Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Henri Stüart (Darnley lordu)
Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Darnley lordu və Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Dari
Dəri dili (dəri دری ) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Dark
Dark (dağ)
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. == Tarixi == Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı. Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi.
Damn
Damn (orijinal adı: DAMN.) — ABŞ repçisi Kendrik Lamarın dördüncü studiya albomu. 14 aprel 2017-ci ildə Top Dawg Entertainment, Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılıb.
Arn.
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). == Elmi fəaliyyəti == Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. == Xarici keçidlər == Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Soyad Sun Dan — Çini təmsil edən bədii gimnast. Digər Dan dili — Danimarkanın dövlət dili.
DART layihəsi
NASA`nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA`nın DART layihəsi,ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir.DART`ın bu ana qədərki NASA layihələrindən fərqi,asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir.Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7-8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Daan Maynqheer
Daan Maynqheer (13 aprel 1993 – 28 mart 2016, Ayaçço) — Belçikalı velosiped yarışçısı. Maynqheer 2016 Kriterium İnternəşinl turnirinin birinci mərhələsi zamanı ürək ağrılarından əziyyət çəkdiyi üçün iki gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişmişdir.
Dara Şükuh
Sultan Məhəmməd Dara Şükuh (20 mart 1615 və ya 1615, Acmer – 30 avqust 1659, Dehli) — Böyük Moğol İmperiyasının sultanı Şahcahanın oğlu, Allahabadın söbədarı. == Həyatı == 20 mart 1615-ci ildə Əcmir yaxınlarında doğulmuşdu. Şahcahanın böyük oğludur. Anası, xatirəsinə Tac Mahal inşa edilən və daha çox Mümtaz Mahal deyə anılan Ərcümənd Banu Bəyimdir. Muhamməd Dara gələnəğə uygun olaraq İslami təlim-tərbiyə gördü; Ərəbcə, Farsca və Sanskritcə öyrəndi. Özəlliklə nəzari elimlərlə ilgiləndi, dini və təsəvvufi bilgisini təkviyə etmək üçün bu sahədəki əsərlərin bəlli başlılarını incələdi. Ona ilahi bilgi və ilhamın verildiyi inancı ilə bu yoldakı çalışmalarını daha da artdırdı. Şahzadə Dara Şükuh 1633-cü ildə 12.000 "zat" (6000 "süvarilik") bir mənsəbə sahib idi. Eyni il Səfəvilərin Qəndəharı təhdid etmələri və bunu 1642-ci ildə təkrarlamaları üzərinə şəhəri müdafiə etməyə gedən orduda ona önəmsiz bir komandanlıq verilmişdi. 1645-ci ildə Allahabad söbədarlığına (valilik) gətirildi.
Dard dilləri
Dard dilləri — hind-Avropa dillərinin ari qoluna daxil olan dil qrupu. == Yayılması == Şimali Əfqanıstanın, Pakistanın və Hindistanın dağlıq rayonnlarında yayılmışdır. Bu dildə danışanların ümumi sayı 1990-cı illərdə 5 milyon nəfərdən çox idi. == Tərkibi == Dard dilləri 5 yarımqrupa bölünür: şərq yarımqrupuna kəşmiri, şina, phalura dilləri; şərti olaraq kuhistani adı altında birləşdirilən bir sıra dillər və dialektlər – mayyan, kanyavali, torvali və s.; başkarik və ya qarvi adlanan dialektlər qrupu; katar kalai dili və bəzi digər dillər daxildir. Kunar yarımqrupu qavar-bati, şumaştivə qlanqali dillərindən ibarətdir. Bəzi məlumatlara görə, tirahi dili də bu yarımqrupa aiddir. Son dərəcə fərqli paşai dialektləri ayrıca yarımqrup əmələ gətirir. Digər yarımqrup khovar və kalaşa dillərindən ibarətdir. Genetik mövqeyi qeyri-müəyyən olan dameli dili müstəqil yarımqrup hesab olunur. Daha əvvəllər Nuristan dili də Dard dilinə daxil edilmişdir.
Dari dili
Dəri dili (dəri دری ) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Dark(serial)
Dark — Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki Alman teleserialıdır. Bu, ilk Netflix orijinal alman serialıdır və 1 dekabr 2017-ci ildə yayımlanmağa başladı. Serialın ilk mövsümü tənqidçilərdən daha çox müsbət rəylər aldı və digər Netflix serialı Stranger Things ilə müsbət və mənfi müqayisələr edildi. Üçüncü və son mövsüm 27 iyun 2020-ci ildə yayımlandı. == Məzmun == Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı və qaranlıq keçmişi üzə çıxır və üç nəslə yayılan bir sirr üzə çıxır. Əsas personajlar atasının intiharını başa salmağa çalışan gənc Jonas Kahnwald, qardaşı 33 il əvvəl yoxa çıxan polis məmuru Ulrich Nielsen və polis rəisi Charlotte Dopplerdir. 2019-cu ildə başlayan hekayə, qısa müddətdə 1986 və 1953-cü illərdəki hadisələri əhatə etməyə başlayır, serialın əsas ailələrindən bəzi insanlar nüfuzlu Tiedemann ailəsinin işlətdiyi nüvə stansiyasının altında işləyən mağara sistemində bir qurd dəliyinin varlığından xəbərdar olurlar. Birinci sezonda təkcə Kahnwald, Nielsen, Doppler və Tiedemann ailələrinin sirləri üzə çıxmaqla yanaşı həm də itən uşaqlarla şəhər və onun sakinləri arasındakı münasibətlər də üzə çıxdı və ailələrin həyatları məhv olmağa başladı. İkinci sezonda Jonas Adamla görüşür və atasının intihar etməsinin qarşısını almağa və hər şeyin təkrarlanmasının qarşısını almağa çalışır. Ancaq Adam bundan istifadə etdi və orta yaşlı Klaudiya ilə dövrü davam etdirməyə çalışır.
Dark (dağ)
Dark — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dark- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Azərbaycanda Dərk (Quba rayonunda) kənd və dağ adları ilə mənaca eynidir. Türk dillərində dar yer, dar keçid mənasındadır. (Kür çayı ilə Qabırrıçay (İori) arasında — Samux rayonu ərazisində bir dar keçid Dar-Doqqaz adlanır).
Dark Leg
Dark Tranquillity
Dark Tranquillity — İsveçdə yaradılan metal musiqi qrupu. Bu növdə uzun müddətdir fəaliyyət göstərən qrup eyni zamanda İsveç death metal musiqi növünün də yaradıcısı hesab edilir. == Haqqında == 1989-cu ilin əvvəllərində vokal ifaçı Anders Friden, gitaraçı Niklas Sundin, ritm gitaraçı Mikael Stanne, bas gitaraçı Martin Henriksson və zərb alətlərində Anders Jivarp birlikdə "Septic Broiler" adında bir thrash metal qrupu yaratdılar. 1990-cı ildə Enfeebled Earth adlı demo albom üzərində işlədikləri zaman, qrup anidən fikrini dəyişdirdi və demo albomdan imtina etdi. Sonra qrupun adı "Dark Tranquillity" olaraq dəyişdirildə və ifa növü də death metal ilə əvəzləndi. Qrup, yeni adı ilə 1991-ci ildə ilk demo albomu olan "Trail of Life Decayed" və ardınca 1992-ci ildə ikinci demo albomu olan "A Moonclad Reflection"ı yayınladı. "A Moonclad Reflection" demo albomunun satış indeksi 1500ə çatdı. Qrup öz janrını death metal ilə əvəzləsə belə, musiqilərində 80-ci illərdən gələn klassik thrash nəfəsi də duyulurdu. 1993-cü ildə ilk albom olan "Skydancer" albomunu satışa çıxardılar. Bu albomda qonaq sənətçi kimi Anna Kajsa Avehall iştirak etmişdi.
Dark metal
Dark metal (eləcə də sadəcə dark-, (ing. dark metal), dark — "qaranlıq" sözündən) —— musiqi cərəyanı, metal musiqinin qollarından biri. İlk dəfə 1980-ci illərdə yaranmışdır və 1994-cü ildə musiqi cərəyanı kimi tam formalaşmışdır. Dark metalın vahid cərəyan üslubu yoxdur. Bu cərəyanın ilk albomları Almaniyada, Braziliyada, Yunanıstanda, ABŞ-də, İsveçrədə və digər ölkələrdə meydana gəlmişdir.
Daron Əcəmoğlu
Daron Əcəmoğlu (3 sentyabr 1967, İstanbul) — erməni əsilli türk alimi, professor. 1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb. 1992–1993-cü illərdə bu məktəbdə dərs deyib. Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır. O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb. İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Əcəmoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir.
Dars yarımadası
Dars yarımadası (alm. Darß‎) — Almaniyanın şimalında, Baltik dənizinin cənubunda yerləşən yarımada. Qərbdən Meklenburq buxtası yuyulur. Dars sözü qədim skavyan dilində işlənən dračĭ sözündən törəmişdir. Erkən orta əsrlərdə yarımada ada olmuşdur. Slaviyanlar onu Scante Vustrov adlandırırdı. Yarımadanın böyük hissəsi meşə ilə örtülüdür. Yarımadanın şimal hissəsi Darser-Ort (alm. Darßer Ort‎) adlanır. Burada mayak yerləşir.
Dart Vayder
Ulduz müharibələri obrazı.
Dart Veyder
Ulduz müharibələri obrazı.
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
Daun sindromu
Daun sindromu (yaxud Trisomiya 21) —21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur. == Tarixi və diaqnozu == Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır.