Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Impera
Impera – ERA qrupunun debüt albomu olan Era albomundan çıxarılmış ilk promo sinql. Sinqı 7 oktyabr 1996 – cı ildə Fransada satışa çıxarılmışdır.
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Qemperi
Qemperi (gürc. ქემფერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 11,5 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 470 nəfər idi. 2014-cü ildə 350 nəfər yaşayırdı.
Tempera
Tempera (yumurta temperası kimi də adlandırlır)— suda həll oluna bilən yapışdırıcı maddəli rəngli piqmentlərdən ibarət olan davamlı, tez-quruyan rəssamlıq texnikasıdır (yapışqanlı maddə kimi adətən yumurta sarısı və ya digər xüsusi maddələr istifadə edilir). Tempera rəsmləri uzunmüddət yaxşı vəziyyətdə qala bilir və bunlara hələ bizim eranın birinci əsrlərində mövcud olmuş rəsmlər nümunə ola bilər. Yumurta temperası 1500-cü illərdən sonraya qədər də rəssamlıqda əsas üsul idi, ancaq yağlı boyakarlığın kəşfi yumurta temperasını əvəz etdi. Bir qayda olaraq, poster boyası kimi ABŞ-də istifadə olunan yapışqan maddəli və piqmentlərdən ibarət boya tez-tez "tempera boyası" adlanır. Bu boya ənənəvi tempera boyasından yapışdırıcı və xüsusi maddələrin olması ilə fərqlənir. == Tarixi == Tempera rəssamlığına aid nümunələr qədim Misirdə sarkofaq üzərindəki bəzəklərdə tapılıb. Fayum mumiya portretlərinin çoxunda tempera, bəzən isə enkaustika boyakarlığının (isti mum boyakarlığı) birləşməsindən istifadə olunub. Müvafiq rəssamlıq texnikası Hindistanın daş məbədlərində və bir neçə mağaralarında tapılmış qədim və erkən orta əsr rəsmlərində də istifadə olunmuşdur. Temperanın köməyi ilə yüksək keyfiyyətli incəsənət nümunələri eramızın IV və X əsrlərində Baq mağarasında və eramızın VII əsrində Orissadakı Ravan Chhaya qaya sığınacağında yaradılıb. Bu rəssamlıq texnikası Avropada orta və erkən intibah dövrü və Bizans cəmiyyətində panel boyakarlığı və İllüminati əlyazmalarında istifadə olunan əsas vasitə idi.
İmperi
İmperi (lat. imperium, latınca imperare — "idarə etmək" sözündən) — Roma dövlətində həm hərbi, həm də məhkəmə hakimiyyətini əhatə edən ali icraedici səlahiyyət. Roma Respublikasında onu baş maqistratlar və xüsusi vəzifə verilmiş fərdi vətəndaşlar aparırdı. Respublikanın sonrakı dövründə prokonsullar, propretorlar və bəzi komissiyaların ikinci üzvləri də imperiyə sahib idilər. Onun istifadəsinə məhdudiyyətlər respublikanın yarandığı vaxtdan qoyulmuşdur. Kollegiallıq prinsipinə görə, onu daşıyan eyni səviyyəli maqistratların hər birinin onu eyni dərəcədə idarə etməsi nəzərdə tutulurdu. II əsrə qədər Roma vətəndaşlarının ağır işlərdə mühakimə olunmasını, habelə xalqa müraciət hüququnu tələb edən bir sıra qanunlar qəbul edilmişdir. Eyni hüquqlar şərti olaraq Romadan kənarda hərbi və ya digər rəsmi xidmətlərdə olan Roma vətəndaşlarına da şamil edilirdi. Maqistratlardan öz səlahiyyətləri daxilində imperi tətbiq etmələri tələb olunurdu. İmperi rəsmi olaraq kuriya komissiyası tərəfindən bir il müddətinə və ya məmur öz işini başa çatdırana qədər verilirdi.
Amper
Amper (işarəsi: A) — Cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsafə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2x10−7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Qempey müharibəsi
Qenpey müharibəsi (源平合戦, Qenpey kassen) və ya Tayra–Minamoto müharibəsi – 1180-1185-ci illərdə Yaponiyanın Tayra və Minamoto klanları arasında davam etmiş həlledici müharibə. Bu klanlar Heyan dövrünün ən böyük rəqibləri idi. Müharibə Minamoto klanının qələbəsi ilə başa çatmış və nəticədə, Yaponiyada XIX əsrə qədər davam edəcək bakufu sisteminin əsası qoyulmuşdur. Müharibənin başa çatdığı il Yaponiyada Heyan dövrünün sonu hesab olunur. == Arxaplan == Tayra və Minamoto klanları IX əsrdə taxta iddia sürməkdən məhrum edilən imperatorluq ailəsinin davamçıları idi. İmperatorluq ailəsinin gücü Yaponiyanın qərbində cəmləşdiyi halda, Tayra və Minamoto klanları Yaponiyanın şərqində güc əldə etmişdilər. Onlar əvvəlcə əyalət rəsmiləri kimi burada məskunlaşsalar da, daha sonra hərbi liderlərə çevrilmişdirlər. İki klan arasında mübarizə XII əsrdə kəskinləşmişdir. Döyüşçü Tayra no Kiyomori 1156-cı ildə baş vermiş Hoqen müharibəsi zamanı Minamoto klanının əsas qolu olan Seva Qenci ailəsinə mənsub bir çox lideri öldürmüşdür. Bunun qarşılığında Minamoto no Yoşitomo 1159-cı ildə Kiyomoriyə qarşı Heyci müharibəsini başlatmışdır.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Hunter Kemper
Hunter Kemper (4 may 1976, Şarlott, Şimali Karolina) — Birləşmiş Ştatları təmsil edən triatlonçu. == Karyerası == Hunter Kemper Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 17-ci pillədə başa vurdu. Daha sonra Hunter Kemper Birləşmiş Ştatları 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 9-cu pillədə başa vurdu. Növbəti dəfə Hunter Kemper Birləşmiş Ştatları 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 7-ci pillədə başa vurdu. Dördüncü dəfə Hunter Kemper Birləşmiş Ştatları 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 14-cü pillədə başa vurdu.
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun. Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz — amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Amper qanunu
Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə tərs mütanəsibdir.
Amper çayı
Amper (alm. Amper, Ammer‎) — Almaniyanın Bavariya bölgəsindən axan çay. == Əsas göstəriciləri == Amper çayının uzunluğu 185 km, hövzəsinin sahəsi isə 3247,76 km²-dir. Çay öz başlanğıcını Şimali Alp dağlarından götürür. Ammerze gölünə tökülənə qədər çay Ammer adlanır. Ammer bir çox dağ çaylarının birləşməsindən yaranır. Bunlardan biri Linder çayıdır. Bir çox rəsmi məlumatlarda Amper Linder və başqa çaylarla birlikdə qeyd edilir. Bavariya əyalətində çayın uzunluğu 209,49 km-dir. Çay əvvəl İzar çayına tökülür ki, oradan da Dunaya qovuşur.
Andre Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Diana Emeri
Diana Emery (ing. Dianne Emery) — Cənubi Afrikalı yol velosipedçisidir. O, 2004-cü ildə UCI Yol üzrə Dünya Çempionatında öz ölkəsini təmsil etmişdir.
Mark Esper
Mark Tomas Esper (26 aprel 1964), 23 iyul 2019 tarixində vəzifəsinə başlamış və aktiv olaraq vəzifəsini yerinə yetirən 27-ci Birləşmiş Ştatların müdafiə naziridir. Mark Esper, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəlməzdən əvvəl, Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin nəzdində 2017-ci ildən 2019-cu ilə qədər 23-cü Birləşmiş Ştatların ordu katibi idi. 18 iyun 2019-cu ildə prezident Donald Trumpın açıqlaması ilə ABŞ-nin müdafiə nazirinin müavini oldu. Müdafiə naziri olacağı gözlənilən Patrick M. Shanahan haqqında danışılan xəbərlər və senatda onun təklifinin rədd olunmasından sonra müdafiə nazirliyində Esper haqqında danışılmağa başlanıldı. Şanahan namizədlikdən çəkildikdən və vəzifəsindən istefa verdikdən sonra 23 iyul 2019-cu ildə Birləşmiş Ştatlar Senatı tərəfindən 90 səs lehinə, 8-i əleyhinə olmaq ilə müdafiə naziri seçildi və Birləşmiş Ştatların 27-ci müdafiə naziri oldu. 1986-2007 arasında polkovnik-leytenant rütbəsində ABŞ Silahlı Qüvvələrində 101-ci Hava-Desant Diviziyasında xidmət etmişdir.
Ember Herd
Ember Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin, Texas, ABŞ) — ABŞ aktrisası.
Ember şəhəri
Ember şəhəri — ABŞ filmi "Ember şəhəri", Jeanne Dupraun 2003-cü ildə yazdığı eyni adlı kitaba çəkilmiş filmdir. Ssenarisi Caroline Thompsonun yazdığı filmin rejissorluğun Gil Kənan edib. Film Lina və Doon adlı iki uşağın həyatından bəhs edir. Onlar göy üzünün hər vaxt qaranlıq olduğu, günəşin heç heç çıxmadığı Ember şəhərində yaşayırlar. Şəhərdəki bütün işıqlar hər zaman yanır. Şəhərdəki enerji qaynaqları tükəndikcə işıqlar sönməyə başlayır. Bundan sonra iki uşaq bu sehrin səbəbini axtarmaq və insanları işığa qovuşdurmaq üçün axtarışlara başlayırlar.
Empayr Steyt Bildinq
Empayr Steyt Bildinq (ing. Empire State Building) — Nyu-Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli göydələn. 1931-ci ildən 1972–ci ilə, Ümumdünya Ticarət Mərkəzinin tikilməsinədək dünyanın ən hündür binası idi. 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələri dağıldıqdan sonra yenidən Nyu-Yorkun ən hündür binası oldu. Binanın arxitekturası art deko stilində işlənmişdir. 1986-cı ildə Empayr Steyt Bildinq ABŞ-nin milli tarixi abidələri siyahısına daxil edilmişdir. 2007-ci ildə bina 1 nömrə altinda amerikanın ən yaxşı arxitektur həlləri siyahısına daxil edilmişdir. Binanın sahibi və müdiri W&H Properties kompaniyasıdır. Göydələn Beşinci avenyu və qərbi 33 və 34-cü küçələr arasında yerləşir. Göydələn öz adını ABŞ-nin Nyu-York ştatının xalq arasında yayılmış adından götürmüşdür, bela ki, onu xalq arasında İmperiya ştatı adlandırırlar.
Kemper (rayon, Fransa)
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
The Pale Emperor
The Pale Emperor — Marilyn Mansonın onuncu studiya albomu.
Andre Mari Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Emeri Klerens Leonard
Emeri Klerens Leonard (ing. Emery Clarence Leonard; [9 iyun 1892 – 1968[…]) — Amerika botanik-təsnifatçısı, американский ботаник-систематик, Akantkimilər bitki fəsiləsi üzrə mütəxəssis. == Elmi işləri == Leonard, E.C. The North American species of Scutellaria (неопр.) // Contributions from the United States National Herbarium. — 1927. — Т. 22, № 10. — С. 703—748. Leonard, E.C. The Acanthaceae of Colombia. — Washington, 1951—1958. == Leonardın şərəfinə adlandırılmış takson == Leonardia Urb., 1922 [= Thouinia Poit., 1804, nom.
Zekir Emeri stadionu
Zekir Emeri stadionu (alb. Stadiumi Zeqir Ymeri) — Albaniyanın Kukes şəhərində yerləşən stadion. 5000 tamaşaçı tutumuna malikdir. "Kukesi" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Godspeed You! Black Emperor
Godspeed You! Black Emperor – (əvvəlki yazılışı ilə Godspeed You Black Emperor!, adətən GYBE or GY!BE olaraq qısaltılır.) 1994-cü ildə yaranmış, Quebec əsilli post rock qrupudur. == Qrup haqqında == Albomlarını Constellation Records ilə yayımlayan ilk qrupdur və Montreal post rock səhnəsinin ən önəmli qruplarından biri sayılır. İlk albomlarını 1997-ci ildə yayımladıqdan sonra 1998-dən 2002-yə qədər hər il turneyə çıxdılar. 2003-cü ildə qrup üzvlərinin musiqi maraqlarının fərqli yönlərdə olduğunu və qərarsız olduqlarını bildirdilər. Qrupun dağılacağı ilə bağlı söz-söhbətlər yayılsa da qrup 2010-cu ildə bir turne üçün təkrar birləşdi. 2012-ci ildə isə Coachella Valley festivalında səhnə aldılar.
Əkpər Feyzullayev
Əkpər Feyzullayev (Feyzullayev Əkpər Əkbər oğlu; d. 02.11.1945, Bakı şəhəri) — Geologiya-mineralogiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017) == Həyatı == Əkpər Feyzullayev 2 noyabr 1945-ci ildə Bakı şəhərində anadan olub. == Təltifləri == Azərbaycanın Dövlət Mükafatı laureatı "Tərəqqi" medalı AR Prezidentinin fəxri diplomu AMEA-nın Prezidiumunun və Yer Elmləri bölməsinin fəxri fərmanları == Elmi əsərləri == 1. Carbon Isotopic Composition of the Hydrocarbon Fluids of the South Caspian Megadepression. Geochemistry International, 39(3), 2001, 237–243. (Həmmüəlliflər: Guliev I.S., D.A. Husseynov). 2. Isotope geochemistry of oils from fields and mud volcanoes in the South Caspian Basin, Azerbaijan. Petroleum Geoscience. 2001, 7(2), 201-209 (Həmmüəlliflər: Guliyev I., Husseynov D.).