1. Kişilərin üzündə və alt çənələrinin üstündə bitən tüklər. Uzun saqqal. Saqqal qoymaq.
2. Bəzi heyvanların və quşların çənəsinin altından sallanan tük topası. Keçi saqqalı.
◊ Saqqal ağar(t)maq – qocalmaq.
Saqqala (saqqal içinə) ağ düşmək – bax saqqalı ağarmaq.
Saqqala salam verməmək zar. – saymamaq, etinasızlıq göstərmək.
Saqqala soğan doğramaq – ələ salmaq, oynatmaq, masqaraya qoymaq.
Saqqal-bığ basmaq – üz-gözü tüklənmək, saqqalıbığı uzanıb bir-birinə qarışmaq.
Saqqalı çallatmaq – bax saqqal ağartmaq.
Saqqalı ələ vermək – başqasının təsiri altına düşmək, başqasının iradəsinə tabe olmaq, ixtiyarını başqasının əlinə vermək.
Saqqalım yoxdur, sözüm ötmür – sözünə əhəmiyyət verilməyən, sayılmayan, dediklərinə qiymət verilməyən adamın özünə göstərilən münasibətə qarşı istehzalı cavab ifadəsi.
Saqqalın ağarsın! – qocal, uzun ömür sür mənasında alqış ifadəsi.
Saqqalın tökülsün! – qarğış məqamında işlənən ifadə.
Saqqalına dən düşmək – qocalmağa, yaşa dolmağa başlamaq. Qərənfilin atası Rüstəm kişi qısaboy bir adamdı.
Saqqalında bir tük (sağ) qoymamaq – bərk dalaşmaq, saqqalını yolmaq, saqqalının tüklərini didmək (ər haqqında).
Saqqalını (saç-saqqalını) dəyirmanda ağartmaq – 1) çox görüb, çox işləyib böyük təcrübə qazanmaq;
2) qocaldığı halda heç bir şey öyrənməmək.
Saqqalının ağ vaxtında – qoca vaxtında, yaşlı çağında.