Hüquq fakültəsi Xəzər Universitetinin əsası qoyulduğu 1991-ci il tarixində yaradılmışdır. Fakültə nin tədris prosesində Azərbaycan və İngilis dillərindən istifadə olunur. Ingilis dilindən fakültədə tədris dili kimi istifadə olunması həm tələbələrin, həm də fakültənin tədris, tədqiqat, peşəkar fəaliyyətdə müasir tələblərə cavab vermələrinə yardım edir, onlara dünya peşəkar hüquq cəmiyyəti ilə ünsiyyət üçün geniş imkanlar yaradır.2005-ci ildən etibarən fakültəyə tələbə qəbulu dayandırılmışdır. Hazırda fakültənin öz fəaliyyətini hansı şəkildə davam etdirib-etdirməməsi məsələsi müzakirə edilir, imkanlar araşdırılır.
Hüquq fakültəsi | |
---|---|
Xəzər Universiteti | |
Yaradılma tarixi | 1991 |
Dekan | dos. Cabir Xəlilov |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Ünvan | Məhsəti küç. 11, AZ1096 |
Digər məlumatlar | |
Sayt | www.khazar.org |
Fakültəyə xarici ölkələrdə təhsil almış, hüquq şirkətlərində, dövlət idarələrində və ictimai təşkilatlarda çalışan praktik hüquqşünas lar müəllim qismində dəvət olunur. Onlar öz bilik və vərdişlərini fakültə tələbələrinə təqdim edirlər. Tədris olunan fənn lər region da və dünyada cərəyan edən inkişaf meyl və istiqamətlərini əks etdirir. Fakültənin təhsil program ları və tədris üsulları qabaqcıl Amerika və Avropa Universitetlərinin hüquq fakültələrinin standart larına uyğunlaşdırılmışdır.
Fakültənin bu günə qədər 500-ə yaxın məzunu olmuşdur. Onlar hal-hazırda müxtəlif hüquq- mühafizə orqanlarında, beynəlxalq təşkilat larda və digər dövlət orqanlarında çalışırlar.