəskin konturlu hündür sirkləri olan yüksək yaylalardır. Tipik karst dağlarında olduğu kimi Leoqanq dağlarında da çoxsaylı mağaralar mövcuddur. Bunlardan ən məşhuru 50 kilometrdən çox uzunluğu olan Lamprextsofen mağarasıdır. Mağara Lofer və Zalfelden arasındakı federal yolun dərhal kənarında yerləşir. Ərazidəki əhəmiyyətli süxur formalaşması Birnhorn zirvəsinin cənub yamacındakı Melkerloçdur.
Mannalı Aza
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı. Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim.
Maxonyvua dağları
Barberton və ya Maxonyvua dağları — 60–120 kilometr (37–75 mil) ərazini əhatə edən kiçik dağlar və təpələrdən ibarət silsilədir. Təxminən 80%-i Cənubi Afrikanın vilayəti olan Mpumalanqada , qalan hissəsi isə qonşu Esvatinidə yerləşir. == Coğrafiya == Silsilənin dəniz səviyyəsindən yüksəkliyi 600–1,800 metr (2,000–5,900 ft) arasında dəyişir. Nəm otlu və meşəli dərələr olan bir sıra qayalı təpələrə malikdir. Rütubətli yayı və quraq keçən qışı olan ərazidəki orta illik yağıntı miqdarı 600–1,150 millimetr (24–45 düym)-dür. == Geologiya == Dağlar, Paleoarxeydən başlayaraq 3.2 ilə 3.6 milyard il əvvəllərə aid olduğu təxmin edilən, Yerdəki ən qədim süxurlardan bəzilərinə sahib olması ilə tanınır. Dağ silsiləsinin qədimliyi və müstəsna qorunması, Yerdəki ən qədim həyat əlamətlərini və bu həyatın inkişaf etdiyi Prekembri mühitinin təbiəti haqqında məlumat verdi. Bu da, ərazinin başqa bir şəkildə "Həyatın mənşəyi" olaraq tanınmasına səbəb oldu. Silsilə, həmçinin qızıl yataqları və bir sıra komatiitlər, ərazidən axan Komati çayının adı ilə adlandırılmış qeyri-adi bir növdə ultramafik vulkanik qaya ilə də tanınır. 2014-cü ilin aprel ayında alimlər əraziyə yaxınlaşan ən böyük meteorun zərbəsinə dair dəlil tapdıqlarını bildirdilər.
Maçin dağları
Maçin dağları (rum. Munții Măcin, həmçinin Maçin yüksəkliyi) — Rumıniyanın şərqində qədim və çox parçalanmış dağ silsiləsi. Maçin dağları ölkənin tarixi-mədəni bölgəsi olan Dobrucada yerləşir. Yüksəklik yetərincə quraq çöl landşaftına malikdir. Silsiləni cənub şırqdən Qara dəniz, şimal şərqdən isə Dunay çayının aşağı axarı əhatə edir. Güclü külək eroziyasının üstünlük təşkil etdiyi bu ərazidə quru və dəniz arasında kəskin temperatur fərqidə müşahidə edilir. Küləyin işi ərazidə bir çox geoloji abidələrin meydana gəlməsinə səbəb olmuşdur: "Pinqvin", "Dobrucalı dinozavr" qayaları buna misaldır. Qranitdən ibarət dərələrin arası gilli və gillicəli çöküntülərlə dolmuşdur. Silsilənin cənub-şərqində kristallik əhəng daşları, metomorfik süxurlar, qumdaşları və şistlər üstünlük təşkil edir. Maçin dağları cənudan tədricən Bolqarıstanın şimalında yerləşən Ludoqor yaylasına keçir.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. “Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir.
Danyeri
Danyeri (əvvəlki adı: Şəhidməmməd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Danyeri kəndi adlandırılmış, Danyeri kəndi Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Danyeri kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Anmari
Anmari-Əslən Rusiyalı olan Anmari (Anmary) Latviya Musiqi Akademiyasını bitirib. Latviyada keçirilən "Talantu Fabrika 2" müsabiqəsində ikinci yerə sahib olub və qısa müddətdə ölkəsində tanınmağa başlayıb. Milli Seçimlərin əsas finalında 3 ifaçı arasından ölkə təmsilçisi seçilib.