Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elixir
Elixir — Erlang (BEAM) virtual maşınında işləyən funksional və bölünmüş çoxməqsədli proqramlaşdırma dili. Erlang əsasında hazırlanması bölünmə, imtinaya qarşı dözümlülük, yumşaq real vaxt rejimində icra və protokollar vasitəsilə tətbiq olunan markoslar və polimorfizm ilə metoproqramlaşdırmanı təmin edir. Proses ağacları ilə işləmək üçün Erlang / OTP istifadə edir. Əvvəllər Ruby on Rails yaratma çərçivəsinin əsas inkişaf etdiricilərindən biri Plataformatec-in həmtəsisçisi Xose Valim tərəfindən hazırlanmışdır. Onun məqsədi Erlang alətləri və ekosistemi ilə uyğunluğu saxlayaraq Erlang VM-də daha yüksək genişlənmə qabiliyyəti və səmərəliliyi təmin etmək idi.
Əlix
Əlix — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlix kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 86 nəfər əhali yaşayır.
Erix
Erix — kişi adı. Erix Abraham — Alman Piyada generalı. Erix Fayql — Avstriya taixçisi. Erix Frid — yazıçı, şair və tərcüməçi Erix Reder — alman hərb xadimi, qross-admiral. Erix Hartmann — İkinci dünya müharibəsində iştirak etmiş alman qırıcı təyyarə pilotu. Erix fon Manşteyn — Üçüncü Reyxin ən məşhur generalı.
Helix
Helix (lat. Helix) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi. == Növləri == Helix yarımcinsi Helix albescens Rossmaessler, 1839 Helix lucorum Linnaeus, 1758 Helix pomatia Linnaeus, 1758 Helix philibinensis Rossmässler, 1839 Pelasga yarımcinsi Helix pomacella Mousson, 1854 Helix figulina Rossmässler, 1839 Cornu yarımcinsi Helix aspersa Müller, 1774 ?
Elif
Elif — ad. Elif Şafak — türk əsilli romançı. Elif Elmas — Şimali Makedoniyalı peşəkar futbolçu. Elif Pektaş ― Türk kino aktyorudur.
Eli
Eli — ad. Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. Eli Dükommen — isveçrəli jurnalist, pasifist. Eli Puje — ABŞ aktrisası. Eli Qlader — Norveç rəssamı.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Sena[d], Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Elif Elmas
Elif Elmas (mak. Елиф Елмас; 24 sentyabr 1999) — Şimali Makedoniyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" və Şimali Makedoniya milli komandasının yarımüdafiəçisi. == Karyerası == === Milli karyerası === Elmas Makedoniya milli futbol komandası ilə debütünü 11 iyun 2017-ci ildə 17 yaşı olarkən İspaniya millisinə qarşı FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşündə etmişdir. O, ikinci hissədə Ostoya Styepanoviçi əvəz etmişdir. Elmas Makedoniya U-21 millisi ilə Polşada keçirilən 2017 UEFA U-21 Avropa Çempionatında iştirak etmişdir. O, 23 futbolçudan ibarət olan heyətdə ən gənc futbolçu idi.
Elif Pektaş
Elif Pektaş (1946, İstanbul – 28 fevral 2003, İstanbul) ― Türk kino aktyorudur.
Elif Şafak
Elif Şafak (türk. Elif Şafak) — türk əsilli romançı. 1971-ci ildə Strasburqda doğulub. 2009-cu ildə çap edilən "Eşq" ("Aşk") romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub. == Həyatı == Atasının o dövrdə həkimlik etdiyi Strasburqda dünyaya gəlib. Atası psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulanda qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb. Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini Ankara Atatürk Anadolu Lisesi"ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb. 2017-ci ilin oktyabrında biseksual olduğunu açıqlayıb.
Elin Süleymanov
Elin Emin oğlu Süleymanov (1970, Bakı) — Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Los-Ancelesdəki sabiq Baş Konsulluğunun 1-ci Baş Konsulu. == Həyatı == Elin Süleymanov 1970-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 6 saylı məktəbdən təhsil alıb. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olsa da, daha sonra tələbə mübadiləsi vasitəsilə Moskva Dövlət Universitetinin siyasi coğrafiya fakültəsində təhsilinə davam edib və 1992-ci ildə buradan məzun olub. 1992-ci ildə "Edmund S. Muskie adına məzunlar üçün təqaüd proqramı"nın açılış ilində ilk azərbaycanlı olaraq, proqramdan təqaüd haqqı qazanmağa nail olub. Bununla da, Ohayoda Toledo Universitetinin dövlət idarəetməsi fakültəsinin magistatura pilləsinə daxil olub və 1994-cü ildə oranı bitirib. Elin Süleymanov, həmçinin Massaçusets ştatında yerləşən Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəxalq təhlükəsizlik və beynəlxalq hüquq ixtisasında təhsil alıb. O, burada təhsil alan ilk azərbaycanlı hesab edilir. Diplomatik xidmət orqanlarında fəaliyyətə başlamazdan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və 1995–1997-ci illər ərzində Praqada "Açıq Media Araşdırma İnstitutu"nda çalışmışdır. Elin Süleymanov həmçinin 1989-cu ildə bir neçə qrup yoldaşı və dostu ilə birlikdə Bakının "Atəşgah" intelektual oyun klubunun yaradılmasında iştirak edib.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Elis Kallen
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Elis Manolova
Elis Manolova (17 yanvar 1996) — 2011–2012-ci illərdə Bolqarıstanı, 2015-ci ildən isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2019-cu il Avropa Çempionatının qalibi. == Karyerası == Elis Manolova 2011-ci ildə gənclər arasında Avropa və Dünya Çempionatlarında çıxış eləsə də, uğurlu nəticələrə imza ata bilmədi və turnirləri müvafiq olaraq 14-cü və 5-ci pillələrdə başa vurdu. 2012-ci ilin iyulunda isə Elis Manolova Polşada baş tutan gənclər arasında Avropa Çempionatında bütünc rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Daha sonra Azərbaycan Güləş Federasiyası (AGF) Elis Manolovanı Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2023-cü ildə beynəlxalq dərəcəli referi Hicran Şərifov "CBC Sport"da yayımlanan "Əlavə vaxt" verilişində qonaq olan zaman "illər əvvəl Rumıniyada Elis Manolovanın ailəsi ilə tanış olduğunu və onu Azərbaycana gətirddiyini" bildirdi. Daha sonra isə o, "Elis Manolovanın sənədlərini də asan yolla həll elədiyini, onu bacım oğlu ilə formal nikaha aparırdığını, bununla da onun rahat yolla Azərbaycan bayrağı altında güləşməsinə şərait yaratdığını" qeyd elədi. Elis Manolovanın Azərbaycan bayrağı altında birinci beynəlxalq turniri 2015-ci ildə oldu. Polşada baş tutan U23 Avropa Çempionatını 8-ci pillədə başa vuran Elis Manolova ardınca Sofiyada D. Kolov — N. Petrov beynəlxalq turnirində bürünc, İstanbulda yeniyetmələr arasında Avropa Çempionatında gümüş, Salvador da Bahiada isə yeniyetmələr arasında Dünya Çempionatında gümüş medallara sahib oldu. Həmin ilin sentyabrında debüt Dünya Çempionatında uğursuz çıxış edən və turniri 24-cü pillədə pillədə başa vuran Elis Manolova noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirində 8-ci pillənin sahibi oldu. 2016-cı ildə isə Elis Manolova əvvəlcə martda Bolqarıstanda U23 Avropa Çempionatında bürünc medala sahib oldu.
Elis Manro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…] – 13 may 2024) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Elis Munro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…] – 13 may 2024) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Elis Sibold
Elis Sibold (ing. Alice Sebold; 6 sentyabr 1963, Madison) — amerikalı yazıçı. == Həyatı == 6 sentyabr 1963-cü ildə doğulub. == Yaradıcılığı == O, üç kitab nəşr edib: Uğurlu (memuar) (1999), Sevimli sümüklər (2002) və Təqribən ay (2007).
Elis Trou
Elis Trou (ing. Elise Ashlyn Trouw, 27 aprel 1999, Nyuport-Biç[d], Kaliforniya) Amerikalı müğənni, bəstəkar və multi-instrumentalistdir. Trou 1999-cu ildə Kaliforniyada Cənubi Afrikalı ata və Nyu Yorklu bir ananın ailəsində anadan olub. Evanescence-in "My Immortal" əsərini ifa etmək üçün piano dərsləri almağa başladı.
Eliu Rut
Eliu Rut (15 fevral 1845[…] – 7 fevral 1937[…], Nyu-York, Nyu-York ştatı) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi. Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır, bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət də verib. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçilərək, 1909–1915-ci illərdə bu vəzifəni icra edib. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi.
Eliz Nil
Eliz Demetriya Nil (ing. Elise Demetria Neal; 14 mart 1966, Memfis, Tennessi) — ABŞ aktrisası.
Eliz Sanasaryan
Eliz Sanasaryan — Cənubi Kaliforniya Universitetində siyasi elmlər professoru. O, ən yaxşı Orta Şərq və İranla bağlıetnik siyasəti və feminizm ekspertizası və kitabları üçün məşhurdur.
Erix (soyad)
Erix — soyad. Rafael Erix (1879–1946) — siyasətçi.
Erix Abraham
Erix Abraham (alm. Erich Gottfried Abraham‎; 27 mart 1895 – 7 mart 1971, Visbaden) — Alman Piyada generalı. Üçüncü Reyxin hərbi xadimi. İbrahim 1895-ci ildə Şərqi Prussiyanın Marienburg şəhərində anadan olub. Birinci Dünya Müharibəsi başladıqdan sonra hərbi xidmətə könüllü olaraq getdi və növbəti il Leutnant der Reserve olaraq istifadəyə verildi . 1920-ci ildə fəxri Oberleutnant olaraq tərxis edildi və polisə qatıldı. 1935-ci ildə mayor rütbəsində hərbi xidmətə qayıtdı . 1936 – 39-cu illərdə 105-ci Piyada Alayında piyada taburuna komandanlıq etmiş,1938-ci ildə Oberstleutnant rütbəsinə yüksəlmişdir. 1939-cu ildə 266-cı Piyada Alayına köçürüldü və yenidən bir il taburluq etdi. 1940-cı ildə 230-cu Piyada Alayının komandiri vəzifəsinə təyin edildi və 1941-ci ildə yüksəldi.1942-ci ilə qədər bu alayın komandanlığını davam etdirən Oberst 230-cu Piyada Alayına rəhbərlik etdiyi dövrdə Dəmir Xaçın Cəngavər Xaçına layiq görüldü.
Erix Amplatz
Erix Amplatz (6 fevral 1960) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Erix Amplatz Avstriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Erix Brandenberger
Erix Brandenberger (15 iyul 1892 - 21 iyun 1955) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin tərkibində vuruşan alman general. Müharibə ərzində 8-ci Tank diviziyası və daha sonra Qərb cəbhəsində 29-cu Ordu Korpusuna komandan təyin olunmuşdur. Arden əməliyyatı zamanı Qərb cəbhəsində dislokasiya olunmuş 7-ci Orduya komandan təyin olunmuşdur. O, 6 may 1945-ci ildə amerikanlar tərəfindən əsir götürülmüş və 1948-ci ildə sərbəst buraxılmışdır.
Erix Fayql
Erix Fayql — Avstriya tarixçisi. == Həyat və fəaliyyəti == Erix Fayql 24 sentyabr 1931-ci il-də Vyanada anadan olmuşdur. E.Fayql türk tarixini, mədəniyyətini tədqiq edən tanınmış alimdir. 60-dan çox sənədli filmin və 20-dən çox kitabın muəllifidir. E.Fayql türk xalqlarının tarixini, mədəniyyətini özündə əks etdirən "Doğu Turkistan" və ya "Min bir hakimiyyət", Osmanlı İmperiyasının yarandığı andan süqutuna kimi bir dövrü əhatə edən "Türklərin gəldikləri yerlər və türklərin getdikləri yerlər", ermənilərin tarix boyu türklərin başına açdığı müsibətlərdən danışan "Erməni terrorizmi"ni əks etdirən bir sıra sənədli filmlərin müəlliflərindən biridir. Onun fundamental əsərlərindən biri hesab olunan "Bir Terrorun Əfsanəsi" 5 dildə – alman, ingilis, fransız, türk və rus dillərində nəşr edilmişdir. E.Fayql mütəmadi olaraq Avropa ölkələrində (Türkiyə, Almaniya, Avstriya) erməni probleminə həsr edilmiş elmi praktiki konfranslarda, seminarlarda iştirak etmişdir. 2005-ci ildə "Qondarma erməni soyqırımının 90 illiyi" münasibətilə Avstriyada "Tərs Təpki" adlı kitab dərc etdirmişdir. 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin Avstriya Respublikasına rəsmi səfəri zamanı professor E.Fayqla görüşmüşdür. 2001-ci ildə E.Fayql Dünya azərbaycanlılarının I qurultayında iştirak etmişdir.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Ənıx
Əniq (Qusar)
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli Məmmədov (alim)
Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor. Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub. Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
Əli Məmmədov (neftçi alim)
Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları.