Finn Kidland

Finn Kidland (ing. Finn Erling Kydland) (1 dekabr 1943[2][3], Algard[d], Ruqalann[d]) — norveçli iqtisadçı. 2004-cü ildə Edvard Preskottla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Hal-hazırda Kaliforniya Universitetində işləyir.

Finn Kidland
norv. Finn Erling Kydland
Doğum tarixi 1 dekabr 1943(1943-12-01)[2][3] (80 yaş)
Doğum yeri
Elm sahələri iqtisadiyyat, makroiqtisadiyyat[1]
İş yerləri
Təhsili
Elmi rəhbərləri Edvard Preskott
Tanınır Real iqtisadi tsikl nəzəriyyəsi, İqtisadi siyasətdə zaman ardıcıllığı
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Finn Kidland 1968-ci ildə Norveç İqtisadiyyat məktəbindən məzun olmuş və 1973-cü ildə Karnegi Mellon Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra Norveç İqtisadiyyat məktəbində köməkçi dosent olaraq işləməyə başlamışdı. 1978-ci ildən isə Karnegi Mellon Universitetində dosent olaraq işləməyə başladı. Finn Kidland həmin müddətdən etibarən ABŞ-də yaşayır.

Finn Kidland 1968-ci ildə Liv Kjellevoldla evlənmişdi. Cütlüyün dörd övladı oldu: oğulları Con Martin və Erik Tomas; qızları Kamilla və Keri. Finn Kidland daha sonra Tonya Skoller ilə evləndi.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Finn E. Kydland // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Finn Kydland // Munzinger Personen (alm.).
  4. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  5. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
  6. "Arxivlənmiş surət". 2009-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.