Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ensiklopedistlər
Universal insan, ensiklopedist, polimat (Yunanca: πολυμαθής, romanlaşdırılmış: polymathēs, lit. ‘çox öyrənilmiş’; Latınca: homo universalis, lit. ‘universal insan’) biliyi xeyli sayda mövzunu əhatə edən və kompleks strukturlardan istifadə etdiyi məlum olan fərddir. Xüsusi problemlərin həlli ilə bağlı biliklər. Qərbi Avropada polimatiya terminini öz başlığında istifadə edən ilk əsər (De Polymathiatractatio: integri operis de studiis veterum) 1603-cü ildə Hamburq filosofu İohann von Vuern tərəfindən nəşr edilmişdir. Von Wowern polimatikanı "hər cür tədqiqatlardan əldə edilən müxtəlif mövzular üzrə biliklər… intizamların bütün sahələrində sərbəst şəkildə yayılan, insan şüurunun onları yorulmaz bir sənaye ilə izləyə biləcəyi dərəcədə" kimi təyin etdi. Von Voern hikməti, ədəbiyyatı, filologiyanı, filomatiyanı və çox tarixini sinonimlər kimi sadalayır. Termin ingilis dilində qeydə alınmış ən erkən istifadəsi 1624-cü ildə Robert Burton tərəfindən yazılmış The Anatomy of Melancholy kitabının ikinci nəşrindədir; Polimatist forması bir qədər köhnədir ilk dəfə 1621-ci ildə Riçard Montaqunun Ondalıq Tarixinin mərhum hissəsində Diatribae-də görünür. Oxşar polihistor termininin ingilis dilində istifadəsi 16-cı əsrin sonlarına aiddir. Polimatlara elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin bir neçə sahəsində üstün olan İntibah və Maarifçiliyin böyük alimləri və mütəfəkkirləri daxildir. İtalyan İntibahında, polimat ideyası, iddiaya görə, özü də polimatik Leon Battista Alberti (1404–1472) tərəfindən "insan istəsə hər şeyi edə bilər" ifadəsində ifadə edilmişdir. Qotfrid Leybnits tez-tez polimat kimi görünürdü.
Ensiklopediya
Ensiklopediya (yun. enkýklios — "çevrə formalı"; paideí — "dərs", "bilik"; — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir. Köhnə Azərbaycandilli mənbələrdə Qamus; az.-əski. قاموس‎) Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir. Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur. == Adı == Ensiklopediya sözü Azərbaycan dilinə XX-ci əsrdə sovet hökuməti zamanı dilə yeridilmiş internasionalizmlərdən biridir. Azərbaycan dilində ilk dəfə 1930-cu ildə ruscadan tərcümə olunan "İbtidai riyaziyyat ensiklopediyası" kitabında işlənmişdir. Rus dilinə isə XVIII-ci əsrdən eyni mənadə fransızca encyclopédie sözündən keçib. Kökü yunanca ἐγκύκλιος (enkúklios, "dairəvi") + παιδείᾱ (paideíā, "öyrənmə") söz birləşməsidir; Avropa dillərinə latınca encyclopaedia yolu ilə daxil olub. Qamus sözü ərəb dili vasitəsilə (ərəb.
EOL (ensiklopediya)
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Ensiklopediya nəşriyyatı
“Ensiklopediya Nəşriyyatı” — 2011-ci ildən etibarən Azərbaycanda əsasən məlumat-sorğu ədəbiyyatlarının nəşri üzrə ixtisaslaşmış müəssisə olaraq fəaliyyətə başlamışdır. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Ensiklopediya Nəşriyyatı”nın tərkibində Nəşriyyat Departamenti, Redaktə və Korrektə Departamenti, Tərcümə şöbəsi, Yayım şöbəsi və Mətbəə fəaliyyət göstərir. Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik 70-ə yaxın mütəxəssislər çalışırlar. Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir. Müəssisə hər il ümumi tirajı 1 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, “Ensiklopediya Nəşriyyatı” tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə müxtəlif formatlı seriyalardan olan kitablar nəfis tərtibatla çap edilmişdir. 2011-ci ildən etibarən “Ensiklopediya Nəşriyyatı” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Ensiklopediya Nəşriyyatı hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda nəşrini və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə dərc olunmasını yüksək səviyyədə təmin edir.
Onlayn ensiklopediya
Onlayn ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu. Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir.
Suda (ensiklopediya)
"Suda" ( yun. Σοῦδα) və ya köhnəlmişdir "Svida" (yun. Σουΐδας, lat. Suidae Lexicon) — yunan dilindəki ən böyük ensiklopedik lüğət. X–XI əsrlərə aiddir. == Tərtibi == "Suda" lüğətinin tərtibi XX əsrin ikinci yarısında Bizansda başlamışdır. Müəllifin və ya müəlliflərin ruhani rütbəli şəxslərə aid olduğunu düşünməyə əsas olsa da, bu əsərin kim tərəfindən və necə tərtib edildiyi məlum deyil. Onun yaranma vaxtı mətnlərdə qeyd olunan Bizans imperatorlarının adları ilə təxmin edilir. "Suda" 970-ci ildən sonra yazılmağa başlanmışdır. Beləliklə, məsələn, onun "Adəm" məqaləsində hadisələr imperator I İoann Tsimisxinin ölümünə səbəb olur.
Molla Nəsrəddin (ensiklopediya)
Viruslar haqqında ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya (ing. New International Encyclopedia) — Amerika ensiklopediyası idi. İlk dəfə Dodd, Mead və şirkət tərəfindən 1902-ci ildə nəşr edilmişdir.
TDV İslâm Ansiklopedisi
Türkiyə Dəyanət Vəqfi İslam Ensiklopediyası (türk. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi), həmçinin qısa olaraq TDV İslam Ensiklopediyası (türk. TDV İslam Ansiklopedisi) və ya sadəcə İslam Ensiklopediyası (türk. İslam Ansiklopedisi) — Türkiyə Dəyanət Vəqfi tərəfindən 1988–2013-cü illərdə, həmçinin 2016-cı ildə iki əlavə cildlə nəşr edilmiş türk dilində çoxcildli elmi ensiklopediya. "TDV İslam Ensiklopediyası"nın məzmununda islam dünyasının bir çox sahələrinə, o cümlədən bir elm olaraq islamşünaslığa aid məqalələr, islam mədəniyyəti və sivilizasiyası ilə bağlı terminlər, islam dünyasının mühüm şəxsiyyətləri, müsəlmanların həyatına təsir edən əsərlər yer almışdır. Ensiklopediya 44 əsas və iki əlavə cilddən, o cümlədən müxtəlif bilik sahələrinə aid 16,915 məqalədən ibarətdir. Bütün ensiklopediya məqalələri onun rəsmi saytında tam şəkildə onlayn mövcuddur. "TDV İslam Ensiklopediyası"nın transliterasiya sistemi türk-osmanlı mətnlərinin transliterasiyası üçün şərqşünaslıqda faktiki standarta çevrilmişdir.
Hüquq ensiklopedik lüğəti
Hüquq ensiklopedik lüğəti — Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən Bakıda 1991-ci ildə nəşr olunmuş və hüquq məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ensiklopedik lüğət. Azərbaycan dilində ilk dəfə nəşr olunmuş 544 səhifədən ibarət olan bu kitabda 1000-dən çox məqalə-məlumat verilmişdir. Lüğətdə dövlət hakimiyyəti orqanlarının işi, vətəndaşların hüquq və azadlıqları, onların həyata keçirilməsi qaydaları və s. şərh olunmuş, mühüm hüquqi anlayışlar təhlil edilmişdir. == Mənbə == Hüquq ensiklopedik lüğəti. Azərbaycan Ensiklopediyasının Baş redaksiyası.
Ensiklopediya (Fransa XVIII əsr)
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.
Vikipediya. Virtual ensiklopediya (kitab)
Vikipediya. Virtual ensiklopediya — Vikipediyanın yaranma tarixinə, hazırkı vəziyyətinə və mövcud problemlərə həsr olunmuş kitab. 2010-cu ildə ilk dəfə nəşr olunan “Vikipediya. Virtual ensiklopediya” kitabında Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında məlumat verilir, mövcud problemlərə toxunulur. Kitabda ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Eyni zamanda, Vikipediya fəlsəfəsi, Vikipediya layihəsini idarə edən Vikimedia Fondunun fəaliyyəti və Vikipediyanın törəmə layihələri haqqında geniş məlumat verilir. Kitabda Vikipediyada məqalələrin yaradılması qaydalarına və ensiklopediyada qəbul olunmuş ümumi şablonlara həsr edilmiş məlumatlar da mövcuddur ki, onlardan istifadə etməklə sərbəst, müxtəlif mövzulara həsr edilmiş məqalələr yaratmaq və redaktələr etmək mümkündür. “Vikipediya. Virtual ensiklopediya” kitabında, həmçinin Vikipediyada baş verən informasiya müharibələri haqqında da geniş bəhs edilir, bununla bağlı problemlər açıqlanır və İnternet mühitində fəaliyyət göstərən digər populyar ensiklopediyalar haqqında da zəruri məlumatlar verilir. “Vikipediya.
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
Brokhauz və Efron ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Brokhauz və Efronun ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.