DƏRBƏ

is. məh. Mal-qaranın qışlıq yem ehtiyatı.
DƏRBAR
DƏRBƏÇƏ
OBASTAN VİKİ
Dəmirqapı Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Dərbənd (Astara, İran)
Dərbənd (fars. دربند‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 427 nəfər yaşayır (97 ailə).
Dərbənd (Dol)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (60 ailə).
Dərbənd (Həştrud)
Dərbənd (fars. دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 239 nəfər yaşayır (46 ailə).
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).
Dərbənd (Urmiya)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (85 ailə).
Dərbənd (Xudabəndə)
Dərbənd (fars. دربند‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (39 ailə).
Dərbənd (dəqiqləşdirmə)
Dərbənd — Dağıstan Respublikasında şəhər. Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Dərbənd (Urmiya) — Dərbənd (kənd) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Dərbənd (kənd)
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer» mənasında işlənən dər və bənd sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
Dərbənd (qəzet)
"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycan və rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycanlılarin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. == Tarixi == Qəzet 1920-ci ildə "Şurayi-Dağıstan" adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə "Dağıstan fuqarası" (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1928–1930-cu illərdə qəzetin baş redaktoru Məmmədkazım Ələkbərli olmuşdur. Əməkdaşları arasında Almas İldırım, Beydulla Musayev, Əhməd Cəmil, Fazil Seyidov və başqalarını qeyd etmək olar. 1931-ci ilin oktyabr ayından qəzet "Kolxoz yolu", 1932-ci ilin martından isə "Lenin bayrağı" adı ilə nəşr olunur. 1960–1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan "Kənd mayakı".
Dərbənd (rayon)
Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir. == Ərazisi == Dərbənd rayonunun ərazisi 821 км² (daha dəqiq 820,97 км²)- dir. Ümumi ərazisinin 32,000 hektarı kənd təsərrüfatına yararlıdır. Rayon 1921-ci ildə təşkil edilmişdir. İnzibati mərkəzi Dərbənd şəhəridir. Rayon ərazisinin şimaldan cənuba uzunluğu 73 km, şərqdən-qərbə eni isə 15 km-30 km-dir. Rayon ərazisi Xəzər dənizi ilə 70 km uzunluğunda sahil xəttinə sahibdir, ərazisinin 60%-i düzənliklərdən, 40%-isə dağətəyi sahələrdən ibarətdir. Rayon ərazisinin 20%-dən çoxu meşələrlə örtülmüşdür. Rayon ərazisindən Rubas, Ulluçay və Darvaq kimi nisbətən iri çaylar və onlarla kiçik çaylar axır.
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı
Azərbaycan Dövlət Dram Teatrı (rus. Азербайджанский государственный драматический театр) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən teatr. == Tarixi == XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu almışdır. 1944-cü ildə səhnə pərdələri müvəqqəti olsa da bağlanmış, lakin 1994-cü ildə yenidən teatr qapılarını tamaşaçılarının üzünə açmışdır. == Repertuarı == Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır. == Binası == Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılmışdır.
Dərbənd Camaatı
Meşə Qardaşları (1905-1906)
Dərbənd Cümə məscidi
Cümə məscidi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən məscid. Bu, müsəlmanların ibadəti üçün tikilmiş ən qədim məscid olmaqla yanaşı, həm də İslam aləmində ən qədim məscidlərdən biridir. == Ümumi məlumat == Sasanilər İmperiyası tərəfindən möhkəmləndirilmiş Dərbənd Yaxın Şərqdə qədim şəhərlərdən biri sayılırdı. VIII əsrdə Məsləmə ibn Əbdülmalikin başçılığı ilə ərəblərin Qafqaza birinci yürüşləri zamanı şəhər işğal olundu. Ərəblər Dərbəndə xüsusi diqqət yetirmiş, hətta onu Bab-əl Əbvab – yəni "Qapılar qapısı" adlandırmışlar. Ərəb sərkərdəsi xilafətin Azərbaycan canişini Məsləmə ibn Əbdülmalik Suriyadan Dərbəndə 24000 əsgər köçürərək şəhəri 4 hissəyə və ya məhəllələrə ayırdı. Hər məhəllənin öz məscidi inşa olunmaqla yanaşı eyni zamanda hicri tarixi ilə 115-ci ildə (miladi 733-734-cü il) ümumşəhər Cümə məscidi inşa olundu. == Memarlığı == Geniş bir meydanda Şərqdən Qərbə doğru istiqamətlənərək düzbucaqlı daş hasarla (67x17m) əhatə olunmuş Cümə məscidinin plan strukturu sütun düzülüşü ilə kvadrat formalı 3 nefə ayrılıb. Məscid şimaldan cənuba doğru istiqamətlənmiş mərkəz xəttin oxvarı daş günbəzlə örtülmüş kvadrat formalı zalla tamamlanır. Plan strukturu baxımından məscidin birbaşa analoqu olmayan daxili hissəsi eni istiqamətində çoxsaylı hissələrə bölünərək nəhəng memarlıq orqanizminə dinamik xarakter verir.
Dərbənd Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey Qoruğu
Dərbənd Dövlət Tarix-Memarlıq və incəsənət Muzey-Qoruğu — Rusiya ərazisindəki ən qədim şəhər olan Dərbəndin tarixinə həsr olunmuş muzey kompleksidir. Muzey-Qoruğunun ərazisi qorunan zonalarla birlikdə 2044 hektardır və burada 250-dən çox (və bəzi hesablamalara görə 400-dən çox) tarix və mədəniyyət abidələri cəmləşmişdir. Muzey kompleksinin ərazisində 2003-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Narın-Qala qalası da daxil olmaqla 25 federal əhəmiyyətli abidə var. == Yaradılması == Dərbənddə tarix diyarşünaslıq muzeyi 1926-cı ildə yaradılmışdır. Onun yaradıcısı Dərbənd 1 saylı məktəbin kimya müəllimi, yerli tarixə həvəsli Pyotr İvanoviç Spasski idi. 5 may 1928-ci ildə Dağıstan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti "Dərbəndin bütün qədim abidələrini, xüsusən də Dərbənd qalası, bütün uzunluğu boyunca divar, Kirxlyar qəbiristanlığı, digər qəbiristanlıqlar, I Pyotrun qaldığı yerin qalıqları, şair Aleksandr Bestujev-Marlinski və başqa tarixi əhəmiyyətli yerlərin qorunması haqda qərar verdi. 1934-cü ildə muzey bələdiyyə statusu aldı. 1960-cı ildə Dərbənd elmi bərpa emalatxanaları yaradıldı, 1971-ci ildən başlayaraq muzey sistemli arxeoloji tədqiqatlar aparır. 1977-ci ildə muzey tarixi-memarlıq muzeyinə çevrildi. 1989-cu ildə Dərbənd Dövlət Tarix, Memarlıq və İncəsənət Muzeyi-Qoruğu yaradıldı, hal-hazırda (2020) rəhbəri V. V. Çesnokovdur.
Dərbənd Dəmiryolu Stansiyası
Dərbənd — Şimali-Qafqaz dəmir yollarının Maxacqala regionunda yerləşən dəmiryol stansiyası. İnzibati baxımdan Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşir. Rusiya Dəmiryolları şəbəkəsinin ən cənub şəhər stansiyasıdır. == Təsviri == Stansiyada elektrik lokomotivləri Azərbaycana gedən və oradan gələn qatarlar gömrük nəzarəti təşkil edilir.
II Maymun (Dərbənd əmiri)
II Maymun — Dərbəndin son əmiri. == Hakimiyyəti == Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Əmirliyə qayıdışı == Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.
II Məhəmməd (Dərbənd əmiri)
II Məhəmməd - Dərbənd Haşimiləri sülaləsindən olan 7ci müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə doqquzuncudur. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. Cəmi 10 ay, 18 gün hakimiyyətdə qaldı. Dekabrda qardaşı Maymunun bir qulamı tərəfindən Cihad qapısı yaxınlığında öldürüldü.
II Mənsur (Dərbənd əmiri)
II Mənsur (1038, Dərbənd – 1065, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1038-ci ildə anadan olmuşdu. 4 yaşında əmir elan olundu. Dövlətin idarəsi əslində vəzir Əbül Fəvaris Əbdülsələmin əlində toplaşmışdı. 1051-ci ildə vəzirin ölümündən sonra əmir müstəqil idarəetməyə başladı. == Üsyan == 24 iyul 1054-cü ildə rəislər və onun arasında münaqaişə yarandı.Bir neçə gün sonra anası Şəmkuyə ilə şəhəri tərk edən əmir şəhərətrafı ərazilərdən qoşun toplayaraq Fələstin qapısının önündə rəislərdən tərəfindən ağır məğlubiyyətə uğradı. == Sürgün və ikinci hakimiyyət == Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini əmir elan etdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar, 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Bundan sonrakı hakimiyyətini rəislərin nüfuzunu azaltmağa həsr edən Mənsur tez-tez onları həbs etdirirdi.
II Əbdülmalik (Dərbənd əmiri)
II Əbdülmalik (Dərbənd – 10 mart 1043, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1034-cü ildə əmir olmuşdu. Lakin 9 fevral 1034-cü ildə rəislər tərəfindən devrilərək Əbu Mənsur Əli ibn Yezidə beyət etdilər, Şirvanşah vəziri Mənsur ibn Müsəddidi öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə 1035-ci ildə paytaxtı Yezidiyyəyə qayıtdı. Həmin ilin apreli Əbdülmalik geri qayıdaraq şəhəri ələ keçirdi, Şirvanşahı sülhə məcbur etdi və 1035-ci ilin dekabrında onun bacısı, Yəzidin qızı Şəmkuyə ilə evləndi. == Üsyan == Əmirin güclənməsini görən digər rəislər vəzir Səqlab ibn Məhəmmədin evinə hücum çəkdilər və onu bıçaqladılar. Həyatının təhlükədə olduğunu görən əmir Əbd ül-Malik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. 1038-ci ildə rəis Əli ibn Həsən onu devirməyə çalışsa da, saray çevrilişinin qarşısı alındı.
I Pyotrun evi (Dərbənd)
I Pyotrun Evi və ya I Pyotrun sığınacağı — Çar I Pyotrun 1722-ci ildə Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı Dərbənd şəhərində gecələdiyi yer. Bu mədəni və tarixi kompleks, bir pavilyon-sütun, Böyük Pyotr qazıntılarının qalıqları, Rusiya imperatorunun abidəsi və bir muzey binasını özündə birləşdirən memarlıq kompozisiyasıdır. 2015-ci ildə qazma daxmanın olduğu yerdə muzey kompleksi açıldı; muzeyin əsas sərgisi, imperatorun Dərbənddə olduğu müddətdə qaldığı evin qalıqlarıdır. Muzey kompleksinin ümumi sahəsi 1900 kvadratmetrdir. Muzey kompleksinə 23 avqust 1722-ci ildə I Pyotrun Xəzəryanı bölgələrə hərbi kampaniyası zamanı qaldığı qazma evdən başqa, 1870-ci illərdə qazma evin üzərində qurulmuş pavilyon-sütun; M. Antokolskinin modelinə görə hazırlanan I Pyotrun abidəsi; muzey binası (memar Eldar Abdullaeyv) daxildir. Kompleksdə mühazirələr, təhsil proqramları və ustad dərsləri keçirilir. Üstəlik muzeyin qarşısındakı meydanda konsertlər, şoular, yaradıcılıq gecələri baş tutur. == Tarixi == 1722-ci ildə, Xəzər sahilinə yürüş zamanı, I Pyotr yay istisindən sığınmaq üçün xüsusi olaraq tikilmiş torpaq daxmada gecələyir. Dəniz sahilindən təxminən 100 m qərbdə və Şimal Qala Divarından 50 m cənubda yerləşən məntəqə iki kiçik otaqdan ibarət idi. Çar Dərbənddə üç gün qaldı və ordu və donanma ilə birlikdə Bakıya getdi.
Kavus mirzə Dərbəndi
Kavus Mirzə — Şirvanşah şahzadəsi. == Həyatı == Bürhan Əlinin bacısı oğlu idi. İlk işi Şabran şəhərini ələ keçirmək oldu. Şəhərdən 12 kilometr aralıda isə Aras xan Rumlunun ordusuna məğlub oldu və öldürülərək başı Qəzvinə göndərildi.
Kommuna (Dərbənd)
Kommuna - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 866 nəfər azərbaycanlı yaşamaqda idi. Əhalisi şiə məzhəbində etiqad edir.

Значение слова в других словарях