Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leuce
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Pinus peuce
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Leuce alba
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Leuce × canescens
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Peuce rubra
Qara küknar (lat. Picea mariana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Şimali Amerikanın çimalında Labrador yarımadasından Alyaskaya kimi və cənubda Virciniyadan Viskonsinə qədər yayılmışdır. Hündürlüyü 20–30 m, gövdəsinin dimateri 30–90 sm, ensiz, konusvarı çətirli ağacdır: mədəni şəraitdə, əsaəsn, orta ölçülüdür. İri ağaclarda budaqları torpağa qədər sallanır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonur, nazikdir. Cavan zoğları qırmızımtıl-qonur, sıx, qırmızı tükcüklüdür. Tumurcuqların uzunluğu təxminən 5 mm, yumurtavarı-konusvarıdır, qatransız və ya az qatranlıdır; onların qabıqları üçbucaq, uzunsov-ucu biz, tükcüklü, qırmızı-qonurdur. İynəyarpaqları nazik, uzunluğu 6–12 (18) mm, eni 0,7–0,8 mm, dördbucaqlı, iynəli, bəzən küt, tünd göyümtül-yaşıl, çox sıx, 8–9 (14) ol qalır, sürtüldükdə ətirli olur. Qozaları yumurtavarı, xırda (uzunluğu 2–3,5 sm və eni 1,5–1,8 sm), yetişənə qədər alqırmızı-qonur, yaşlandıqda tutqun-qonur, nazik yumurtavarı qabıqlı, uzun illər (20–30 ilə qədər) ağacda qalır.
Lay-duce
Lay-duce, Inc. (株式会社Lay-duce, Kabushiki-gaisha Rei-dyūsu) — 2013-cü ilin avqust ayında qurulmuş Yaponiya animasiya studiyası. Go! Go!
Duçe
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul. 1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir. Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir, lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Decne.
Jozef Deken (fr. Joseph Decaisne, 7 mart 1807[…], Brüssel[d] və ya Brüssel – 8 fevral 1882[…], Paris) — Belçika mənşəli fransız botaniki. Maison rustique du XIX siècle. Encyclopédie d’horticulture pratique, cours de jardinage, rédigé sous la direction de M. Decaisne (1836). Recherches anatomiques et physiologiques sur la garance, sur le développement de la matière colorante dans cette plante, sur sa culture et sa préparation, suivies de l’examen botanique du genre Rubia et de ses espèces (1837). Histoire de la maladie des pommes de terre en 1845 (1846). Flore élémentaire des jardins et des champs, accompagnée de clefs analytiques et d’un vocabulaire des termes techniques, par Emmanuel Le Maout et J. Decaisne (2 volumes, 1855). Le Jardin fruitier du Muséum, ou Iconographie de toutes les espèces et variétés d’arbres fruitiers cultivés dans cet établissement avec leur description, leur histoire, leur synonymie (9 volumes, 1858–1875). Manuel de l’amateur des jardins, traité général d’horticulture, par MM. Jh Decaisne, Ch. Naudin (4 volumes, 1862–1871).
Ducke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Düzce
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Diuca
Diuka (lat. Diuca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinə aid heyvan cinsi.
Dəcəl dəstə
Uşaq filmi Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır. Quruluşçu rejissor: Aleksandr Popov, Qəmər Salamzadə Ssenari müəllifi: Yuri Fidler Bəstəkar: M.Baxçisaraytsev Quruluşçu rəssam: Viktor Aden Rəssam: Qasım Səlimxanov Səs operatoru: M.Belausov Rejissor köməkçisi: Zeynəb Kazımova Mahnıların mətni: Rəsul Rza, Yuri Fidler A.Varqanova — əlaçı Olya Murtuza Əhmədov — Heydər (Olyanın dostu) A.Bağırova — əlaçı Nina A.Mirzəyev — Yusif Leyla Bədirbəyli — Anna Pavlovna N.Antonov — Mişa Q.Molodtsov — Qrişa Ağasadıq Gəraybəyli — Yusifin atası Əzizə Məmmədova — Yusifin anası Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
DECT
DECT (ing. Digital Enhanced Cordless Telecommunications, azərb. Rəqəmsal təkmilləşdirilmiş simsiz telekommunikasiya‎) — əsasən simsiz telefon sistemlərinin yaradılması üçün istifadə edilən standart. O, Avropada yaranıb və 900 MHz CT1 və CT2 kimi əvvəlki simsiz telefon standartlarını əvəz edərək ümumi standart olub. Təkçə Avropada deyil, Avstraliya, Asiya və Cənubi Amerikanın əksər ölkələrində də bu standart qəbul edilib. ABŞ-nin radiotezlik qaydalarına görə Şimali Amerika bu standartı qəbul edə bilmədi. Nəticədə DECT 6.0 adlı bir az fərqli tezlik diapazonundan istifadə edən DECT variasiyası inkişaf etdirilib. Bu, sözügedən qurğuları hətta eyni istehsalçıdan başqa sahələrdə istifadə üçün nəzərdə tutulmuş sistemlərlə uyğunsuz hala salır. DECT, Şimali Amerika xaricində istifadə edildiyi əksər ölkələrdə digər standartları demək olar ki, tamamilə əvəz etdi. DECT standartına əksər istehsalçıların tətbiq etdiyi sadə telefon imkanları üçün ümumi qarşılıqlı fəaliyyət profili olan "generic access profile" (GAP) daxildir.
Bruce Lee
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Bruce Schneier
Brüs Şnayer (ing. Bruce Schneier; 15 yanvar 1963, Nyu-York, Nyu-York ştatı) — amerikalı kriptoqraf, kompüter təhlükəsizlik mütəxəssisi, məxfilik mütəxəssisi və yazıçıdır. Ümumi təhlükəsizlik, kompüter təhlükəsizliyi və kriptoqrafiya mövzusunda bir neçə kitabın müəllifidir.
Cerard Debre
Jerar Debre (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Jerar Debre Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Con Dette
Conatan Dette (ing. Jonathan Dette; d. 19 aprel 1970, San-Dieqo, Kaliforniya) — Amerikalı treş-metal barabançısı. O, Testament, Anthrax, Slayer kimi məşhur metal qruplarında ifa etmişdir.
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dance Alone
Dance Alone (azərb. Tək rəqs et‎) — Makedoniya Respublikasının 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yana Burçeska "Dance Alone" mahnısı ilə Makedoniya Respublikasını Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Yoakim Persson, Aleks Omar, Florens və Borislav Milanov tərəfindən bəstələnmişdir.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
Diuca speculifera
Ağqanad diuka veya buzlaqquşu (lat. Idiopsar speculifer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinin diuka cinsinə aid heyvan növü. Argentina, Çili, Boliviya və Peruda rast gəlinir. Təbii məskənləri subtropik və ya tropik yüksək dağ çəmənlikləridir.
Foeniculum dulce
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Jerar Debre
Jerar Debre (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Jerar Debre Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Peter Bence
Peter Bence (macar dili: Péter Bence; 5 sentyabr 1991, Debretsen) — macar pianoçusu, bəstəkar və musiqi istehsalçısıdır. 500 milyondan çox video hit toplayan "Despacito" (Fonsi / Yankee / Ender), Maykl Cekson , Queen və Sianın fortepiano aranjımanları ilə çox populyarlıq qazandı. Onun hər zaman ən çox izlədiyi videosu "Despacito" nun canlı ifasıdır. Peter Bence, pianoda erkən yaşlarında ifaya başladı və Motsart, Şopenin musiqisindən güclü təsirlənərək ilk dəfə 7 yaşındak kompozisiyasını bəstələdi. 2002-ci ildə, 11 yaşında ilk musiqisini "Yaşıl musiqi" adlandıran ilk solo fortepiano albomunu nəşr etdi. 2008-ci ildə "Nightfall" adlı ikinci albomunu buraxdı. 2009-cu ildə səsləndirilən Fibonacci Sequence əsasında hazırlanmış "Piano Piece" kompozisiyası üçün vərəq musiqisi bir çox pianoçu tərəfindən tələb edildi. Müəllimlər və həmyaşıdları tərəfindən musiqili bir prodigy hesab edildi və hələ ibtidai məktəbdə oxuyarkən Debreçendəki Franz Liszt Musiqi Universitetində qəbul edildi. Yeniyetməlik illərində Peter kino musiqisinə, xüsusən onun üçün yeni bir dünya açan və özünü musiqi ilə daha da araşdırmağa vadar edən Con Willyamsın musiqisinə böyük maraq göstərməyə başladı. Macarıstanda klassik fortepiano və kompozisiya təhsili aldıqdan sonra, ABŞ-da Berkli Musiqi Kollecində bir film rejissoru və fortepiano ixtisası üzrə bir magistr kimi təhsilini davam etdirdi.
Viburnum edule
Viburnum edule (lat. Viburnum edule) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Dəcəl dəstə (film, 1937)
Uşaq filmi Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır. Quruluşçu rejissor: Aleksandr Popov, Qəmər Salamzadə Ssenari müəllifi: Yuri Fidler Bəstəkar: M.Baxçisaraytsev Quruluşçu rəssam: Viktor Aden Rəssam: Qasım Səlimxanov Səs operatoru: M.Belausov Rejissor köməkçisi: Zeynəb Kazımova Mahnıların mətni: Rəsul Rza, Yuri Fidler A.Varqanova — əlaçı Olya Murtuza Əhmədov — Heydər (Olyanın dostu) A.Bağırova — əlaçı Nina A.Mirzəyev — Yusif Leyla Bədirbəyli — Anna Pavlovna N.Antonov — Mişa Q.Molodtsov — Qrişa Ağasadıq Gəraybəyli — Yusifin atası Əzizə Məmmədova — Yusifin anası Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Dehəc
Dehəc — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Dehəc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,756 nəfər və 1,600 ailədən ibarət idi.
Dezəc
Dezəc və ya Dizəc- İranın Kürdüstan ostanının Qürvə şəhristanının Çardolu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,292 nəfər və 559 ailədən ibarət idi.
Düzcə
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Dəbkə
Dəbkə (ərəb. دبكة‎) — Levantda oynanılan rəqs. Fələstin, İordaniya, İraq, Livan və Suriyada oynanılır.
Dəclə
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Dəfnə
Dəfnə (lat. Laurus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və Cənubi Qafqazın qərbində rast gəlinir. Adaphus Neck. Appella Adans.
Dəhnə
Dəhnə (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Dəhnə (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəhnə (coğrafiya) — çayın dənizə tərəf geniş açılmış qıfabənzər mənsəbi.
Dəkkə
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dəstə
Dəstə (taksonomik kateqoriya)
Dəzəc
Dezəc və ya Dizəc- İranın Kürdüstan ostanının Qürvə şəhristanının Çardolu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,292 nəfər və 559 ailədən ibarət idi.
Gəncə
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı". Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.
Leççe
Leççe, cənubi İtaliyanın Apuliya bölgəsində yerləşən və öz adını daşıyan Leççe rayonunun mərkəzi olan bir şəhərdir. Leççe, barokko stili memarlıq əsərlər baxımından olduqca zəngindir. Barokko stili memarlığın qızıl dövründə inşa edilən, günümüzdə iz buraxan memarlıq abidələri nümunələrini Leççedə görmək mümkündür. Leççe şəhəri ümumiyyətlə düzlük bir ərazi olan "Salento Ovası" nın orta-şimalında yerləşir. Selanto düzənliyi çox geniş bir düzlüktür və şimalında "Mürği platosu" və cənubunda "Salento Serre" platosu yerləşir. Tarixi mifologiyaya görə Leççe şəhəri Troya müharibəsi dövründə "Mesapii" adlı bir İtalyan tayfası tərəfindən məskunlaşılan Sybar adlı bir şəhər idi. Sonra; İapyqes adlı digər bir İtalyan qövmünün əlinə keçdi, İ.Ö. 3. əsrdə antik Roma Respublikasının əlinə keçdi və şəhərə Romalılar tərəfindən Lupiae adı verildi. Qədim Roma Amfi Teatrı: İ.S.II əsrdə inşa olunub. Təxminən 25 min nəfər tutumu var idi.
Ləhcə
Ləhcə — eyni dilin digər ləhcələrinə məlum olmayan bir sıra ümumi hadisələrlə bir-birinə bağlı olan şivə qrupunu (və hətta dialektləri) birləşdirən bir dilin böyük bir bölməsi. Məsələn, məlumat XIX–XX əsr terminologiyasına görə, Kursk və Ryazan dialektlərinə əsaslanan rus dilinin Böyük Novqorod ləhcələr qrupu – Şimali Böyük rus və Cənubi Böyük rus ləhcələrinini mənşəyi budur.