Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsmələr
Əsmələr — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Əsmələr kəndi Maşaver çayının sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 7 km şərqdə, dəniz səviyyəsindən 445 m hündürlükdə yerləşir. == Əhalisi == 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 66 nəfər, 1926-cı ildə 8 ailədə 43 nəfər, 2002-ci ildə 91 ailədə 286 nəfər, 2006-cı ildə 91 ailədə 268 nəfər.
Əşkezər
Əşkezər- İranın Yəzd ostanının şəhərlərindən və Səduq şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,800 nəfər və 3,711 ailədən ibarət idi.
Sədəqə
Sədəqə (din)
Esege
Əsgər
Əsgər — orduda xidmət edən şəxs, müddətli hərbi qulluqçu. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. == Haqqında == Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Oqtay Eldəgəz
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri. == Həyatı == Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi.
Şəmsəddin Eldəgəz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az.-əski. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Əmir Eldəgəz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az.-əski. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Edsger Deykstra
Edsger Deykstra (11 may 1930[…], Rotterdam, Niderland – 6 avqust 2002[…], Nuenen[d], Niderland) — hollandiyalı riyaziyyatçı alim, proqramçı və fizik. Qrafda təpələr arasında ən qısa yolun tapılması üçün tətbiq olunan "Deykstra alqoritminə görə tanınır. == Həyatı == Riyaziyyat və fizika sahəsində olan bilikləri əsasındə riyazi məntiqin bir sıra qayda və metodologiyalarını proqramlaşdırma elminə tətbiq etmişdir. 70 −80-ci illərdə ən populyar və ən çox istifadə olunan proqramlaşdırma metodologiyası olan "Strukur proqramlaşdırma" metodologiyası məhz ilk olaraq Dijsktra tərəfindən irəli sürülmüşdür. Məhz onun struktur proqramlaşdırma ideyası bu gün istifadə etdiyimiz proqram mühəndisliyi (software engineering) metodologiyalarının əsaslarının qoyulmasına imkan yaratmişdir, hansı ki, bugünkü gün proqramçılara getdikçə mürəkkəbləşən proqram təminatlarının təşkili və idarə edilməsinə imkan yaradır. Bugünkü gün də kompüter elmləri sahəsində ən aktual məsələrdən olan konkurent hesablama (concurrent computing) və konkurent proqramlaşdırma (concurrent programming) sahəsinin elmi araşdırılması 60-cı illərdə Dijkstra- nın 1965-ci ildə yazdığı ilk məqalə ilə başlanılmışdır. Həmin məqalədə Dijkstra "mutual exclusion" problemini təyin etmiş və həll etmişdir. Dijkstra, həmçinin, paylanmış hesabalama (distributed computing) prinsiplərinin əsasəni qoyan ilk tədqiqatçılardan biri olmuşdur. Paylanmış hesablamanın ən əsas anlayışları olan konkurentlilik (concurrency), "mutual exclusion" (mutex), "semaphores", "deadlock", qrafda ən qısa yolun tapılması məsələsi, "fault tolerance", "self stabilization" kimi anlayışların fundamental əsaslərını məhz Dijkstra qoymuşdur. 1994-cü ildə aparılmış sorğuya əsasən Komptür elmləri sahəsində həmin dövrə qədər yazılmış mindən çox elmi məqalə arasında 38 ən yaxşı məqalə seçilmişdir.
Sədəqə (Urmiya)
Sədəqə (fars. صداقه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 307 nəfər yaşayır (85 ailə).
Sədəqə (din)
Sədəqə — Allah rızası üçün verilən mal, pul, elm kimi insanın möhtac olduğu hər şeyə sədəqə deyilir. == Haqqında == Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır. Hər kəsin maddi vəziyyəti eyni deyil. Kimi varlı, kimi isə kasıbdır. Müsəlmanlar arasında varlılar olduğu kimi kasıblar da hər zaman olmuşdur. Hamının mövqeyindən və vəziyyətindən asılı olmayaraq maddi-mənəvi müəyyən şeylərə ehtiyacı var. Bu səbəbdən varlı müsəlman “mən hər il zəkatımı verirəm” deyib xeyir işlərdən uzaq durmamalı, kasıb müsəlmanlar da “biz varlı deyilik” deyərək xeyirxahlıqdan geri qalmamalıdır.
Şreger xətləri
Şreqer xətləri fil və mamont dişinin üzərindəki kəşişmə hissələrində görünür və mamontlarda iti bucaqdan və müasir fillərdə kor bucaqdan ibarətdir.
Əsgər Məmmədov (əsgər, 1972)
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Ramiz Əsgər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu – 22 may 2024, Bakı) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978–1983-cü illərdə Azərbaycan Radiosunda redaktor, 1983–1984-cü illərdə "Azərbaycan bu gün" jurnalının baş redaktoru, 1984–1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru, 1991–1993-cü illərdə "Hürriyet" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, 1993–1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi, 1994–1996-cı illərdə "XXI əsr" qəzetinin baş redaktoru, 1993–1997-ci illərdə "Yeni Forum" jurnalının Bakı təmsilçisi olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir. Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir.
İgid əsgər
"İgid əsgər" — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir. 2016-cı ilin may ayında ATV telekanalında İlqar Mikayıloğlunun aparıcısı olduğu "Xeyirə qarşı" verilişində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının balaca istedadı 5 yaşlı Nuray Rəhmanın "İgid əsgər" ifası internetdə izlənilmə rekordu qırmışdır.
Əli Əsgər
Əli Əsgər (1968) — Karabük Universitetinin İqtisadiyyat və Beynəlxalq münasibətlər Fakültəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor. == Bioqrafiyası == === Ailəsi === Professor Əli Əsgər 1968-ci ildə Azərbaycanda anadan olub. Ailəlidir, bir övladı var. === Təhsili === 1986-cı ildə Azərbaycan Texniki Universitetinin Radiotexnika fakültəsinə qəbul olmuşdur. 1987–1989-cu illərdə SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi İdarəsində hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna yazılıb və Birinci Qarabağ müharibəsində iştirak edib. 1993-cü ildə universiteti bitirib və mühəndis dərəcəsi almışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə bu təhsil ocağını yüksək fərqlənmə diplomu ilə bitirmişdir. 1997–1998-ci illərdə Ege Universitetində Türk Dünyası Araşdırmaları İnstitutunda təhsil almışdır. 1998–2000-ci illərdə Mərmərə Universiteti İctimai Hüquq fakültəsində magistratura pilləsinə başlamış və "Dövlət quruluşu və onun Konstitusiyasında əsas elementlər" mövzusunda dissertasiya müdafiə edərək magistr dərəcəsi almışdır.
Əsgər Zeynalov
Zeynalov Əsgər Məmməd oğlu (27 sentyabr 1951, Yuxarı Necili, Zəngibasar rayonu) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Azərbaycan Jurnalistlər Birliyinin (1997) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Əsgər Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar rayonun Yuxarı Necili kəndində anadan olmuşdur. 1974-cü ildə APXDİ-nin fransız dili fakültəsini bitirmiş. 1991-ci ildə "Azərbaycan bayatıları Qafqaz regionunda" mövzusunda (elmi rəhbərləri profesor M. Ə. Seyidov və professor T. Ə. Əhmədov) namizədlik, 2003-cü ildə "Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)" doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən professordur. Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçıdır ki, namizədliyi bir dillə, doktorluğu başqa bir dillə bağlı yazmışdır. O, erməni qaynaqlarında axtarışlar aparan sonuncu azərbaycanlı alimlərdən biridir. Tədqiqatçı İrəvan Əlyazmalar İnstitutu – Matenadaranda, İrəvan Xalq yaradıcılığı Evi, Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar apararaq, 550-dən artıq Azərbaycan bayatılarını həmin qaynaqlardan toplamış və sübut etməyə çalışmışdır ki, ermənilərdə bayatı olmamış, onlar uzun əsrlər boyu Azərbaycan bayatılarından istifadə etmişlər. Onun "Azərbaycan bayatıları Qafqaz regionunda" namizədlik dissertasiyası bu mövzuya həsr olunmuşdur.
Əsgər imperatorları
Əsgər imperatorları — Qədim Romanın bəzi imperatorlarının ümumi adı. Tanınmayan nəsil nümayəndələrindən olaraq ordu tərəfindən təyin edilirdilər və tez-tez bir-birini əvəz edirdilər. Özlərini heç nədə göstərə bilmirdilər. Əsgər imperatorları kimi eramızdan əvvəl 235–285-ci illər nəzərdə tutulur. Həmin dövr imperatorlarının heç də hamısı ordu tərəfindən elan edilmirdi və Senat tərəfindən təyin edilənlər də olurdu.
Əsgər İsayev
Əsgər Mustafa oğlu İsayev (20 dekabr 1935, Saral, Böyük Qarakilsə rayonu – 11 iyun 2021) — texniki elmlər doktoru (1983), professor (1984), Azərbaycan Respublikasının Əməkdar müəllimi (2006). == Həyatı == Əsgər İsayev 1935-ci ilin dekabrın 20-də Saral kəndində anadan olmuşdur. 1942-ci ildə Saral kəndində orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. O, 1952-ci Azərbaycan Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş və 1957-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. Ə.M.İsayev 1957–1959-cu illərdə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda konstruktor vəzifəsində işləmişdir. 1959-cu ilin aprel ayından 1975-ci ilə qədər öz əmək fəaliyyətini institutun elmi-tədqiqat şöbəsində kiçik elmi işçi, 1961-ci ilin sentyabrından həmin institutun "İnşaat konstruksiyaları" sonra isə "Dəmir-beton konstruksiyaları" kafedralarında baş müəllim vəzifəsində çalışmışdır. 1964-cü ildə materiallar müqaviməti ixtisası üzrə texniki elmlər namizədi elmi dərəcəsi adını almışdır. 23 sentyabr 1983-cü ildə Moskva şəhərində Moskva İnşaat Mühəndisləri İnstitutunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək "deformasiya olunan bərk cisimlər mexanikası" üzrə texniki elmlər doktoru elmi dərəcəsini almışdır. Onun bütün elmi fəaliyyətləri nəzəri mexanika, materiallar müqaviməti, inşaat mexanikası və tətbiqi mexanika elmlərinin müxtəlif hissələrinə həsr olunmuşdur. İsayev Əsgər 1 fevral 1967-ci ildə dosent, 27 aprel 1984-cü ildə isə "İnşaat mexanikası" kafedrası üzrə professor elmi adlarını almışdır.
Əsgər İsmayılov
Əsgər Ələkbər oğlu İsmayılov — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947)
Əsgər İsmayılzadə
Əsgər Əhmədov
Əsgər Cahangir oğlu Əhmədov (5 fevral 1963, Yaqublu, Dmanisi rayonu) — Texnika elmləri doktoru, professor. Volqoqrad Dövlət Aqrar Universitetinin yer quruluşu və kadastrlar kafedrası müdirinin müavini. == Həyatı == Əhmədov Əsgər Cahangir oğlu 1963-cü il fevralın 5-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində çoxuşaqlı ailədə anadan olub. 1990-cı ildə Volqoqrad Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirib. Diplom müdafiəsindən sonra Volqoqrad Dövlət Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatı hidrotexniki meliorasiya və geodeziya kafedrasında laboratoriya müdiri kimi əmək fəaliyyətinə başlayıb, eyni zamanda, aspiranturada qiyabi təhsil alıb. 1996-cı ildə Ə.Əhmədov Moskvada namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi olub, 2006-cı ildə isə texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Namizədlik və doktorluq dissertasiyaları ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin müxtəlif üsullarla suvarılması ilə məşğul olan sahə təsərrüfatları barədə silsilə işləri əsasında hazırlanıb. 2012-ci ildə professor elmi adı alan Ə.Əhmədov meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatlarının ümdə istiqamətlərini riyazi planlaşdırma tətbiq etməklə torpaqdaxili və damcı üsulu ilə suvarma sistemlərinin mühüm parametrlərinin əsaslandırılması təşkil edir. Professor Ə.Əhmədovun bilavasitə iştirakı ilə Aşağı Volqaboyunun müxtəlif torpaq-iqlim şəraitində torpaqdaxili və damcılı suvarmanın inkişafı və nəzəriyyəsinin bir sıra mühüm istiqamətlərində nailiyyətlər əldə olunub.