Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diaspor
Diaspor (yun. διασπορά) — bir toplumun aid olduğu və tarixən yaşadığı torpaqlardan uzaq məsafədə yaşaması durumu. İfadə kimi diaspor sözü yunan dilində olan səpələmək sözündən formalaşmışdır. == Tarixi == Qədim Yunanıstanda diaspor ifadəsi şəhər dövlətlərində (metropolos) yaşayan əhalinin öz ana vətənlərini tərk edərək yeni koloniyalara köç etməsi anlamında işlədilirdi. Daha sonrakı dövrlərdə ifadənin daha geniş formada işədilməsi Babil sürgünü zamanı Yəhudi qövmünün bütün dünyaya səpələnməsi zamanına təsadüf etdi.
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Diaspor (mineral)
Diaspor (mineral) — mineral, α- AlOOH (və ya da HAlO2). Al qismən Mn3+, Fe3+, Cr ilə əvəz olunur. == Haqqında == Diaspor - Rombik. Habitus lövhəvari, iynəvari. İkiləşmə {061} və {021} üzrə nadir. Ayrılma {010} üzrə mükəmməl, {110}, {210} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: yarpaqvari, gizli kristallik, stalaktitəbənzər. Rəngi ağ, bozumtul; Mn ya da Fe qatışıqları ilə - boz, yaşıl, sarı, çəhrayı, qəhvəyi, qırmızı. Parıltısı şüşəlidən, almaz parıltısı kimi. Sərtliyi 6,5-7.
Diaspor muzeyi
Diaspor muzeyi — Yəhudi xalqının muzeyi (ivrit dilində:‏בית התפוצות‏) — Ramat-Əvivdəki (Tel-Əviv, İsrail) Tel-Əviv muzeyinin kampusu ərazisində yerləşən Naxum Qoldman adına yəhudi diasporunun muzeyi == Tarixi == Diaspor muzeyi 1978-ci ilin mayında təşkil olunmuşdur və bu dövrün ən müasir incəsənət muzeylərindən biri hesab olunur. Diaspor evinin yaradılması ideyasını keçmiş və müasir yəhudi diasporunun abidəsini yaratmağa səy göstərən Ümumdünya yəhudi konqresinin banisi və prezidenti Naxum Qoldman təklif etmişdir. Audio-vizual displeylərdən istifadə olunmaqla yəhudi xalqının 2600 il bundan əvvəl İsrail torpaqlarından qovulmasından bu günədək əsrlər boyu bütün dünyaya səpələnmiş yəhudi diasporunun tarixini nümayiş etdirir. Şair Abba Kovnerin təklifi ilə muzey 6 tematik hissəyə bölünmüşdür. Sərgilər mərtəbələr və mövzular üzrə yerləşdirilmişdir. İsrail hökuməti 2011-ci ildə yeni texnologiyalardan istifadə olunmaqla muzeyin genişləndirilməsi və moderizasiyası planını bəyənmişdir. Muzeydə eksponatların bərpası da həyata keçirilir. 2015-ci ildə yeni sinaqoq zalının açılması və 2017-ci ildə yenidən qurulmasının başa çatdırılması planlaşdırılmışdır. Muzeyin yenidən qurulması proqramında yəhudi və İsrail cəmiyyətində baş verən əhəmiyyətli dəyişikliklər, həmçinin muzey texnologiyasının ən yeni nailiyyətləri öz əksini tapmışdır. Muzey tamaşaçılara yəhudi xalqının Bibliya dövründən müasir dövrədək olan tarixini, mədəniyyətini, yəhudi həyat tərzini bütün dolğunluğu ilə çatdırmağa çalışır.
Diaspor Könüllüləri
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi — Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. == Fəaliyyəti == diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; diasporla iş sahəsinin inkişafını təmin edir; beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir; xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır; xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir; beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir; xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Komitə həmçinin xaricdə yaşayan Azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına komitə dəstək verib. == İctimai birlik == Təşkilat ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 29 mart 2019-cu ildə "Azərbaycan Diaspor Könüllüləri" proqramı olaraq fəaliyyətə başlamışdır. Könüllü fəaliyyətə start verilməsinə motiv Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışı olmuşdur. 24 aprel 2019-cu ildə Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilmişdir.
Diaspor siyasəti
Diaspor siyasəti — transmilli etnik diasporların siyasi davranışları, onların etnik vətənləri və qəbul etdikləri dövlətlərlə münasibətləri və etnik münaqişələrdəki mühüm rolu. Diaspor siyasətinin öyrənilməsi diaspor tədqiqatlarının daha geniş sahəsinin bir hissəsidir. Diaspor siyasətini başa düşmək üçün əvvəlcə onun tarixi kontekstini və bağlılığını anlamaq lazımdır. Diaspor — ortaq kimliyinə əsaslanan tək etnik qrup kimi müəyyən edilən transmilli cəmiyyətdir. Diasporlar əsl vətəndən tarixi mühacirət nəticəsində yaranır. Bu ərazinin əslində konkret etnik qrupun vətəni olub-olmaması siyasi məsələdir. Miqrasiya nə qədər köhnədirsə, hadisə ilə bağlı dəlillər də bir o qədər azdır. Məsələn, qaraçılara gəldikdə, miqrasiya, vətən və miqrasiya yolu hələ dəqiq müəyyən edilməmişdir. Vətən iddiası həmişə siyasi məna daşıyır və tez-tez mübahisə doğurur. Özünü tanıyan diasporlar vətənlərinə, etnik və mədəni bağlılıqlarına böyük əhəmiyyət verirlər, xüsusən də vətənlərini “itirilmiş” və ya “fəth edilmiş” hesab edirlərsə.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Disko adası
Disko adası və ya Kekettarsuak (qren. Qeqertarsuaq, dan. Disko øer) — tərçümədə Böyük ada mənasını verirdi. Qrenlandiyanın qərbində Baffin dənizi akvatoriyasında yerləşir. Ada Danimarkaya məxsusdur. == Ümumi məlumat == Ada özlüyündə bazal düzənlikdən ibarətdir. Bir hissəsi isə buzlaqlarla örtülüdür. Adanın sahəsi — 8578 km²}} təşkil edir və bu göstərici ilə Adaların dünyada sahəsinə görə sıralamasında 85-ci yeri tutur. Maksimal eni — 160, orta dünsürlük — 975 metr, ən hündür nöqtəsi — 1919 metr təşkil edir. Əhalisi — 1100 nəfərdir (2005).
İtalo-disko
Italo Disko (Italo disco və ya Italo-disco) - popun bir növüdür. İtalo disko janrından italyan elektron musiqisində 1970-1980-cı illərdə istifadə edilmişdir. Bu termin Almaniyada 1983-cü ildə "ZYX Records" səsyazma kompaniyasının əsasını qoyan Bernhard Mikulski tərəfindən işlədilmişdir. Janrda sintezatora bötük üstünlük verilir. İtalo disko janrının ifaçıları, adətən, mahnıları ingilis dilində ifa edirdilər. Bu janrda ifa edilən mahnıların çoxu məşhur olmasa da, dövrünə görə seçilən mahnılar idi. Ən məşhur mahnılara misal olaraq İtalyan ifaçısı Sabrina Salerno tərəfindən səsləndirilən Boys mahnısını göstərmək olar.
İtalo Disko

Diaspor Könüllüləri İctimai Birliyi
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi — Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. == Fəaliyyəti == diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; diasporla iş sahəsinin inkişafını təmin edir; beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir; xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır; xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir; beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir; xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Komitə həmçinin xaricdə yaşayan Azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına komitə dəstək verib. == İctimai birlik == Təşkilat ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 29 mart 2019-cu ildə "Azərbaycan Diaspor Könüllüləri" proqramı olaraq fəaliyyətə başlamışdır. Könüllü fəaliyyətə start verilməsinə motiv Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışı olmuşdur. 24 aprel 2019-cu ildə Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilmişdir.
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Veb-Atlas.
"Diaspor fəaliyyətində xidmətə görə" medalı
"Diaspor fəaliyyətində xidmətə görə" medalı – Azərbaycan Respublikasının dövlət təltifi. == Təltif edilən şəxslər == "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfələrə və Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə təltif edilirlər. == Təltif edən orqan == "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının prezidenti təltif edir. == Taxılma qaydası == "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. === Medalın ön tərəfi === Səkkizguşəli ulduzun üzərində konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhə üfüqi istiqamətdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun mina ilə örtülmüşdür. Dairənin mərkəzində mina üzərində yer kürəsini əks etdirən meridian və paralellər təsvir olunmuşdur. Yer kürəsinin aşağı hissəsində dəfnə budağı həkk edilmişdir. Bütün elementlər relyefli olaraq qabarıqdır.
Diaspor Gənclərinin Yay Düşərgəsi (Azərbaycan)
Avro disko ifaçılarının siyahısı
Avro disko ifaçılarının siyahısı - bu siyahıda Avro disko janrında ifa edən bütün ifaçıları və onların hit mahnıları vardır.
Disko rəqqas (film, 1982)
Mithun Çakraborti baş rolda oynadığı musiqili hind filmi, Subxaş Babbar tərəfindən 10-u dekabr 1982-ci ildə çəkilib. Hazırda film janrın klassikası sayılır və çox tanınıb, sevilən filmdir. == Məzmun == Cimmi əmisi ilə küçələrdə çıxış edərək bir parça çörək qazanan kasıb bir uşaqdır. Lakin varlı evdə baş vermiş bir olay onların həyatını dəyişir. Bundan sonra Cimmi və anası bu şəhəri tərk etməyə məcbur olurlar. İllər ötür. Cimmi öz gücü ilə şöhrət qazanır. O, öz sevgisinə də rast gəlir. Onun sevgilisi uzun illər bundan əvvəl anasını və Cimmini alçaldan varlı adamın qızıdır...
Vorontsov-Daşkov
İllarion İvanoviç Vorontsov-Daşkov (27 may 1837, Sankt-Peterburq – 15 yanvar 1916, Alupka, Tavriya quberniyası[d]) — Rusiya dövlət və hərbi xadimi. == Həyatı == XIX əsrin 90-cı illərində Şərqi Anadolu ərazilərində erməni millətçi ekstremistlərinin həyata keçirdikləri qanlı hadisələrin nəticəsiz qaldığını görən daşnaklar öz iyrənc əməllərinin davamını Cənubi Qafqazda həyata keçirməyi qərara aldılar. Əsrin əvvəllərində Çar Rusiyasının üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət, ucqarlarda fəhlələrin tətil hərəkatı, inqilabi yüksəliş və digər ciddi amillər imperiya əhalisinə görünməmiş sarsıntılar gətirdi. Cənubi Qafqaz bu baxımdan ən "qaynar nöqtə" hesab olunurdu. Fəhlələrin Bakıda, Yelizavetpolda, Gədəbəydə ümumi siyasi tətili keçirildi. Belə mənzərə Cənubi Qafqazın erməni əhalisi məskunlaşan cənub-qərb qəzalarında da ara-sıra müşahidə edilirdi. 1905-ci ildə Aleksandropolda, Karaklisdə, İrəvanda, Qafanda, Alaverdi misəritmə zavodunda fəhlələr dəfələrlə tətil keçirdilər. Maraqlısı bu idi ki, erməni proletariatı da ümumrus tətillərini dəstəkləyirdi. 1905-ci ildə azərbaycanlılarla yanaşı, Gürcüstanda da Tiflis dəmiryolçularının tətili başladı. Qori, Tianet qəzalarında, Kaxetiya və Meqreliya kəndlərində silahlı toqquşmalar qeydə alındı.
İllarion Vorontsov-Daşkov