1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvari iti ucları. Qartal caynağı.
– [Tağı:] Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır.
[Yusif Şahmara:] Yeməli quşların – qırqovulun, kəkliyin, turacın caynağı üç olur.
Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı.
2. məc. Çəng. Caynağına keçmək.
– [Bədəl:] Cəmaətimiz xan caynağından qurtarıb, öz əlinin əməyini rahət yeyib yaşayır.
[Səlbinaz xanım anasına:] …Məni nədən ötrü bu kaftarın caynağına vermisən…