ACİZANƏ

zərf [ ər. aciz və fars. …anə]
1. Acizcəsinə, aciz bir halda.
2. Nəzakət bildirən köhnəlmiş ifadə – həqiranə. Acizanə boyun əyərək. Acizanə xahiş etmək.
[Güləsərin] …baxışlarında acizanə yalvarışla bahəm dərin bir məzəmmət, dil anlamaz, mərhəmətsiz bir adama qarşı coşan kin qarışıq giley-güzar var idi. İ.Şıxlı.

ACİZ
ACİZLƏŞDİRMƏ

Значение слова в других словарях