Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edgy (video oyun)
Edge (jurnal)
Edge — "Future Publishing" müəssisəsi tərəfindən oktyabr ayında 1993-cü ildə nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniya jurnallarından biridir. Jurnalda hər il müxtəlif mükafatlar təqdim edilir. "Edge" jurnalında çox az oyunlara böyük resenziya verilmişdir. Böyük resenziya verilənlər içərisində "Mario" video oyunları xüsusilə seçilir.
Edge Extended
HTC Edge
HTC One X — HTC tərəfindən istehsal olunan mobil telefon. Smartfon üçüncü nəsil nVidia Tegra platforması əsasında hazırlanıb. Tegra 3 (Kal-El) platformasının əsasını 4 əsas Cortex-A9 (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan ARM prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli GeForce qrafik kontrolleri daxildir. Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, Wi-Fi (802.11b/g/n) və Bluetooth 4.0 simsiz əlaqə adapterləri, HD video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və Beats Audio audiosistemi ilə təchiz ediləcək. Sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək.
Microsoft Edge
Microsoft Edge (ilk kod adı "Projekt Spartan" olub) — "Microsoft" tərəfindən yaradılan veb brauzer. Rəsmi olaraq 21 yanvar 2015-ci ildə açıqlanan və hər kəsə açıq olaraq 30 mart 2015-ci ildə elan olunan bu brauzer, Windows 10-daki fərz edilən brauzer olaraq Internet Explorer yerini aldı. Eyni zamanda, ağıllı telefonlar və kiçik planşetlər üçün Windows 10-un gələcək versiyası fərz edilən brauzeriniz olacaq. Microsoft Edge artıq digər əməliyyat sistemlərinə : Windows 7, Windows 8.1 ə yüklənilə bilər. Windows 8.1-ə Edge güncəllənmə yolu ilə və ya yükləmək vaistəsi ilə əldə edilə bilər. Windows 10 və 11 də default brauzer olaraq gəlir. Microsoft Edge, web standartları ətrafında qurulan bir yaşayış mühərriki olan və "müasir web ilə əlaqə üçün hazırlanan" yüngül bir web brauzer olması üçün hazırlandı. Əlavələr və rəqəmsal köməkçisi olan Cortana, OneDrive kimi digər Microsoft xidmətlər inteqrasiya üçün ActiveX kimi köhnə texnologiyaların dəstəyini qaldırdı. Ayrıca bu brauzerə əlavə izahat vasitələri və oxuma rejimləri da daxil olunmuşdur. 2014-cü ilin Dekabr ayında, ZDNet.
Edge (videooyun)
Edge (azərb. Kənar‎) — "Mobigame" tərəfindən "iOS" qurğuları üçün hazırlanan və nəşr olunan pazl videooyunu. Oyunçuya verilən tapşırıq diyirlənən bir kubu labirintəbənzər səviyyələrdən keçirmək və hədəfə çatmaqdır. İlkin olaraq, 2008-ci ilin dekabr ayında "App Store" virtual mağazasında satışa çıxarılan oyun bir neçə dəfə oradan silinib və ora yenidən yerləşdirilib. Buna səbəb "Edge Games" studiyasının qurucusu Tim Lanqdellin oyunun başlığının "Edge" olması barədə müəllif hüququları pozuntusu üzrə olan şikayətləridir. Bu oyunun qısa bir müddət "Edge by Mobigame" və "Edgy", daha sonra 2010-cu ilin yanvar ayında "App Store" virtual mağazasına orijinal adıyla qayıtmasına gətirib-çıxarmışdır. Oyun sonralar müxtəlif platformalarda buraxılmışdır – mobil telefonlar, PlayStation Portable, Windows, Mac OS X, Linux, Android, Wii U və Nintendo 3DS. "Edge" tənqidçilərdən müsbət rəylər almışdır. Onlar oyunun minimalist səviyyə dizaynını və çiptyun saundrekini tərifləmişdir. Oyun həmçinin, Ən yaxşı mobil oyun üzrə Milton mükafatı, V Beynəlxalq Mobil Oyun Mükafatlarında iki kateqoriya və üç Müstəqil Oyunlar Festivalı kateqoriyaları üzrə nominasiya daxil olmaqla bir neçə mükafata layiq görülmüşdür. "Edge Extended" adlı içində yeni səviyyələr, yeni musiqilər, yeni üçölüçülü mühərrik və yeni süni intellektdən istifadə edən qaranlıq kub rəqibi olan bir genişləndirmə buraxılışdır.
Edge (brauzer)

Edge (video oyun)

Edge by Mobigame
Cedey
Demy
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
EBay
eBay — internet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir. Satıcı və alıcı arasında, məhsulu saytında nəşr edərək, vasitəçilik etməkdədir. Satılacaq məhsul üçün əvvəl siyahılama pulu və əgər məhsul satılsa bir də satış qiyməti üzərindən kəsilmə olmaq üzrə satıcını qiymətləndirər. Alıcı bağlanış qiyməti və ifadə edilən məktub ödənişi xaricində bir ödəniş ödəməz. Beynəlxalq pul göndərmək üçün ödəmə şəklinə və tərzinə görə vasitəçi təşkilata pul ödəmək lazım gəlmir. Ən məşhur ödəmə şəkli PayPal olmaqla birlikdə Western Union, kredit kartları və banklar arası pul transferi də bəzi satıcılar tərəfindən qəbul edilməkdədir. eBayda hər məhsulun satıcısı fərqli olduğundan hər təqdim edilən məhsulun tərifi və ödəmə şəkli müxtəlifdir. Ən çox problem bu sahədə olmaqla birlikdə, məktubda itmə və zərər görməyə qarşı sığorta, əgər təqdim edilmişsə, əlavə olunması tövsiyə edilər.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Eddi
Eddi — ad. Eddi Albert — ABŞ aktyoru. Eddi İsrafilov — Azərbaycan futbolçusu. Eddi Mörfi — ABŞ aktyoru. Eddi O'Hara — Şotlandiya futbolçusu. Eddi Redmeyn — Britaniyalı aktyor.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Edfu
İdfu (ərəb. إدفو‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində Esna və Avan şəhərlərinin arasında yerləşir. Əhalisi 60 min nəfərə yaxındır. İdfu şəhəri eyni adlı Qədim Misir dövrünə aid məbədin şəhər yaxınlığında yerləşməsi ilə tanınmışdır. İdfu məbədi Qədim Misirə aid məbədlər arasında ən yaxşı vəziyyətdə olan ikinci məbəd hesab olunur. Məbədin 50 metr qərb tərəfində Tell İdfu olaraq adlandırılan qədim yaşayış yeri aşkar olunmuşdur. Şəhərin 5 km şimal hissəsində kiçik pilləkənli piramidaların xarabalıqları aşkarlanmışdır.
Edgew.
Maykl Pakenham Edcourt (ing. Michael Pakenham Edgeworth; 24 may 1812 – 30 iyul 1881) — İrlandiya botaniki. Edgeworth, M.P. (1846). Descriptions of some unpublished species of plants from North-Western India. Transactions of the Linnean Society of London 20(1): 23—91. Edgeworth, M.P. (1877). Pollen. 92 p., 24 pl. Edgeworthia Meisn., 1841 Edgeworthia Falc., 1842, nom. illeg.
Edigey
Yedigey (d. 1352 – ö. 1419) — Ağ Orda əmiri, Noqay Ordasının banisi, mənşəcə Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı olmuşdur. 1399-cu ildə Litva knyazı Vitovtun və Toxtamışın birləşmiş ordusunu məğlub etmişdi. Həmin ildən əslində Qızıl Ordanın başçısı idi. Keçmiş Cuçi uluslarının hamısını birləşdirmişdi. 1406-cı ildə Toxtamışı öldürmüş, 1408-ci ildə rus torpaqlarına hücum edərək bir çox şəhəri dağıtmışdı. 1410 – 1412-ci illərdəki ara müharibələri zamanı hakimiyyətini itirmiş və Xarəzmə qaçmışdı. Toxtamışın oğlanları ilə mübarizədə öldürülmüşdür.
Edip
Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir. Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir.
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupudur. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. Qrupun adı H.G.Wells adlı yazarın The Time Machine (Zaman Maşını) kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Emmy
Emma Becanyan (erməni dilində: Էմմա Բեջանյան) — erməni müğənni. Eurovision 2011 mahnı müsabiqəsində Ermənistanı təmsil edən müğənni. 12 aprel 1984-cü ildə musiqiçi ailəsində anadan olmuşdur. Musiqi karyerasına 1993-cü ildə çıxmış ilk "Hayastan" adlı albomla başlamışdır. Musiqinin klipi də həmin il yayımlanmışdır. 2011-ci ildə Eurovision mahnı müsabiqəsində Ermənistanı təmsil edib. İlk albomu 2006-cı ildə yayımlanmışdır.
Eney
Eney (q.yun. Αἰνείας, lat. Aenēās) — qədim yunan mifologiyasında dardan hökmdar nəslindən olan Troya müharibəsi qəhrəmanı, Qədim Roma mifologiyasında isə Romanın banisi olan Rem və Romulun Troya müharibəsi zamanı sağ qalmış troyalıları məhv edilənlər içərisindən çıxarıb İtaliyaya gətirmiş əfsanəvi əcdadı.
Ergi
Ergi — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisində yerləşən Mərzili kəndinə aid olan yaşayış məntəqəsi.
Edqar Deqa
Edqár-Jermen-İler de Qа və ya Edqar Deqa (fr. Edgar Degas; 19 iyul 1834[…], Paris – 27 sentyabr 1917[…], Paris) — fransız rəssamı, impressionizmin banilərindən biri. Edqar Deqa Parisdə, incəsənətə marağı olan zəngin bankir ailəsində doğulub. Erkən yaşlarından rəsm çəkməyə başlayıb. 1853-cü ildə atasının istəyi ilə hüquqşünas olmaq üçün universitetə qəbul olunur. 1854-cü ildə, Deqa, öz dövrünü tanınmış rəssamı, rəssam Enqrin keçmiş şagirdi Lui Lamotun emalatxanasına şagird kimi qəbul olunur. O zaman 75 yaşında olan Enqrlə tanış olur. Deqanın yaradıcılığına Kubre və Ejen Delakruanın böyük təsiri olmuşdur. Lakin Enqr, ömrünün sonuna kimi Deqanın kumiri oldu. Deqa 1856-cı ildə İtaliyanın Neapol şəhərinə getdi və orada 3 il qaldı.
Cədəy
Cədəy xan — türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.
Edqar
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.