Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Double Double Whammy
Double Double Whammy — Deyv Benton və Mayk Karidi tərəfindən 2011-ci ilin oktyabrında yaradılmış müstəqil musiqi şirkəti. Onlar şirkəti Nyu-Yorkdakı SUNY kollecində təhsil alarkən təsis etmişdilər.
Double jeopardy
Double jeopardy — eyni əmələ görə eyni əsaslar üzrə təkrar mühakimə etmənin qarşısını alan prosessual müdafiə üsulu. Double jeopardy ilə bağlı ABŞ Ali Məhkəməsinin ilk qərarlarının birində də qeyd edildiyi kimi, "qadağanın məqsədi şəxsin iki dəfə cəzalandırılmasının əleyhinə deyil, əksinə şəxsin iki dəfə təhlükə ilə üzləşməsinin qarşısını almaqdır.
Colt Double Eagle
Colt Double Eagle - ABŞ istehsalı olan özüdolan tapanca. Colts şirkəti tərəfindən 1989-1997- ci illərdə istehsal edilirdi. Silah tam olaraq standart vəziyyətdə eləcə də kompakt halda və bir neçə kalibrdə mövcud idi. Double Eagle tapancası M1911-in bazasında konstruksiya edilmişdir. Tapancanın maqazini M1911 ilə eyni idi (7 gülləli).
Double Fantasy (albom)
Double Fantasy (azərb. İkiqat fantaziya‎) — 1980-ci ildə Con Lennon və Yoko Ono tərəfindən buraxılmış albom. Bu Lennonun həyatı ərzində buraxmış olduğu yeddinci və sonuncu studiya albomudur. İlk həftələr albom o qədər də uğurlu qəbul olunmayıb, ancaq albomun buraxılmasından üç həftə sonra Con Lennonun qətli alboma olan marağı artırıb, albomun satışları sürətlə artmağa başlayıb və kommersiya baxımından uğurlu olub. Albom 1982-ci ildə 24-cü Qremmi mükafatının təqdimetmə mərasimində ilin albomu nominasiyasında qalib olub.Con Lennonun bu albomun Mark Çepmen üçün imzaladığı nüsxəsi 2003-cü ildə 525 min ABŞ dollarına satışa çıxarılıb. 2010-cu ildə o yenidən satışa çıxarılıb. Bəzi məlumatlara görə 2011-ci ilin aprelində 530 min funta satılıb.
DoublePulsar
DoublePulsar — ABŞ Milli Təhlükəsizlik Agentliyinin Equation Group adlı qruplaşması tərəfindən yaradıldığı güman edilən və 2017-ci ilin əvvəlində The Shadow Brokers qrupu tərəfindən üstü açılan bekdor implantı aləti. Bu alət cəmi bir neçə həftəyə 200 000 Microsoft Windows kompüterini yoluxdurmağa qadirdir və 2017-ci ilin may ayında baş verən WannaCry virusunun hücumu zamanı EternalBlue eksploytu ilə birlikdə istifadə edilmişdir.DoublePulsar alətini ilk dəfə RiskSense Inc. təhlükəsizlik şirkətinin baş təhlilçisi Şon Dillon təhlil etmişdir. O bildirib ki, MTA-nın eksploytları HeartBleed təhlükəsizlik böcəyindən "10 qat daha təhlükəlidir". DoublePulsar supervizor rejimində (ing. kernel mode) işləyir ki, bu da xakerlərə kompüter üzərində yüksək nəzarət imkanı verir. Kompüteri yoluxdurduqdan sonra o 3 əmri icra edə bilir: ping, kill və exec. Sonuncu əmr kompüterə zərərli proqramların yazılmasına imkan yaradır.
DoubleTree
DoubleTree — Amerikanın otel zənciri və Hilton Otellər Şəbəkəsinin bir hissəsi. Əksər DoubleTree otel müəssisələrinə françayzinqlər sahiblik edir və onlar tərəfindən idarə edilir, lakin bəziləri Hilton Otel Şəbəkəsinin mülkiyyətindədir. DoubleTree 2007-ci ildən bəri ən sürətlə inkişf edən Hilton otel brendidir və 2016-cı ildə Hilton Garden İnn otel brendi daha çox otaq sayı olan otel müəssisəsi açana kimi DoubleTree 2007-2015-ci illər arasında ən çox otağa sahib olan Hilton otel brendi idi. == Tarixi == İlk DoubleTree oteli 1969-cu ildə Arizonada Skottsdeil şəhərində açılmışdır. DoubleTree korporasiyası 1997-ci ilin dekabr ayında Promus otel korporasiyası ilə birləşdirildi və DoubleTree, Redlion, Hampton İnn və Embassy Suits otel brendlərini bir araya gətirdi. 1999-cu ilin dekabr ayında Hilton otel korporasiyası Promus otel korporasiyasına sahibləndi və DoubleTree və digər Promus otel brendlərini yenidən Hilton Worldwide adı altında birləşdirdi.
Dublet
Dublet — hər hansı bir şeyin ikinci nüsxəsi, iki eyni şeydən biri. == Dubletlər == Dildəki dubletləri sinonimlərlə və antonimlərlə eyniləşdirmək olmaz. Onlar daha çox sinonimlərə oxşayır, amma onların eyni deyildir. Məlumdur ki, bəzi terminlər bir neçə elmə aid olur. Dublet termini də bir neçə elmə aiddir. Dublet sözü fransız sözü olub, "cüt,qoşa" deməkdir. Bu anlayış isə müxtəlif sahələrə aiddir: 1)Hərbdə qoşalüləli silahdan eyni vaxtda atılan güllə; 2)Muzeylərdə saxlanılan eksponatların düzəldilmiş oxşarı(rəsm əsərlərinin surəti); 3)Zərgərlikdə bahalı bəzək əşyalarının saxtası; 4)Fizikada atomların spektr xətlərinin ikiyə bölünməsi; 5)Musiqidə eyni kökdə qoşa registr. Bizi maraqlandıran dilçilikdəki dublet terminidir. Bu termin dilçilikdə də eyni anlayış ifadə edir. Məna və səs təşkili etibarilə eyni olan sözlərdən biri digərinin dubleti adlanır.
Joule
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Doodle Jump
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360 kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir. Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir. Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır. == Oynanılması == Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır.
Google Doodle
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibəti ilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Loubye sahili
Loubye sahili — Antarktidanın Qreyam Torpağından qərbdə yerləşən sahildir. Sahil Belluye burnundan şimal-şərqdə, Bourqeois burnundan cənub-qərbdə yerləşmişdir. Sahillə burnular arasında 158 km məsafə vardır. Sahil 1905-ci ilin yanvarında Jan-Batist Şarkonun rəhbərliyi altında Fransa Antarktika Ekspedisiyası tərəfindən ərazinin tədqiqi zamanı Fransanın prezidenti olmuş Emile Loubetin adını daşıyır. == Yerləşməsi == Loubye sahili 67°00′ c. e. 66°00′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Maykl Buble
Maykl Stiven Buble (ing. Michael Steven Bublé; 9 sentyabr 1975) — italyan və xorvat əsilli Kanada caz müğənnisi. Bir neçə Qremmi mükafatına layiq görülmüş, 2003-cü ildən etibarən eyniadlı albomu Şimali Amerikada, Avstraliyada və Böyük britaniyada ilk onluğa daxil olmuşdur. 2004-cü ildə onun canlı ing. Come Fly with Me video albomu Avstraliyada top albom 40-lığına (ing. Top-40-Album-Charts) daxil olur. 2005-ci ildə "It’s Time" albomu ABŞ-də müvəffəqiyyət əldə edərək, 18 milyondan artıq satılmışdır. == Həyatı == Buble Kanadanın Britaniya Kolumbiyası əyalətinin Bernabi şəhərində italyan mənşəli balıqçı ailəsində dünyaya gəlmişdir. Uşaqlıqda babasının yığmış olduğu caz kolleksiyasına tez-tez qulaq asması onda müğənniliyə və xüsusilə caza maraq oyanmışdır. O, özü sərbəst üç albom yazaraq, onlardan birini məhz babasına həsr və hədiyyə etmişdir.
No Doubt
No Doubt Kaliforniyanın Anaheim şəhərində yaradılmış Amerika rok qrupudur. Ska-pop qrupunun ilk albomu No Doubt, öz dövründə grunge hərəkatının yayılması səbəbindən uğurlu alınmadı. Qrupun almaz sertifikatlı albomu Tragic Kingdom, 1990-cı illərdə skaya geri dönüşündə rol oynadı və albomdan üçüncü sinql olan "Don't Speak" on altı həftə ərzində Billboard Hot 100 Airplay-də bir nömrəli yer tutdu. Qrup dörd il sonra növbəti albomu Return of Saturn-u buraxdı, lakin müsbət rəylərə baxmayaraq, albom kommersiya uğuru qazanmadı. On beş aylıq fasilədən sonra qrup reggi və dancehall musiqisini özündə birləşdirən Rock Steady ilə geri qayıdır. Albom ilk olaraq Yamaykada qeydə alınıb və yamaykalı rəssamlar Bounty Killer, Sly və Robbie və Lady Saw ilə işləmək üçün təqdim olunub. Albom "Hey Baby" və "Underneath It All" mahnılarına görə iki Grammy mükafatı qazandı. No Doubt kompilyasiya albomu The Singles 1992-2003 və qutu dəsti Boom Box 2003-cü ildə buraxıldı, hər ikisi Talk Talk-un "It's My Life" sintpop mahnısının cover versiyasını təqdim etdi. Aparıcı müğənni Gwen Stefani növbəti il ​​solo karyerasına başladı, qrup yoldaşı Tony Kanal, Neptun və onun yan layihəsi olan Invincible Overlord-a başlayan Tom Dumont ilə əməkdaşlıq etdi. Karyerası ərzində qrup iki Grammy mükafatı qazandı və dünya üzrə 27 milyon albom satdı.[1] Qrup 2009-cu ilin yayında milli turneyə çıxdı.
Irelande Douze Pointe
"Irelande Douze Pointe" — İrlandiyalı qrup Hind Dustin tərəfindən səsləndirilən mahnı. Mahnı 2008 Eurovision Mahnı Müsabiqəsi üçün İrlandiyanın nümayəndəsi və mahnısını təyin edəcək olan Milli Finalda yarışmağa haqq qazanmışdır. 2008-ci ilin May ayında mahnı Serbiyanın paytaxtı Belgrad şəhərində keçirilmiş 2008 Eurovision Mahnı Yarışmasında İrlandiyanı təmsil etmişdir və yarışmada yarıfinalda 22 balla On beşinci olaraq finala yüksələ bilməmişdir.
Tiny Toon Adventures 2: Trouble in Wackyland
Tiny Toon Adventures 2: Trouble in Wackyland - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur.
Döşlə münasibət
Döşlə münasibət — kişinin cinsiyyət orqanını qadının döşünün və ya toraksının arasına qoyaraq stimullaşdırmaqla baş verən cinsi münasibət növü. Bu cinsi əlaqə növündə HİV-ə yoluxma riski çox aşağıdır. Klifford Allen tərəfindən azğınlıq kimi müəyyən edilən bu münasibət növü Freyd tərəfindən normal seksin hüdudlarında təsnif edilmişdir. Qadınlarda olduğu kimi kişilərdə də orqazma səbəb ola bilər. == Tətbiqi == Ereksiya vəziyyətində olan penis qadının döşləri arasına yerləşdirilir və itələnməyə başlanılır. Bundan əlavə, qadın da öz növbəsində döşlərini yuxarı-aşağı hərəkət etdirərək əlaqəni idarə edə bilər. Döşlə münasibət kişi boşalana qədər davam etdirilə bilər. == Slenq terminlər == Bu münasibət növünün bir sıra slenq adları da mövcuddur: Yaponiyada Paizuri ABŞ-da Titty-fucking, titjob yaxud da titfuck Böyük Britaniyada Tit wank yaxud da French fuck – sonuncu adlandırma 1930-cu illərdən meydana gəlmişdir. Daha zarafatcıl ekvivalenti isə məmə zolağından aşağı səyahətdir (trip down mammary lane) == Əlavə ədəbiyyat == Bacarr, Jina. The Japanese art of sex: how to tease, seduce, & pleasure the samurai in your bedroom (illustrated).
Jan Düle
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü. == Həyatı == Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi. == Yaradıcılığı == O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi.
Əxbar əl-dövlə əl-səlcuqiyyə
Əxbar əl-dövlə əl-səlcuqiyyə — Səlcuqlu dövləti və Eldənizlər dövlətindən bəs edən tarixi salnamə. Əsər çox gümanki 1262-ci ildə qələmə alınmışdır. Əsərin orijinalı XII əsrdə Sədrəddin Hüseyni tərəfindən ərəb dilində qələmə alınmış, Əxbar əl-dövlə əl-səlcuqiyyə nüsxəsi isə onun genişləndirilmiş versiyasıdır. == Haqqında == Əxbar əl-dövlə əl-səlcuqiyyə əsəri 41 fəsildən ibarətdir və Səlcuqilərlə onların varis dövlətləri, xüsusən Atabəylər dövləti tarixindən bəhs etməkdədir. Səlcuqilər qismind sülalənin X əsrdə Mərkəzi Asiyadakı tarixindən bəhs edilərək son olaraq sonuncu sultan III Toğruldan bəhs edilir. Əsərdə 1092-1152-ci illərdən bəhs edən hadisələr əsasən İmaməddin əl-İsfahaninin yazdığı Nüsrət əl-Fətra əsərinə əsaslanmaqdadır. Bu əsər orijinal olaraq 1183-cü ildə yazılmış və əl-Bundari tərəfindən 1226-cı ildə qısaldılmış versiyası hazırlanmışdır. Əsərin hazırlanmasında mühüm sənədlərdən istifadə edilməsi onu Səlcuqlu dövrü ilə bağlı mühüm qaynaqlarıdan biri edir. Əxbar əl-dövlə əl-səlcuqiyyənin əsaslandığı qaynaqlardan biri də Maliknamə əsəridir. Bu əsər Səlcuqlu sülaləsinin ən əvvəlki dövrdən etibarən tarixlərindən bəhs edir və sonluq olaraq 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəviləri məğlub etməsində yekunlaşdırır.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).