Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Flame
Flame — Kompüter virusu, hansı ki, Microsoft, Windows 7, XP, Vista əməliyyat sistemlərində fəaliyyət göstərir. Bu virusu Roel Şuvenberg Wiper virusunu, hansıki İranın dövlət kompüterlərinə hücum etdi, izləyəndə aşkarladı. Roel Şuvenberg Kasperski laboratoryiasında kompüter təhlükəsizliyi departamentində işləyir. Virus 2010-cu ilin mart ayından işləyir. Əsas təhlükəli funksiyalari: Sistemin fayllarını yığmaq Kompüterin göstəricilərini dəyişmək Səs yazma Danışıqlıqlara qoşulma Ekranın şəklini (skrinşotu) yadda saxlamaqFlame virusunun proqram kodu Stuxnet virusunun kodundan 20 qat artıqdı (20МВ). Flame sıxılış üçün zlib, libbz2, ppmd kitabxanalarını, sqlite3 informasiya bazasını , Lua virtual maşınını istifadə edir.
Flame Towers
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Baku Flame Towers
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
(Marie's The Name) His Latest Flame
(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir. Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur. Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir. Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir. == Heyət == 1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır.
Prince of Persia 2: The Shadow and The Flame
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. == Məzmun == Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
Prince of Persia 2: The Shadow and The Flame (video oyun, 1994)
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. == Məzmun == Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
Nicolas Flamel
Nikolas Flamel (təq. 1340, ehtimal ki, Pontuaz – 22 mart 1418, Paris) — XV əsrdə yaşamış Fransız kimyagər. Kimyagərlərin iki böyük xəyalı olan ölümsüzlüyü və Fəlsəfə daşını tapdığı iddia edilir. Abraham adlı bir yəhudidən aldığı sirli bir kitabdan məlumatlarını əldə etdiyi söylənir. Əlavə olaraq, onun adı C. K. Roulinqin yazdığı Harri Potter seriyasının ilk kitabı "Harri Potter və Fəlsəfə Daşı"nda dəfələrlə çəkilir. 1418-ci ildə öldüyü və basdırıldığı deyilir, lakin məzarı açıldığında tapılmamışdır. 1700-cü illərdə bir operada dövrün kimyagərləri tərəfindən görüldüyü və qaçdığı da rəvayət edilir. Və bu da Flamelin yaşadığına işarədir. 2014-cü ilin ABŞ istehsalı Dərin Kabus (As Above, So Below) filmində Nikolas Flameldən və fəlsəfə daşından bəhs edilir.
Flamenkin
thumb|Flamenkin. Flamenkin (isp. flamenquín) — İspaniyanın Əndəlus mətbəxinə xas olan yemək. Yemək donuz ətindən hazırlanır, ona suxarı, yumurta əlavə olunur və qızardılır. Flamenkin öz adını qırmızı rəngdə olduğu üçün almışdır. İspanlar yeməyin adını Müqəddəs Roma imperatoru V Karlla birlikdə İspaniyaya gələn qızılı saçlı flamandların adı ilə adlandırmışlar. Flamenkini bəzən pendirdən və kolbasadan da hazırlayırlar. Flamenkin süfrəyə çox vaxt kartof püresi və mayonezlə birlikdə verilir.
Flamenko
Flamenko (isp. flamenco, isp. cante flamenco) — ispan xalq rəqs (baile) və musiqisi (cante). Flamenko Əndəlüsdə yaranmış musiqi və rəqs növüdür. XVIII əsrə aid olan və flamenko kimi tanıdığımız bu rəqs əndəlüs rəqs və musiqisinə əsaslanır. == Ümumi məlumat == Flamenkonun mənşəyi barədə müxtəlif mübahisəli fikirlər olsa da onlardan heç biri öz tarixi sübutunu tapmamışdır. Baxmayaraq ki, RAE(Real Academía Española-İspaniya Real Akademiyası) lüğəti bunu yalnız qaraçı etnosları ilə əlaqələndirir, amma bu onun mənşəyinə uyğun deyil, lakin qaraçıların flamenko rəqsinə verdiyi töhfələrə heçkim şübhə etmir. Ən geniş yayılmış nəzəriyyə isə isə bu rəqsin qaraçı-mur mənşəli olmasıdır. Bu, Əndəlüsdə(müsəlmanlar, inmiqrantlar, yəhudilər, qaraçılar və b)baş vermiş mədəni oyanışla bağlı olmuşdur. Qaraçılar dünyanın bir çox yerlərində var və flamenko tək Əndəlüsdə yaranmasına baxmayaraq, dinindən və etnik tərkibindən asılı olmayaraq bütün əndəlüslülərin zəngin irsi hesab olunur.
Flare (astronomiya)
Flare, Günəş partlayışı və ya Günəş alovu günəşin qaz sferasında (atmosferində) baş verən şiddətli partlayışlara verilən addır. Bu partlayışlar milyardlarla meqaton gücündədir və ümumilikdə saatda 1.000.000 km/saat sürətlə hərəkət edirlər. 6 × 1025 partlayış nəticəsində jouleyə qədər enerjini çölə çıxara bilər. Günəş partlayışına görə normal dalğa uzunluğundan kiçik radiasiya hissəcikləri Yer atmosferinə daxil olur. Bu püskürmələr nəticəsində yer üzündəki rabitə və enerji şəbəkələri mənfi istiqamətdə təsirlənə bilər. Günəş partlayışı günəş atmosferinin bütün təbəqələrinə (fotosfer, tac və xromosfer) təsir edir, plazmanı onlarla milyon kelvinə çatdırır və elektronları, protonları və daha ağır ionları az qala işıq sürətində kosmosa atır. Bundan əlavə, bütün elektromaqnit spektrinə yayılmış radiasiya istehsal edilir. Günəş partlayışlarının əksəriyyəti güclü maqnit sahələrinin fotosferə daxil olduğu Günəş ləkələri kimi aktiv zonalarda baş verir. Maqnit birləşmələri sayəsində günəş partlayışları meydana gəlir. İlk partlayış isə 1859-cu ildə müşahidə edilmişdir.
Flare (aviasiya)
Flare və ya alov topu (ing: Flare) — istiliklə idarə olunan döyüş raketlərini qarışdırmaq üçün istifadə olunan sistem. Sistem istiliklə idarə olunan raket aşkarlanan kimi işə başlayır və çox yüksək temperaturda alov topları ataraq raketin işləmə mexanizmini zədələnyir. Bu gün bütün müasir hərbi təyyarələr, hərbi helikopterlər və tanklar bu sistemdən istifadə edir.
Flare (dəqiqləşdirmə)
Flare (flêr), ingilis dilindən gələn bir söz olub aşağıdakı mənaları verir:
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. == Frame Relay-ın üstün cəhətləri == X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. == Frame Relay verilənlər blokunun formatı == Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
Lame (kommuna)
Lame (fr. Lamaids) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03136. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 141 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 90 yaşında (15-64 yaş arasında) 67 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə bu 70.9%). 67 fəal şəxsdən 60 nəfər (35 kişi və 25 qadın), 7 nəfər işsiz (5 kişi və 2 qadın) idi. 23 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qabriel Lame
Qabriel Lame (22 iyul 1795[…], Tur – 1 may 1870[…], Paris) — fransız riyaziyyatçısı və mühəndisi, riyazi fizika, elastiklik nəzəriyyəsi üzrə əsərlərin müəllifi, əyrixətli koordinatlar nəzəriyyəsini işləyib hazırlamışdır. Lame, İndre-et-Luara'nın bugünkü nümayəndəliyində, Tours-da anadan olub.
The Fame
The Fame — Lady Gaganın ilk studiya albomudur. 19 avqust 2008 tarixində yayımlanan albom, Interscope Records etiketi ilə satışa buraxılmışdır. Lady Gaga hələ Nyu-York klublarında oxuduğu vaxtlarda onun ilk studiya albomu The Fame işıq üzü gördü. Sənətçinin 2008-ci ilin avqust ayında çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya hit siyahılarında birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Fiame Naomi Mataafa
Afioga Fiamē Naomi Mata ʻ afa (29 aprel 1957, Apia) (Şablon:IPA-sm) Samoanın yeddinci Baş Naziridir və eyni zamanda [[Faʻatuatua i le Atua Samoa ua Tasi]] (FAST) partiyasının lideri vəzidəsində -ci ildən bəri xidmət edən Samoalı siyasətçi və ölkənin Ali Rəisdir (matai).Samoa tarixinin ilk baş naziri olmuş Fiamē Mataʻafa Faumuina Mulinuʻu II- nin qızı olan Mata'afa da öz növbəsində Samoanın hökumət başçısı vəzifəsini icra edən ilk qadın və 1982-ci ildən bəri İnsan Hüquqlarını Müdafiə Partiyasının (HRPP) üzvü olmayan ilk qadın siyasətçidir. 2020-ci ilə qədər HRPP-nin üzvü olub, O həm də Samoa tarixində Nazirlər Kabinetinə təyin olunan ilk qadın olub. Mata'afa 1991–2006-cı illər arasında ölkədə baş nazir postunu tutmuş Tofilau Eti Alesana və [[Tuilaʻepa Saʻilele Malielegaoi|Tuilaʻepa Saʻilele Malieleqaoi]] hökumətlərində Təhsil Naziri vəzifəsini icra etmişdir. Bundan əlavə o, 2006–2011-ci illərdə Qadın naziri, 2011–2016-cı illərdə isə Ədliyyə naziri vəzifələrini icra edib. Mata'afa 2016–2020-ci illər arasında Samoanın ilk qadın baş nazirinin müavini və HRPP liderinin müavini vəzifəsində çalışıb, ancaq o mübahisəli Torpaq və Titllər Qanununa qarşı istefa verib. Növbəti il yeni yaradılmış FAST partiyasına qoşuldu. Partiyanın 2021-ci ilin martında keçirdiyi seçdikdə yekdilliklə partiyanın lideri seçildiMata ʻ 2021-ci il seçkilərində lazım olan səs çoxluğunu qazandı, lakin məğlub olan keçmiş Baş nazir [[Tuilaʻepa Saʻilele Malielegaoi]] vəzifəsini tərk etməkdən imtina etdi və yaranmış bu vəziyyət 2021-ci ildə Samoa konstitusiya böhranına səbəb oldu. Böhran 23 iyul 2021-ci ildə Samoanın Apellyasiya Məhkəməsi tərəfindən həll edildi və məhkəmə Mata ʻ fanın həmin ilin 24 Maydan bu yana ölkənin baş nazir olduğuna qərar verdi.
The Fame Monster
The Fame Monster — Lady Gaganın ilk üçüncü extended play. 18 noyabr 2009 tarixində yayımlanan albom, Interscope Records etiketi ilə satışa buraxılmışdır.
Hall of Fame (mahnı)
Hall of Fame mahnısı The Script rok qrupunun #3 albomunun ilk mahnısıdır. 2012-ci il İyul ayında çıxan mahnının klipi 21 Avqust 2012-ci ildə çəkilmişdir. Klipdə həmçinin Will.I.Am da yer almışdır. Mahnının 2 versiyası vardır. Biri orjinal versiya, yəni təkcə The Script oxuyan, digəri isə klipdəki kimi Will.I.Am ilə. Mahnının klipi beynəlxalq video portalı olan YouTube-da yüz milyondan çox baxış əldə etmişdir.
The Fame Ball Tour
The Fame Ball Tour — Lady Gaga-nın The Fame Monster albomundakı mahnılara verilmiş konsert turu. Bu tur indiyə kimi ən yaxşı keçirilmiş turlardan bir hesab olunur. Həm də bu tur təzə çıxan müğənninin ən çox qazanc gətirmiş turu hesab olunur. == Haqqında == Tur 27 noyabr 2009-da başlamış,6 may 2011-ci ildə sona çatmşdır. Bu vaxt ərzində 119 şov baş tutmuşdur. Bunlardan 6-ü Avropa-da, 15-i Okeaniya-da,4-ü Asiya-da baş tutub. Bu vaxt ərzində Gaga 227.4 milyon ABŞ dolları gəlir əldə edib.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Fiume
Riyeka (xorv. Rijeka) — Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır. == Ümumi məlumat == Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.
Flaven
Flaven (fr. Flavin, oks. Flavinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12102. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 8 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1413 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1094 nəfər İqtisadi cəhətdən fəal, 319 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 75.3%).
Flaşer
Flaşer (fr. Flachères) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38167. Kommunanın 1999-cu il üçün əhalisi 301 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 530 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Lamer
Lamer (en. lamer) – (slenq) kompüter texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan istifadəçi ("lame" ingilis dilində "axsaq", "şikəst" deməkdir). Peşəkar kompüterçi haqqında işlədildiyindən, bu termin təhqiredicidir. Tez-tez bu sözdən "haker", "kompüter qurusu" anlayışlarına qarşılıq kimi istifadə olunur. Rus dilində çox zaman "lamer" sözünün əvəzinə, "təcrübəsiz adam" mənasını verən "çaynik" sözü işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Agrostis flava
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Alamo müharibəsi
Alamo müharibəsi (ing. Battle of the Alamo; isp. Batalla de El Álamo) - 1836-cı ilin 23 fevral - 6 mart tarixləri ərzində Texas Respublikası ilə Meksika arasında baş vermiş müharibə. Alamo müharibəsi Texas İstiqlal müharibəsinin önəmli döyüşlərindən biri hesab olunur. 13 gün davam edən döyüşlər Meksika ordusunun qələbəsi ilə başa çatmışdır. Meksikanın səkkizinci prezidenti Antonio Lopez de Santa Anna komandanlığındakı Meksika ordusu 13 günlük mühasirədən sonra San Antonio de Bokser (indiki San-Antonio) yaxınlığında yerləşən Alamo qalasına qarşı hücuma keçmişdir. Hücum zamanı iki nəfərdən başqa, qalada müdafiə olunan bütün texaslılar qətlə yetirildi. İstiqlaliyyət tərəfdarlarının xüsusi amansızlıq ilə öldürülməsi bir çox texaslının Meksikaya qarşı hərəkata qoşulmağa vadar etdi. Bir ay sonra baş vermiş San-Xasinto müharibəsi ilə Meksika ordusu məğlub edildi və bununlada Texasın Meksikadan olan asıllığına son qoyuldu. Texaslılar Meksika ordusundan müdafiə olunmaq üçün könüllü birliklərindən təşkil olunmuş Alamo qarnizonunu yaratdılar.
Lamə-i Ərəmənə (Xudafərin)
Lamə-i Ərəmənə (fars. لمه ارامنه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Slade
Slade (oxunur "Sleyd" ; əvvəllər Ambrose Slade) — Britanialı rok qrupdur, qlem rokun liderlərindən biridir.
Ulama
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alme
Alme (it. Almè; lomb. Lmé) – İtaliyada, Lombardiya bölgəsinin Berqamo əyalətində bir şəhər. Şəhər Berqamo əyalətinin idarə mərkəzinə tabedir. == Ümumi məlumat == Əhalisi 5612 nəfərdir (30 sentyabr 2005-ci il tarixinə), əhalinin sıxlığı 2.806 nəfər / km²-dir. Sahəsi 1,96 km² ərazini əhatə edir. Poçt kodu – 24011. Telefon kodu – 00035. Kommunanın hamisi müqəddəs Vəftizçi Yəhya sayılır. Kommunanın bayramı 24 iyun tarixindədir.
İlahə
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
İqamə
İqamə nin forması: Əhli-sünnədə azandan və ilk sünnət namazından sonra, fərz namazından isə əvvəl oxunulur. Şiələrdə vacibi namazın vaxtı daxil olandan sonra həmin namazdan qabaq iqamə oxunması müstəhəbdir və iqamə oxuyanda yaxşı olar ki, "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əliyyən vəliyullah!" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) deyilsin.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.