Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ed Find
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
Find a Grave
Find a Grave (azərb. "Məzar tap"‎) — məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası. Sayt 1995-ci ildə Solt-Leyk-Siti sakini Cim Tipton tərəfindən məşhur adamların dəfn olunduğu yerlər haqqında ümumi bir məlumat bazası olmaması problemini aradan qaldırmaq məqsədi ilə yaradılıb. Sayt sürətlə böyümüş və 2015-ci ilin fevral ayına olan məlumatlara görə burada artıq 121 milyon qeyd toplanmışdır.Şəxs haqqında fərdi səhifədə onun doğum və ölüm tarixi, bioqrafik məlumatlar, dəfn olunduğu qəbiristanlığın adı, sahənin nömrəsi və şəxsin özünün, eləcə də məzarının fotosu yer alır.
Callista findlayana
Dendrobium findleyanum (lat. Dendrobium findleyanum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Dendrobium findlayanum C.S.P. Parish & Rchb.f.
Dendrobium findlayanum
Dendrobium findleyanum (lat. Dendrobium findleyanum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Dendrobium findlayanum C.S.P. Parish & Rchb.f.
Dendrobium findleyanum
Dendrobium findleyanum (lat. Dendrobium findleyanum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Dendrobium findlayanum C.S.P. Parish & Rchb.f.
Kərim Findi
Kərim Findi (22 fevral 1946, Dəhük) — yazıçı və kürd yazıçısı. == Həyatı == 1974-cü ildə Mosul Universitetinin ingilis dili fakültəsini bitirib.O, ingilis, kürd, ərəb kimi müxtəlif dillərdə (siyasət, coğrafiya, dil, ədəbiyyat və tarix) daxil olmaqla, çoxsaylı mövzularda 20-dən çox kitabı nəşr edib.O, Kürdüstan Jurnalistlər Sindikatının yaradıcılarından biri olub.1997-ci ildə KRG Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunan KARWAN jurnalının baş redaktoru olub. O, KRW Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunan KARWANI AKADIMI / Karwan Academic jurnalının katibi olub. O, KRG Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunan ilk roman əlifbası (latin) kürd dilində jurnal olan DICLE / Dijla jurnalının baş redaktoru vəzifəsində çalışıb. == Nəşr olunmuş kitablar == — Bakir bag Al-Arizee şeirləri toplusu, toplanmış və təhlil edilmiş, 1982, (kürd dilində). — Mairo, latın hərflərindən (kürd) ərəb hərflərinə (kürdcə) transliterasiya, 1985, (kürd dilində). — Gülçin, Akleerky litters (kürd) ərəb hərflərinə (kürd) transliterasiya, 1988, (kürd dilində). — Kürdüstanda Eylül İnqilabının fəsilləri – İraq yazısı, 1995 (ərəb dilində). — Duhok Qubernatorluğunun bələdçisi, 1997. (ərəb və ingilis dillərində).
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Rind
Rind (erm. Ռինդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Sind
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. == Tarixi == Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
İnd
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Ceyms Lind
Ceyms Lind (4 oktyabr 1716, Edinburq – 13 iyul 1794) — Şotland həkim. Kral Donanmasında dəniz gigiyenasının öncülü idi. İlk klinik sınaqlardan birini keçirərək sitrus meyvələrinin qarışığının müalicəvi olmasl nəzəriyyəsini inkişaf etdirmişdi. == Erkən həyatı == Lind 1716-cı ildə Şotlandiyanın Edinburq şəhərində tacir ailəsində anadan olmuşdur. Özündən böyük bir bacısı var idi Edinburq Liseyində təhsil almışdır. 1731-ci ildə Edinburq Cərrahlar Kral Kollecindən əvvəl Corc Lanqlendsin şagirdi olaraq tibbi araşdırmalara başlamışdı. 1739-cu ildə Dəniz Qüvvələrinə bir cərrah olaraq daxil oldu.1747-ci ilə qədər Kanal Donanmasında cərrah oldu və Biskay körfəzində patrul olarkən kələm üzərində təcrübəsini apardı. Məhz bu patruldan sonra Hərbi Dəniz Qüvvələrini tərk etdi, zöhrəvi xəstəliklər üzrə doktorluq dissertasiyasını yazdı və Edinburq Universiteti Tibb Məktəbindən diplom aldı və Edinburqda təcrübə keçmək üçün lisenziya aldı. == Ailəsi == Lind İzabella Dikie ilə evləndi və onların iki oğlu oldu — Con və Ceyms.
Erik Lind
Erik Lind (24 may 1964) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Erik Lind İsveçi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medala, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Erik Lind İsveçi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Finn Kidland
Finn Kidland (ing. Finn Erling Kydland) (1 dekabr 1943, Algard[d], Ruqalann[d]) — norveçli iqtisadçı. 2004-cü ildə Edvard Preskottla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Hal-hazırda Kaliforniya Universitetində işləyir. == Həyatı == Finn Kidland 1968-ci ildə Norveç İqtisadiyyat məktəbindən məzun olmuş və 1973-cü ildə Karnegi Mellon Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra Norveç İqtisadiyyat məktəbində köməkçi dosent olaraq işləməyə başlamışdı. 1978-ci ildən isə Karnegi Mellon Universitetində dosent olaraq işləməyə başladı. Finn Kidland həmin müddətdən etibarən ABŞ-də yaşayır. Finn Kidland 1968-ci ildə Liv Kjellevoldla evlənmişdi. Cütlüyün dörd övladı oldu: oğulları Con Martin və Erik Tomas; qızları Kamilla və Keri.
Finn Vulfhard
Finn Vúlfhard (ing. Finn Wolfhard. 23 dekabr 2002, Vankuver, Britaniya Kolumbiyası, Kanada) — kanadalı aktyor və müğənni. Daha çox «Qəribə şeylər» teleserialında Mayk Uiler rolunu və «O» filmində Riçi Tozier rolunu canlandırdığına görə tanınır. == Erkən həyatı == Vulfhard Vankuver şəhərində doğulub və alman, fransız və yəhudi əsillidi. O, 2020-ci ilin may ayında katolik məktəbi bitirib. Atası Erik Vulfhard Kanada hinduların torpaq iddiaları üzrə tədqiqatçıdır. Aktyor Nik Vulfhard böyük qardaşıdı. Aktyorluqdan başqa, Finn Vulfhard əsasən Vankuverdə iştirak edən və 2019-cu ildə dağılan «Calpurnia» rok qrupunun üzvü olaraq baş vokalçı, gitara ifaçısı, həmçinin mahnı müəllifi idi.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada, sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir.Ən dərin hissəsi Zond çökəkliyidir. == Ümumi təsviri == Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur). Körfəzləri Benqal, İran, Ədən, Oman, Böyük Avstraliya, Karpentariya, Spenser, körfəzidir.
Hind afalini
Hind afalini (lat. Tursiops aduncus) — Afalinlər cinsinə daxil olan üç növdən biridir. == Görünüşü == Hind afalini xariçi görünüş baxımından adi afalinə oxmayır. Digər delfinlərdən fərqi nazik bədən quruluşudur. Orta uzunluğu 2,6 metr, çəkiləri 230 kq təşkil edir. == Yayılması == Hind afalini Hindistan ətrafı sularda, Afrikanın şərqində, Qırmızı dəniz sularında, Avstraliyanın şimalı və Çinin cənubunda yayılmışlar.
Hind badamı
Hind badamı (lat. Terminalia catappa) — kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. == Sinonim == Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Hind bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Hind deltası
Hind deltası (sindhi سنڌو ٽِڪور) — dünyanın ən iri çay deltalarından biri. Deltanın ümumi sahəsi 41,440 km² ərazini əhatə edir. Təqribi olaraq Ərəbistan dənizi daxilinə 130 km məsafədə uzanır. Bir çox deltalardan fərqli olaraq delta gildən təşkil olunmuşdur. Ərazisi güçlü şəkildə bataqlıqlaşmışdır. İl ərzində deltaya 250 – 500 mm arası yağıntı düşür. Pakistanın böyüklüyünə görə altıncı şəhəri olan Heydərabad burada yerləşir. Şəhər Hind çayının mənsəbindən 130 km şimalda qərarlaşır. Delta Ərəbistan dənizinin şimal-şərq sahilərində yerləşir. Delta vacid su quşlarının miqrasiya regionudur.
Hind dili
Hind dili (हिन्दी Hindi) — Hindistanın rəsmi dili, Hindistanda rəsmi istifadə olunan 24 dildən biridir. Pakistanda istifadə olunan urdu dili ilə birlikdə hindustani dilini əmələ gətirir.
Hind dəlibəngi
Zərərsiz dəlibəng (lat. Datura innoxia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik (kulturada birillik) ot bitkisi olub, yabaşəkilli-budaqlanan, qırmızımtıl-bənövşəyi gövdəyə malikdir. Yarpaqları növbəli, enli yumurtavari, dayaz oyuqlu, sıx tükcüklü, uzun saplaqlı, kəskin məstedici iyi vardır. Çiçəkləri tək, düzgün, beşüzvlü, ikiqat çiçək yatağı vardır. Kasacığı boruşəkilli, yaşıl, tacı boruşəkilli-qıfabənzər, ağ rəngli olub, uzunluğu 20 sm-dir. Meyvəsi başı aşağı əyilmiş, demək olar ki, şarşəkilli qutucuqdan ibarət, sıx yumşaq tikancıqlardan ibarətdir. Toxumları çoxsaylı, yastılaşmış, böyrəkvari olmaqla, açıq-sarı rənglidir. İyuldan oktyabr ayına qədər çiçəkləyir, meyvələri isə avqustda yetişir. Qutucuqları əl ilə toplanılmalıdır.
Hind elevzinəsi
Hind elevzinəsi (lat. Eleusine indica) — elevzinə cinsinə aid bitki növü.
Hind fəlsəfəsi
== Qədim Hindistan fəlsəfəsi == Bəşəriyyətin fəlsəfi fikri qəbilə– tayfa münasibətlərinin dağılması ilk sinfi cəmiyyətlərin və dövlətin əmələ gəlməsi ilə eyni dövrdə formalaşmağa başlamışdır. Bəşəriyyətin çoxminillik təcrübəsini ümumiləşdirən ayrı– ayrı fəlsəfi ideyalara Qədim Misirin və Qədim Babilistanın ədəbi abidələrində rast gəlmək mümkündür. Qədim Şərq ölkələrində yaranan fəlsəfə ən qədim fəlsəfə hesab olunur. Bunlar Misir, Babilistan, Hindistan və Çində yaranmışdır. Lakin bir sıra tarixi səbəblər ucbatından Qədim Babilistan və Misirdə fəlsəfi məktəblər yarana bilməmişdi. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf etmişdir. Hind fəlsəfi mədəniyyəti abidələrində qeyd edildiyi kimi, II və I minilliyin başlanğıcında orada fəlsəfi məktəblər yaranmışdır. Həmin dövrdə maldar tayfalar olan ari tayfaları şimal– qərbdən Hindistana soxulmuş və yerli əhalini əsarət altına almışdır. Burada ibtidai– icma cəmiyyətinin süqutu sinifli cəmiyyətin və dövlətin yaranmasına gətirib çıxarmışdır. Hər bir belə dövlətin başında torpaq sahibkarlığı aristokratiyasına və nəsli kahin (Brahman) hakimiyyətinə arxalanan racələr dururdu.
BIND
BIND (tələffüzü: bayınd) - internet məkanında ən çox istifadə olunan DNS proqram təminatıdır. 1980-cı illərdə Kaliforniya_Berkli_Universitetinin dörd tələbəsi tərəfindən yaradılmışdır. Buna görə Berkley Internet Name Domain (az:"Berkli İnternet Domen Adı") adlandırıblar. 2007-ci ilə qədər BIND zone verilənlərini ancaq mətn faylarda saxlamaq mümkün idi. 2007-ci ildə çıxan BIND-ın 9.4 versiyası zone məlumatlarını LDAP, Berkeley DB, PostgreSQL, MySQL, and ODBC kimi müxtəlif verilənlər bazası formatında saxlamağa imkan verdi.
Fransa Hind-Çini
Fransa Hind-Çini (fr. Indochine française, vyet. Đông Dương thuộc Pháp, 東洋屬法, khm. ឥណ្ឌូចិនបារាំង, tay อินโดจีนฝรั่งเศส), Hind-Çin İttifaqı fr. Union indochinoise, çin. 法屬印度支那, tay สหภาพอินโดจีน, vyet. Liên bang Đông Dương, khm. សហភាពឥណ្ឌូចិន, laos ສະຫະພາບອິນໂດຈີນ) və ya Hind-Çin Federasiyası (fr. Fédération indochinoise, vyet. Liên đoàn Đông Dương, khm.