MATƏM Bu matəm nə deyir Azərbaycana? Nə deyir oğlunu sevən bir ana? (S.Vurğun); AĞLAŞMA (dan.) [Əbdürrəhman bəy:] Arvad, bilirsən nə var, mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya orada zü tutasan bundan ötrü ki, bir böyük məşğuliyyət olub (N.Vəzirov); ƏZA Bir millətə eyd ikən, nədən bəs; Oldun füqəra əzası, novruz?! (M.Ə.Sabir); TƏZİYƏ Qızıl Arslan: Atabəyin facianə ölümü bərəsində məktub aldığım zaman təziyənizdə iştirak edə bilmədim (M.S.Ordubadi); VAY (dan.) Vaqif: Bizdən hər gün bir təzə xəbər var: ya toydur, ya vay, ortası yoxdur (Çəmənzəminli); YAS (YƏS) Oturmuşdu bir qoca; batıb qəm dəryasına; Qorxunc bir yuxu gəlir; bu amansız yas ona (R.Rza).