Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fakultətiv
Fakültətiv – məcburi olmayan, könüllü, öz arzusu ilə seçilən. Məsələn, mühazirələrin fakültətiv kursu. Fakültətiv kurs (lat. facultas – bacarıq, imkan) – təlimin təşkili formalarından biri. Qeyri-icbari tədris kursu, yaxud elmi-nəzəri biliklərini artırmaq məqsədilə ali məktəb tələbələri və orta ixtisas təhsili məktəblərinin şagirdləri tərəfindən öz istəklərinə görə öyrəndikləri fənn. Əlavə ixtisaslaşmaya kömək edir. Ali, orta (yuxarı siniflər), ixtisas və texniki peşə məktəblərində tələbə və şagirdlərin elmi və tətbiqi biliklərini genişləndirmək, şəxsi bacarığını artırmaq, marağını təmin etmək məqsədi ilə, öz arzularına görə öyrəndikləri kurs, fənn. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fakultativ
Fakültətiv – məcburi olmayan, könüllü, öz arzusu ilə seçilən. Məsələn, mühazirələrin fakültətiv kursu. Fakültətiv kurs (lat. facultas – bacarıq, imkan) – təlimin təşkili formalarından biri. Qeyri-icbari tədris kursu, yaxud elmi-nəzəri biliklərini artırmaq məqsədilə ali məktəb tələbələri və orta ixtisas təhsili məktəblərinin şagirdləri tərəfindən öz istəklərinə görə öyrəndikləri fənn. Əlavə ixtisaslaşmaya kömək edir. Ali, orta (yuxarı siniflər), ixtisas və texniki peşə məktəblərində tələbə və şagirdlərin elmi və tətbiqi biliklərini genişləndirmək, şəxsi bacarığını artırmaq, marağını təmin etmək məqsədi ilə, öz arzularına görə öyrəndikləri kurs, fənn. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
BDU Biologiya fakültəsi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Biologiya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Fakültənin ilk dekanı ixtisasca bitki fizioloqu olan professor D.A.Şutov olmuşdur (1934–1935). == Tərkibi == Biologiya fakültəsində 5 kaferda fəaliyyət göstərir. Bu kafedralar aşağıdakılardır: Molekulyar biologiya və biotexnologiyalar Biokimya Botanika və Bitki fiziologiyası Genetika Zoologiya Bu kafedralarda bakalavr və magistratura təhsil pillələrində tədris proqramları əsasında adı çəkilən ixtisaslar üzrə dərslər keçirilir. Həmin ixtisaslar üzrə elmi işlər aparılır. Fakültədə Biotexnologiya və Biosimulator laboratoriyaları fəaliyyət göstərir. === Təkamül Təlimi Muzeyi === Bakı Dövlət Universitetinin M.A.Axundov adına "Təkamül təlimi" muzeyi biologiya elmləri doktoru, professor, Əməkdar müəllim və elm xadimi, "Genetika və təkamül təlimi" kafedrasının yaradıcısı olan Mirəli Axundov tərəfindən 1937-ci ildə təsis olunmuşdur. == Təhsil == Fakültədə təhsil əyani və qiyabi formalarda, azərbaycan və rus dillərində aparılır. Fakültədə 1000-dən çox tələbə və magistrant təhsil alır, onların təlim-tərbiyəsi ilə 86 nəfərdən ibarət olan professor-müəllim heyəti məşgul olur, onlardan 1 nəfəri akademik, 1 nəfər AMEA-nın müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 62 nəfəri elmlər namizədi, dosent, baş müəllim və müəllimdir.
BDU Coğrafiya fakültəsi
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Haqqında == Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı. 1945–1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya (1972-ci il), hidrometeorologiya (1973-cü il) və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (1979-cu il) kafedraları yaradıldı. 1970-ci illərdən BDU geologiya-coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi. İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007-ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra-"Azərbaycan coğrfiyası" kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir. 1991-ci ildə tələbələrin tədris təcrübəsini təşkil etmək üçün Altıağac təcrübə bazası yaradıldı və 2000-ci ildən həmin bazada böyük abadlıq işləri həyata keçirilməyə başlandı.
BDU Filologiya fakültəsi
Bakı Dövlət Universitetinin Filologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1919-cu ildə Bakı Dövlət Darülfünunu təsis edilərkən tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Universitetin fəaliyyət göstərdiyi ilk illərdə dil-ədəbiyyat şöbəsində rus dili və ədəbiyyatı ixtisası, Şərq şöbəsi daxilində isə indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası tədris edilmişdir. Bu sonuncu ixtisas üzrə tələbələr ilk növbədə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kimi hazırlansalar da, ərəb, fars, türk dillərini və bu dillərdə danışan xalqların ədəbiyyatını və tarixini də dərindən öyrənmişlər. 1922-1923-cü tədris ilindən Şərq şöbəsi müstəqil fakültəyə çevrilmiş və beləliklə, 1922-ci il martın 30-dan rus dili və ədəbiyyatı ixtisası tarix-filologiya fakültəsinin müstəqil bir şöbəsi, indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi fəalyyət göstərmişdir. 1923-1924-cü tədris ilində tarix-filologiya fakültəsi ictimai elmlər fakültəsinə çevrilir, indiki rus dili və ədəbiyyatı ixtisası həmin fakültənin üç şöbəsindən biri olur. 1924-1925-ci tədris ilində ictimai elmlər fakültəsi pedaqoji fakültə ilə əvəz olunur. 1925-1926-cı tədris ilinin əvvəlində pedaqoji fakültədə dil-ədəbiyyat şöbəsinin fəaliyyəti dayandırılır. İndiki Azərbaycan dili və ədəbiyyatı şöbəsi isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi öz fəaliyyətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarınadək-Azərbaycan Dövlət Universitetinin müxtəlif institutlara çevrilməsinədək davam etdirir. Bakı Dövlət Universiteti təşkil olunarkən tarix-filologiya fakültəsinin ilk dekanı Ümumi tarix kafedrasının professoru Nikolay Aleksandroviç Dubrovski olmuşdur.
BDU Fizika fakültəsi
Bakı Dövlət Universitetinin Fizika fakültəsi — Bakı Dövlət Universitetinin Fizika fakültəsi. == Tarixi == Fizika fakültəsinin əsası 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fizika kafedrasının yaradılması ilə qoyulmuşdur. 1920-ci ildə Fizika-riyaziyyat fakültəsi yaradılmış, ilk dekanı prof. V.İ.Razumovski olmuşdur. 1958-ci ildən Fizika fakültəsi müstəqil fəaliyyətə başlamış, dekanı dos. Mədət Sərdarlı olmuşdur. Sonrakı illərdə fakültənin dekanı vəzifəsində prof. Kəriş Köçərli (1963–1965), prof. Abdulla Muxtarov (1965–1967), prof. Əlicavad Cavadov (1967–1970), prof.
BDU Geologiya fakültəsi
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Haqqında == Geologiya-coğrafiya fakültəsinin 1991-ci ildə iki müstəqil struktura Geologiya və Coğrafiya fakültələrinə ayrılmasından sonra müstəqil Geologiya fakültəsi fəaliyyətə başlamışdır. Ümumiyyətlə, universitetdə geoloq mütəxəssislərin hazırlanmasına 1943-cü ildən başlanılmış, 70 ildən artıq bir müddət ərzində minlərlə yüksəkixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, dağmədən mühəndisi və geokimyaçı həyat məktəbinə vəsiqə almışdır. Geologiya-coğrafiya fakültəsinə 1943-1952-ci illərdə prof. Əziz Əsgərov, dos. Abdulla Şahbazov, prof. Hadı Əliyev rəhbərlik etmişlər. 1952-1963-cü illərdə fakültə dekanı vəzifəsində prof. Səttar Süleymanov, sonrakı illərdə prof. Ramiz Sultanov (1963-1965), dos.
BDU Hüquq fakültəsi
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur. Bununla belə, yalnız iki fakültə – dörd kursdan ibarət tibb fakültəsi və bir (birinci) kursdan ibarət tarix-filologiya fakültəsi üçün müvəqqəti ştat və smeta müəyyən edilmişdir. Həmin dövrdə Hüquq fakültəsini (eləcə də fizika-riyaziyyat fakültəsini) sırf maddi-texniki səbəblər və hüquqşünas kadrların çatışmazlığı səbəbindən yaratmaq mümkün olmamışdır. 1927–28-ci dərs ilində Şərq fakültəsinin nəzdində hüquq şöbəsi fəaliyyətə başlamışdır. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq məhkəmə və inzibati-dövlət aparatı orqanlarında çalışa bilən milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi. Hüquq şöbəsinin bazasında 1928-ci il dekabrın 17-də müstəqil fakültə təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, Şərq fakültəsi nəzdində hüquq şöbəsinin təşkili məsələsində Universitetin o dövrdəki rektoru (özü də ilk azərbaycanlı rektoru) – böyük təşkilatçı, ədib və dövlət xadimi Tağı Şahbazinin müstəsna xidmətləri olmuşdur. Hüquq fakültəsi iki şöbədən – məhkəmə və inzibati-təsərrüfat şöbələrindən ibarət olmuşdur.
BDU Jurnalistika fakültəsi
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz ADU-da qoyulmuşdur. Həmin dövrdə Jurnalizm kafedrası tələbələrinin mətbuat orqanı sayılan "Student-jurnalist" qəzetinə müsahibə vermiş kafedra müdiri S. Sredinski (həmin müsahibəni götürən tələbə Hadi Mirzəzadə sonralar dil tarixi üzrə məşhur alim, BDU-nun professoru olmuşdur) göstərirdi ki, bu vaxtadək Şuralar İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda ("Student-jurnalist", № l, iyun, 1929). Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev olmuşdur. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri – İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcək jurnalistlərin ilk müəllimləri olmuşlar. 1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. İlk məzunlardan prof.
BDU Kimya fakültəsi
Bakı Dövlət Universitetinin Kimya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Kimya fakültəsi 1919-cu ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən "Ümumi və qeyri-üzvi" kimya kafedrasının bazası əsasında yaradılmışdır. Kimya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Azərbaycan qədim neft ölkəsi olduğundan müasir kimyanın inkişafı hələ XIX əsrin ortaları və XX əsrin əvvəllərində başlamışdır. Nobel qardaşlarının, V.İ.Roqozinin və digər maqnatların neftdən daha səmərəli istifadə etməsi üçün o dövrün böyük kimyaçı alimlərindən olan D.İ.Mendeleyev, V.V.Markovnikov, V.O.Kovalevski, F.F.Beylşteyn, A.A.Kurbatov, V.N.Oqloblin və digər görkəmli kimyaçıları Bakıya dəvət etmələri ümumilikdə Azərbaycanda kimya elminin inkişafına, yerli ali təhsilli mütəxəssislərin, ali məktəblərdə kimya kafedralarının yaranmasına böyük təkan vermişdir. Sonralar 1960-cı illərin əvvəllərində o vaxtkı SSRİ-nin dövlət başçısı N.S.Xruşovun "ölkənin kimyalaşdırılması" çağırışı da bu elmin inkişafına növbəti təkan vermişdir. 1960-cı illərin sonuna qədər davam edən bu kampaniyanın nəticəsində Azərbaycanda (həm də Gürcüstanda, Ermənistanda yaşayan soydaşlarımız) orta məktəbi yüksək göstəricilərlə, medalla bitirən gənclərin əksəriyyəti ali təhsil almaq üçün Kimya fakültəsini seçdilər və nəticədə XX əsrin ortalarından başlayaraq Azərbaycanda çox güclü kimyaçı alimlər ordusu hazırlandı. Kimya fakültəsini müxtəlif illərdə bitirmiş, elmin yüksək zirvələrini fəth etmiş kimyaçı alimlərimiz çoxdur. Onlar kimyaçı kadrların yetişməsinə, respublikamızda kimya elminin inkişafına öz töhfələrini vermişlər. Məzunları olduqları universitetin kimya fakültəsinə həmişə şərəf gətirmiş bu ziyalılar dünyanın bir çox elmi mərkəzlərində Azərbaycanı layiqincə təmsil etmişlər.
BDU Tarix fakültəsi
Bakı Dövlət Universitetinin Tarix fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsinin Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz xidmətləri olmuşdur. Fakültə fəaliyyət göstərdiyi 103 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar ilə (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir. Bu müddətdə Tarix fakültəsi yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu tədris və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və mə­dəniyyətin inkişafına güclü təkan vermişdir. Fakültə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici (604 nəfər) qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 12 professor, 2 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və milli kadrların hazırlanması işinə böyük əmək sərf etmişlər. 1922-ci ildə Tarix fakültəsində 8 kafedra fəaliyyət göstərirdi: Qədim tarix; Orta əsrlər tarixi; Yeni dövrün tarixi; Rusiya tarixi; Müsəlman Şərqinin ümumi tarixi; Türklərin tarixi; İran tarixi; Ar­xeologiya.
BDU İlahiyyat fakültəsi
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunub. Fakültədə təhsil müddəti dörd il idi. Fakültənin dekanı Vasim Məmmədəliyev olub. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılmışdır.
BDU Şərqşünaslıq fakültəsi
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Haqqında == 1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır. Fakültənin inkişafında məşhur alim və pedaqoqlar, o cümlədən akademiklər N. Marr, İ. Meşşaninov, V. Bartold, A. Samoyloviç, H. Araslı, professorlarİ. Oşmarin, A. Romaşkeviç, P. Juze, B. Çobanzadə, A. Qubaydulin, V. Xuluflu, Ə. Məmmədov, M. Əlizadə, R. Sultanov, Y. Şirvani və başqaları böyük rol oynamışlar. Şərqşünaslıq fakültəsinin ilk dekanı P. Juzeolmuşdur. Hazırda dekan professor E. Z. Əzizovdur. Şərqşünaslıq fakültəsində türk və fars şöbələri ilə yanaşı 1957-ciil də ərəb, 1993-cü ildə ibri, 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2002-ci ildə çin və 2007-ci ildə koreya şöbələri də açılmışdır. Fakültədə 4 kafedra, linqafon kabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə müasir mebel, kompüter, televizor, peykantennaları, videomaqnitafon və digər texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar, zəngin fondu olan kitabxana vardır. == Məzunlar == Eks-prezident Əbülfəz Elçibəy, məşhur şərqşünaslardan akademiklər Ə. Sumbatzadə, V. Məmmədəliyev, N. Vəlixanlı, AMEA-nın müxbir üzvləri M. Nemətova, B. Hüseynov, Z. Məmmədov, Ə. Səfərli, professorlar A. İmanquliyeva, C. Qəhrəmanov, M. Mahmudov, H. Mahmudov və başqaları, İran, Küveyt, Misir, BƏR, Qətər, SəudiyyəƏrəbistanı, Suriya, Mərakeş, Yaponiya, Koreya, ABŞ, Moldovavə Latviyada Azərbaycan Respublikasının səfirləri, BMT-də ölkəmizin nümayəndəsi, tanınmış ədib və şairlər C. Cabbarlı, Ə. Cəfərzadə, C. Əlibəyli, Ə. Hacızadə, A. Zeynallı fakültənin məzunlarıdırlar.
ADNSU Neft-mexanika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Neft-mexanika fakültəsi (NMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir. Fakültənin yaranması və inkişafinda yaradıcıhq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professorlar İ.Q.Yesman, N.Y.Bulax, L.S.Leybenzon, P.P.Lukin, K.V.Pokrovskiy, N.L.Vannikov, A.M.Trequbov, İ.S.Quxman, S.M.VoIox, Y.N.Dunin, A.X.Mirzəcanzadə, R.İ.Şişşenko, S.V.Yurkevskiy. R.A.BədəIov, K.S.Əliverdizadə, A.C.Mustafeyev, Y.Ə.Əmənzadə, H.M.Şahmalıyev və başqalarını göstərmək olar. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 –lərlə magistr mühəndis-mexanik hazırlanmişdır. Hal-hazırda fakültəmizdə təhsili alan əyani və qiyabi tələbələrin sayı 1248-dur. Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə İ.İ.Semyanistiy, A.İ.Sevastyanov, R.A.Bədəlov, F.M.Yaroşevskiy, Ə.Q.Mirzəbəyov, Z.H.Əliyev, F.S.Hüseynov, N.M Erivanli, A.R.Cərrahov, S.H.Babayev, V.H.Şərifov, R.İ. Camalov , Q.Ə. Məmmədov, S.H.Abbasov icra etmişlər. == Təhsil == === Bakalavr ixtisasları === Materialşünaslıq mühəndisliyi Enerji maşınqayırması mühəndisliyi Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Mexanika mühəndisliyi Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Sənaye mühəndisliyi === Magistr ixtisasları === Materialşünaslıq mühəndisliyi Materialşünaslıq və materiallar texnologiyası Kompozisiya materialları Alət materialları.
BDU-nun Tarix fakültəsi
Bakı Dövlət Universitetinin Tarix fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsinin Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz xidmətləri olmuşdur. Fakültə fəaliyyət göstərdiyi 103 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar ilə (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir. Bu müddətdə Tarix fakültəsi yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu tədris və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və mə­dəniyyətin inkişafına güclü təkan vermişdir. Fakültə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici (604 nəfər) qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 12 professor, 2 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və milli kadrların hazırlanması işinə böyük əmək sərf etmişlər. 1922-ci ildə Tarix fakültəsində 8 kafedra fəaliyyət göstərirdi: Qədim tarix; Orta əsrlər tarixi; Yeni dövrün tarixi; Rusiya tarixi; Müsəlman Şərqinin ümumi tarixi; Türklərin tarixi; İran tarixi; Ar­xeologiya.
Harvard Universitetinin Hüquq fakültəsi
Harvard Universitetinin Hüquq fakültəsi (Harvard hüquq məktəbi, ing. Harvard Law School) — Harvard Universitetinin bir hissəsi olan ABŞ-də ən qədim hüquq məktəbi, Kembricdə (Massaçusets) yerləşir. 1817-ci ildə əsası qoyulmuş, dünyanın ən böyük hüquq kitabxanasına malikdir və dünyanın ən nüfuzlu kitabxanalarından biri hesab olunur. == Tarixi == 1870-ci illərdə Dekan Kristofer Lenqdelin rəhbərliyi altında Amerika hüquq məktəblərində hələ də üstünlük təşkil edən hüququn tədrisi metodu işlənib hazırlanmışdır. 1900-cü ildə Amerika Hüquq Məktəbləri Assosiasiyasının yaradılmasından bəri o, akkreditasiya üçün ona müraciət etmiş hüquq məktəblərində də bu metodu təbliğ etmişdir. Bu üsul bəzi hüquqşünaslar tərəfindən tənqid olunsa da, XX əsrdə Harvard Hüquq Məktəbinin tədrisində üstünlük təşkil edirdi. 2000-ci illərdə Dekan Yelena Kaqan Lenqdel kurrikulumundan sonra əhəmiyyətli elmi dəyişikliklərə kömək etdi. 2006-cı ildə fakültə növbəti bir neçə ildə bir neçə mərhələdə həyata keçirilən və 2011-ci ildən tam tətbiq olunan yeni kurrikulumun təsdiqinə yekdilliklə səs verdi.
Mərmərə Universiteti Tibb fakültəsi
Tibb fakültəsi (türk. Tıp Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 1983-cü ildə Heydərpaşa şəhərciyində qurulmuşdur. 170 nəfərlik akademik heyəti ilə 1000-dən çox tələbəyə ev sahibliyi edir. Avropa universitetləri sisteminə oxşar olaraq komitə sistemini tətbiq edilmişdir və təhsili Beynəlxalq Akkreditasiya Şurası tərəfindən təsdiqlənmiş İstanbulda ilk və yeganə tibb fakültəsidir. Mərmərə Universiteti Tibb Fakültəsi akademik və müvəffəq ixtisaslı tibbi kadr yetişdirmək ideologiyası ilə fəaliyyət göstərir. 30 ildən artıq uzun tarixçəsi və dinamik quruluşu ilə fəaliyyət göstərən tibb fakültəsi, Şərqi Aralıq dənizi universitetləri ilə əməkdaşlıqla yanaşı Erasmus proqramı çərçivəsində "Beynəlxalq Tip Təhsil Proqramı"nı koordinasiya edir. Hər il başda ABŞ və Avropa universitetləri olmaqla, 10-dan çox Tibb fakültəsi ilə 150-dən artıq tələbə mübadiləsi həyata keçirilir.
Mərmərə Universiteti İdarəetmə fakültəsi
İdarəetmə fakültəsi (türk. İşletme Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. Dünya səviyyəsində öz iddiasını davam etdirən Mərmərə Universiteti İdarəetmə fakültəsi, 137 illik köklü bir tarixə, 2 fərqli kafedrada, türk, ingilis və alman olmaq üzərə 3 dildə, 7 bakalavr proqramı ilə 5000-dən çox tələbəyə təhsil verir. Həm qlobal, həm də türk iş dünyasının üstünlük verdiyi məzunları yetişdirən fakültə, 2018-ci ilin əvvəlindən bəri Mərmərə Universitetinin Göztəpə şəhərciyində 22.000 m2 sahəyə sahib müasir binasında təhsil və təlim fəaliyyətlərini davam etdirir. İstanbulun ən prestijli bölgələrindən biri olan Kadıköy ilçəsinin Göztəpə səmtində yerləşən şəhərciyə həm avtobus həm də metro ilə gəlmək mümkündür. 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Mərmərə Universitetinin məzunları, iş sahiblərinin türkcə idarəetmə ixtisası üzrə 1-ci, ingiliscə idarəetmə ixtisası üzrə isə Boğaziçi Universitetindən sonra 2-ci seçimi olmuşdur. Mərmərə Universiteti İdarəetmə fakültəsidir sadəcə Türkiyənin deyil, həm də dünyanın ən qədim və köklü idarəetmə məktəblərindən biridir. Dünya miqyasında idarəetmə məktəbləri 1820-ci illərdən sonra qurulmağa başlamış, ABŞ-da ilk idarəetmə fakültəsi 1881-ci ildə Pensilvaniya Universitetinin nəzdində açılmışdır. Mərmərə Universiteti İdarəetmə fakültəsinin tarixi isə 1883-cü ildə fransız təhsil sistemi nümunə götürülərək qurulan və "sahibkarlar" yetişdirməyi hədəfləyən Hamidiyyə Ticarət Məktəb-i Alisiyə qədər uzanır. Fakültə, “köklü” olaraq xarakterizə edilən və müəyyən bir təşkilati mədəniyyət və dəyər sisteminə sahib olan, inkişaf etdikləri və kök saldıqları cəmiyyətləri formalaşdıra bilən və sosial dəyişikliklər nəticəsində müasir qalmağı bacaran təşkilatlar arasındadır.
Xəzər Universiteti Hüquq fakültəsi
Xəzər Universitetinin Hüquq fakültəsi
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir: 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
Xəzər Universitetinin Təhsil fakültəsi
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir: 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
İstanbul Universitetinin hüquq fakültəsi
İstanbul Universiteti Hüquq Fakültəsi — Türkiyənin ilk hüquq fakültəsidir, inzibati və akademik vahidlərlə İstanbul Universitetinin Beyazit meydanında yerləşən əsas korpusunda fəaliyyət göstərir. Türkiyə Barolar Birliyinin 22 kriteriyalı qiymətləndirməsinə görə Türkiyənin ən yaxşı hüquq fakültəsidir. Fakültənin əsasını təşkil edən Mekteb-i Hüquq-i Sultani 1878-ci ildə bağlanmışdır. Yerində qurulan Mekteb-i Hüquq 17 iyun 1880-ci ildə Ədliyyə Nazirliyinin həyətində fəaliyyətə başladı. Daha sonra 1 sentyabr 1900-cü ildə açılan Darülfünun-ı Şahane (İstanbul Darülfününü) bünyəsində bir fakültəyə çevrildi. 11 oktyabr 1919-cu ildə hüquqi və elmi muxtariyyət və 7 oktyabr 1925-ci ildə isə İstanbul Darülfününü Təlimatı ilə inzibati muxtariyyət almışdı. Darülfünun 31 iyul 1933-cü ildə ləğv edildi və İstanbul Universiteti olaraq yenidən təşkil edildi. Bu dövrdən sonra faktiki olaraq qərbli müəllimlər fakültədə işə başladılar. Həmin müəllimlər arasında Andreas Bertalan Şvarz, Ernest Eduard Hirş ve Riçard Honq kimi nasist Almaniyasından qaçmaq məcburiyyətində qalan professorlar da var idi. Fakültədə Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosesi, ümumi Dövlət hüququ, Hüquq fəlsəfəsi, Hüquq sosiologiyası, Roma hüququ, Hüquq tarixi, İnzibati hüquq, İnsan hüquqları, Əmək hüququ, Sosial təminat hüququ, Maliyyə hüququ, Sivil hüququ, Mülki prosessual hüquq, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq, Kommersiya hüququ, Dəniz ticarəti hüququ, Sığorta hüququ, Avropa İttifaqı hüququ, müqayisəli hüquq bölmələri, eyni zamanda Cinayət hüququ, Cinayət prosesi şöbələrinin nəzdində Kriminologiya fəaliyyət göstərir.
Ankara Universitetinin Baytarlıq fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. == Tarix == Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. == Təsvir == Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.
Ankara Universitetinin Politologiya fakültəsi
Məktəb-i Mülküyə və ya qısaca Mülküyə — Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinin tarixi adıdır. Osmanlı Dövləti dövründə vətəndaş idarəçi sinifini yetişdirmə məqsədi ilə açılmış olan məktəb Türkiyədə İqtisad, müəssisə, Maliyyə, Beynəlxalq münasibətlər, İş İqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi və Siyasət Elmi sahələrində təhsil verən ən köklü təhsil təşkilatıdır. İstanbulda 1859-cu ildə (I Əbdülməcid dövründə) qurulan Mekteb-i Mülküyə, respublika dövründə Ankaraya daşınmışdır və hal-hazırda, Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinə çevrilmiş olaraq təhsilini davam etdirməkdədir. == Tarixçə == İlk il 50 şagird alması qərarlaşdırılan məktəbin ilk direktoru "Camal bəy" oldu. Camal bəyin bir illik müdirliyinin sonra 1877-yə qədər Müderris Hilmi Əfəndi müdirlik etdi. Qəbul edilən şagird sayı 1864-də 100-ə çıxarıldı. Məktəb, ilk məzunlarını 1861-ci ildə verdi. İki il əvvəl 50 adamın alındığı məktəbdən 33 nəfər məzun olmuşdu. Məktəb birincisi olan Çeşmeli Mehmet Sirri Əfəndi öz tercihiyle Preveze Qəzası Müdiri olaraq təyin edildi və ilk mülkiyeli idarə komandiri olaraq tarixə keçdi. O il nümayiş olunan bir iradə ilə bundan belə qəza Müdirliklərindən və Liva kaymakamlıklarına Mekteb-i Mülküyə məzunu olmayanların alınmayacağı eşitdirildi.
Mülki və Siyasi Hüquqlara haqqında Beynəlxalq Paktın İlk Fakultativ Protokolu
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına əsasən fərdi şikayət mexanizmi quran beynəlxalq müqavilədir. 16 dekabr 1966-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 2020-ci il may ayından etibarən 35 imzalayan və 116 üzv dövlət var idi. Təsdiqləyən iki dövlət - Yamayka və Trinidad və Tobaqo — protokolu tənqid etdi.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına əsasən fərdi şikayət mexanizmi quran beynəlxalq müqavilədir. 16 dekabr 1966-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 2020-ci il may ayından etibarən 35 imzalayan və 116 üzv dövlət var idi. Təsdiqləyən iki dövlət - Yamayka və Trinidad və Tobaqo — protokolu tənqid etdi.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakultativ Protokolu
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta uyğun olaraq edam cəzasının ləğv edilməsinə yönəlmiş beynəlxalq müqavilədir. 15 dekabr 1989-cu ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 11 iyul 1991-ci ildə qüvvəyə minmişdir. 2021-ci il tarixindən Könüllü Protokolda 89 dövlət iştirak etmişdir. Bundan əlavə, Qazaxıstan protokolu imzaladı, lakin təsdiq etmədi. Konvensiyanı ən son təsdiqləyən ölkə 18 mart 2021-ci ildə Ermənistan idi. Fakultativ Protokol üzvlərini sərhədləri daxilində ölüm cəzasını ləğv etməyə borcludur, baxmayaraq ki, 2.1-ci maddə tərəflərə "müharibə vaxtı" vaxtında törədilmiş hərbi xarakterli ən ağır cinayət hökmünə uyğun olaraq edama icazə verən bir bənd verməyə imkan verir." Braziliya, Çili, El Salvador, Kipr, Malta və İspaniya əvvəlcə bu cür rezervasyonlar etdi və daha sonra onları geri götürdü. Azərbaycan və Yunanıstan hər iki ölkənin ölüm hökmünü hər vəziyyətdə qadağan etməsinə baxmayaraq protokolun icrası ilə bağlı bu qeydini davam etdirirlər (Yunanıstan ölümü ləğv edən Avropa İnsan Haqları Konvensiyasına dair 13 saylı Protokolu da təsdiqlədi) bütün cinayətlərə görə cəza).
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İlk Fakultativ Protokolu
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına əsasən fərdi şikayət mexanizmi quran beynəlxalq müqavilədir. 16 dekabr 1966-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 2020-ci il may ayından etibarən 35 imzalayan və 116 üzv dövlət var idi. Təsdiqləyən iki dövlət - Yamayka və Trinidad və Tobaqo — protokolu tənqid etdi.