MÖVHUMAT

is. [ ər. “mövhum” söz. cəmi]
1. Əslində olmayıb xəyala, fikrə gətirilən şeylər; xəyalat.
2. İnsanları cəhalətdə saxlayan dini görüşlər; xurafat, fanatizm. Mövhumatla mübarizə.
– Dini mövhumat insanları daimi bir qorxu altında saxlayır, onların şüurunu kütləşdirir, təşəbbüs və bacarığını əlindən alır. M.Arif.
[Ovçu anasına:] Mövhumat çəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Ə.Məmmədxanlı.

Синонимы

  • MÖVHUMAT xəyalat
  • MÖVHUMAT xurafat — fanatizm
  • MÖVHUMAT MÖVHUMAT (dini görüşlər) [Həsən] ..keçmiş həyata möhkəm bağlı idi: mövhumata inanar, namaz qılmaq, oruc tutmaq kimi köhnə adətlərdən əl çəkməz, ictima

Антонимы

  • MÖVHUMAT MÖVHUMAT – ATEİZM Bu olar! Bu olmaz! Bu ateizm, bu mövhumatdır (R.Rza)

Этимология

  • MÖVHUMAT Ərəbcə vahimə sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÖVHUM
MÖVHUMATÇI
OBASTAN VİKİ
Mövhumat
Mövhumat və ya batil inanc (ərəb fəhm — fal, ovsun) yaxud xurafat — qorxu, psixi pozuntular və sosial bərabərsizlikdən yaranan, heç bir duyma orqanı ilə tanınmayan və deməli əslində maddi mənada mövcud olmayan proseslərə, qüvvələrə, şəxslərə inam. Mövhumat məişət səviyəsində, ilk baxışda heç bir məntiqi mənası olmayan hərəkətlərlə müşayət olunan müxtəlif ayinlərin yerinə yetirilməsi, təkrar olunan sözlərin ifadə edilməsi ilə səciyələnir.

Значение слова в других словарях