Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəzzan
Fəzzan (ərəb. فزان‎; lat. Phazania) — Liviyanı meydana gətirən üç qədim bölgədən biridir. Digər ikisi Tərabülüs və Kirenaiykadır. Mərkəzi Səbhadır. Bugünkü Liviyanın cənub-qərbində yerləşir. Bölgənin adı bəzi qaynaqlarda Fəzzan keçməkdədir. Fəzzanda qurulan ilk dövlət Fəzzan Sultanlığıdır. Bu dövlət daha sonra Misirlilərin hakimiyyətinə qirmişdilər. 1551 - ci ildə Turqut Rəis, Tərabülüsi fəth edəndə Fəzzan da həqiqətən Osmanlı Dövlətinə qatılmış ve Tərabülüs Bəylərbəyliyinə bağlı Fəzzan Bayrağı qurulmuşdur.
Fərzan Özpətək
Fərzan Özpətək (türk. Ferzan Özpetek; 3 fevral 1959, İstanbul) — Türkiyə və İtaliya rejissoru, ssenaristi. Fərzan Özpətək 1959-cu ildə İstanbulda anadan olmuşdur. 1976-cı ildə Roma Sapiensa Universitetində kino tarixi üzrə təhsil almaq üçün İtaliyaya köçmək qərarına gəlmişdir. Təhsilini Navona Akademiyasında sənət tarixi və kostyum dizaynı dərslərində tamamlamışdır.
Feyan
Feyan (fr. Feillens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01159. 2010-ci ildə əhalinin sayı 3115 nəfər təşkil edirdi.
Ferhan və Ferzan Öndər
Ferhan və Ferzan Öndər (2 oktyabr 1965, Tokat) — Türk-avstriyalı əkiz pianoçular. Eyni əkizlər Ferhan və Ferzan Öndər, beynəlxalq səviyyədə tanınan piano duetidir. Öndər qardaşları klassik musiqi ilə yanaşı, modern musiqi repertuarında olan əsərlər də ifa edirlər. Onlar nadir hallarda fərdi fortepiano konsertləri də verirlər. Ferhan və Ferzan Öndər Tokatın kiçik bir kəndində anadan olduqlarını söyləyirlər. Böyük qardaşları Ömər Öndər(tr)in Ankara Dövlət Konservatoriyası(ru)nda musiqi təhsili almağa başlamasından sonra ailə Ankaraya köçüb. Əkiz bacılar 10 yaşında fortepiano dərsləri almağa və ifa etməyə başladılar və əvvəldən piano dueti kimi yetişdirdilər. 14 yaşında onlar İtaliyanın Terni şəhərində Concorso Pianistico Internazionale Alessandro Casagrande münsiflər heyətinin xüsusi mükafatını qazandılar. Onlar əvvəlcə Ankaradakı Hacettepe Universitetində, 1985-ci ildən isə Vyana Musiqi və Təsvir İncəsənət Universiteti(ru)nde Noel Flores(fi)in və Paul Badura-Skodanın ustad dərslərində təhsil alıblar. Bu duet dünya üzrə konsert turları və dünyaca məşhur orkestrlərlə müntəzəm çıxışları ilə tanınır.
Fərhan Fərhan
Fərhan Fərhan (24 oktyabr 1996) — Bəhreynli üzgüçü. Fərhan Fərhan Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Fərhan Fərhan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.61 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Fərhan Ölkələrin Paradında Bəhreynin bayraqdarı idi.
Şah Feyzal məscidi
Şah Feyzal məscidi və ya Feysəl məscidi — dünyanın ən böyük məscidlərindən biri. Pakistanın əsas və ən böyük məscidi olan paytaxt İslamabadda yerləşir. Dünyanın ən böyük məscidlərindən birinin belə adlanması tikintini maliyyələşdirilmiş Səudiyyə Ərəbistanı karlı Feysəl ibn Əbdüləziz Əl Səudla bağlıdır. Məscidin tikintisi 1976-cı ildə başlayıb, 1986-cı ildə sona çatıb. Məscidin sahəsi 5000 kv.metrdir. Burada 700000 insan ibadət edə bilər. Türkiyəli memar Vedat Dalokay tərəfindən dizayn edilib. Məscidin adı Ginnesin Rekordlar Kitabına daxil edilib. Şah Feyzal məscidi Pakistanın paytaxtı İslamabad şəhərində, Şah Feyzal prospektində yerləşir. Böyüklüyünə görə Pakistanda 1-ci, dünyada 6-cı yeri tutur.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Fərcan
Fərcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Fərcan kəndinin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub olan ailələr qoyduğu üçün toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Fərcan kəndi dağətəyi ərazidədir. Əsl adı Fərəcandır.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Pəyhan
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Qəzyan
Qazyan və ya Qəzyan; Qəzyan (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qazyan (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Xərzan
Xərzan (fars. خرزان‎ və ya خارزن‎) — İranda kənd adı. Xərzan (Qəzvin) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd.
Gəyan
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. Mil düzünün bir hissəsidir.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Xəzan
Xəzan — ilin bəzi mövsümlərində (payız, yayın quraqlıq dövrü) bitkilərin kütləvi surətdə yarpaqlarının tökülməsi. Torpaq səthində töküntünün toplanmasına, torpağın üst qatlarının üzvi və mineral maddələrlə zənginləşməsinə səbəb olur.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Fərhan Şənsoy
Osman Fərhan Şənsoy (26 fevral 1951 – 31 avqust 2021, Fateh, İstanbul ili) ― Türk teatr, kino və televiziya aktyoru; Romanların, esselərin, gündəliklərin, teleserialların və film ssenarilərinin müəllifidir, şairdir və Ortaoyuncular teatr qrupunun qurucusudur.
Fərman Abdullayev
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Fərman Bağırov
Fərman Bağırov (tam adı:Bağırov Fərman Camal oğlu; 1936 – 15 iyun 2020, Bakı) — Fotoqraf, jurnalist 1936-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakı Dövlət Universitetində müəllim işləyib. "Kommunist" qəzetində işləyib. Daha sonra isə Milli Məclisin (MM) rəsmi orqanı olan "Azərbaycan" qəzetinin fotoillüstrasiya şöbəsinin müdiri olub. 15 iyun 2020-ci ildə koronavirusdan Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Ali Sovetin Fəxri fərmanı (1969) Əməkdar incəsənət xadimi Tərəqqi medalına layiq görülüb.
Fərman Eyvazlı
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Fərman Eyvazov
Fərman İsgəndər oğlu Eyvazov – şərqşünas alim, filosof Fərman İsgəndər oğlu Eyvazov 19 yanvar 1936-cı ildə Astarada anadan olmuşdur. 1943-1954 illərdə Astara rayonunda orta məktəbdə təhsil almışdır. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1960-cı ildə oranı bitirmişdir. Universiteti bitirdikdən sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) kiçik elmi işçi işləmişdir. 1963-1967 illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildən Fərman Eyvazov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. 1971-1973 illərdə İranda referent-tərcüməçi işləyən Fərman Eyvazov İranda çalışan sovet mütəxəssislərinin işini asanlaşdırmaq məqsədilə rusca-farsca texniki lüğət hazırlamış 1972-ci ildə orada çap etdirmişdir. İrandan qayıtdıqdan sonra yenə də müəllimlik fəaliyyətilə məşğul olmuş, 1977-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent kimi fəaliyyət göstərmişdir. Fərman Eyvazov Respublika Təhsil Nazirliyi tərəfindən Əfqanıstana göndərilir. O, 1982-1988-ci illərdə bu ölkədə Nəqliyyat Nazirliyində referent-tərcüməçi, sonra keçmiş SSRİ səfirliyində müşavir işləməklə, Əfqanıstan İctimai Elmlər Akademiyasında mühazirələr oxumuşdur.
Fərman Gülməmmədov
Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi. Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalında – Gürcüstanın o vaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub. 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Fərman Gülməmmədov 1991–1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.
Fərman Hüseynov
Fərman Hüseynov (16 yanvar 1962, Həsənabad, Neftçala rayonu) — azərbaycanlı siyasi-ictimai xadim. Fərman Hüseynov 16 yanvar 1962-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1979-cu ildə Həsənabad qəsəbə orta məktəbini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino" fakültəsini bitirib 1983–1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsində işləyib. 1983–1985-ci illərdə keçmiş SSRİ-nin Sverdlovsk vilayətində hərbi xidmətdə olub. 1985–1992-ci illərdə Neftçala rayon Mədəniyyət şöbəsində rayon Mədəniyyət Evinin müdiri, metodisti, Tarix Diyarşünaslıq muzeyində baş elmi işçi, Qızlar Kollecində müəllim işləyib. 1992-ci ildə Azərbaycan Politoloqiya İnstitutunun "Dövlətçilik" fakültəsinə daxil olub, milli hakimiyyət devriləndən sonra fakültənin ləğv edilməsi səbəbindən təhsili yarımçıq qalıb. 1990-cı ilin 25 yanvarında Bakıda yanvar qırğınını törədən sovet hərbi birləşmələrinin Neftçalada həyata keçirdikləri cinayət nəticəsində ağır güllə yarası aldığı üçün III qrup əlildir. Fərman Hüseynov 1990-cı illərin əvvəlində Neftçalada milli hərəkatın lideri olmuş, Azərbaycan Xalq Cəbhəsinin Neftçala Rayon Şöbəsinin ilk sədri seçilmişdir. 1990-cı ilin ortalarında rayonda ilk müstəqil mətbuat orqanı olan "Əqidə" qəzetini təsis edib.
Fərman Kərimzadə
Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi. Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960). İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir. F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Geylan
Gilan — İranın şimal ostani. 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini azarilar (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Meydan
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Neysan
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Peyzaj
Peyzaj (fr. Paysage, pays - ölkə) ya da Mənzərə (fars. منظره‌‎)— təsviri incəsənətdə landşaftın, təbii mənzərənin rəsmi. Dənizin tabloda əks olunduğu mənzərələr isə "marina" adlanır, onu çəkənlər isə "marinist". Səttar Bəhlulzadə (1909-1974) - "Suraxanının qədim odları" (1971), "Gülüstan" (1965), "Qızbənövşəyə gedən yol" (1953), "Göyçay" (1972), "Bilgəh" (1962), "Torpağın arzusu" (1963) və s., Bəhruz Kəngərli (1892-1922) - "Türbə" (1919), "Naxçıvan, Sınıq minarəli məscid" (1920), "Nuhun məzarı" (1921), "Naxçıvanda rus kilsəsi" (1920), "Atabəyin türbəsi" (1919) və s., Nəcəfqulu İsmayılov (1923-1990) və b.
Reyhan
Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. Adi reyhan, dirrik reyhanı, nəcib reyhan (Ocimum basilicum L.) Gözəl reyhan (Ocimum gratissimum L.) Nanəyarpaq reyhan (Ocimum menthafolium Hochst.) "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Dama (heyvan)
Lan (lat. Dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Deyran çayı
Deyrançay — Şamaxı rayonu ərazisində çay. Çay başlandığı yerin adı ilə adlandırılmışdır. Deyri-muğan (zərdüştilərin və atəşpərəstlərin ibadət yeri) sözünün qısaldılmış forması olduğunu ehtimal etmək olar. Ərəb sözü olan deyr "monastır, kilsə", məcazi mənada "şərab satılan yer" mənalarında da işlənir.Tədqiqatçılar hidronimi "məbəd yeri" kimi izah edirlər.