Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakteriya
Bakteriyalar (lat. Bacteria) — təkhüceyrəli mikroorqanizmalardır. Prokaryotik mikroorqanizmlərin əksəriyyətini təşkil edən qrupdur. Böyüklükləri 0,1–10 mm arasındadır. Bakteriyaların dünya üzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Dünyada ən çox yayılmış orqanizmlərdir və yer kürəsində həyatın davam etməsi üçün böyük önəm təşkil etməkdədirlər. == Bakteriyaların öyrənilmə tarixi == Bakteriyalar hələ yaxşı öyrənilməyəndə bitkilərə aid edilirdi. "Bağırsaq florası" anlayışı da buradan yaranıb. == Yarımaləmlər == Arxebakteriyalar Əsl bakteriyalar Oksifotobakteriyalar Arxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur.
Faktorial
Faktorial — riyaziyyatda sağına nida işarəsi qoyulmuş ədədə verilən ad daha ümumi Qamma funksiyasının tam ədədlərlə məhdudlaşmış xüsusi bir vəziyyətidir. 1-dən müəyyən bir natural ədədə qədər olan ardıcıl bütün natural ədədlərin hasilinə o ədədin faktorialı deyilir. Əgər n bir natural ədəddirsə, n! ardıcıl natural ədədlərin hasilini ifadə edir. Məsələn, 5! (5 faktorial) ardıcıl natural ədədlərin (1, 2, 3, 4, 5) hasilini təmsil edir və 5!=1×2×3×4×5=120 olur. Faktorialdan əsasən kombinatorika, ədədlər nəzəriyyəsi və funksional analizdə istifadə olunur.
Faktorinq
Faktorinq (factoring ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır) kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır. Onun mahiyyəti ondan ibarətdir ki, faktor firma öz müştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-90%-ə qədərini ödəmə müddəti çatana kimi ödəyir. Borcun qalan hissəsini isə müştəriyə onun borclusunun bütün məbləği qaytardıqdan sonra müəyyən edilmiş faizlər çıxılmaq şərtilə qaytarılır. Nəticədə faktor-firmanın müştərisi borcları tez qaytarmaq imkanı əldə edir və buna görə də faktor firmaya faizlər ödəyir. Faktorinq əməliyyatlarının icra olunduğu şəraitdə müştəri öz borclusundan borcunu almaq hüququnu faktor firmaya verir. Faktorinq XVI əsrin sonlarında ticarət vasitəçilərinin apardığı əməliyyatlar kimi meydana gəlmiş, XVII əsrdə daha da inkişaf etmişdir. Sonralar isə o kreditləşmə formasını almışdır. Faktorinq özünün klassik məna və variantında banklar tərəfindən müştərisinin, borc öhdəliklərinin alınması vasitəsi ilə qısamüddətli kreditləşdirilmə və bununla bağlı çoxistiqamətli və çoxsaylı əməliyyatları əks etdirir. Müştərilərin bu borc öhdəlikləri hər şeydən əvvəl müştərinin mal-material və xammal, texnoloji maşın, avadanlıq, qurğular alması ilə, müştərinin ödəmələrin mümkün riskləri ilə bağlı sığorta olunması ilə və s.
Viktoriya
Viktoriya (lat. victoria – qələbə) — şəxs adı. Viktoriya — Böyük Britaniya kraliçası (1819–1901). Viktoriya Bekhem — müğənni.
Baktriya
Baktriya (fars. باخت‎, Baxtər) — Toxaristan, Hinduquş dağları (هندوکش) və Amudərya çayı ərazisində yerləşən, mərkəzi bugünkü Bəlx şəhəri olan və Əfqanıstanın bugünkü sərhədləri daxilində mövcud olmuş antik ölkə. == Tarixi == Makedoniyalı İsgəndərə qarşı Orta Asiya xalqlarının makedoniyalılara qarşı mübarizəsinə soqdinalı Spitamen başçılıq edirdi. Bu mübarizədə soqdanalılar, saklar, massagetlər, dahlar və s. xalqlar iştirak edirdilər. Baktriya, Soqdiana və başqa ərazilərdəki hərbi əməliyyatlar zamanı makedoniyalılar yerli əhalidən 120 min nəfərdən yuxarı adam qırmış, xeyli hisəsini qula çevirmiş, köçəri tayfalar isə daha uzaqlara köç etməli olmuşdular. Spitamen e.ə. 329–328-ci illərdə İsgəndərə böyük zərbə vursa da, son nəticədə məğlub olmuş və şərqdəki köçəri tayfalara üz tutmuşdu. Onlar isə İsgəndərin hərbi əməliyyatları davam etdirəcəyindən ehtiyat edərək Spitameni öldürmüş, kəsilmiş başını isə İsgəndərə göndərmişdilər. Lakin üsyanların yatırılması mümkün olmamışdı.
I Viktoriya
Kraliça Viktoriya (24 may 1819[…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…] – 22 yanvar 1901[…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi.
Kraliça Viktoriya

Viktoriya (Kanada)
Viktoriya (ing. Victoria) — Britaniya Kolumbiyasının paytaxtıdır. Vancouver Adasının cənubunda qalan şəhər 90.000-dən çox əhalisi olan bir şəhərdir.
Viktoriya (ada)
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya (mifologiya)
Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Yunan mifologiyasında isə qələbə ilahəsi Nikadır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya (əyalət)

Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
Viktoriya Apanasenko
Viktoriya Apanasenko (ukr. Вікторія Апанасенко 18 iyun 1994) ukraynalı model və gözəllik kraliçası, "Miss Universe Ukraine 2022" müsabiqəsinin qalibidir.
Viktoriya Azarenko
Viktoriya Azarenko (31 iyul 1989, Minsk) — tennisçi. Viktoriya Azarenko Dünya reytinqinin lideri illik (2012-ci il) qazancda da rəqibləri geridə qoydu. London olimpiadasında qarışıq cütlərin mübarizəsində çempion olan tennisçi fərdi yarışları bürünc medalla bitirdi. "Uimbldon" turnirinin, həmçinin "Böyük dəbilqə"nin Avstraliya mərhələsində qalib gəlmiş Viktoriya ABŞ mərhələsinin finalçısıdır. İdman ilinin yekununda 7.923.920 dollar qazandı ki, indiyədək heç bir tennisçi mövsümdə bu qədər pul əldə etməyib. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Viktoriya Bekhem
Viktoriya Bekhem (17 aprel 1974[…], Harlov[d], Esseks[d]) — müğənni, futbolçu Devid Bekhemin həyat yoldaşı. Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxdı. 2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar.
Avqusta Viktoriya
Avqusta Viktoriya Frederika Luiza Feodora Cenni (alm. Auguste Viktoria Friederike Luise Feodora Jenny‎; 22 oktyabr 1858[…] – 11 aprel 1921[…]) — Almaniya imperatriçası və Prussiya kraliçası. Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir. Viktoriya vaxtını xeyriyyə və dini cəmiyyətlərə həsr etmişdir. == Həyatı == Avqusta Viktoriya 22 oktyabr 1858-ci ildə anadan olmuşdur. O, Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, incəsənəti sevirdi və klarnet üçün musiqi parçaları bəstələyirdi. Onun həyat arzusu Parisdəki Luvr muzeyini ziyarət etmək idi. Siyasi səbəblərə görə bunu heç vaxt edə bilməmişdir.
Tarrinqton (Viktoriya)
Tarrington (ing. Tarrington) — Avstraliyada, Viktoriya (ştat)nın cənub-qərbində, Hamilton şəhərindən 9 km və Melburndan 314 km məsafədə yerləşən kənd. Tarrinqton qəsəbəsinin adını alman ərazilərindən (Saksoniyadan) Avstraliyaya köçən sorblar tərəfindən, həmçinin Prussiya və Sakson fermerləri tərəfindən qoyulub. İlk alman köçkünləri 1849-cu ildə Avstraliyanın Varnambuola və 1852-ci ildə Portlendən gəliblər. Onların hamısı din etibarilə əsasən lüteran idi. Sorblar Avstraliyada bir sıra qəsəbələr qurublar: Cənubi Hamilton (ing. South Hamilton), Hochkirch (Tarrington) (ing. Hochkirch/Tarrington),Gnadenthal (ing. Gnadenthal), St. Suite-South Hamilton (ing.
Viktoriya İvleva
Viktoriya Markovna İvleva-York (rus. ́Виктория Марковна Ивлева-Йорк; 1 iyun 1956, Leninqrad) — Rusiya jurnalisti və fotoqrafı. "Azad media" mükafatı laureatı (2008). 1956-cı ildə Leninqradda anadan olub. Leninqrad Mədəniyyət İnstitutunda təhsil aldığı zaman fotoqrafiya ilə məşğul olan rəfiqəsi onu öz hobbisi ilə tanış edib. Fotoqrafiyadan ciddi təsirlənən Viktoriya, nəticədə institutu tərk edib və fotoqrafiya məktəbinə daxil olaraq, oranı bitirib. 1983-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.. SSRİ-nin dağıldığı dönəmdə dünyanın ayrı-ayrı qaynar yerlərində çalışıb. Ruanda və Xocalı soyqırımılarında fotoqraf kimi fəaliyyət göstərib. 1992-ci ildə Çernobıl reaktorunun içindən reportaj hazırladığı üçün "World Press Photo" mükafatına layiq görülüb.
Viktoriya (dəqiqləşdirmə)
Mifologiyada Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Coğrafiyada Viktoriya — Afrikada, Zambezi çayı üzərində şəlalə. Viktoriya — Afrikanın ən böyük gölü. Viktoriya — Avstraliyada əyalət. Viktoriya — Seyşel adalarının paytaxtı. Viktoriya (boğaz) — Viktoriya (Kanada) — Britaniya Kolumbiyasının paytaxtıdır. Böyük Viktoriya səhrası — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhra Digər Viktoriya və Albert muzeyi — Londonda muzey. Viktoriya memorialı (London) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl.
Viktoriya Amelina
Viktoriya Yuriyevna Amelina (ukr. Вікторія Юріївна Амеліна;1 yanvar 1986, Lvov, SSRİ – 1 iyul 2023, Dnepr, Dnepropetrovsk vilayəti, Ukrayna) — sonradan Viktoriya Amelina kimi tanınan ukraynalı yazıçı. O, iki romanın və uşaq kitabının müəllifi, Cozef Konrad Ədəbi mükafatın laureatı və Ədəbiyyat üzrə Avropa İttifaqı mükafatının finalçısı olub. Viktoriya Amelina Lvovda anadan olub. O, on dörd yaşında atası ilə birlikdə Kanadaya mühacirət etsə də, daha sonra Ukraynaya qayıdıb. 15 yaşında Moskvada rus dilində keçirilən müsabiqədə Lvovu təmsil etmək üçün seçilib. Lvovda kompüter elmləri üzrə təhsilini başa vurduqdan sonra, Amelina 2015-ci ildə tam ştatlı yazıçı və şair olmamışdan əvvəl İT sahəsində karyerasına başlamışdır. 2015-ci ildən, Синдром листопаду, або Homo Compatiens (Payız sindromu: haqqında və ya Homo Compatiens) adlı ilk kitabı nəşr edildikdən sonra o, vaxtını yalnız yazmağa həsr etdi. Onun debüt romanı 2014-cü ildə Maydanda baş verən hadisələrdən bəhs edir; romanın ön sözünü isə Yuri İzdrık yazmışdır. Roman bir neçə ədəbi mükafata layiq görülüb.
Viktoriya adası
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya boğazı
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya Modesta
Viktoriya Moskaļova ( rus. Виктория Москалёва; 25 fevral 1988, Dauqavpils) və ya daha çox tanınan adı ilə Viktoria Modesta – Latviya əsilli ingilis müğənni-bəstəkar, ifaçı, yaradıcı direktor və model. Modestanın ayağı doğuş zamanı zədələnib. 2007-ci ildə könüllü olaraq amputasiya etdi. O, IMG Models-ə model kimi imza atıb və bir musiqiçi kimi "Bionic Pop Artist" kimi də tanınır. Onun " Prototip " adlı klipi Kann Film Festivalında Gümüş Aslan mükafatına layiq görülüb. O, həmçinin 2012 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində çıxış etdi və 2019-cu ildə Parisdə Crazy Horse-da qonaq ulduz oldu.