Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dövrus
Dövrus — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dovruz kimi qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də Tovruz kimi göstərilir. Toponim türk mənşəli xəzər tayfasına mənsub tavris etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 74 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 303 nəfər, 1904 - cü ildə 268 nəfər, 1914 - cü ildə 297 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 144 nəfər, 1931-ci ildə 171 nəfər azərbaycanlı yaşamışdır.
Göyrüş
Göyrüş (lat. Fraxinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi.
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Horus
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Orhus
Orhus (dan. Aarhus) — Danimarkanın ikinci böyük şəhəri. Liman şəhəri olan Orhus, Yutlandiya yarımadasının şimal-şərqində yerləşir. Əhalisi 2004-cü il siyahıyaalmasına görə 228 547 nəfərdir. Şəhər düz, məshuldar və meşəlik bir yerdə qurulub. Kömür və dəmir alışında şəhərin limanının önəmi böyükdür. Şəhərin görməli yerləri arasında 13-cü əsrdən qalma, ölkənin və şimali Avropanın ən böyük kilsəsi olan kafedral kilsə, Danimarkalıların köhnə həyat tərzini canlandıran Den Gamle By ("köhnə səhər"), Botanika bağı, Tivoli Friheden əyləncə parkı və şəhərin sənət muzeyi ARoS-u göstərmək olar. Şəhərdə, həmçinin, ölkənin önəmli universitetlərindən biri yerləşir. == Adı == Orta əsrlərdə şəhər islandiya salnamələrində Arus adlanırdı. Şəhər Aross kimi tanınırdı.
Morus
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Fokus
Fokus-qrup — son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biri Fokus (Həndəsə) — Fokus Pokus (film, 1993) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi.
Adi göyrüş
Adi göyrüş (lat. Fraxinus excelsior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada aşkar edilmişdir. Təbii halda Orta Avropa, Aralıq dənizi ölkələri, Balkan və Kiçik Asiyada yayılmışdır, o cümlədən Krım və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə, diametri 100 sm-ə çatan, düz gövdəli ağacdır. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Tumurcuqları tutqun qara rənglidir. Zoğları yoğun, yaşılımtıl-boz rəngdə, çılpaqdır. Yarpaqları lələkvari, 7-15 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları uzunsov neştərvari, ucdan sivri, kənarları isə xırda mişardişlidir.
Ağ göyrüş
Ağ göyrüş (lat. Fraxinus ornus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6–7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.
Göyrüş mənənəsi
Göyrüş mənənəsi (lat. Prociphilus fraxini., 1841)- az rast gəlinən və miqrasiya edən növdür. == Xarici quruluşu == Mənənələrin bədənin üzəri ağ rəngli xəzlə örtülmüşdür. == Həyat tərzi == Az rast gəlinən və miqrasiya edən növdür. Parklarda böyük zədələnmələr əmələ gətirir. Azərbaycan şəraitində yalnız adi göyrüş üzərində qeydə alınmışdır. Mənənələr yumurta şəklində göyrüş ağacının budaqları və yaxud Mordvilkonun məlumatına görə (1929), ağ şam ağacının kökləri üzərində qanadsız miqrasiya edən fərdlər halında yaşayırlar. Onlar yarpaqlarının əsas damar hissəsinin aşağı tərəfində məskən salırlar. Mənənənin sorması nəticəsində yarpağın damarı aşağı əyilib, yarpaq yumağı əmələ gətirir. Yaz fəslində göyrüş üzərində iki nəsil inkişaf edir: əsasqoyan və qanadlı miqrasiya edən fərdlər.
Məxməri göyrüş
Məxməri göyrüş (lat. Fraxinus velutina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.
Neştəryarpaq göyrüş
Pensilvaniya göyrüşü (lat. Fraxinus pennsylvanica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == 200 m hündürlükdə nəhəng ağacdır. İri budaqları çılpaqdır. Yarpaqcıqları neştərvari və ya uzunsov, üstü tünd yaşıl, parlaq, çılpaqdır. Alt səthi açıq yaşıl, azca tükcüklüdür. Yarpaqcıqları 2-5 sm uzunluqda, 3,5 mm enindədir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumla çoxalır.
Sumaqyarpaq göyrüş
Adi göyrüş (lat. Fraxinus excelsior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada aşkar edilmişdir. Təbii halda Orta Avropa, Aralıq dənizi ölkələri, Balkan və Kiçik Asiyada yayılmışdır, o cümlədən Krım və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə, diametri 100 sm-ə çatan, düz gövdəli ağacdır. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Tumurcuqları tutqun qara rənglidir. Zoğları yoğun, yaşılımtıl-boz rəngdə, çılpaqdır. Yarpaqları lələkvari, 7-15 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları uzunsov neştərvari, ucdan sivri, kənarları isə xırda mişardişlidir.
Typhlodromus februs
Typhlodromus februs (lat. Typhlodromus februs) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus februs Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Uolrus adası
Uolrus adası (ing. Walrus Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Müqəddəs Pavel adasından 15 km şərqdə, yaşayış olmayan adacıkdır. == Coğrafiya == Adanın sahəsi 0,2036 km², uzunluğu 650 m-dir. == Tarix == Ada ilk dəfə ona "Morjvıy" (Morjlu ada) adını verən Mixail Vasiliyev tərəfindən təsvir edilmişdir. Uolrus versiyası rus adının ingiliscə tərcüməsinin transkripsiyasıdır.
İAST Fotros
2010-cu ildən Müdafiə Nazirliyinin tabeliyindəki İran “Fotros” (fars. فطرس‎ fʊtros) PUA-sının istehsalı İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) üzvü olan İran Təyyarə İstehsalı Sənayesi Şirkəti tərəfindən həyata keçirilir. İlk dəfə 2013-cü ildə İranın Müdafiə Naziri briqada generalı Hüseyin Dehqan tərəfindən ictimaiyyətə təqdim edilmişdir. Yeni modelin təqdimat mərasimi Tehranda baş tutmuşdur. Bu ad, Şiə mifologiyasında imam Hüseyn ibn Əli tərəfindən xilas edilmiş yerə düşmüş bir mələyə aiddir. Bu gün İranda istehsal edilən ən ağır pilotsuz uçuş aparatı hesab edilən “Fotros”un istehsalında kompozit materiallar geniş istifadə olunur. Daxili yanma mühərriki füzelyajın arxa hissəsində yerləşir. İtələyici vint iki bıçaqlı pəri fırladır. Xarici görünüşünə görə İran pilotsuz vasitəsi İsrailin “Heron” ailəsinin vasitələrinə bənzəyir. “Fotros”un maksimum uçuş çəkisi təxminən 3.5 tondur.
Şişmeyvə göyrüş
Ensizyarpaq göyrüş (lat. Fraxinus angustifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır. == Botaniki təsviri == Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür. Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.
Ensizyarpaq göyrüş
Ensizyarpaq göyrüş (lat. Fraxinus angustifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır. == Botaniki təsviri == Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür. Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.
Apus horus
Apus horus (lat. Apus horus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Ağbulaq (Gorus)
Ağbulaq (erm. Աղբուլլաղ) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir. 1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət öz kəndlərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıtmış (40-a yaxın ev) və Ağbulaq kəndini yenidən bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında ağbulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur.
Ballıqaya (Gorus)
Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. == Toponim == Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. == Əhalisi == 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Həmçinin bax == Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam) == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Bayandur (Gorus)
Bayandur — İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 37 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilir. Toponim bayandur türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vağatur qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 101 nəfər, 1873-cü ildə 514 nəfər, 1886-cı ildə 869 nəfər, 1897-ci ildə 363 nəfər, 1904-cü ildə 830 nəfər, 1914-cü ildə 409 nəfər azərbaycanlı yaşamışdır.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Camelus ferus
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5–2 aydan sonra ot yeməyə başlayırlar.
Equus ferus
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.