Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faktiki İllik Faiz Dərəcəsi
Arqumentı i faktı
Dəlillər və Faktlar (rus. - Аргументы и Факты)- Həftəlik ictimai-siyasi qəzet. Rusiyanın ən yüksək tirajlı qəzetlərindən biri (3 000 000-dan artıq). 1978-ci ilin yanvar ayında yaradılıb. Təsisçi: QSC "Arqumentı i Faktı". Baş redaktor: Nikolay Zyatkov.
Fabrik
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Fanatik
Fanatik – [lat. fanaticus – azğın] 1) hər hansı bir şeyə və ya əqidəyə, məsləkə həddindən artıq sadiq olan adam; təəssübkeş. Məsələn, öz işinin fanatiki; 2) fanatizm mahiyyətində olan, mütəəssib. Məsələn, fanatik adamlar, fanatik görüşlər. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Maktak
Maktak (inuit dilində:Maktak, "muktuk" variantında da tez-tez rast gəlinir; (çukça dilində: итгилгын, ман'так'; nen dilində: кылтын'гын) — Eskimos, nen və çukça mətbəxlərində dondurulmuş balina dərisindən və balina piyindən hazırlanan ənənəvi yemək. Bəzi dialektlərdə, xüsusilə inuinnaktun dialektində sözü "yeməli dəri" mənasında ifadə olunur.. == Qidalanmada əhəmiyyəti == Maktak - S vitamininin (Askorbin turşusunun) əsas mənbələrindən biridir. 100 qram baliba dərisində 38 mq askorbin turşusu vardır.. Balina piyi eyni zamanda D vitamini ilə zəngindir..
Paktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. == Rayonlar == Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gəyan Gümal Mətaxan Nikə Omnə Ürgun Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Ziruk == Əhalisi == Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Taktika
Taktika (tactique), fransız dilindən tərcümədə “müəyyən bir nəticəyə çatmaq üçün müxtəlif döyüş vasitələrindən səmərəli istifadə edərək quru, dəniz və ya hava döyüşlərini idarəetmə sənəti” deməkdir. Məcazi mənada, “istədiyiniz nəticəyə nail olmaq üçün istifadə olunan bütün yollar və metodlar” mənasını verir.
Yaksik
Yaksisk (xanqıl: 약식) və ya yakpap (xanqıl: 약밥) - koreya mətbəxinə məxsus şirniyyatdır. Şirniyyata qoz, şabalıd və s. əlavə edilir. == Tərkibi == Şirniyatın tərkibinə bal, şəkər, dad verici vanil, yağ, sous və xurmada əlavə edilir. Ənənəvi olaraq yaksik "çonvol-deborm" (xanqıl: 정월대보름) bir yerdə serviz edilir. Bu şirniyyat əsasən yeni ildə, toylarda, ad günlərində və xüsusi ziyafətlərdə təqdim olunur. == Adı == Yaksikin hərfi mənası "dərmanlı düyü" və ya "dərmanlı qida" deməkdir. Tərkibində bal olduğu üçün Cosone onu "yak" yəni dərman adlandırırdı. Balın şərabla qarışıq yakçu' (약주), qaynadılmış düyü ilə bal yakkva (약과) adlanır. Digər növləri yakpan (약반), kkulban (kkulbap 꿀밥) və milbap (milbap хангыль: 밀반)-dır.
Aktiv
Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi "balance sheet" sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur: (a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər; (b) ticarət investisiyaları – "qız" və ya birgə kompaniyalara investisiyalar; (c) "fixed" aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər;(d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s. aktivlərin dəyərinin qiymətləndirilməsi Torpaq sahəsinin qiymətləndirilməsi gəlirlilik və istifadəyə yararlılıq meyarları əsasında həyata keçirilir. Bundan əlavə olaraq torpaq təbii resursdur, buna görə də onu müxtəlif məqsədlərə nail olmaq üçün istifadə olunacaq alət qismində də qəbul etmək olar, bu məqsədlərin gəlir əldə etmək ilə bağlı olması mütləq deyil. İstənilən digər məhsul kimi, hər şeyin öz dəyəri var və bu dəyər zamandan asılı olaraq dəyişə bilər. Ona görə də torpaq və əmlakın dəyərləndirilməsi cari ana uyğun olaraq (hazırkı bazar qiymətləri ilə) həyata keçirilir. Torpaq və torpaq sahələri aşağıdakı hallarda qiymətləndirmə zamanı ekspertin iştirakını tələb edir:1. Bankda torpaq sahəsini girov qoymaqla kredit götürmək tələb olunursa; 2. Torpağı satmaq və ya onun özgəninkiləşdirməsini həyata keçirmək tələb olunursa (özgəninkiləşdirilmə -bir mülkün və s.
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Normalda hər bir uşaq bunu bilməlidir ki kimsə dəyişib Antik dedikdi tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XXXI əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Fakir
Fakir - (Fakir Hausgeräte GmbH) Almaniyanın kiçik ev əşyaları istehsal edən şirkətidir. H.Vilhelm Kişerer (H.Wilhelm Kicherer) hələ 1933-cü ildə Almaniyanın Ştuttqart şəhərində ilk zavodunu açmış, tozsoran və qızdırıcıların istehsalına başlamışdır. Fakir – Alman dilindən ailə kimi tərcümə edilən Familie və şirkətin qurucusunun soyadı Kicherer kimi 2 sözün birləşməsidir.
Fatih
Fatih — kişi adı. Fatih Terim — Qalatasarayın indiki, Türkiyə millisinin keçmiş baş məşqçisi. Fatih Akyel — Türkiyə futbolçusu. Fatih Kərimi — pedaqoq, alim,içtimai - siyasi xadim.
Arktik səhralar
Arktik səhralar (yunanca Arctos — ayı deməkdir) — Yerin təbii zonası. Arktik coğrafi qurşağındakı Şimal Buzlu Okeanının bir hissəsini əhatə edir. Bu arktik iqlimlə səciyyələnən ən şimal təbii zonadır. Burada ərazı buzlarla, çınqıl və daşla örtülmüşdür. == Ümumi məlumat == Yerin quru hissəsinin Arktika qurşağında ən şimal təbii zonası. Arktika səhraları zonası Taymır yarım-adasının şimal kənarları, Şimal Buzlu okeanının Şpitsbergen arxipelaqı, Frans-İosif Torpağı, Novaya Zemlyanın Şimal adası, Novosibir və De-Lonq adaları, Kanada Arktika arxipelaqının və Qrenlandiyanın şimal hissələri daxildir. Zonanın daha rütubətli Atlantikayanı hissəsində ümumi sahəsi 2 mln. km2-dən çox olan buzlaqlar var; buz səhraları landşaftı üstündür. Arktika səhraları zonasında sərt Arktika iqlimi hakimdir. Bütün ayların orta temperaturu 5˚C-dən aşağıdır.
Arktik zona
ARKTİK ZONA (yun. arktos - şimal) — böyük landşaft bölgələrindən biri, Şimal buzlu okean ilə Tayqa meşələri arasındakı zolaq. 1) Yayda buzları tam əriməmiş, hərəkətdə olan şimal qütbünün ətrafı akvatoriya (83 - 80° ş.e.d.); 2) Dünya okeanının 500 – 1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün ilboyu temperatur 0° S - yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2 - 3° S – dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Baltik Antantası
"Baltik Antantası" — Litva, Latviya və Estoniya arasında 1934-cü ilin 12 iyul tarixində imzalanmış müdafiə kontraktıdır.Sazişlə birgə adıçəkilən ölkələr arasında böyük bir əməkdaşlığın təməli atılmışdır. Birinci Dünya Müharibəsindən qısa bir müddət sonra Rusiya imperiyasına və Almaniyaya qarşı Finlandiya, Polşa, Latviya. Litva və Estoniyadan təşkil olunmuş bir ittifaq qurmaq ehtiyacı yarandı. Lakin 1920-ci ildə aparılan danışıqlar nəticəsiz yekunlaşdıqdan sonra "Böyük Baltik Birliyi" planı iflasa uğradı və 3 dövlət öz aralarında bir ittifaq qurmaq qərarına gəldi. Litva və Estoniya 1923-cü ildə danışıq paktını imzaladı və 1934-cü il Cenevrə toplantısında Latviyanın birliyə qoşulma məsələsi qaldırıldı.
Baltik Dənizi
Baltik dənizi — Şimali Avropada yerləşən dəniz. Səthi sahəsi (adaları olmadan) — 419.000 km². Su həcmi — 21,5 min km³. Baltik dənizi Atlantik hövzəsinə aiddir. Çoxlu sayda çayların bu dənizə axması səbəbindən suyu aşağı şoranlığa malikdir. Dünyada belə bir xüsusiyyət malik olan ən böyük dənizidir.. == Tarixi == Baltik dənizinin səthi son buzlaşma dövrü zamanı tamamilə buz bağlamışdı. 14 min il bundan əvvəl buzlaqlar əriməyə başladı. Dəniz suyu təxminən 10.300 il bundan əvvəl boğaz vasitəsilə mərkəzi İsveç rayonda boşluqları doldurmağa başladı. Yüksələn Dünya okeanı səviyyəsi (təxminən 7–7.5 min il bundan əvvəl) müasir Danimarka boğazından bir keçid yaratdı.
Baltik boğazı
Baltik boğazı (rus. Валтийский пролив, alm. Pillauer-Tief‎) - Rusiyanın ucqar qərb qutaracağında yerləşən Kalininqrad vilayəti ərazisinə daxildir. Baltik dənizini Kalininqrad körfəzi ilə birləşdirir və Pillau yarımadasını Baltik burnundan ayırır. Baltiysk rayonu ərazisində daxildir. Eni 0,4 km, uzunluğu 2 km, dərinliyi 12 m təşkil edir. == Tarixi == Ərazidə ilk boğaz 1337-ci ildə meydana gəlsə də bir müddət sonra qumla örtülür. 1497-ci ildə fırtına səbəbindən yeni boğaz əmələ gəlir. Ancaq boğaz yenidən qumla örtülür. 1510-cu ildə güclü fırtına nəticəsində boğaz formalaşır.
Baltik dili
Baltik dili (Vislik dili, pol. Mierzeja Wiślana, alm. Frische Nehrung‎) — ensiz dil Kalininqrad körfəzini Qdansk körfəzindən ayırır. Dilin uzunluğu 65 km təşkil edir. Dilin cənub hissəsi (30 km) Polşa, şimal-şərqi isə Rusiyanın Kalininqrad vilayəti (35 km) ərazisinfə yerləşir. Eni orta hissəsələrdə 300—1800 metr, şimal hissədə isə 8–9 km təşkil edir. Dil əsasən qumlu çimərliklərdən ibarətdir. Burada dyunlara rast gəlinir. Cənub hissədən materikə birləşsədə, şimaldan isə materikdən Baltiysk kanalı ilə ayrılır. Dilin şimalı bəzən Pillau yarımadası adlanır.
Baltik nərəsi
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Baltik yolu
Baltik yolu (est. Balti kett, yəni Baltik zənciri; latış. Baltijas ceļš‎, lit. Baltijos kelias) — SSRİ-nin baltikyanı ölkələrində 23 avqust 1989-cu ildə keçirilən dinc aksiya. Litva, Latviya və Estoniya sakinləri Tallin, Riqa və Vilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratmışdılar. Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etmişdir. Bu aksiya Molotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ və Üçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən edirdilər: Latviya, Estoniya, Finlandiya, Polşa və Bessarabiyanın şərq vilayətləri SSRİ-yə, Litva və qərbi Polşa isə Almaniyanın nəzarətinə keçirdi. "Baltik yolu" baltikyanı xalqların SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın artmasını göstərdi. Aksiyanın təşkilatçıları Estoniya Xalq Cəbhəsi, Latviya Xalq Cəbhəsi və Litvada "Sayudis" təşkilatı idi.
Baltik ölkələri
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.
Faktor-bank
Faktor analizi
Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar. == Faktor analizinin məqsədi == Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı) Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılmasıAnaliz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. == Faktor analizinin tipləri == Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
Fiktiv kapital
Martik Qaraxanyan
Martik Qaraxanyan (17 iyul 1949, Abadan, Xuzistan ostanı) — İran ermənilərindən olan və ABŞ-də yaşayan İran estrada müğənnisi və gitara ifaçısı. 17 iyuld 1949-cu ildə Abadanda dünyaya gəlmiş və hal-hazırda Los-Ancelesdə yaşayır.
Paktika vilayəti
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. == Rayonlar == Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gəyan Gümal Mətaxan Nikə Omnə Ürgun Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Ziruk == Əhalisi == Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Arqumentı i faktı (qəzet)
Dəlillər və Faktlar (rus. - Аргументы и Факты)- Həftəlik ictimai-siyasi qəzet. Rusiyanın ən yüksək tirajlı qəzetlərindən biri (3 000 000-dan artıq). 1978-ci ilin yanvar ayında yaradılıb. Təsisçi: QSC "Arqumentı i Faktı". Baş redaktor: Nikolay Zyatkov.
Priscila Fantin
Priscila Fantin de Freitas (18 fevral 1983, Salvador) — Braziliya aktrisası. == Filmoqrafiya == === Televiziya === Êta Mundo Bom!