Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dietil efiri
Dietil efiri (etil efiri, etoksietan). Kimyəvi xassəsinə görə - tipik alifatik sadə efirdir. Həlledici kimi geniş istifadə olunur. İlk dəfə olaraq orta əsrlərdə alınmışdır. == Tarix == Dietil efirinin ilk dəfə IX əsrdə əlkimyaçı Cabir ibn Xəyyam və ya 1275-ci ildə əlkimyaçı Raymund Lulliem2,3 tərəfindən alındığı fərz edilir. Daha dəqiq tarix olaraq 1540-cı ildə Valeri Kordus tərəfindən sintez olunduğu göstərilir. V.Kordus onu həmin dövrdə “kuporus yağı”2 adlandırılan etil spirti və sulfat turşusu qarışığının distilləsi yolu ilə almış və onu “şirin kuporus yağı” (lat. oleum dulce vitrioli) adlandırmışdır. Kordus həmçinin onun anesteziya xassəsinə malik olduğunu da göstərmişdir. 1680-cı ildə Robert Boyl tərəfindən efir ikinci dəfə sintez edilir.
Dietilamin
Dietilamin - ikili amindir, ammonyakın törəməsidir, ammonyakın iki atom hidrogeni etil radikalı ilə əvəz olunub. == Alınması == Sənayedə etanolun ammonyakla qarşılıqlı təsirindən 350-4500C temperaturda AI2O3, SİO2 katalizatorunun iştirakı ilə və ya150-2300C temperaturada Ni, Co, Re katalizatorunun iştirakı ilə alırlar. Dietilamini həmçinin ammonyakın dietil efiri ilə qarşılıqlı təsirindən, asetaldehidin aminləşmə-reduksiya reaksiyasından, habelə ammonyakın etilxloridlə etilləşmə reaksiyasından alırlar: 2C2H5Cl + 3NH3 → (C2H5)2NH + 2NH4ClDietilamini laboratoriyada 4-nitrozo-N,N-dietilanilini qələvi ilə parçalamaqla da alırlar. == Fiziki xassələri == Xüsusi iyə malik rəngsiz mayedir. Suda həll olur. Həmçinin aseton, etanol,dietil efirində də həll olur. Atmosfer təzyiqində su, metanol və etanolla azeotrop qarışıq əmələ gətirmir. == Kimyəvi xassələri == Başqa əvəzli aminlər kimi əsası xassə göstərərək turşularla dietilammonium duzlarını əmələ gətirir: (C2H5)2NH + HCl → (C2H5)2NH2Cl.Nitrit turşusu ilə N-nitrozodietilaminə kimi nitrozlaşır: (C2H5)2NH + HNO2 → (C2H5)2N-NO + H2OKarbon turşularının xloranhidridi və anhidridləri ilə N,N-dietilamidlərə kimi asilləşir. Alkilhallogenidlər və dimetilsulfatla alkilləşir. Qələvi mühitdə karbonsulfidlə N,N-dietilditiokarbomat əmələ gətirir: (C2H5)2NH + CS2 + KOH → (C2H5)2NC(S)SK + H2OGüclü əsasların təsiri ilə azot atomundan proton ayrılır və nəticədə turşu xassəsi daşıyan duzlar əmələ gətiririr.
Dietilentriamin
Dietilentriamin (DETA) – N-(2-aminoetil-1,2-etandiamin) - HN(CH2CH2NH2)2 formuluna malik uzvi maddədir. Şəffaf və rangsiz hidroskopik maye olub, suda və polyar üzvi həlledicilərdə həll olur, lakin sadə karbohidrogenlərdə həll olmur. Dietilenetriamin dietilenglikolun struktur analoqudur. Kimyəvi xüsusiyyətləri etilendiaminə bənzəyir və oxşar istifadə sahələrinə malikdir[1]. == Alınması == DETA etilendiamin istehsalının (etilendixoriddən alınır) aralıq məhsuludur[2]. == Tətbiqi == Asfalt üçün aşqarlar Xelatlaşdırıcı maddələr Korroziya inhibitoru Susuzlaşdırma üçün aşqarlar Epoksid qətranlarını bərkitmək üçün vasitə Parça yumşaldıcıları Sürtkü yağlarına və qanacaqlara aşqarlar alınmasında Mineral xammalın emalında aşqarlar kimi Poliamid qətranlarının alınmsında SAM – səthi aktiv maddələr istehsalında Toxuculuq sənayesi üçün aşqarlar alınmasında Nəmliyə qarşı daha davamlı olan kağıza əlavə olunan polimerlər sintezində == Mənbə == Eller, K.; Henkes, E.; Rossbacher, R.; Höke, H. "Amines, Aliphatic". Ullmann's Encyclopedia of Industrial Chemistry. Weinheim: Wiley-VCH. doi: 10.1002/14356007.a02_001.
Dimetil sulfoksid
Dimetil sulfoksid (DMSO) — (CH3)2SO formulu olan kimyəvi maddədir. Xüsusi şirin dadı olan rəngsiz, qoxusuz bir maye (kifayət qədər təmiz deyil, dimetil sulfidin xarakterik bir qoxusu var). == Tarix == İlk dəfə 1866-cı ildə rus kimyaçısı Aleksandr Zaytsev tərəfindən dimetil sulfidi azot turşusu ilə oksidləşdirərək sintez edilmişdir. Növbəti on illikdə bu birləşmənin xüsusiyyətləri ilə bağlı tədqiqatlar çox aparılmamışdır. Ancaq Birinci Dünya Müharibəsi zamanı Rusiya ordusunun xəstəxanalarında yaraların, qırıqların, müalicəsində fəal şəkildə istifadə edilmişdir. 1958-ci ildə bənzərsiz həll etmə qabiliyyəti aşkar edildikdən sonra Qərbdə dimetil sülfoksidə maraq çox artdı. 1960-cı ildə dimetil sülfoksidin sənaye istehsalı başlandı. Bundan sonra DMSO-in xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş nəşrlərin sayı kəskin şəkildə artdı. == Alınması == Dimetil sulfoksidi almaq üçün əsas metod dimetil sulfidin oksidləşməsidir. Sənayedə bu proses azot turşusunu istifadə edilərək həyata keçirilir.
Asimmetrik dimetil hidrazin
Asimetrik dimetil hidrazin (ADMH) vəya 1,1-Dimetilhidrazin (ing. Unsymmetrical dimethylhydrazine - UDMH), zəhərli, higroskopik, üzvi aminlərdə olduğu kimi kəskin ammonyak iyli uçucu bir mayedir. Havada rəngini dəyişib sarımtıl rəng alır. Su, etanol ve gazyağı içərisində tam həll olur. == Fiziki kimyəvi xassələri == ADMH kəskin xoşagəlməz qoxusu olan rəngsiz və ya bir qədər sarımtıl bir şəffaf mayedir (ammiak qoxusuna bənzər, korlanmış balıq qoxusu sprat qoxusuna çox bənzəyir) . Qaynama nöqtəsi + 63 ° C, kristalizasiya temperaturu −57 ° C, sıxlığı 790 kq / m³. Su, etanol, ən çox neft məhsulları və çox üzvi həlledicilərlə yaxşı qarışır. Hiqroskopik, havadan nəm alır ki, bu da mühərriklərin xüsusi vuruşunun azalmasına səbəb olur (qarışıqdakı suyun hər 0,5% -i üçün 100 m / s). Azaldılmış turşu və diazotetraoksid əsasında oksidləşdirici maddələrlə təmasda öz-özünə alovlanır, bu dizaynı asanlaşdırır və asan başlanğıc və raket mühərriklərinin çox dəfə işə salınma imkanını təmin edir. ADMH və onun sulu məhlullarının nitrat turşusu ilə qarşılıqlı təsiri sürətlə davam edir.
Dimetil efir yanacağı
Dimetil efir yanacağı (DME)-(C2H6O) - rəngsiz qazdır. Keçən əsrin 80-cı illərinin sonlarında yeni növ yanacağa – dimetil efirinə (DME) həsr olunmuş ilk işlər yarandı. == DME xassələri == Öz xassələrinə görə DME - propan-butan yanacaqlarına yaxındır. DME avtobenzin ilə müqayisədə az istilik törətmə qabiliyyətinə malikdir (10760 kkal/kq-a qarşı 6920 kkal/kq), odur ki, onun mühərrikin vahid gücünə məsrəfi 1,6 dəfə çoxdur. Lakin DME yaxşı ekoloji xüsusiyyətlərə malikdir (tüstü qazlarında qurum olmur və CO2 azdır). == DME alınması == Hazırda DME alüminium oksid üzərində metanolun dehidratasiyası ilə alınır. DME-nin əsas istehsaıçıları Du Pont və Air Products and Chemicals - Amerika şirkətləridir.2000-ci ilin məlumatlarına görə DME istehsalı ildə təxminən 150 min tona yaxın idi. DME sintezi sahəsində tədqiqatlar 1986-cı ildə Air Products and Chemicals şirkətində başlamışdır. 1990-cı ildə tədqiqatlar ABŞ-nın energetika departamenti tərəfindən müdafiə edildi. 1991-ci ildən şirkətin Texas ştatının Zaport şəhərindəki zavodunda nümayiş qurğusu işləyir və burada DME alınma texnologiyası işlənilir.
Metil-etil keton
Metil-etil keton (butanon) CH3-C(O)-CH2-CH3-alifatik ketonların homoloji qrupunun ikinci üzvü olan ketonlar sinfinin kimyəvi birləşməsidir. == Fiziki xassələri == Metil-etil keton asetonun qoxusunu xatırladan rəngsiz uçucu mayedir. Su ilə məhdud bir halda,əksər üzvi həlledicilərlə isə istənilən nisbətdə qarışır. Su ilə azeotrop bir qarışıq əmələ gətirir. == Alınması == Sənayedə metil etil keton alınmasının bir neçə metodu var onlardan biridə n-butanın maye fazalı sərbəst radikalın oksidləşməsi zamanı baş verir. Reaksiya zamanı 23% metil etil keton alınır və sirkə turşusu alınır. Əsas sənaye üsulu isə butilen fraksiyasının üç mərhələli işlənməsidir hansı ki, sintetik kauçuk zavodunda divinil istehsalında yan məhsul kimi istifadə olunur. == Toksikliyi == Metil etil keton toksiki maddədir. Bədənə dəri vasitəsilə daxil ola bilər; gözlərə, dəriyə, mərkəzi sinir sistemininə, tənəffüs yollarına zədə verə bilər. 3-5 dəqiqə ərzində 1 mq / l konsentrasiyasında bir insana gözlərin, burun və boğazın selikli qişasının qıcıqlanması -na səbəb olur, 30 mq / l - qıcıqlanma dözülməz hala gəlir.
Diasetil
Diasetil - diketonların sadə nümayəndəsidir. Kimyəvi formulu С4H6O2. == Xassələri == Diasetil – kərə yağı və ya xama iyli, dadsız, sarı-yaşımtıl mayedir. Çox uçucudur. Suda 25 % həll olur. == Alınması == C H 3 C H 2 C O C H 3 + N a N O 2 + H C l → C H 3 C ( = N O H ) C O C H 3 → C H 3 C O C O C H 3 + N H 2 O H {\displaystyle {\mathsf {CH_{3}CH_{2}COCH_{3}+NaNO_{2}+HCl\rightarrow CH_{3}C({\text{=}}NOH)COCH_{3}\rightarrow CH_{3}COCOCH_{3}+NH_{2}OH}}} == Təbiətdə mövcudluğu == Bəzi efir yağlarının, inək yağının, qovrulmuş qəhvənin, ağac hidroliz məhsullarının, piroliz olunmuş tütünün tərkibində olur. Sərv, kazak ardıc, vetiver və iris kökü, Qərbi hind səndəl ağacı, şerbetçiotu, zoğal toxumu, mələk kökü efir yağlarını damıtdıqdan sonra distillə sularında rast gəlinir. Üzüm şirəsində 0,1-0,5 mq / dm³, şərablarda 0,5-5 mq / dm³ miqdarında olur. Bu həmçinin müxtəlif şərabların emalı zamanı əmələ gəlir. Bəzi pivə növlərində (İngilis Pale ales), aşağı və ya bəzən orta konsentrasiyalarda diasetilin olması məqbul və ya arzuolunandır.
Diesel
Diesel – italyan dizayn və həmçinin brend geyim və aksessuar firması. Şirkət 1978-ci ildə Molvenada Rentso Rosso və dostu Adriano Qoldşmid tərəfindən yaradılmış və təsis edilmişdi. Diesel Only the Brave adlı holdinqinə daxildir. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir. == Tarix == 1978-ci ildə Rentso Rosso AG Jeansdən olan və onun keçmiş müdiri Adriano Qoldşmid (Adriano Goldschmied) birgə yeni kompaniya yaratmağa qərar verdilər, bu indiki Diesel firmasının başlanğıcı idi. == Fəaliyyət == Diesel markası altında geyim, ətir və bir çox digər parfüm növləri, ayaqqabı, alt paltarları, aksessuarlar buraxılır. Hətta bir zaman avtomobil Fiat 500 və motosikl Ducati buraxılmışdı. Kompaniya özü istehsal ilə məşğul deyil; digər fabrikalarda sifarış edirdi. Həmdə 2012-ci ilə verilmiş statistik göstəricilərə görə, firma istehsalının 40% italyan, 60% isə digər xarici fabrikalarda buraxılmışdı. Kompaniyanın ən iri mağazası Milan şəhərindədir.
Diptix
Di`ptix (yun. δίπτυχος "ikiqat qatlanmış") qədim zamanlarda yunanlar və romalılar tərəfindən içəri üzü yazı üçün nəzərdə tutulmuş taxtadan, sümükdən, metaldan hazırlanmış bir birinə bərkidilmiş ikiqatlanan lövhələr. Adətən lövhələrin üzü müxtəlif növ naxış və ornamentlərlə bəzədilir. Sonralar diptix qədim kilsə liturgiyalarında yad edilən adlar siyahısı mənasında işlədilmişdir. Bu cür kitabələr əlavə lövhələrə də malik olduqları üçün onları səhifələrə müvafiq triptixa (yun. τρίπτυχα), pentaptixa (yun. πεντάπτυχα), poliptixa (yun. πολύπτυχα) və s. adlandırılır. Günümüzdə bu termin adətən ümumi ya eyni ideya və süjet xəttli təsviri sənət əsərlərinə (şəkil, qravür, fresk), eyni zamanda kiçicik ədəbiyyat formalarına, xüsusən şeirlərə tətbiq edilir.
Detsl
Detsl (tam adı: Kirill Aleksandroviç Tolmatski; rus. Кирилл Александрович Толмацкий; 22 iyul 1983, Moskva – 3 fevral 2019, İjevsk) — Rusiya repçisi.
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. == Metil kationu, anionu və radikalı == === Metil kationu === Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2OEynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Rieti
Rieti (it. Rieti, lat. Reate) — İtaliyanın Rieti vilayətinin Latsio regionunda kommuna. İtaliyanın coğrafi mərkəzi onun ərazisində yerləşir. 2008-ci ildə kommunanın əhalisi 47,826 nəfər, əhalinin sıxlığı 231 nəfər/km2 olmuşdur. Rieti 207 km2 ərazini tutur. Raul Quidobaldi stadionunda yüngül atletika üzrə beynəlxalq yarışlar, Rieti Qran-prisi keçirilir.
Dieter Rams
Dieter Rams 20 May 1932-ci ildə Almaniyada anadan olmuşdur. 1955-ci ildə memar olaraq işə başladığı Braunda 1961-ci ildə məhsul dizayn departamentinin rəhbəri olmuşdur. Rams 1950-ci illərdə Almaniyadakı funksional dizayn anlayışının "less but better" adlandırmışdir. Hazırladığı məhsulların təmiz, sadə və ağıllı olması bu anlayışın isbatıdır.
Senecio diemii
Senecio diemii (lat. Senecio diemii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Vin Diesel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida dairəsi, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
İtil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. == Tarixi == Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
A.Dietr.
Albert Qottfrid Ditrix (alm. Albert Gottfried Dietrich‎; 8 noyabr 1795, Qdansk, Qərbi Prussiya[d] – 22 may 1856, Berlin) — Almaniya botaniki.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Deşil Hemmet
Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir. == Həyatı == Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı. Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi. 1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı.
Felis bieti
Çin pişiyi (lat. Felis bieti) — pişik cinsinə aid heyvan növü. == Xüsusiyyətlər == Çin dağ pişiyi tünd qoruyucu tükləri olan qum rəngli xəzə malikdir. Üz və ayaqlarda zəif tünd üfüqi zolaqlar demək olar ki, görünmür. Qulaqlarında qara ucluqlar var. Nisbətən geniş kəllə sümüyü və ayaqlarının arasında uzanan uzun tükləri var. Qarnında ağımtıl, ayaqları və quyruğunda isə qara halqalar daşıyır. Quyruğunun ucu qaradır. Baş və bədən uzunluğu 69–84 sm (27–33 düym), quyruq uzunluğu 29–41 sm (11–16 düym) təşkil edir. Yetkinlərin çəkisi 6,5–9 kq (14-20 lb).
Fitil (kinojurnal)
Fitil — yumoristik kinojurnal. == Haqqında == L.İ.Brejnev Bakı şəhərinə "Lenin" ordeni təqdim edərkən söylədiyi nitqində xalq təşəbbüsünün, mətbuatın, o cümlədən də "Fitil" satirik kinojurnalının tənqidi çıxışlarının nöqsanlara qarşı mübarizədə mühüm rol oynadığını göstərmişdir.Leonid Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkmişdir. == Baş redaktorları == RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Sergey Mixalkov 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
Metil qrupu
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. == Metil kationu, anionu və radikalı == === Metil kationu === Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2OEynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Metil spirti
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. == Tarixi == Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. == Alınması == Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Sietl, Vaşinqton
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sietl, Vaşiqnton
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Dibətli
Dibətli — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində dağ. Böyük Kirs dağının cənub-qərbində yerləşir. Hündürlüyü 2140 m. Əsli Dibəklidir. Dibək duz, yarma, çəltik və s. döymək üçün ici oyulmuş daş və ya kötükdur. Yaylaqda daşlardakı oyuqlardan heyvanlar üçün yem qabı kimi də istifadə edilirdi. Dağda belə təbii oyuqlar olduğuna görə Dibəkli adlandırılmışdır.
Tırtıl
Tırtıl — lepidoptera (kəpənəklər) sırasından böcək sürfəsi. Kəpənəyin və bir güvənin sürfəsi. Təxminən 2–3 həftədən sonra tırtıl kokos halına gəlir və başqa 2 həftədən sonra pupaya çevrilir. Sonra böyüdülmüş qanadları olan bir tırtıl görünür. Tırtıl, xüsusilə toxuculuq sənayesində zərərvericilər kimi tanınır. Bir növ tırtıl Uzaq Şərqdə ipək məhv edir, ipəkqurdu kimi tanınır. Bədən bir baş, üç döş və on qarın seqmentindən ibarətdir. Baş güclü sklerotlaşdırılmış bütövlərə malikdir; bədənin qalan hissəsi böyük skleritlər olmadan çox hissəsində yumşaqdır. Bədəndə, fərdi ailələrə, cinslərə və hətta növlərə xas olan, qəti şəkildə müəyyən edilmiş bir şəkildə yerləşən setlər inkişaf etdirilir. Bu ilkin cütlərə əlavə olaraq, yaşlı yaşlarda, bir çox açıq canlı formada ikincil silsilələrin sıx bir örtüyü inkişaf edir (ayıların alt ailəsinin nümayəndələrinin tırtıllarında ən güclü).
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Tətil
Tətil (it. və isp. basta! «yetər! bəsdir!») — işəgötürəndən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılması; əmək mübahisələrinin həlli yollarından biridir. == Məqsədlərə görə == Hücum tətili tətilçilərin yaşayış və iş şəraitinin yaxşılığa doğru dəyişməsini tələb etdikləri tətildir. Müdafiə tətili - tətilçilərin daha pis yaşayış və iş şəraitinin dəyişdirilməsinə müqavimət göstərdiyi tətil. Siyasi tətil - işçilərin siyasi xarakterli tələblər irəli sürdüyü tətil (hökumət dəyişikliyi, qanunvericilikdə dəyişikliklər və s.). O, öz təbiətinə görə adətən milli ölçülərə çatır və cəmiyyətin və tarixin siyasi həyatında dönüş nöqtələrində mühüm amilə çevrilir (məsələn, 1905-ci il Ümumrusiya Oktyabr siyasi tətili). == Tarixi == Yazıçı Amennaxt tərəfindən papirusda qeydə alınan tarixdə məlum olan ilk zərbə Qədim Misirdə, Firon III Ramsesin hakimiyyəti dövründə baş verib.
Tırtıl göbələyi
Tırtıl göbələyi (lat. Ophiocordyceps sinensis) — Ophiocordycipitaceae fəsiləsindən göbələk növüdür, Kisəli göbələklər sinfinə aiddir. == İnkişafı == Tırtıl göbələyinə Tibet yaylasının dağlarında təxminən 4 km yüksəklikdə rast gəlinir. Əgər isti mövsümdə göbələyin sporu kəpənək növlərindən birinin (Hepialus armoricanus) sürfəsinə daxil olarsa, qışdan sonra vegetasiya dövrünün başlaması ilə bu spor cücərərək miselium - ota bənzəyən göbələk gövdəsi əmələ gətirir. Beləliklə, böyüyən göbələk öz böyüməsi üçün sürfənin qida maddələrindən istifadə edir. Tırtıl göbələyi (lat. Hepialidae) kəpənəyinin sürfələrində parazitlik edir. Sporlar göbələyin meyvə gövdəsindən küləklə yayılır və bu kəpənəyin tırtıllarında məskunlaşaraq onları yoluxdurur. Tırtıllar 3500-6000 metr hündürlükdə dağlara sürünərək qalxırlar, orada torpaqda gizlənirlər və tırtıllarda göbələklərin miseliumu inkişaf etməyə başlayır, sahibinin qida maddələrindən istifadə edir və onun ölümünə səbəb olur. Növbəti yay, tırtıldan göbələyin ota bənzər meyvə gövdəsi böyüyür.
Dınqıl, sazım, dınqıl (film, 1976)
== Məzmun == Burada özündən çox razı, tüfeyli sərçənin macəralarından bəhs olunur. Eyni zamanda kinolent xatırladır ki, fırıldaqla, yalanla xeyir görmək olmaz. == Film haqqında == Applikasiya filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissorlar: Məsud Pənahi, Hafiz Əkbərov Quruluşçu rəssamlar: Məsud Pənahi, Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamları: Anatoli Abarenov, Rauf Dadaşov, Sergey Dyojkin, Vahid Talıbov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova Rəssam: N.Ağayeva Montaj edən: A.Vəliyeva Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Rəssam assistenti: Y.Uznadze Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Fazaçı-rəssam: Hüseyn Cavid İsmayılov (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.