Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Flint
Çaxmaqdaşı - silisium oksidinin kristallik və amorf növlərinin aqreqatıdır. Xalsedon-kvars, kvars, xalsedon və opal-xalsedon çaxmaq daşları ayrılır. Çox vaxt karbonat qatışığı olur. Sınması qabıqvari. Rəngi sarımtıl-bozdan qarayadək. Sərtliyi 7. Çaxmaqdaşı süxurlarda, adətən, əhəngdaşlarında jelvak və konkresiyalar, bəzən linza və təbəqəciklər əmələ gətirir. == Çaxmaqdaşı konkresiyaları == Çaxmaqdaşı konkresiyaları hər hansı bir silisium oksidi mineralının (adətən, kvars və ya xalsedon) əmələ gətirdiyi və içərisində ətraf süxurların, habelə üzvi maddələrin, dəmir oksidləri, kalsit, dolomit və başqa möhtəviləri olan konkresiya və konkresion linzalarıdır. Çox vaxt erkən diagenezdə, bəzən diagenezin son mərhələsində, nadir hallarda sedimentasion mərhələdə əmələ gəlirlər. Adətən, müəyyən stratiqrafik horizonta uyğun gəlir və korrelyativ əlamət kimi istifadə edilir.
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Faina Kunqurova
Faina Kunqurova (doğum adı: Fəridə Mehman qızı Tağıyeva; 10 oktyabr 1974; Bakı, Azərbaycan SSR - 18 noyabr 2007; Penitensiar Xidmətin Müalicə Müəssisəsi, Bakı, Azərbaycan) — azərbaycanlı siyasi fəal. Faina Kunqurova siyasi fəaliyyəti səbəbindən 2002 və 2007-ci illərdə həbs olunub və siyasi məhbus həyatı yaşayıb. 2007-ci il noyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Avropa Şurası tərəfindən Azərbaycan üzrə siyasi məhbuslar siyahısında adı daxil edilən birinci qadın olub. == Həyatı == Faina Kunqurova 1974-cü il fevralın 10-da Bakı şəhərində anadan olub. Atası Mehman Tağıyev azərbaycanlı, anası Larisa Anatolevna Kunqurova isə rus-yəhudi idi. Faina Kunqurova 1980-1990-cı illərdə 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli və bir qız anası idi. == Siyasi fəaliyyəti == === Həbs edilməsi (2002) === 2001-ci il martın 26-da Səbail Rayon Prokurorluğunda Faina Kunqurovaya qarşı Cinayət Məcəlləsinin 132-ci (adam döymə) maddəsi ilə cinayət işi açıldı. Buna səbəb Kunqurovanın qonşusu Zöhrə Əliyevanın, onu döydüyünü, nalayiq söyüşlər söylədiyini, bıçaqla hədələndiyini və yüngül bədən xəsarətləri yetirdiyini iddia eləməsi olub.
Faina Ranevskaya
Faina Ranevskaya (Фаина Георгиевна Раневская) (1896 — 1984) —Sovet teatr və kinosunun görkəmli aktrisası. "XX əsrin ən böyük rus aktrisalarından biri" və "ikinci planın kraliçası" == Həyatı == Faina Ranevskaya 1896-cı il avqustun 27-də Rostov vilayətinin Taqanroq şəhərində yəhudi ailəsində anadan olub. Onun atası Feldman Qirşi quru boya istehsal edən fabrikin,tikinti materialları mağazası və "Saint Nicholas" gəmisinin sahibi idi.Anası Feldman Milka isə evdar qadın olub. Onların ailəsində Fainadan başqa iki qardaş və Fainadan yaşca böyük İzabella adlı bacısı vardı. Fainanın 5 yaşı olanda onun balaca qardaşı dünyasını dəyişir. Faina öz həmyaşıdları ilə dostluqdan qaçır, heç kimlə yaxınlıq etmir, dərslərini çox pis oxuyurdu. Buna baxmayaraq o, zəngin tacir ailəsində böyüdüyündən evdə onun üçün xüsusi olaraq keçilən musiqi və xarici dil dərslərini səylə mənimsəməyə çalışırdı. 1913-cü ildə Faina il dəfə Moskva Bədii Teatrının səhnəsində Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış tamaşaya baxır. Həmin tamaşadan sonra o, tetar vurğununa çevrilir. Sonralar o, “Albalı bağı” pyesinin qəhrəmanının soyadını özünə təxəllüs götürür.
Fainu adası
Fainu adası (mald. އިހަވަންދޫ) — yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Raa atoluna daxildir. Maldiv arxipelaqında, ölkənin paytaxtı Male şəhərindən 151 km şimalda yerləşir. Ada 1325 km uzunluğa, 500 metr enə malikdir. Adanın sahəsi — 60,7 ha-dır. 2006-cı il məlumatına əsasən Fainuda 251 nəfər yaşayır: 120 kişi və 131 qadın. Əhalinin yaş strukturu: 125 nəfər — 18 yaşından aşağı; 23 nəfər — 19–25 yaş arası; 89 nəfər — 26–64 yaş arası və 14 nəfər — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 95,7 %. Adada ümumilikdə 45 ev təsərrüfatı vardır ki, hər təsərrüfata 5,6 nəfər düşür. Burada iki məktəb fəaliyyət göstərir.
Microsoft Paint
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Saint-Gobain
Saint-Gobain — tikinti materiallarının istehsalı, emalı və paylanması üzrə ixtisaslaşmış bir Fransız şirkəti. Şirkət Jan Batist Kolber (1619–1663) tərəfindən 1665-ci ildə "Manufacture royale des glaces" adı altında təsis edilmişdir. Hazırda şirkət 68 ölkədə fəaliyyət göstərir və 2019-cu ilin statistikasına əsasən təxminən 171,000 işçisi var. 2019-cu ildən bəri şirkətin qərargahı Parisin La Defans ərazisində yerləşir.
Saint Javelin
"Saint Javelin" və ya Müqəddəs Cavelin — Rusiyanın Ukraynaya hücumunda istifadə edilən "FGM-148 Javelin" tank əleyhinə silah kimi müasir silahları daşıyan müqəddəslərə bənzər fiqurun dini ikona üslubunda təsvirindən ibarət internet mem. Mem 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Kristian Boris tərəfindən yaradılmış və bütün dünyada məşhurlaşmış, nəticədə digər oxşar memlər ortaya çıxmışdır. Mem müharibədə əhval-ruhiyyəni artırmış və ticarət məhsullarında istifadə edilmişdir. Bu, Ukraynaya yardım edən humanitar xeyriyyə təşkilatları üçün bir milyon dollardan çox vəsait toplanmasında mühüm rol oynamışdır. == Zəmin == Mem ukraynalı və kanadalı jurnalist Kristian Boris tərəfindən yaradılmışdır. O, bunu əvvəlcə stikerlərin üzərində istifadə üçün nəzərdə tutmuşdu və gəlirləri Ukraynadakı humanitar səylərə bağışlanacaqdı. "Saint Javelin" memi Rusiyanın Ukraynaya hücumuna qarşı müqavimət simvolu olaraq internetdə məşhurlaşmışdır. Kristian Boris Torontoda yaşayır, lakin əvvəllər 2014-cü ildə ilkin münaqişə zamanı Ukraynada jurnalist kimi işləyirdi. O, müxtəlif ölkələrdə sərbəst fəaliyyət göstərmiş, Donbass müharibəsindən yetimlərin və dul qadınların vəziyyətindən xüsusilə təsirlənmişdir. == Mem == Mem özü üzərində raketatan daşıyan, üslublaşdırılmış Madonna fiqurunu təsvir edir.
Augustin Saint-Hilaire
Oqüsten Sent-İler (fr. Augustin François César Prouvençal de Saint-Hilaire; 1779–1853) -Fransız botaniki və səyyahı. == Nəşr olunmuş əsas əsərləri == Flora Brasiliae Meridionalis (3 cilddə, 1825–1832), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə. Histoire des plantes les plus remarquables du Brésil et de Paraguay (1824) Plantes usuelles des Brésiliens (1827–1828), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə.
Bidens saint-johniana
Bidens saint-johniana (lat. Bidens saint-johniana) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Melicope saint-johnii
Melicope saint-johnii (lat. Melicope saint-johnii) — sədokimilər fəsiləsinin melicope cinsinə aid bitki növü.
Saint-Ceyms sarayı
Sent-Ceyms sarayı (lang-enSaint) — İngiltərə krallarından VIII Henri tərəfindən inşa etdirilən saray. == İnşa edilməsi == VIII Henri planlaşdırdığı sarayı XII əsrdən cüzamlı xəstə qızların saxlanıldığı xəstəxananın yerində inşa edilməsini istəmişdi. Sarayın inşası 1531-1536-cı illərdə davam etmişdir. == Tarixi == Saray tikildiyi dövrdən etibarən Tüdorlar sülaləsinə, Stüartlar sülaləsinə, Hannoverlər sülaləsinə, Vindsorlar sülaləsinə xidmət etmişdir. VIII Henrinin qızı I Mariya öz həyatının çoxunu bu sarayda keçirmişdir. I Elizabet isə sarayın cüzam xəstələri üçün olan xəstəxananın üzərində inşa edildiyi üçün bura heç yaxın belə gəlməzdi.1936-cı ilə qədər hal-hazırkı Bukingem sarayının funksiyasını yerinə yetirmişdir. Beləki V Georqun oğlu VIII Eduard kral olduqdan sonra kraliyyət sarayını Bukingem sarayına köçürmüşdür.
Saint-Lazare vağzalı
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Saint-Lazare vağzalı (tablo)
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Saint Luke's Tower
Saint Luke's Tower (yaponca: 聖路加タワー, Hepbörn: Sei Ruka Tawā) — Yaponiyanın Tokio prefekturasının Çüo rayonunda yerləşən göydələndir. Hündürlüyü 221 m, 51 mərtəbəli göydələnin tikintisi 1994-cü ildə başa çatıb. == İcarədarlar == Credit Pricing Corporation Nippon MacDermid Co., Ltd. Sanki Engineering Co., Ltd. Sojitz Cosmetics Corporation UMG ABS, Ltd.
Yves Saint Laurent (marka)
Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb. == Tarixi == Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır.
Versailles-Saint-Quentin-en-Yvelines Universiteti
Versailles-Saint-Quentin-en-Yvelines Universiteti (ing. University of Versailles-Saint-Quentin-en-Yvelines – UVSQ) — 1991-ci ildə təsis Fransa ictimai universitetdir. Bu çoxistiqamətli elm, biologiya, tibb, kosmetik, idarəetmə, siyasət. Versailles yerləşən bu ən yaxşı Fransız universitetlərindən biridir.
Afina
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Fairy
Fairy - Procter & Gamble şirkətinə daxil olan, 1950-ci ildə yaradılmış qabların yuyulması üçün maye markası. 1950-ci illərdə Fairy yalnız Böyük Britaniyada satılırdı. Fairy-nin ənənəvi rəngi hər zaman yaşıl olmuşdur. Marka yeni bazara çıxarıldığı dövrlərdə Artıq sizin əlləriniz özünü, bu gün siz qab yuyarkən üzünüzü hiss etdiyiniz kimi rahat hiss edəcək. devizi altında nümayiş etdirilmişdir. Satıldığı bölgələrə görə markanın adında müxtəlif fərqliliklər yaransada bu gün marka məhz Fairy ilə məşhurluq qazanmışdır. Procter & Gamble laboratoriyalarında inkişaf etdirilən Fairy bu gün qoxu kombinatsiyası və qırmızı başlıqlı PET plastik bağlaması ilə daha müasir bir görkəm almışdır. Fairy Böyük Britaniya əldə etdiyi məşhurluq nəticəsində bu ölkədə qabyuyan maye əfsanəsinin əsasını təşkil edir. Belə ki, bir çox sahələrin adları çəkiləndə ağıla yalnız bir markanın gəldiyi kimi qabyuyan maye sahəsindədə bu üstünlük Fairy markasına məxsusudur. Böyük Britaniyadan kənarda marka Dreft yuyucu tozlarının tərkib hissəsində satılır.
Fanta
Fanta (alm. Fantasie‎) - The Coca Cola kompaniyasına məxsus sərinləşdirici alkoqolsuz içkinin markasıdır. Dünyada "Fanta" içkisinin istehsalına görə 1-ci yeri Braziliya tutur. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Fauna
Fauna (mifologiya) — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi. Fauna (zoologiya) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Faust
Faust və ya Faustus məşhur alman əfsanəsinin qəhrəmanı şeytanla müqavilə bağlamış, kimyagər obrazdır. Fausta və buna oxşar obrazlara təkcə alman xalq ədəbiyyatında deyil, eləcə də həmin regiona xas olan ədəbi nümunələrdə də rast gəlinir. Fasutla bağlı əfsanə bir sıra məşhur əsərlərin mövzusuna çevrilmişdir. Məsələn Kristofer Marlou, Tomas Man, Berlioz, Frans List, Oskar Vayld kimi müəlliflər bu obraza dəfələrlə müraciət etmişlər. == Qəhrəman haqqında == 1540-1585-ci illər arasında Almaniyada Faust haqqında yazılan yarı gerçək, yarı əfsanəvi yazılarda İohann Faustus adında bir adamın sehrbazlıqla məşğul olması və bu sahədə böyük şöhrətə malik olması göstərilir. Belə ki, 1488-ci ildə anadan olan bu şəxs gəncliyində sehrbazlığa həvəs göstərmiş, Wittenberg və ya Heidelberg üniversitetində həkimlik ixtisasına yiyələndikdən sonra kəndbəkənd gəzərək öz bacarıqlarını xalqa nümayiş etdirmişdir. Rəvayətə görə, şeytan onun qaynı imiş. Başqa bir rəvayətdə isə Faustun daim yanında gəzdirdiyi itin şeytan olduğu bildirilir. Öz bacarıqları ilə böyük şöhrət qazanan Faust bir gecə Würtembergdə qaldığı mehmanxanada şeytan tərəfindən öldürülmüş,səhər üzü qorxunc bir vəziyyətdə tapılmışdır. Faustun bu şəkildə qorxunc bir vəziyyətdə ölümü xalqda onun həqiqətən də ruhunu şeytana satdığı ilə bağlı düşüncələr yaratmışdır.
Flirt
Flirt və ya eşqbazlıq — vədlər səviyyəsini çox yüksəltməyib, cinsi əlaqələrin bəzi ehtimalını və ya gözləntilərini göstərən bir görüşmə forması. Mövcud münasibətləri, həm də münasibətlərin başlanmasına hazırlığ simvolu kimi qeyd oluna bilər.
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir. Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur.Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir. İlk teleskopu isə elmdən kənar, amma "yandırıcı" güzgü həvəskarı olan Yakob Metenus düzəltmişdir.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Qlint
Qlint-(rus. глинт, ing. glint)(dan. klint –uçurum, sıldırım) struktur plato boyu denudasiya nəticəsində yaranmış uçurum. Mis: Baltik-Ladoqa əhəngdaşı qlinti. Baltika dənizinin sahilindən Ladoqa gölünün cənub sahilinə qədər uzanır. Şimali Amerikada Kanada kristallik sipərini haşiyələyən qlint.
Slint
Slint Brian McMahan(gitara və vokal) David Pajo(gitara) Britt Walford(baraban və vokal) Todd Brashear(Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Balint Balaşşi
Balint Balaşşi (mac. Gyarmati és kékkői báró Balassi Bálint, slovak. Valentín Balaša barón z Ďarmôt a Kameňa; 20 oktyabr 1554[…], Zvоlеn, Macarıstan krallığı[d] – 30 may 1594[…], Esterqom, Macarıstan krallığı[d]) — Macarıstan intibahının ən görkəmli şairlərinindən biri idi. Əsasən macar dilində yazırdı, lakin latın, italyan, alman, polyak, türk, slovak, xorvat və rumın dillərində də danışa bilirdi. Müasir Macarıstanın lirik və erotik şeirinin banisidir. == Həyatı == Balint Balaşşi Macarıstan Krallığının Zolyom (hal-hazırda Slovakiyanın Zvolen şəhəri) şəhərində anadan olmuşdur. Peter Bornemisa və anası Anna Sulyokdan təhsil almışdır. Polşada sürgündə olan atasına təsəlli vermək üçün Maykl Bokun Wurlzgertlein für die krancken Seelen əsərini tərcümə etmişdir, bu onun ilk işi idi. Atasının reabilitasiyası zamanı onu məhkəməyə aparmış və eyni zamanda 1572-ci ildə Macarıstan Krallığının paytaxtı Pressburqda (indiki Bratislava) keçirilən tacqoyma mərasimində iştirak etmişdir. Daha sonra isə orduda xidmət etməyə başladı və Şimal-şərqi Macarıstanda yerləşən Eqer qalasında zabit kimi türklərə qarşı vuruşdu.