Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Soya
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi. == Bioloji xüsusiyyətləri == Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Boya çiləyici
Boya çiləyici və ya aeroqraf — sıxılmış hava ilə kağız, parça və s. üzərinə nazik boyaq qatı püskürən cihaz. Parçalara naxış vurmaq üçün, teatr dekorasiyaları və iriformatlı plakatlar hazırlanmasında, fotoneqativlərin retuşunda və s. istifadə olunur.
Ceraldin Doyl
Ceraldin Hoff Doyl (31 iyul 1924-cü il — 26 dekabr 2010-cu il)
Diya Mirzə
Diya Mirzə (ing: Dia Mirza; hind: दिया मिर्ज़ा; 9 dekabr 1981, Heydәrabad) və ya doğum adı ilə Diya Handrik (ing: Dia Handrich) — hind aktrisası və modeldir. == Bioqrafiyası == Dianın atası, milliyətcə alman olan Frank Handrich qrafika rəssamı, memar, rəssam və interyer dizayneridir və 1990-cı ildə vəfat etmişdir; anası - Benqal Dipa, landşaft dizayneri olub hal-hazırda könüllü olaraq narkomanların və alkoqoliklərin reabilitasiyasına kömək edir; ögey atası - Heydərabaddan olan müsəlman Əhməd Mirzədir (2004-cü ildə vəfat etmişdir). Onun 4 yaşı olanda valideynləri boşanmış və Dia anasının yanında qalmışdır. Məktəbin 10-cu sinfini bitirdikdən sonra yay tətilində yarımştat işə düzəlmiş - kompüter şirkətində model kimi işləmişdir. Bunun ardınca Emami və Lipton şirkətləri üçün reklam çəkilişləri işlərində işləmişdir. Mükafatları: Miss India 2000 müsabiqəsində vitse-miss, yəni II yer və Miss Asiya və Okeaniya 2000 müsabiqəsinin qalibidir. Diya Mirza Zeenat Aman və Tara Ann Fonsecadan sonra bu müsabiqədə qalib gələn üçüncü hind qadınıdır. O, 2001-ci ildə “Sən mənim ürəyimdəsən” filmində Madhavan və Saif Ali Khan ilə debütünü etmişdir.
Diya adası
Diya adası (yun. Δία)-Krit adasının şimalında ada. İraklionanın 14 km şimalında yerləşir. == Əsas göstəriciləri == Sahəsi 12,5 кm², uzunluğu isə 3 km-dir. 2011-ci ilin məlumatına görə adadın əhalisi yoxdur. İnzibati cəhətdən Hersonissosa aid edilir ki, oda öz növbəsində İraklionaya daxildir. == Canlılar aləmi == Ada qoruq hesab edilir. Adada bir çox nadir bitki və heyvan növləri yaşamaqdadır. Bunların içərisində müxtəlif növ ilbizləri və kərtənkələlər və bir çox bitki növlərini söyləyə bilərik.
Doga Kobo
Doga Kobo (株式会社動画工房, Kabushiki-gaisha Dōga Kōbō) — Tokio şəhərinin Nerima xüsusi rayonunda yerləşən Yaponiya animasiya studiyası. 11 iyul 1973-cü ildə Toei Animation studiyasının keçmiş əməkdaşı Hideo Furusava tərəfindən qurulmuşdur. Studiya illərlə bir çox animelərin istehsalında iştirak etmişdir.
Doha şəhəri
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Doka Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dora Antal
Dora Antal (d. 9 sentyabr 1993) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Antal, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Antal, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Dora Kisteleki
Dora Kisteleki (11 may 1983, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Kisteleki, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Dora Kisteleki, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Dora Vass
Dora Vass — 1991-ci ildə anadan olmuşdur. Macarıstanlı bədii gimnastdır. Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Dora Vass 1991-ci ildə anadan olmuşdur. == Karyerası == Dora Vass 2015-ci ildə Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etdi.
Dora Çabay
Dora Çabay (d. 20 aprel 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Çabay, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Çabay, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Dora Çiqanyi
Dora Çiqanyi (d. 23 sentyabr 1992) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Çiqanyi, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Çiqanyi, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Dota 2
Dota 2 (ing. Defence of the Ancients 2 - "Qədimlərin Qorunması 2") — Valve tərəfindən yayımlanan (Steam vasitəsilə) və IceFrog tərəfindən hazırlanan RTS (real vaxt strategiya) oyunudur. Oyunun orijinalı "Eul" tərəfindən 2003-cü ildə World of Warcraft xəritəsi olaraq yayınlanıb. İnkişaf etdirilməsi / yenilənməsi Warcraft III: Frozen Throne üzərindən edilmişdir. Oyun MOBA (Online çoxnəfərlik döyüş arenası) janrının ilk nümunəsidir. Dota 2 çox oyunçulu onlayn savaş arenası videooyundu. Bu oyunda əsas məqsəd, 5 nəfərdən təşkil olunmuş komandalar bir-birilərin “Ancient” deyilən qalaları dağıtmalıdılar. Burada xəritə 2D funksiyasında təbliğ olunur və bu oyunda 116 karakter mövcuddur, hansında oyunçular qarşıdakı komandanın seçdiyi oyunçuya uygun oyuçu seçir. == Oyun == 9 iyul 2013 tarixində çıxan "Dota 2" oynaması pulsuz bir oyundur və Steam üzərindən oynanılır. == Qəhrəmanlar == Qəhrəman - oyun içərisində oyunçu tərəfindən idarə edilən xarakterlərə verilən addır.
Dova (mahal)
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. == Əhali == Dova mahalında 556,678 nəfər yaşayır.
Dova dairəsi
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. == Əhali == Dova mahalında 556,678 nəfər yaşayır.
Ekvivalent doza
Ekvivalent doza – orqan və ya toxumada udulan dozaların məlum şüalanma növü üçün uyğun keyfiyyət əmsalına hasilidir. Fotonlar (rentgen və qamma şüaları) və beta şüalar üçün bu əmsal 1-ə, alfa şüalar üçün isə 20-yə bərabərdir, bu o deməkdir ki, eyni miqdarda enerji ötürüldüyü halda alfa şüalanmanın bioloji effekt yaratma qabiliyyəti beta şüalanma ilə müqayisədə 20 dəfə çoxdur. Bu əmsallar müxtəlif növ şüalanmaların bioloji effekt yaratmaq qabiliyyətinin foton şüalanması ilə müqayisəsidir və ya 1Qrey verilmiş şüalanmadan (alfa, beta, neytron şüalanması) alınmış dozanın bioloji effekt yaratma qabiliyyətinə görə neçə Qrey foton şüalanmasından (rentgen, qamma şüalanması) alınan dozaya ekvivalent olduğunu göstərir. Ekvivalent dozanın ölçü vahidi Zivertdir (Zv).
Fransisko Qoya
Fransisko Xose de Qoyya (30 mart 1746[…] – 16 aprel 1828[…], Bordo) — ispan rəssamı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir. == Yaradıcılığı == Rəssam 14 yaşında Xose Luzan ilə birlikdə təhsil alır. Onun çəkdiyi rəsm əsərləri Anton Rafael tərəfindən bəyənilir. Bu isə öz növbəsində onlar arasında dostluq münasibəti yaradır.
Jan Doma
Jan Doma (fr. Jean Domat; 30 noyabr 1625[…], Klermon-Feran – 14 mart 1696[…], Paris) — fransız hüquqşünası.
Koya Kitaqava
Koya Kitaqava (26 iyul 1996, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Loya cirgə
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
Loya cirqa
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
Röya
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.