göyöskürək
göyrüşlük
OBASTAN VİKİ
Göyrüş
Göyrüş (lat. Fraxinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi.
Adi göyrüş
Adi göyrüş (lat. Fraxinus excelsior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. İlk dəfə Avropada aşkar edilmişdir. Təbii halda Orta Avropa, Aralıq dənizi ölkələri, Balkan və Kiçik Asiyada yayılmışdır, o cümlədən Krım və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir. Hündürlüyü 10 m-ə, diametri 100 sm-ə çatan, düz gövdəli ağacdır. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Tumurcuqları tutqun qara rənglidir. Zoğları yoğun, yaşılımtıl-boz rəngdə, çılpaqdır. Yarpaqları lələkvari, 7-15 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları uzunsov neştərvari, ucdan sivri, kənarları isə xırda mişardişlidir.
Ağ göyrüş
Ağ göyrüş (lat. Fraxinus ornus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır. Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6–7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.
Göyrüş mənənəsi
Göyrüş mənənəsi (lat. Prociphilus fraxini., 1841)- az rast gəlinən və miqrasiya edən növdür. Mənənələrin bədənin üzəri ağ rəngli xəzlə örtülmüşdür. Az rast gəlinən və miqrasiya edən növdür. Parklarda böyük zədələnmələr əmələ gətirir. Azərbaycan şəraitində yalnız adi göyrüş üzərində qeydə alınmışdır. Mənənələr yumurta şəklində göyrüş ağacının budaqları və yaxud Mordvilkonun məlumatına görə (1929), ağ şam ağacının kökləri üzərində qanadsız miqrasiya edən fərdlər halında yaşayırlar. Onlar yarpaqlarının əsas damar hissəsinin aşağı tərəfində məskən salırlar. Mənənənin sorması nəticəsində yarpağın damarı aşağı əyilib, yarpaq yumağı əmələ gətirir. Yaz fəslində göyrüş üzərində iki nəsil inkişaf edir: əsasqoyan və qanadlı miqrasiya edən fərdlər.
Məxməri göyrüş
Məxməri göyrüş (lat. Fraxinus velutina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır. Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.
Neştəryarpaq göyrüş
Pensilvaniya göyrüşü (lat. Fraxinus pennsylvanica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. 200 m hündürlükdə nəhəng ağacdır. İri budaqları çılpaqdır. Yarpaqcıqları neştərvari və ya uzunsov, üstü tünd yaşıl, parlaq, çılpaqdır. Alt səthi açıq yaşıl, azca tükcüklüdür. Yarpaqcıqları 2-5 sm uzunluqda, 3,5 mm enindədir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumla çoxalır.
Sumaqyarpaq göyrüş
Adi göyrüş (lat. Fraxinus excelsior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. İlk dəfə Avropada aşkar edilmişdir. Təbii halda Orta Avropa, Aralıq dənizi ölkələri, Balkan və Kiçik Asiyada yayılmışdır, o cümlədən Krım və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir. Hündürlüyü 10 m-ə, diametri 100 sm-ə çatan, düz gövdəli ağacdır. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Tumurcuqları tutqun qara rənglidir. Zoğları yoğun, yaşılımtıl-boz rəngdə, çılpaqdır. Yarpaqları lələkvari, 7-15 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları uzunsov neştərvari, ucdan sivri, kənarları isə xırda mişardişlidir.
Şişmeyvə göyrüş
Ensizyarpaq göyrüş (lat. Fraxinus angustifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır. Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür. Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.
Ensizyarpaq göyrüş

Göyrüşyarpaqlı yalanqoz
Əsasən Qafqazda İraqın Şimalında bitir. Hündürlüyü 20-30 sm-ə çatan, yarpağını tökən ağacdır. Güclü çətiri, silindirvari, möhkəm və güclüdür. Qabığının rəngi tünd boz, çatlıdır. Zoğları əvvəlcə qəhvəyi, sarı, sonradan açıq yaşıl çılpaqdır. Yarpaqları növbəli, 20-45 sm uzunluqda olub budaqda 11-27 ədəd, 7,5-12,5 sm uzunluqda lansetvari və ya oval kürən formalıdır. Kənarları dişli, çılpaq olub, ancaq orta xətləri aşağıdan parlaq olub, yaşıl demək olar ki oturacaq, payızda yarpaqlarının rəngi parlaq sarı olur. Dişi toxumları 30-50 sm uzunluqda, nazik, üst yarpaqlarda növbəti ilə qədər qalır. Erkək toxumlar 15 sm uzunluqda, çətirlərin kənarında yerləşir. Meyvələri dərivari sümüklüdür.
Karolina göyrüşü
Karolina göyrüşü (lat. Fraxinus caroliniana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni - Kubadır, Amerika Birləşmiş Ştatlarının subtropik, cənub-şərqindən, cənubi Virciniyadan Texasa qədər yayılmışdır. Bitki ilk dəfə botanik Filip Miller tərəfindən təsvir edilmişdir. Bu bitki Florida gülü, bataqlıq gülü, Karolina gülü və ya su gülü kimi məşhurdur. Hündürlüyü təxminən 4,0 m olan kiçik ağacdır. Yarpaqları mürəkkəb, üzbəüz, uzun, 7-12 ədəd, yumurtavari-uzunsov, iri, kənarları dişli və ya bütöv, uzunluğu 3-6 sm, eni 2-3 sm-dir. Yarpaqları tünd yaşıl, alt tərəfi bir az tükcüklüdür. Meyvələri çox vaxt 3 qanadlı, toxumları hamar, hissəli, bəzən parlaq, bənövşəyi rənglidir. Qabığı açıq boz, nazik, pulcuqludur.
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Suriya göyrüşü
Suriya göyrüşü (lat. Fraxinus syriaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni Mərkəzi və Qərbi Asiyadır. Hündürlüyü 10-15 m-ə çatan ağacdır. Düz, nazik gövdəlidir. Lələkvari yarpaqların uzunluğu 20 sm-dir. Yarpaqcıqları 9-11 ədəd olub, oturaqdır. Iti uclu, yumurtavari formalıdır. Çiçəkləri süpürgəvari çiçək qrupuna toplanmışdır. Dişi çiçəklərin dişicik ağzı tozcuğu götürməyə hazır olduqda erkək çiçəkləri hələ yetişmir.
Pensilvaniya göyrüşü
Pensilvaniya göyrüşü (lat. Fraxinus pennsylvanica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. 200 m hündürlükdə nəhəng ağacdır. İri budaqları çılpaqdır. Yarpaqcıqları neştərvari və ya uzunsov, üstü tünd yaşıl, parlaq, çılpaqdır. Alt səthi açıq yaşıl, azca tükcüklüdür. Yarpaqcıqları 2-5 sm uzunluqda, 3,5 mm enindədir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumla çoxalır.

Значение слова в других словарях