Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dovşanlı
Dovşanlı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Dovşanlı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Dovşanlı (Kəlbəcər)
Dovşanlı (əvvəlki adı: Araçadzor) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. === Tarixi abidələri === Dovşanlı kurqanları (e.ə. XI–IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir. == Toponimikası == Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur.
Dovşanlı (Meşkinşəhr)
Dovşanlı (fars. دوشانلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 552 nəfər yaşayır (118 ailə).
Dovşanlı (Nir)
Dovşanlı (fars. دوشانلو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (22 ailə).
Dovşanlı (Ağdərə)
Dovşanlı (əvvəlki adı: Araçadzor) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. === Tarixi abidələri === Dovşanlı kurqanları (e.ə. XI–IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir. == Toponimikası == Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur.
Dovşanlı (Altınova)
Dovşanlı və ya digər adı ilə Topçular — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı bəldə. == Tarixi == 1890-cı ildən eyniadlı kənd kimi tanınan Dovşanlı 4 noyabr 1998-ci ildə bələdiyyə statusu alaraq qəsəbəyə çevrilmişdir.
Ankara dovşanı
Anqora dovşanı (türk. Ankara tavşanı) — uzun tüklü olduğuna görə həm tətbiqi, həm də dekorativ məqsədlər üçün yetişdirilən dovşan cinsləri qrupudur. Bu xəzdən anqora yunu — toxunuşda çox yumşaq zərif xovlu yun parça əldə edilir. Həm dekorativ heyvandarlıq üçün, həm yun əldə etmək üçün eyni cinslər yetişdirilir. Anqora dovşanlarından xəz istehsalı üzrə dünya lideri Çindir (illik 8 min tona qədər). Anqora dovşanının ömrü 7–10 ildir, xəzləri yeddi aylıqdan istifadəyə yararlı olur. == Tarixi == Anqora dovşanları dovşanların ən qədim cins qruplarından biridir. Onların yetişdirilməsinə Türkiyədə başlanmış və bu heyvanların ilkin adı Türkiyənin paytaxtı – əvvəllər Anqora adlandırılan – Ankaranın adı ilə verilmişdir, (Anqora keçiləri və pişiklərinə bənzər). Avropada bu heyvanlar XVIII əsrin ortalarında Fransada meydana çıxdılar və tez bir zamanda olduqca məşhurlaşdılar və XIX əsrin əvvəllərində anqora dovşanları demək olar ki, bütün qitəyə yayıldılar. Əvvəlcə anqora dovşanları Avropada zadəganlar arasında ev heyvanları kimi populyarlıq qazandı, bu cinslərin tətbiqi yetişdirilməsi daha sonra başladı.
Ev dovşanı
Adadovşanı (lat. Cuniculus) — məməlilər cinsindən və dovşanlar fəsiləsindən olan ev heyvanı. == Xüsusiyyətləri == === Dovşanlardan fərqi === Adadovşanı dovşanlardan aydın şəkildə fərqlənirlər — onlar kor doğulurlar, kürk örtüyündən məhrum olurlar və yuvada böyüyürlər. Dovşanlar isə əksinə açıqgözlü doğulurlar və xəz örtükləri olur. Amerikan dovşanı istisna olmaqla bütün ev dovşanları yeraltı yuvalarda yaşayırlar. Yerüstü yerlərdə yaşadıqda isə, çox zaman dərin və mürəkkəb yerlər seçirlər. Ev dovşanları adətən qruplardan kənarda yaşamır. Adadovşanı ümumiyyətlə digər dovşanlardan daha böyükdür, qulaqları daha uzundur və onların kürklərində qara nöqtələr var. Həmçinin digər dovşanlar hələ də tam əhliləşdirilməmişdir — onlar tez-digər vəhşi heyvanlar kimi çıxış edirlər. === Anatomik xüsusiyyətləri === Adadovşanlarının böyük, oval bədənləri var.
Yapon dovşanı
Yapon dovşanı (lat. Lepus brachyurus) — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı. Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünür. Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci.
Alyaska dovşanı
Alyaska dovşanı – Alyaska dovşanı (lat. Lepus othus) — Alyaska yarımadasının qərbində yaşayan dovşan. == Təsviri == Alyaska dovşanı Şimali Amerikadakı ən böyük dovşan növüdür, uzunluğu 50–70 sm, quyruğu isə təxminən 8 sm-dir. Arxa ayaqları çox uzundur — təxminən 20 sm, bu da qarda irəli hərəkət etmək imkanı yaradır. Cinsi dimorfizm ifadə edilmir. Bədən rəngində mövsümi dimorfizm var: yayda heyvanın paltosu boz-qəhvəyi və ağ alt paltarı var, qışda isə xəzi tamamilə ağ olur. Balalar yayda doğulur, onların tükləri yetkin heyvanlardan bir qədər tünd olur. Heyvanların başı möhkəm qurulmuşdur və yuxarı kəsici dişlər çox güclü şəkildə əyilmişdir. Digər növlərdən fərqli olaraq, Alyaska dovşanının istilik itkisinin mümkün qədər az olmasını təmin etmək üçün nisbətən qısa qulaqları var. Pəncələr qısadır, qarda qazmaq üçün uyğunlaşdırılmışdır.
Dovşanlı Şəhər Stadionu
Dovşanlı Şəhər Stadionu (Ada Stadionu) Kütahya ili Dovşanlı rayonunda yerləşən futbol stadionudur . TKİ Dovşanlı Linyitspor klubunun matçlarına ev sahibliyi edir. Stadionun meydançası 2008-ci ildə Bədən Tərbiyəsi və Türkiyə Futbol Federasiyası tərəfindən təmir edilib.
TKİ Dovşanlı Linyitspor
TKİ Dovşanlı Linyitspor Kütahya ilinin Dovşanlı rayonunda yerləşən futbol komandasıdır. Klub ev oyunlarını Dovşanlı Şəhər Stadionunda keçirir. Regional Həvəskarlar Liqasda mübarizə aparır.
Amerika ağ dovşanı
Amerika ağ dovşanı (lat. Lepus americanus) dovşanlar fəsiləsinin dovşan cinsinə aid məməli növüdür. == Yarımnövləri == Lepus americanus americanus Lepus americanus bairdii Lepus americanus cascadensis Lepus americanus dalli Lepus americanus struthopus Lepus americanus virginianus == Yeməlnmə == Bala dovşanın anasından 30-45 gün süd əmməsi lazımdır. Burada onların kifayət qədər süd əmmələri çox əhəmiyyətlidir, çünki ana südü ilə lazımi immunitet əldə edilər. Balalar bu immunitet ana südündən başqa heç bir qidadan götürə bilməzlər. Burada süd yalnız dovşan südü olmalıdır. Dovşan balaları 15 gündəlik olduqdan sonra ana südü ilə birgə quru yonca-quru saman və pelet yeyirlər. Dovşanların bəslənməsində digər bir məsələ onlara tərəvəz və meyvə vermənin zamanıdır. Bu qidalar sulu qida olduqlarından 3 aylıq yaşdan əvvəl verilmələri uyğun olmaz. Çünki həzm sisteminin inkişafı tam olaraq reallaşmamışdır.