Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Firuzə
Firuzə — Azərbaycanda çox işlədilən qadın adı. Firuzə Məmmədli — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). Firuzə Vəliyeva — Azərbaycan alimi. Firuzə Əlixanova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1974). Firuzə Vəlixanlı — Azərbaycan şahmatçısı. Firuzə Eminbəyli — əksinqilabi trotski-terrorçu. Firuzə Əfəndiyeva — yazıçı. Firuzə İbadova — əməkdar artist, müğənni. Firuzə Abbasova — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). Firuzə Məmmədova — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963).
Fitnə
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
Firuzə (mineral)
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş. Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi. Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6–2,8-dir. Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan. Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər. Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO — 9,57%, Al2O3–36,84%, Pb2O3–34,12%, H2O — 19,47%.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. == Tarixçə == 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Firuzə (şəhər)
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Firuzə Abbasova
Firuzə Abbasova (Firuzə Məmməd qızı Abbasova; 1958, Ermənistan SSR) — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). == Həyatı == Firuzə Abbasova 1958-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O, 1975–1979-cu illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində, 1980–1985-ci illərdə isə S. M. Kirov adına ADU-nun Hüquq fakültəsində təhsil almışdır. 1979–80-ci illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində müəllim kimi çalışmışdır. 1987-ci ildə Sosial Təminat Nazirliyində inspektor, 1987–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda mütəxəssis, baş ekspert, elmi işçi, böyük elmi işçi, 1994–2000-ci illərdə Bakı şəhərində hakim, 2001-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında müəllim, 2005-ci ildən dosent kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən Cinayət prosesi kafedrasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 2001-ci ildə "Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. 2011-ci ildə "Azərbaycanın cinayət-prosessual qanunvericiliyində çəkişmə prinsipinin nəzəri və təcrübi problemləri" adlı doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru elmi adı verilmişdir. 2012-ci ildən kafedranın professorudur.
Firuzə Abdullina
Firuzə Abdullina (başq. Абдуллина Фирүзә Дәүләтша ҡыҙы 24 fevral 1961, Şulkə, Başqırd MSSR) — başqırd əsilli müəllim, şairə. 1961-ci ilin 24 fevral tarixində, Başqırd Muxtar Sovet Sosialist Respublikasının Baymak rayonu, Şulkə kəndində anadan olmuşdur. 2017-ci ildən Rusiya Federasiyası Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvüdür.. Firuzə Abdullinanın ixtisası — rus dili və ədəbiyyatı, başqırd dili və ədəbiyyatı müəlliməsidir. O, Yəğəfər Nəzerşin, Damir Soltanov, Nəsimə Əminova, Azat İskujin, Yulay Moratov, Rəsimə Dinislamovalar kimi insanlarla birlikdə mahnı yazmışdır. == Bioqrafiyası == Şulkə kəndində altı illik məktəbdə oxumuş, sonra Baymak internat məktəbinə oxumağa getmişdir. 1978-ci ildə məktəbi bitirmişdir. 1978–1983-cü illərdə Sterlitamak Pedaqoji İnstitutunda təhsil almışdır. Sonra müəllim işləməyə başlayır və 1983–1984-cü illərdə Karmaskalı rayonunda qabaqcıl lider müllimlərdən biri olur.
Firuzə Ağayeva
Firuzə Abdulla qızı Ağayeva (1955, Qaymaqlı, Qazax rayonu) — Alim, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür. == Həyatı və elmi fəaliyyəti == Firuzə Ağayeva 1955-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almışdır. 1975-1978-ci illərdə Azərbaycan Ensiklopediyasının redaksiyasında çalışmışdır. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiş, daha sonra orada müəllim vəzifəsinə təyin edilmişdir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Mütəmadi olaraq Orta Asiya və türk dünyası ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edir. Çoxsaylı publisistik, 50-dən çox elmi məqalənin, Azərbaycan dilində 8, rus dilində 2 monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. Hazırda Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professorudur. == Təltif və mükafatları == Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür.
Firuzə Balayeva
Firuzə Mirzəağa qızı Balayeva (23 fevral 1980, Bakı) — azərbaycanlı aktrisa. == Həyatı == Firuzə Balayeva 1980-cı il 23 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1997-ci ildə orta məktəbi bitirmiş və elə həmin il Bakı Mədəni-Maarif texnikumuna daxil olmuşdur. 2000-ci ildə Kulturologiya və bədii yaradıcılıq fakültəsini bitirmişdir. 2010–2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr rejissoru" fakültəsi ixtisasına yiyələnmişdir.Ailəlidir bir övladı var. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi işləməyə başlamışdır. 2008-ci ildə teatrdan ayrılaraq "Azərbaycanfilm" kinostudiyasında filmlərdə rejissor assistenti kimi işləməyə başlamışdır.Çalışdığı müddətdə "Tanrıverdinin nağılı", "Ölüm novbəsi", "Niyyət", "Kabusun gözü ilə", "Mən evə qayıdıram" və s. filmlərdə işləmişdir.2009-2010-cu illərdə "İbrus" özəl teatrında rejissor assistenti vəzifəsində işləmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlamışdır. == Teatr tamaşalarındakı rolları == Mustafanın dostu — "Mustafa" Uzunqulaq — "Cənnətin üç alması" Kəniz — "Ələddinin sehirli çırağı" Nabat — "Çimnaz xanım yuxudadır" Pişik — "Çəkməli pişik" Şeytan — "Güc birlikdədir" 2 nağılçı — "Tıq-Tıq xanım" Qara əcinnə — "Pəri cadu" Yalıncıq — "3 qulağın nağılı" Emiliya; döyüşçü oğlan — "Zorro" Keçi — "Kosanın qızı" ? — "Buzlar ölkəsində" Şərəbani ("Yaşar", Cəfər Cabbarlı) Luçiya ("Filumena Marturano,Eduardo De Filippe) Səkinə ("Dəli yığıncağı") Mangurt ("Mangurt" ) Qulluqçu ("Ölülər ",C.Məmmədquluzadə) Qulluqçu ("Qarabağnamə",....) Xanım ("Anamın kitabı",.....) Qurbağa ("Buratino",....) Limon("Çipollino",....) Bəyim (Xurşud Banu Natəvan) Ögey bacı (Göyçək Fatma) Bıdı (Bir qalanın sirri) Nayman qadın (Əsrə bərabər gün.Aytmatov) == Filmoqrafiya == Ana qaz (film, 2005) (qısametrajlı bədii televiziya filmi) 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: bacı) 220 №-li otaq (film, 2010) (qısametrajlı bədii televiziya filmi) Kabusun gözüylə (film, 2010) (tammetrajlı bədii film) (rol: aptekdə satıcı) Niyyət (film, 2010) (tammetrajlı bədii film) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Qayınana (film, 2011) (bədii serial) (rol: ana; falçı) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Fira) Həyat varsa… (serial, 2012-2014) (bədii serial) Bir ovuc torpaq (teleserial, 2013) (bədii serial) (rol: qaçqın qadın) Çaqqal nəfəsi (film, 2013) (bədii serial) (rol: məhbus qadın) Həyat sən nə qəribəsən (teleserial, 2013) (rol: Qumru) Ləkə (teleserial, 2013) (bədii serial) (rol: bağça müdirəsi) Qisas (teleserial, 2014) (bədii serial) (rol: qonşu) Açar (film) (qısametrajlı bədii televiziya filmi) Niyə (komediya serialı) Rəxşəndə Komedixana (yumoristik veriliş2019-2022) Toy əhvalatı (komediya serialı) klarnet ifacisi.
Firuzə Bədirbəyli
Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971). == Həyatı == Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır. Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir. Xalq artisti Zemfira Əliyevanın anasıdır. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr.
Firuzə Kərimova
Firuzə Qədəşi qızı Kərimova — neftçi, filantrop == Həyatı və təhsili == Firuzə Kərimova 1907-ci ildə neftçi ailəsində anadan olmuşdur. Səkkiz yaşında olanda müsəlmanların maariflənməsi məsələsi ilə məşğul olan "Nəşr-Maarif" Cəmiyyətinin Balaxanıda açılmış ibtidai məktəbinə daxil olur. Onun xisləti-məcazı ibtidai məktəb illərindən qeyri-adiliyi ilə nəzərə çarpır. O zamanlar qızların məktəbə getməsinə mövhumatçılar maneçilik edirdilər. Firuzə bütün hədələrə sinə gərərək təhsilini davam etdirir. O, 1919-cu ildə məktəbi fərqlənmə ilə bitirərək, kənd qadınlarına savad öyrətməyə başlayır. Onların evində, atasının yanında toplaşan gizli yığıncaqların iştirakçıları: Müseyib Dadaşov, Mikayıl Oalarov, Əlisəttar İbrahimov, Ağahüseyn Rəsulzadənin söhbətlərinə qulaq asır və onların tapşırığı ilə gizli vərəqlər paylamaqla onlara kömək edirdi. İnqilabçı fəhlələr arasında birinci dəfə gizli vərəqələr paylayanda Firuzənin 13 yaşı var idi. Bundan başqa o, 1919-cu ildə Balaxanıda Fatma Maqsudovanın rəhbərlik etdiyi qadın özfəaliyyət dərnəyinə gedir, başqa balaxanılı qadınlarla səhnə əsərlərinin tamaşaya qoyulmasında iştirak edirdi. Həmin illərdə Bakıda Ceyran Bayramova, Mələknisa Qafarova, Zeynəb Rizvanovanın fədakar əməkləri nəticəsində qadınlar klubu yaradılır.
Firuzə Muradova
Firuzə Ramazan qızı Muradova (23 mart 1929, Bakı – 1987, Bakı) — vokalçı-aktrisa, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Firuzə Muradova 23 mart 1929-cu ildə Bakıda anadan olub. 1940-cı illərin sonlarından Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Dramatik soprano səsinə malik olan aktrisa Qərb və Şərq ifaçılıq mədəniyyətinin sintez etmişdi. O, 1987-ci ildə Bakıda vəfat edib.
Firuzə Məmmədli
Firuzə Məmmədli (azərb. Firuzə Nurəddin qızı Məmmədli‎;) — Azərbaycan şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). == Həyatı == Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur. == Əmək fəaliyyəti == Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Firuzə Məmmədova
Firuzə Məmməd qızı Məmmədova (1927, Şuşa, DQMV) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963). 1927-ci ildə Şuşa şəhərində anadan olub. Ağdamda Müəllimlər İnstitutunu və iki illik partiya məktəbini bitirib. Bir neçə il maarif sahəsində işləyən F.Məmmədova sonralar Partiya işində çalışıb. 1962-ci ilin martından 1963-cü ilə - Qubadlı rayonu Zəngilan rayonuna birləşənə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi olub.
Firuzə Novruzova
Novruzova Firuzə Saleh qızı — Azərbaycanın ilk qadın elektrokimyaçılarından biri. == Həyatı == Firuzə Novruzova 1937-ci il iyunun 15-də Bakıda ziyalı ailəsində anadan olub. 1944-1954-cü illərdə Biləcəri qəsəbəsində orta məktəbi bitirdikdən sonra, 1954-1959-cu illərdə indiki Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini bitirmişdir. 1959-cu ildən indiki Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ilk əmək fəaliyyətinə başlamışdır. İşlədiyi illər ərzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrinə qədər yüksəlmişdir. 1970-ci ildə Rusiyada "Elektroliz zamanı tellurun xlorid turşusu məhlulunda katod və anod proseslərinin tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 50-dən artıq elmi əsərin və 10-dan artıq patentin müəllifidir. F.Novruzova 2016-cı il iyulun 1-də dünyasını dəyişmişdir.
Firuzə Vəlixanlı
Firuzə Orxan qızı Vəlixanlı (26 oktyabr 1970) — Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (1994). Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir. == Həyatı == 1970-ci ildə anadan olub. 1990-cı ildə qadınlar arasında beynəlxalq şahmat ustası adını qazandı, 1994-cü ildən qrosmeyster adını aldı. 1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür.. 1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı. 1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir. Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir. == Mükafatları == 31 yanvar 1991 — Azərbaycan SSR-in Fəxri fərmanı 5 mart 1995 — "Tərəqqi" medalı == Filmoqrafiya == İlk zirvələr (film, 1988) == İstinadlar == == Xarici keçidlər == FIDE Chess Profile Firuza Velikhanli.
Firuzə Vəliyeva
Firuzə İbadova
Firuzə Böyükağa qızı İbadova (18 fevral 1954, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikası əməkdar artisti (2006). == Həyatı == Firuzə Böyükağa qızı İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. 173 saylı orta məktəbdə təhsil alıb və buranı 1971-ci ildə bitirib. 1963-cü ildən Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Lalə" qızlar ansamblının, 1976-cı ildən Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblının solisti olub. 1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına solist kimi dəvət edilib. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır. Firuzə İbadova 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Elə həmin ildə Orta Asiyada keçirilmiş Azərbaycan ongünlüyündə konsert proqramı ilə çıxış edib. 1982-ci ildə Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış məqbərənin açılışında iştirak edib.
Firuzə şəhristanı
Firuzə şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Firuzə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,823 nəfər və 12,581 ailədən ibarət idi.
Firuzə şəhəri
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Fidumə Hüseynova
Hüseynova Fidumə Məmmədəli qızı — Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sabiq müavini, Binəqədi rayonunun sabiq icra başçısı == Həyatı == Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Fidumə Hüseynova daha əvvəl — 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib. Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülmüşdür. 16 mart 2021-ci ildə vəzifəsindən azad olunmuşdur.
Firuzə Əfəndiyeva
Əfəndiyeva Firuzə Nəsib qızı — azərbaycanlı yazıçı. == Həyatı == Firuzə Əfəndiyeva 1932-ci ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Qaraqaya kəndində anadan olub. Orta məktəbi Gölkənd kəndində bitirib.Haqqıxlı kəndində yaşayıb. Yazıçısı Nəsib Əfəndiyevin qızıdır.Yazar-şair Ayişə Nəbinin anasıdır. == Əsərləri == Bir yurdun simfoniyası.(memuar) Bakı: Nurlan, 2008, 224 səh.
Firuzə Əlixanova
Firuzə Məmmədqulu qızı Əlixanova (10 sentyabr 1917, Ordubad – 23 noyabr 1994, Naxçıvan) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1974). Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. Realist teatr məktəbinin görkəmli nümayəndələrindən sayılır. Oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi olub. == Həyatı == Firuzə Məmmədqulu qızı Əlixanova 9 sentyabr 1917-ci ildə Ordubadda doğulub. O, buradakı şəhər səkkizillik məktəbində təhsil alıb və daha sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib.
Firuzə Əsədullayeva
Firuzə Əsədullayeva (14 may 1950, Şağan) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "20 yanvar" qəzetinin redaktoru, "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medal təltifçisi. == Həyatı == Firuzə Bəyməmməd qızı Əsədullayeva 1950-ci ildə Bakının Şağan kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Bakıda 20 il müəllim kimi fəaliyyət göstərən Firuzə xanım I dərəcəli müəllimdir. == Fəaliyyəti == Ədəbi fəaliyyətə uşaq şeirləri ilə başlayan müəllif Azərbaycan dövlət müstəqilliyini qazanandan ölkəmizin bir çox aparıcı kütləvi informasiya vasitələrində jurnalist kimi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda aparıcı mətbuat orqanlarında və informasiya agentliklərində işləyib. Həmçinin, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin və Daxili İşlər Nazirliyinin "Dinamo" cəmiyyətlərinin mətbuat rəhbəri vəzifəsində çalışıb. Hərbi-jurnalist kimi Azərbaycanın bütün bölgələrində olub. 450-yə yaxın vətən övladlarının ailələrinə jurnalist kimi baş çəkməklə yanaşı, 90-dan çox şəhid haqqında mətbuatda silsilə yazılar yazıb. Şəhidlərə ithaf olunan "Şəhidlik çələngi" silsiləsindən 3 kitabın "Bircə günün şəhidləri" (1995), "Vağzalı çalınır" (1996), "Bulaqların göz yaşı" (1998) müəllifidir.
Firuzə Bayramova
Firuzə Bayramova Tural qızı (10 Yanvar 2008 - Balakən, Azərbaycan) - Azərbaycanlı qadın futbolçu. == Karyerası == Bayramova Firuzə Tural qızı 2019-cu ildən etibarən "Dinamo" klubunun şərəfini qoruyur. Balakən rayonunu qızlar liqasında təmsil edən klubda qapıçı mövqeyindədir. 2023 - Bayramova 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirilmiş oyunlarda yığmanın heyətində oynamaq hüququ qazanıb. Həmçinin 2022/2023-cü il qadın futbol mövsümündə, ən yaxşı qapıçı adına layiq görülüb.
Fişinq
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Fişəng
Fişəng — estetik, mədəni və ya dini səbəblərdən istifadə edilən pirotexnik maddələr sinfi. Çində VII əsrdə kəşf edilmişdir və tədricən Çin mədəniyyətinin bir hissəsinə çevrilib. Atəşfəşanlıq Azərbaycanda da Yeni il başda olmaqla bir çox bayramın keçirilməsində istifadə olunur.
Kitsune
Kitsune (yap. 狐) — yapon dilində tülkü. Yaponiyada tülkünün iki növü var: Honsyuda yaşayan yapon sarı tülküsü (hondo kitsune; Vulpes vulpes japonica) və Hokkaydo tülküsü (kita kitsune; Vulpes vulpes schrencki).
Fiume
Riyeka (xorv. Rijeka) — Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır. == Ümumi məlumat == Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.
Vişnə
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.