Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Soya
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi. Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir.
Hoya
Hoya (lat. Hoya) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi.
Ekvivalent doza
Ekvivalent doza – orqan və ya toxumada udulan dozaların məlum şüalanma növü üçün uyğun keyfiyyət əmsalına hasilidir. Fotonlar (rentgen və qamma şüaları) və beta şüalar üçün bu əmsal 1-ə, alfa şüalar üçün isə 20-yə bərabərdir, bu o deməkdir ki, eyni miqdarda enerji ötürüldüyü halda alfa şüalanmanın bioloji effekt yaratma qabiliyyəti beta şüalanma ilə müqayisədə 20 dəfə çoxdur. Bu əmsallar müxtəlif növ şüalanmaların bioloji effekt yaratmaq qabiliyyətinin foton şüalanması ilə müqayisəsidir və ya 1Qrey verilmiş şüalanmadan (alfa, beta, neytron şüalanması) alınmış dozanın bioloji effekt yaratma qabiliyyətinə görə neçə Qrey foton şüalanmasından (rentgen, qamma şüalanması) alınan dozaya ekvivalent olduğunu göstərir. Ekvivalent dozanın ölçü vahidi Zivertdir (Zv).
Fransisko Qoya
Fransisko Xose de Qoyya (30 mart 1746[…] – 16 aprel 1828[…], Bordo) — ispan rəssamı. == Həyatı == 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir. == Yaradıcılığı == Rəssam 14 yaşında Xose Luzan ilə birlikdə təhsil alır. Onun çəkdiyi rəsm əsərləri Anton Rafael tərəfindən bəyənilir. Bu isə öz növbəsində onlar arasında dostluq münasibəti yaradır. Məşhur rəssamın ozamankı eskizləri elə də tanınmırdı.
Jan Doma
Jan Doma (fr. Jean Domat; 30 noyabr 1625[…], Klermon-Feran – 14 mart 1696[…], Paris) — fransız hüquqşünası.
Koya Kitaqava
Koya Kitaqava (26 iyul 1996, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Loya cirgə
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
Loya cirqa
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
Mesila Doda
Mesila Doda (alb. Mesila Doda; 6 fevral 1971, Kukes) — alban siyasətçi, 2001-ci ildən Albaniya Xalq məclisinin deputatı, Albaniya Demokrat partiyasının yaradıcılarından biri. 6 fevral 1971-ci ildə Kukes şəhərində anadan olub. Mesila Doda Tirana universitetində iqtisadiyyatı, Roma universitetində isə fəlsəfəsini öyrənirdi. Siyasət karyerasına 1991-ci ildə tələbə etirazları zamanı başladı, bu etirazlar alban əmək partiyasının hakimiyyətdən getməsi ilə nəticələndi. Doda müxtəlif siyasi mövqelərdən çıxış edərək jurnalist və teleaparıcı kimi işləmişdi. O, Albaniya Demokrat partiyasını təsis etdi, 2001-ci ildə Albaniya Parlamentinə daxil oldu. 2016-ci ildə o, partiyanı tərk etdi və açıq məktub yazaraq bildirdi ki, 25 il bundan əvvəl yaratdığı partiyadan getməyinə təəssüflənir. 2016-ci ildən o, İnteqrasiya, ədalət və birlik uğrunda partiyasının üzvüdü və Çameriya albanlarının hüquqlarını qoruyur. Doda dindar katolikdi və ənənəvi dəyərlərin müdafiəçisidi.
Oskar Loya
Oskar Loya (12 iyun 1979) — 2009 Avroviziya Mahnı Müsabiqəsi'ndə Almaniya'nı təmsil edən müğənnidir. Müsabiqədə Aleks Kristensen ilə birlikdə Miss Kiss Kiss Bang adlı mahnını səsləndirmişdir.
Sasaki Doyo
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir. Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur. Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha.
Soya burnu
Soya burnu (yap. 宗谷岬) — Hokkaydo adasının ucqar şimal nöqtəsidir. İnzibati cəhətdən Soya dairəsinin Vakkanay şəhəri ərazisinə daxildir. Yaponiyanın Kuril adalarına olan iddiası istisna olaraq ölkənin ucqar şimal nöqtəsini təşkil edir. Reallıqda isə Yaponiyanın ucqar şimal nöqtəsi Hokkoydadan 1 km şimal-qərbdə yerləşən Bentencima adasında yerləşir. Aydın havada Laperuz boğazının digər sahilində Saxalin adasında yerləşən Krilon burnu görünür. Burnun cənubunda Porosiri dağı yerləşir. Burunda çoxlu sayda memarual mövcuddur. Burada hətta burnun qutaracağında belə abidə vardır. Ən məşhur abidələrdən biri Dua gülləsidir.
Soya cərəyanı
Soya cərəyanı (yap. 宗谷海流) — Yapon dənizinin ən şimal hissəsindən keçən isti dəniz cərəyanı. Son qolosen dövründə Soya cərəyanının sürəti zəyifləmiş Oxot dənizinin cənub hissəsinə təsiri olduqca azalmışdır. Bu baxımda Kiçik Kuril adaları daha çox seçilir. Burada Sakit okeanın ərazisindən keçən soyuq Oyaşio cərəyanı Soya cərəyanının zəyifləməsinə təsir göstərir. Soyanın ən güşlü sıəsiri isə hələ də Saxalin adasının cənub-qərb və cənub hissələrinə, Moneron adasına, Kunaşir və İturup adalarının Oxot dənizi hissələrinə təsir göstərir. Soya cərəyanı öz növbəsində Tsuşima cərəyanınin şimal qolunu təşkil edərək onun güçünün 30 % özü ilə aparır. Burada Primorsk cərəyanının təsiri ilə şimala istiqamətlənir. Laperuz boğazı ilə Soya burnunun yaxınlığından Oxot dənizinə keçir. Burada isə iki qola bölünür.
Sulu boya
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Kəşfçi Dora
Kəşfçi Dora (ing. Dora the Explorer) — "Nickelodeon" telekanalı tərəfindən istehsal olunmuş amerikan cizgi serialı. Serial 2000-ci ildən 2019-cu ilə qədər davam etmişdir. Həmçinin cizgi serialın "İrəli Dieqo, İrəli!" (ing. Go, Diego, Go!) adlı spin-off seriyası da çəkilmişdir. Cizgi serial Dora adlı yeddi yaşlı latın amerikalı qız və onun antropomorfik meymun yoldaşı Çəkməlinin maraqlı sərgüzəştlərindən bəhs edir. Hər epizod Doranın səyahətləri zamanı başına gələn bir sıra hadisələr haqqındadır, o və Çəkməli qarşılaşdıqları maneələrin öhdəsindən gəlməli və tapmacaları həll etməlidirlər. Onlar tez-tez problemləri həll etmək üçün tamaşaçıların köməyinə ehtiyac duyurlar. Serialda davamlı olaraq görünən personajlardan biri maskalı tülkü Swiperdir, o tez-tez Dora və onun dostlarından əşyalar oğurlamağa çalışır. Onu dayandırmaq üçün Dora üç dəfə “Swiper no swiping” deməli olur.
Zoey Doyç
Zoi Doyç (10 noyabr 1994-cü il təvəllüdlü) — amerikalı aktrisa və prodüser. Niyə O?
Doja Cat
Amala Ratna Zandile Dlamini (21 oktyabr 1995, Tarzana[d], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı repçi, müğənni, mahnı müəllifi və mahnı prodüseri.
Doma (memarlıq)
Doma (土間) – ənənəvi yapon evinin girişində yerləşən və torpaq döşəmədən ibarət olan yer. Çöllə evin içərisi arasında keçid rolunu oynayır. Domanı "içərini çöl kimi edən yer" adlandırırlar. == Rolu == Keçmişdə doma kamado adlı qızdırıcıları saxlamaq üçün nəzərdə tutulmuşdu. Lakin su çəkmək və yemək bişirmək kimi işlər evin çölündə görülməli olduğu üçün mətbəx rolunu da oynamışdır. Doma topraq döşəməyə malik olduğu üçün burada yemək bişirmək və ya qızdırıcı saxlamaq yanğın təhlükəsini minimuma endirirdi. Doma fermerlər, balıqçılar və dülgərlər tərəfindən emalatxana kimi istifadə olunurdu. Bu cür işləri evin içərisində görmək evi çirkləndirə bilərdi, amma çöldə də görmək çətin idi, çünki yağış yağa və ya işıq az ola bilərdi. Buna görə də doma bu cür işlər üçün çox uyğun yer idi. Bundan əlavə, doma çirklənəndə onu təmizləmək daha asan idi.
Dora Maurer
Dora Maurer (11 iyun 1937[…], Budapeşt) — yaradıcılığı 50 illik karyerasını əhatə edən macar rəssamdır. O, demək olar ki, kino və fotoqrafiyadan tutmuş rəssamlığa və heykəltəraşlığa qədər incəsənətin bütün sahələrində çalışır. Maurer 1970-ci illərdə avanqard işi ilə tanınmağa başlamışdır. Onun sənəti riyazi və mürəkkəb sistemli proseslərə əsaslanır. Maurerin işinin çoxu tamaşaçı seçimlərini və tamaşaçının bu seçimlərlə nə edə biləcəyini göstərmək mövzusunu izləyir. Bundan əlavə, Dora Maurer Budapeştdə Gözəl Sənətlər Fakültəsinin professoru və kurator kimi çalışmışdır. == Həyatı == Maurer 1950-ci illərdə qrafika rəssamı kimi təhsil alıb. 1970-ci illərdə o, fotoqrafiya və hərəkətli təsvirlərə diqqət yetirməyə başladı, tez-tez musiqiçilər ilə əməkdaşlıq etdi. O, həmçinin yaradıcı ifaçılıq emalatxanalarında dərs demişdir. 1970-ci illərdə o, getdikcə daha çox həndəsi və mücərrəd təsvirlər və rəsmlər yaradırdı.
Zoi Doyç
Zoi Doyç (10 noyabr 1994-cü il təvəllüdlü) — amerikalı aktrisa və prodüser. Niyə O?
Hoya spartioides
Hoya spartioides (lat. Hoya spartioides) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin hoya cinsinə aid bitki növü.
Zoya Boquslavskaya
Zoya Borisovna Boquslavskaya (rus. Зо́я Бори́совна Богусла́вская; 16 aprel 1924, Moskva) — Sovet və rus yazıçısı, nasir və esseist, dramaturq, ədəbiyyatşünas, sənətşünas. Rusiyada və xaricdə bir sıra mədəni layihələrin müəllifi, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2019), Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü. Andrey Voznesenskinin həyat yoldaşı Zoya Boquslavskaya 1924-cü il aprelin 16-da Moskvada anadan olub. Atası Boris Lvoviç Boquslavski (1899-1985), kibernetika və maşınqayırma sahəsində alim, bir sıra elmi əsərlərin, monoqrafiyaların və dərsliklərin müəllifi idi. Anası Emma İosifovna Boguslavskaya isə həkim olub. Zoya uşaq vaxtlarından yaxşı təhsil alıb. İxtisas seçimini onun uşaqlıqdan teatra və ədəbiyyata olan həvəsi müəyyənləşdirib. Hələ məktəbdə oxuyarkən gənc Zoya dram dərnəkləri və ədəbi gecələr üçün mətnlər yazmağa başlayıb. 1948-ci ildə Zoya Boquslavskaya A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (GİTİS) Teatrşünaslıq fakültəsini bitirib.
Zoya Zelinskaya
Zoya Nikolayevna Zelinskaya (8 dekabr 1929, Moskva – 29 aprel 2024, Moskva) — Rusiya aktrisası. Rusiyanın xalq artisti. Zoya Nikolayevna 8 dekabr 1929-cu ildə Moskva şəhərində doğulub. Müharibə illərində Zoya da digər uşaqlar kimi qızıl mədənlərində işləyirdi. Müharibədən sonra ailəsi ilə birlikdə Moskvaya qayıtdı. Məktəb illərində Modalar Evində model kimi fəaliyyətə başlayıb. Vokal təhsili almışdır. 1954-cü ildə Rusiya Teatr Sənəti Universitetinin musiqili teatr aktyorları fakültəsini (Andrey Qonçarovun kursu) bitirmişdir. 1954-cü ildən Satira Teatrında çalışırdı. O, bir çox film və tamaşalarda rol alıb.
Röya
Yuxu və ya röya — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Röya (ad)
Röya — qadın adı. Röya (müğənni) — müğənni. Röya Tağıyeva — Əməkdar Mədəniyyət işçisi.
Röya (müğənni)
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.
Röya Ayxan
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.
Röya Məmmədova
Hiss (əsl adı: Röya Məmmədova; 13 iyul 1995 və ya 11 avqust 1995, Bakı) — azərbaycanlı müğənni. 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını Hiss olaraq seçib. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.
Röya Nəcəfova
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.
Röya Tağıyeva
Röya Seyfəddin qızı Tağıyeva — Əməkdar Mədəniyyət işçisi, "Şöhrət" ordenli, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin keçmiş rəhbəri, professor, sənətşünaslıq elmləri doktoru. Röya Tağıyeva 1 yanvar 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rejissor, Əməkdar İncəsənət işçisi Nurəddin Tağıyevin həyat yoldaşıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun bacısıdır. 1967–1972-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kiçik elmi işçisi 1972–1978-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin böyük elmi işçisi 1978–1979-cu illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi 1979–1982-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi-tədqiqat şöbəsinin müdiri 1982-ci ildə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi-ekspozisiya şöbəsinin müdiri 1982–2016-cı illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru 2010-cu ildən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri 2016-cı ildən "NUR Art House" qalereyasının direktoru Xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğatına həsr olunmuş 200-dən çox elmi əsərin, konsepsiyalar və layihələr, elmi-sənədli filmlərin ssenarisi, dərsliklər, və d. müəllif olduğu nəşrlərin sırasında rus, ingilis, çex, ərəb, fransız dillərdəmonoqrafiyalar, kitablar — "Декоративно-прикладное искусство Азербайджана" (rus dilində — 1986), "Сюжетные ковры Азербайджана" (rus dilində — 1988), "Ковровые образы Низами" (rus dilində — 1991), "Azərbaycan xalçası" (azərbaycan və ingilis dilində — 1999), "Lətif Kərimov fenomeni" (2006), "Azərbaycan xalçası məişətdə" (2006), "Az Azerbajdzsani szönyeg" (macar dilində-2011), " السجادةالأذربيجانية " (ərəb dilində-2011), "The land of the eternal fire Tradition of the Azerbaijani Carpet " (ingilis dilində — 2012), "Nizami obrazları xalçalarda" (miniatür kitab–2013), "Azərbaycan Xalçası Ensiklopediyası"(I cild-2015),"Azərbaycan Xalçası Ensiklopediyası"(II cild-2015), "Azerbaijani Carpet Encyclopedia"(ingilis dilində-2017) və s. 1988-ci ildən — Azərbaycan Rəssamlar İttifaqının üzvü 1992–2016 — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində ekspert komissiyasının sədri 1993–2016 — Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin prezidenti (ICOM/ YUNESKO); 2005–2015 — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü 2000-ci ildən — "Hərbi münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının həyata keçirilməsi üzrə Dövlət Komissiyasının üzvü 2001-ci ildən — Vaşinqton "Tekstil Muzeyi"- nin üzvü 2002–2004 — Açıq Cəmiyyət İnstitutu — Azərbaycan Yardım Fondunun eksperti 2003-cü ildən — Avropa Tekstil Şəbəkəsinin üzvü 2010-cu ildən — "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin təsisçisi və bu günədək sədri 2010-cu ildən — Beynəlxalq Rəssamlar Fondunun üzvü 2010-cu — YUNESKO/MFQS "XXI əsrin muzey idarəetməsi" proektində beynəlxalq eksperti 2011-ci ildən — ICOC -un (Şərq Xalçaları üzrə Beynəlxalq Komitəsinin) üzvü 2011-ci ildən — Avropa Muzeylər Forumunun Milli Koordinatoru 2013-cü ildən — ICOM-un Asiya — Sakit Okean Regionu üzrə Birliyinin (ASPAC) İdarə Heyətinin üzvü.
Röya (dəqiqləşdirmə)
Röya aşağıdakı mənalara gələ bilər: Röya — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, vizual qəbul edilən duyğular.