Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dauqay
Dauqay (lit. Daugai) — Litvada şəhər. == Tarixi == Dauqay birinci dəfə 1384-cü il Tevton Ordeninin xronikalarında xatırlanır. Vilnüsdən Trokaya gedən yolun üstündə idi..1792-ci ildə şəhər statusunu aldı. 1793-cü ildə Pospolit Reçinin seymi Dauqayı şəhər statusundan məhrum etdi. == İstinadlar == == Həmçinin bax == Litva şəhərləri == Xarici keçidlər == Vikianbarda Dauqay ilə əlaqəli mediafayllar var.
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Daqqa papaq
Daqqa papaq — Dəridən tikilmiş hündür papaq. Papağın sağanağı qaragül dərisindən, üst qapağı isə mahuddan tikilirdi. Bəzi bölgələrdə ona "üstlü", yaxud "qapaqlı" papaq da deyilirdi. Ümumiyyətlə, qaragül dərisindən tikilən sağanaqlı papaqların hamısı "börk" və ya "sür papaq" adlanardı.
Baqqal
Baqqal — pozulmadan saxlanılabiləcək yarı təzə və ya konservləşdirilmiş yemək maddələrini, müxtəlif təmizlik vəsaitlərini topdan ya da pərakəndə satan bir tacir.
Danqam
Dangam (puşt. دانگام Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Doqqaz
Doqqaz — ağacdan düzəlmiş indiki qapı (darvaza) əvəzi işlənən keçid yeri. Əvvəllər kənd yerlərində sakinlərin əraziləri böyük olduğundan həyət qapısından əvvəl, ona aid olan ərazinin girişində qoyulurmuş. Hal-hazırda da bir neçə rayonlarımızda, həmçinin Şəkidə kiçik məhlələrə doqqaz deyirlər.
Maqqaş
Maqqaş — ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Qarqay
Qarqay — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Əzgilli və Qalal kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir. == Əhalisi == === Tanınmışları === İbrahim Əzizov — Azərbaycan alimi. Əhalisi Saxurladan ibarətdir.
Qaşqay
Qaşqay (Bostanabad)
Saqqal
Saqqal — kişiləri qadınlardan fərqləndirən, üzdə bitən tüklər. == Xarici keçidlər == Борода Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine — статья в гуманитарном словаре (rus.) "Брить или не брить?" (Борода и маскулинность в современном мире) из цикла "Археология" на Радио "Свобода" (аудио, фев 2016) И.Словесник "Борода" (видео) "Saqqalın faydaları: Saqqalı qırxmamaq üçün 5 səbəb" (az.). islamazeri.az. 2016-09-27. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Çaqqal
Çaqqal — Afrika və Avrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus). Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir. Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidik və nəcis vasitəsi ilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər. == Xüsusiyyətləri == Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir. == Qidalanma == Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər.
Laqqar
Laqqar (lat. Falco jugger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Daşqa
Daşqa – qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Daşqa (daşka) - iki təkərli, dayaq təkərləri olmayan eşşək arabası - nəqliyyаt və dаşımа vаsitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rоl оynamışdır.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
Raqqa
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Adi çaqqal
Adi çaqqal (lat. Canis aureus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == Əsasən iki yarımnövə ayrılır. Aralıq Dənizi və Cənubi Avropada (bura həmçinin Qafqaz və Dağıstandada yaşayanlar da aiddir) yaşayan çaqqallar Canis aureus maeoticus yarımnövünə aid hesab olunur. Yaşayış arealın şərq hissəsində (Hindistan, Orta Asiya, İran) yaşayanlar isə tipik Canis aureus aureus yarımnövünə aid hesab edilir. Bunlardan başqa adi çaqqalın Şimali Afrikada yaşayan və sayı az olan bir neçə yarımnövü də var: Canis aureus algirensis Canis aureus anthus Canis aureus bea Canis aureus lupaster Canis aureus maroccanus Canis aureus riparius Canis aureus soudanicus Lakin adi çaqqalın bu cür təsnifatı ilə bütün zooloqlar razılaşmır.
Baqqal (dəqiqləşdirmə)
Baqqal
Baqqal (kənd)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Baqqal (Şəki)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Baqqal bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baqqal dili
Baqqal dili (ukr. Бакальска коса, krımtat. Baqqal beli, Бакъал бели) — Krımın şimal-qərbində yerləşən dil. Dil ərazisi Baqqal dili lanşaft parkı mövcuddur. Park 2000-ci ildə təşkil edilmişdir. == Coğrafoya == Dil cənub-şərqdən şimal-qərbə istiqamətlənir. Qara dənizin Karkinit körfəzi akvatoriyasına daxildir. Baqqal gölü və Baqqal buxtası ilə əhatələnmişdir. Şimalında Pesçannıy burnu yerləşir. Burunda Baqqal adlı mayak yerləşir.
Deavqay dağı
Deavqay dağ (zirvə) — Rusiya Federasiyasının Dağıstan Respublikasının ərazisində yerləşən dağ. Böyük Qafqaz sıra dağlarının Qabaqtəpə silsiləsində yerləşən Deavqay dağının hündürlüyü 4016 metrdir. Dağın zirvəsi daim buzla örtülüdür.
Hüseyn Baqqal
Hüseyn Baqqal — krım tatar rəqqas, baletmeyster, teatr rejissoru. Müasir krım tatar xoreoqrafiyasının banisi. 6 il sürgün həyatı yaşayıb. 1955-ci ildə bəraət qazanıb. == Həyatı == 22 aprel 1897-ci ildə Simferopolda ərzaq dükanı sahibinin ailəsində anadan olub. Ailə Tokal Cami məhəlləsində 32 nömrəli evdə yaşayırdı. 1923-cü ildən etibarən Simpferopolda yerləşən Krım tatar teatrında fəaliyyət göstərməyə başlayıb. Aktyorluq və rəqqaslıqla yanaşı həm də solo konsertlər də verirdi. 1927-ci ildə Frankfurt-Mayn şəhərində keçirilən Beynəlxalq İncəsənət Ustaları festivalının laureatı olub. Sonradan Krım tatar Teatrının baş xoreoqrafı seçilib.
Mavi saqqal
Mavi Saqqal (fr. La Barbe bleue) — fransız yazıçı Şarl Perro tərəfindən yazılmış nağıl. == Mövzu == Mavi saqqal, bir çox insanın ondan çirkin və mavi saqqalı ucbatından qorxduğu zəngin bir aristokdatdır. Bir neçə dəfə evlənmiş, lakin arvadlarına nə olduğu bilinməməkdədir. Bu səbəbdən o ətrafda yaşayan qızlar ondan qaçırlar. Bir gün bir qonşusunu ziyarət edir və üç qızından biri ilə evlənmək istədiyini deyir. Qızları heç biri isə onunla evlənmək istəmədiyindən hərəsi digərini önə çıxarır. Nəyahət mavi saqqal kiçik qızla evlənib, qəsrdə yaşamağa başlayır. Bir müddət sonra mavi saqqal səyahətə çıxmağa qərar verir. Qəsrin bütün qapılarının açarını arvadına verərək yola düşür.
Ağqaya
Kəndlər Ağqaya (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Dağlar Ağqaya dağı (Şahbuz) — Azərbaycan Respublikasının Şahbuz rayonunun ərazisində dağ. Ağqaya dağı (Babək) — Azərbaycan Respublikasının Babək rayonunun ərazisində dağ. Ağqaya dağı (İcevan) — Ağqaya dağı (Göyçay) — Göyçay rayonunun Şərqində, Qarayazı kəndindən Şimalda dağ. Ağqaya dağı (Quba) — Quba rayonu ərazisində dağ.
Damğan
Damğan (fars. دامغان‎) — İranın Simnan ostanında yerləşən şəhər, Damğan şəhristanının mərkəzi. == Ümumi məlumat == Şəhər Tehran ilə Məşhəd arasındaki avtomobil yolu üzərində, Tehrana 342 km uzaqlıqdadır. 2006-cı il siyahıya alınmasına görə əhalisi 57331 nəfərdir. == Tarixi == Damğan orta əsrlərdə Kumis (Koomes) bölgəsinin mərkəzi olan önəmli bir şəhərdir. Amma o zamana aid bir neçə böyük sütun qalıntısından başqa bir əsər günümüzə çatmamışdır. İslam dönəminə aid ən önəmli əsərsə XI əsrdə inşa edilən indi yıxıq durumdaki, iki minarəli Tarixaneh Camidir. Bu cami İranın bilinən ən qədim məscididir. Şəhərin təqribən 26 km. şimalında Hecatompylos qalıntıları vardır.
Dangam
Dangam (puşt. دانگام Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Ağqaz
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. == Həmçinin bax == Zəngilan Dərəkənd-Parçenis mahalı == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Ağsay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Ağçay
Ağçay (çay) — Azərbaycanda çay. Ağçay (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ağçay (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Ağçay (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Dalğa
Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Damğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. == Tarixi == Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.