Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fabian
Fabian (lat. Fabianus; 200, Roma – 20 yanvar 250, Roma) — Roma Papası (236–250), Fabian əslən zadəgan bir Romalı idi və atasının adı Fabius idi. Keçmişi haqqında başqa bir məlumat bilinmir. Fabian yekdilliklə Roma yeni yepiskopu elan edilmişdir. == Həyatı == Anteranın qısa hakimiyyətindən sonra Fabian yeni bir papa seçilməsi üçün kənddən Romaya gəldi. Fabianın seçilmәsi ilә Roma katolik kilsәsi tarixindә papa vә antipapaların әdavәti nәticәsindә baş vermiş ilk parçalanma tamamilә aradan götürülmüşdür. Fabian görkəmli və nəcib kilsə xadimi hesab edilirdi. Fabianın 14 illik hakimiyyəti dövründə xristianların təqibində sakitlik baş verdi. Fabian Romadakı xristian qәbiristanlıqlarında bәrpa işlәrinә başçılıq etmişdir. Filipp Ərәbin hakimiyyәti dövründә papa Pontian Romalının vә İppolit Romalının cәsәdlәrinin qalıqlarının Sardiniyadan Romaya köçürülmәsinә nail olmuşdur.
Faciə
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Fabiano Kariana
Fabiano Karuana (it. Fabiano Luigi Caruana, 30 iyul 1992, Mayami, ABŞ) — Amerika şahmatçısı, qrosmeyster (2007). 2005-ci ilə qədər ABŞ-ni, 2005–2015 arası İtaliyanı və 2015-ci ildən sonra yenə ABŞ-ni təmsil edir. 15 iyul 2007-ci ildə Karuana 14 yaşında ikən qrosmeyster titulunu aldı – bu, onu həm Birləşmiş Ştatlar, həm də İtaliya tarixində ən gənc qrosmeyster etdi (onun ABŞ rekordu 2009-cu ilin oktyabrında Rey Robson tərəfindən qırıldı). 2014-cü ilin oktyabrında Fabiano 2844 Elo əmsalına nail oldu və tarixdə üçüncü ən yüksək əmsallı oyunçu oldu. == Həyatı == Fabiano Karuana 30 iyul 1992-ci ildə Mayamidə anadan olub. ABŞ və İtalyanın vətəndaşıdır. 4 yaşı olarkən valideynləru Mayamidən Bruklinə köçüblər. Şahmat istedadı beş yaşında kəşf olunub və həmin il ilk turniri Kuinsdə yerləşən Polqar Şahmat Mərkəzində olub 12 yaşına qədər ABŞ-də yaşayıb və oynuyub, Avropaya və Cənubi Amerikaya turnirlərdə iştirak etmək üçün səyahət edib. İlk məşqiçisi (6 yaşından 8 yaşına qədər) idman ustası Bruce Pandolfini, daha sonra qrosmeyster (8 yaşından 20 yaşına qədər) Miron Sher olub.
Fabiano Karuana

Luis Fabiano
Luis Fabiano Klemente (port. Luís Fabiano Clemente; 8 noyabr 1980, Kampinas, Braziliya) — braziliyalı futbolçu, "San-Paulu" futbol klubunun və futbol üzrə Braziliya millisinin hücumçusu.
Fabian Kaurter
Fabian Kaurter (22 sentyabr 1985, Bern) — İsveçrəli qılıncoynadan və musiqiçi. == Şəxsi həyatı == Kaurter birinci idmana futbolla başladı, ancaq zədələndikdən sonra başqa idman növünə keçməyi qərara aldı. O, on yaşı olanda qılıncoynatma idmanı ilə məşğul olmağa başlayıb. Onun atası Xristian Kauter iki Olimpiya medalının sahibi idi və onun qardaşı Mişel Kauterdə Olimpiyadada qılıncoynatma ilə məşğul olmuşdu.Kauter həmçinin Yuri adı ilə musiqi karyerası ilə də məşğul olur. O, Summer in Sibirie adlanan birinci albomunu 2009-cu ildə buraxıb. == İdman karyerası == Kauter 2007-ci ildə Qılıncoynatma üzrə Avropa Çempionatında və 2011-ci ildə Qılıncoynatma üzrə Dünya Çempionatında üçüncü yeri tutub. O, 2012-ci ildə Buenos-Ayresdə Dünya Kuboku yarışlarında ilk qızıl medalını qazanıb. Bir neçə aydan sonra o, 2012-ci il Yay Olimpiya Oyunlarında kişilərin epee yarışlarında mübarizə aparıb, amma ikinci turda məğlub olub. O, 2013-cü ildə Budapeştdə təşkil olunmuş Qılıncoynatma üzrə Dünya Çempionatında və 2013-cü ildə Bern Qran-prisində bürünc medal qazanıb. 2013–2014 mövsümündə o, finalda hazırkı dünya çempionu Nikolay Novosjolov üzərində qələbədən sonra Vankuver Qran-prisini qazandı və FİE-nin reytinqində 1 nömrəli oldu.
Fabian Perez
== Həyatı == Fabian Perez 2 noyabr 1967-ci ildə Buenos-Ayresdə Argentinada dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə o, hərbi incəsənət və rəssamlığı ilə maraqlanırdı və bunun nəticəsində hər iki sahəni mənimsəməyə çalışırdı. Karate onun xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmiş və onun yüksək intizamlı şəxs kimi formalaşmasında yaxından kömək etmişdir, həmçinin onun qarşısında incəsənətin digər sahələri üçün yol açmışdır. Onun rəssamlıq qabiliyyətinə hər şeydən çox Şərq incəsənətini dərindən mənimsəməsi təsir göstərmişdir. 22 yaşındaykən Fabian Argentinanı tərk edir ,yaşamaq üçün İtaliyaya gedir və 7 il burada yaşayır.Məhz burada onun ədəbi və rəssamlıq yaradıcılığı şərq istiqaməti aldı. İtaliyada o, tezliklə ABŞ-da dərc olunan «Arzuların (obrazların) əksi» kitabını yazır. Sonradan o, bir illik Yaponiyaya gedir. Burada qubernatorun iqamətgahında yerləşdiriləcək olan «Yapon bayrağı» və «Medium insan» obrazlarını yaradır. Öz həyatını ədəbi və rəssamlıq yaradıcılığı ilə digər insanlara və onların hisslərinə təsir göstərməyə həsr edən Fabian Yaponiyanı tərk edərək hal-hazırda yaşadığı Los-Anceles şəhərinə təşrif buyurur. Fabianın stili unikaldır.
Fabian Vindhager
Fabian Vindhager (7 sentyabr 2001-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Vindhager Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Vindhager öz peşəkar karyerasında debütünü 18 may 2018-ci ildə Vakker İnsbruk klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Boyan Luqonya ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == Vindhager Avstriyada anadan olmuşdur. O, Avstriya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, Avstriya U-15 millisi ilə debütünü 24 aprel 2016-cı ildə Meksika U-15 millisinə qarşı oyunda etmişdir. == Karyera statistikası == === Klub === 18 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Lara Fabian
Lara Fabian (fr. Lara Fabian, əsl soyadı Krokart (nid. Crokaert, Fabian isə anasının qızlıq familiyasıdır; 9 yanvar 1970) — fransız dilli müğənni. Onun fransız, ingilis, ispan, portuqal, rus və s. dillərində mahnıları var. == Həyatı == Lara Fabian 9 yanvar 1970-ci ildə Brüssel yaxınlığındakı Etterbek kommunasında anadan olmuşdur.
Faciə (janr)
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Faciə janrı
"Neft Daşları"nda faciə
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
Nadir şah (tarixi faciə)
"Nadir şah"(tarixi faciə) — Nəriman Nərimanov çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün "Nadir şah" əsərində hadisələri İranın XVIII əsr tarixindən - Şah Sultan Hüseyn Səfəvinin dövründən təsvir edir. Tarixi faciədə Nadir amansız quldur, yenilməz sərkərdə, müdrik dövlət başçısı kimi verilmişdir. "Nadir şah"da XVIII əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu, əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti, oyanma əlamətləri öz ifadəsini tapmışdır. == Məzmunu == Nəriman Nərimanovun "Nadir şah" tarixi faciəsində hadisələr Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründən başlayır. Dramaturq İranda hökm sürən özbaşınalığı və zülmü Şah Sultan Hüseynin dövlət başçısı kimi zəif olması ilə izah edir. Şah Sultan Hüseyn bütün gününü eyş-işrətdə keçirir. O, dövlətin daxili və xarici vəziyyətindən tamamilə xəbərsizdir. Bütün dövlət işlərini birinci vəziri Ədhəm xanın ixtiyarına vermişdir. Hakimiyyət başına keçmək arzusunda olan Ədhəm Şah Sultan Hüseynin ona olan etimadından və zəifliyindən sui-istifadə edir, ölkədə baş verən hadisələri ondan gizlədir, beləliklə, dövlətin iqtisadi və müdafiə qüdrətinin zəifləməsinə imkan yaradır. Odur ki, yerli hakimlər mahallarda özbaşınalıq edir.
Neft Daşlarında faciə (1957)
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
Aechmea racinae
Aechmea racinae (lat. Aechmea racinae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Anthurium fasciale
Anthurium fasciale (lat. Anthurium fasciale) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Kaiane Aldorino
Kaiane Aldorino — 2009-cu ilin Dünya Gözəli