Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donatizm
Donatizm (yun. Δονατισμός) — Kartaca kilsəsində baş verən parçalanma və ixtilaflar sonu yaranan dini hərəkat IV yüzilliyin əvvəllərində başlamış və Şimali Afrikanın müsəlmanlar tərəfindən istila edilməsinə qədər davam etmişdir. Donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf Roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Ancaq başqaları təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmiş, təqiblərdən sonra isə öz kilsə vəzifələrinə qayıtmışdırlar. 311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Ancaq məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Halbuki Donatusun özü o zamanlar çox ağır işgəncələrə məruz qalmış, ancaq dindən dönməmişdir. Rəvayətlərə görə onun bədənində ağır işgəncələrin çoxlu izləri qalmışdır.
Fatalizm
Fatalizm (fatalis-tale, qismət) — anti-dialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. İlk əvvəl fatalizm mifologiyada insanların və hətta Allahların mənası, məqsədi olmayan kor taleyə qarşısıalınmaz tabeliyi haqqında təsəvvür kimi inkişaf etdirilmişdir. Fəlsəfədə fatalizm müxtəlif formada təzahür edir. Stoiklərin təliminə görə kosmos üzərində amansız tale hökmrandır və vaxtaşırı meydana gələn dünya yanğınından sonra hər şey təkrar olunur: qabaqcadan müəyyən edilmiş ahəngdarlıq haqqında Leybinits təlimində monadaların qarşılıqlı təsiri Allah tərəfindən qabaqcadan müəyyənləşdirilibdir; Şellinqin obyektiv idealist sistemində azadlıq və zərurətin bir-birindən ayrılması real fərdləri azad surətdə fəaliyyət göstərmək imkanından məhrum edir; Hegeldə şəxsiyyət nəticə etibarilə mütləq ideyanın yalnız aləti kimi meydana çıxır. Metafizik materializm sistemlərində (Hobbs, XVIII əsr fransız materializmi və b.) obyektiv təsadüfün inkarı, səbəbiyyət və eyniyyətin eyniləşdirliməsi də fatalizmə gətirib çıxarmışdır. Teoloji fatalizm tarixin və insan həyatının hadisələrinin Allahın iradəsiilə qabaqcadan müəyyən edilməsinə əsaslanır; teoloji fatalizm çərçivəsində mütləq tale konsepsiyaları (avqustinizm, kalvinizm, yansenizm) ilə Allah bəsirətinin qadirliyini insanın azad iradəsi ilə uyğunlaşdırılmağa çalışan baxışlar arasında (katolisizm, pravoslavlıq) mübarizə gedir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Lunatizm
Lunatizm (Somnambulizm) — xəstəlik olaraq yuxu zamanı insanın qeyri-iradi hərəkətləridir. == Ümumi məlumat == Lunatikləri hər zaman sirli şəxslər adlandırıblar. Onların ətrafında olan bu sirli aləmi isə heç kim aşkar edə bilmədiyindən onları şeytan adlandırırdılar. Yəqin bu səbəbdən də lunatiklərlə bağlı bir çox rəvayətlər də yaranıb. Lunatik latın sözü olub, yuxuda gəzən deməkdir. Lunatiklər hələ yazı meydana gəlməzdən əvvəl mövcuddurlar. İlk lunatik isə Şumer dövlətində yaşayan şahzadə qadın olub. O, gecə yuxuda gəzdiyi üçün hamı bu şahzadədən qorxarmış. Elə bu xüsusiyyətinə görə də şahzadə xanım ömrünün sonuna kimi ərə gedə bilməyib. Qeyd edək ki, qədim mənbələrdə ilk vaxtlar yalnız qadınlarda gecə gəzintiləri halları aşkar edildiyi deyilir.
Fanatik
Fanatik – [lat. fanaticus – azğın] 1) hər hansı bir şeyə və ya əqidəyə, məsləkə həddindən artıq sadiq olan adam; təəssübkeş. Məsələn, öz işinin fanatiki; 2) fanatizm mahiyyətində olan, mütəəssib. Məsələn, fanatik adamlar, fanatik görüşlər. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.