1. Ensiz (enli ziddi). Dar küçə. Dar yol. Dar keçid. Dar dərə.
□ Dar dəmir yolu – yaxın məsafələrə çəkilən və yerli əhəmiyyəti olan, relsləri bir-birinə yaxın dəmir yolu. Bütün mədənlərə tramvay və dar dəmir yolu çəkilmişdir.
2. Çox sıx, sıxıcı, tarım. Dar köynək. Dar şalvar. Dar ayaqqabı.
3. Kiçik, balaca.
4. məc. Əhatəsi geniş olmayan; məhdud, birtərəfli. Dar düşüncə. Dar elmi sahə.
5. məc. Çox az, çox məhdud, qeyri-kafi, yaxud namünasib. Vaxt çox dar idi.
// Eyni mənada bəzən “bu dar vaxtı, bu dar vaxtda” tərkib şəklində işlənir. Birdən qapı döyülür, molla öz-özünə hirslənir ki, yenə görəsən kimdi bu dar vaxtı gəlib çıxdı. “M.N.lətif.” [Xanımnaz:] Bu dar vaxtı sən getmə.
◊ Dar ayaqda – çətin zamanda, çətin vəziyyətə düşəndə. Dar ayaqda kömək etmək. Dar ayaqda imdada çatmaq.
Dar etmək (bəzən “başına” sözü ilə) – dözülməz etmək, məşəqqətli etmək. Evi başına dar etmək. Dünyanı başına dar etmək.
Dar gün – həyatın çox çətin, çox ağır, böhranlı, məhrumiyyətlərlə dolu vaxtı.
Dar kəsilmək – bax dar olmaq.
Dar olmaq – dözülməz olmaq.
Dara düşmək – 1) maddi cəhətdən ağır vəziyyətə düşmək, sıxıntı çəkmək, yoxsul hala düşmək;
2) çətin vəziyyətə düşmək, işi çətinə düşmək.
Dara qısnamaq – bərkə çəkmək, sıxışdırmaq, çətin və çıxılmaz vəziyyətə salmaq.
Dara salmaq – bax dara qısnamaq.
Darda qalmaq (olmaq) – çətin vəziyyətə düşmək, çətinlik çəkmək, ehtiyac içində olmaq.
Dardan çıxmaq – ağır və çətin vəziyyətdən, məhrumiyyətdən qurtarmaq.