Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.int
.int — beynəlxalq təşkilatlar üçün yuxarı səviyyəli ümumi domenidir.
SQT
SAT – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlandırılmış test. Test əvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük üstünlük qazanmışdı. 2005-ci ildə bu test “SAT Məntiq Testi” adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir. Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur.
İqta
İqta(ərəbcə إقطاع) — feodalizm dövründə əsasən müsəlman ölkələrində yayılmış şərti torpaq mülkiyəti. İqta mülkdən fərqli olaraq, irsən keçmirdi, ancaq xidmət müddətinə verilirdi. Bu xidmət həm hərbi həm də mülki ola bilərdi. İqta kimi bir çox başqa torpaq mülkiyəti formaları da mövcud idi. 9 əsrin ortalarında Xəlifənin qərargahı Samirrəyə bitişik olan ərazilər katayi kimi, müxtəlif milliyətlərin nümayəndələrinə türklərə, xorasanlılara, məğriblilərə verilirdi. Belə mülkiyətin peşəkar hərbçilər tərəfindən alınması, şübhəsiz, iqta sisteminin mərkəzi müsəlman torpaqlarında yayılmasına səbəb olurdu, halbu ki, onun köklərini, xüsusi ilə İraqda, ilk ərəb işğallarından əvvəl də sezmək olar. Əgər əvvəl iqta məhdud müddətə verilirdisə və təltif olunana muqta, yəni özünün xəracı yığması, hüququ verilmirdisə, indi isə doğrudan da tam hüququlu mülkiyətlər yaranırdı, dövlət nümayəndələrinin müdaxiləsindən tamamilə müdafiə olunmuş. Onlardan ancaq mərkəzi hakimiyətə ödənilirdi. Belə növ iqta 10-cu əsr ərzində Xilafətin mərkəzi əyalətlərində adi hala çevrildi, sonralar muqta sinfinin güclənməsi,Avropa kommendasiyalarına oxşar, güclülərin zəiflərə himayəsi kimi(lakin bu klassik anlamda feodal nərdivanı deyildi) təlciyə və himayə yarandı. Öz Samirrə ətrafındaki nüvəsindən və İraq Savadından türklərin iqtası bütün Qərbi İraqa və Qərbi İrana yayıldı, belə ki 11-ci əsrdə artıq buraların emal olunana torpaqlarının böyük hissəsi, mərkəzi hakimiyətdən özgələşdirilən iqtalar təşkil edirdi, hərçənd ki, xüsusi torpaqlar -mülk də vardı.
İƏT
İslam Əməkdaşlıq Təşkilatı
İKT
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiyasının rolunu vurğulayan informasiya texnologiyaları (İT), eləcə də istifadəçilərə əldə etmək, saxlamaq, ötürmək, anlamaq və manipulyasiya etmək imkanı verən zəruri korporativ proqram təminatı, aralıq proqram, yaddaş və audiovizual üçün genişləndirilmiş termin. İKT audiovizualların və telefon şəbəkələrinin vahid kabel və ya keçid sistemi vasitəsilə kompüter şəbəkələri ilə konvergensiyasına istinad etmək üçün də istifadə olunur. Telefon şəbəkələrini kabelləşdirmə, siqnal paylama və idarəetmənin tək vahid sistemindən istifadə edərək kompüter şəbəkəsi sistemi ilə birləşdirmək üçün böyük iqtisadi stimullar mövcuddur. İKT radio, televiziya, mobil telefonlar, kompüter və şəbəkə avadanlığı, peyk sistemləri və s., eləcə də onlarla birlikdə videokonfrans və distant təhsil kimi müxtəlif xidmətlər və cihazları əhatə edən hər hansı kommunikasiya cihazını əhatə edən ümumi termindir. İKT həm də analoq texnologiyanı və kommunikasiyanı ötürən istənilən rejimi əhatə edir. İKT geniş mövzudur və onun konsepsiyaları daim inkişaf edir. O, məlumatları rəqəmsal formada elektron şəkildə saxlayan, əldə edən, manipulyasiya edən, ötürən və ya qəbul edən istənilən məhsulu əhatə edir. "İnformasiya Əsri üçün Bacarıqlar Çərçivəsi" XXI əsrdə İKT mütəxəssisləri üçün səriştələrin təsviri və idarə edilməsi üçün bir çox modellərdən biridir. "İnformasiya və kommunikasiya texnologiyaları" ifadəsi 1980-ci illərdən akademik tədqiqatçılar tərəfindən istifadə olunur. "İKT" abbreviaturası 1997-ci ildə Dennis Stivenson tərəfindən Böyük Britaniya hökumətinə təqdim edilən hesabatda, daha sonra 2000-ci ildə İngiltərə, Uels və Şimali İrlandiya üçün yenidən işlənmiş Milli Kurikulumda istifadə edildikdən sonra populyarlaşıb.
TRT İNT
TRT İnt (TRT International) — TRT-nin 2009-cu ilə qədər xarici ölkələr üçün nəzərdə tutulmuş televiziya kanalı. 1990-cı ildə "TV5" adıyla qurulmuş, 1992-ci ildə isə "TRT İnt Avrasya" adını almışdır. Lakin daha sonra iki kanal biri-birindən ayrılaraq "TRT İnt" adlandırılmışdır. TRT verilişlərindən başqa "Uçan Türk", "Avustralya Postası", "Aydın Bakışı" kimi özünəməxsus proqramlar yayımlamışdır. "TRT İnt"in formatı dəyişdirilərək İngilis, İspan, Fransız, Ərəb, Fars, Rus, Çin və digər dillərdə yayımlanan bir kanal kimi yenidən qurulması planlaşdırılır.
TRT İnt.
TRT İnt (TRT International) — TRT-nin 2009-cu ilə qədər xarici ölkələr üçün nəzərdə tutulmuş televiziya kanalı. 1990-cı ildə "TV5" adıyla qurulmuş, 1992-ci ildə isə "TRT İnt Avrasya" adını almışdır. Lakin daha sonra iki kanal biri-birindən ayrılaraq "TRT İnt" adlandırılmışdır. TRT verilişlərindən başqa "Uçan Türk", "Avustralya Postası", "Aydın Bakışı" kimi özünəməxsus proqramlar yayımlamışdır. "TRT İnt"in formatı dəyişdirilərək İngilis, İspan, Fransız, Ərəb, Fars, Rus, Çin və digər dillərdə yayımlanan bir kanal kimi yenidən qurulması planlaşdırılır.
İst-Kilbrayd
İst Kilbrayd (ing. East Kilbride, şot.kelt Cille Bhrìghde an Ear) — Böyük Britaniyada, Şotlandiya vilayətində kiçik şəhər.
İƏT Modeli
İƏT Modeli gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki,İƏT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır.İƏT modeli müsəlman gəncləri diplomatiya çərçivəsində təşkilatlandıraraq daha ədalətli dünya qurmaqdır. İƏT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. İƏT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. · Bütün konfrans iştirakçıları bir-birlərinə, həmçinin konfrans katibliyinə qarşı hörmətlə davranmalıdır.
.iq
.iq — İraqın internet kodu.
.it
.it — İtaliyanın internet kodu.
Qt
Qt (/ˈkjuːt/) — kross platformalı, Qİİ-in köməyi ilə proqram təminatı yaratmaq üçün proqramlaşdırma mühitdir. Qt ilə əsasən Qİİ proqramlar yaradılsa da, az da olsa qrafiksiz proqramlarda yaradılır. Bir çox böyük proqramların (yalnız Linux üçün hazırlanmasında (Skype, VLC media player, VirtualBox, Mathematica və s.) Qt-dən istifadə olunub. Qt Software şirkətinin rəsmi saytı Arxivləşdirilib 2012-12-26 at the Wayback Machine (ing.) Qt Commercial.
İst-End cadugərləri
İst End Cadugarları (ing. Witches of East End) — Melissa de la Kruz tərəfindən yazılmış və 2011-ci ildə Biçamp Ailəsi kitablar seriasına aid romandır. Kitab Hyperion Books tərəfindən 21 iyun 2011-ci ildə çap edilib və Long Adası cadugar ailəsinin onlara qarşı yönəlmiş bəd qüvvələrə qarşı mübarizəsindən söhbət açılır.
Azərbaycan–İƏT əlaqələri
Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı — Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olmuşdur. İKT, ölkənin daxil olduğu ilk təşkilat oldu. İslam Əməkdaşlıq Təşkilatı (2011-ci ilə qədər İslam Konfransı Təşkilatı) - 1969-cu ildə Mərakeşdə təsis edilmiş bir hökumətlərarası təşkilatdır. Təşkilata 57 dövlət daxildir. == Tarixi == === Dakar sammiti === 8 oktyabr 1991-ci ildə Azərbaycan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"-nı qəbul etdi və bununla dövlət müstəqilliyini bərpa etdi. Bundan sonra Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün ərizə verdi. 1991-ci ildə Dakarda keçirilən zirvə toplantısında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (sonra İslam Konfransı Təşkilatına) müraciət etdi. Eyni ildə təşkilatın nümayəndə heyəti Azərbaycana səfər edərək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli imkanlarını öyrənmək üçün səfər edib. == Ölkənin təşkilat ilə əməkdaşlığı == 1994-cü ilin mayında Heydər Əliyevin müvafiq sərəncamına əsasən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İƏT-in Baş Katibi Daimi Nümayəndəsi səlahiyyətini alıb. === VII İƏT sammiti === 12 dekabr 1994-cü ildə İslam Konfransı Təşkilatının 7-ci sammiti Mərakeşdə keçirilmişdir.
Azərbaycan-İƏT əlaqələri
Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı — Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olmuşdur. İKT, ölkənin daxil olduğu ilk təşkilat oldu. İslam Əməkdaşlıq Təşkilatı (2011-ci ilə qədər İslam Konfransı Təşkilatı) - 1969-cu ildə Mərakeşdə təsis edilmiş bir hökumətlərarası təşkilatdır. Təşkilata 57 dövlət daxildir. == Tarixi == === Dakar sammiti === 8 oktyabr 1991-ci ildə Azərbaycan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"-nı qəbul etdi və bununla dövlət müstəqilliyini bərpa etdi. Bundan sonra Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün ərizə verdi. 1991-ci ildə Dakarda keçirilən zirvə toplantısında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (sonra İslam Konfransı Təşkilatına) müraciət etdi. Eyni ildə təşkilatın nümayəndə heyəti Azərbaycana səfər edərək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli imkanlarını öyrənmək üçün səfər edib. == Ölkənin təşkilat ilə əməkdaşlığı == 1994-cü ilin mayında Heydər Əliyevin müvafiq sərəncamına əsasən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İƏT-in Baş Katibi Daimi Nümayəndəsi səlahiyyətini alıb. === VII İƏT sammiti === 12 dekabr 1994-cü ildə İslam Konfransı Təşkilatının 7-ci sammiti Mərakeşdə keçirilmişdir.
Azərbaycan–İKT əlaqələri
İqta ət-təmlik
İqta-ət-təmlik(bağışlanan iqta), şəxsin tam sahibliyinə verirlirdi və getdikcə irs olaraq keçirdi. Bu növ iqta sahibi üşr verirdi. Bu növ iqta, adətən, becərilməyən torpaqlardan, ya da sahibi ölmüş və varisi olmayan torpaqlardan verilirdi.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponiyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Manç (it)
Manç (mac. Mancs; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü. Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu. 2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu.
İt itburnusu
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
İt Ceyk
İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var. Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var.
Tosa (it)
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Koko (it)
Koko (9 aprel 2005, Viktoriya – 18 dekabr 2012) — Avstraliyalı it aktyor. O 2011-ci ildə ekranlara çıxan "Qırmızı it" filmində baş rola çəkilmişdi. Koko bu filmdə Avstraliyada məşhur it olan Qırmızı iti canlandırmışdı. Koko sağ olanda xeyriyyə məqsədləri üçün vəsait toplayırdı. Onun sahibi "Qırmızı it" filminin prodüseri Nelson Woss idi. "Qırmızı it" seriyası ilə bağlı ikinci film 2019-cu ildə çıxıb və bu sənədli filmdə Kokonun hekayəsindən və ondan sonra yaşadıqlarından bəhs edilir. == Həyatı == Koko 2005-ci ildə Avstraliyanın Viktoriya ştatında anadan olub. İlk sahibləri seleksiyaçılar Carol və Len Hobday idi. Onu it şoularında iştirak etməsi üçün təlim keçmişdilər. Koko 2006-cı ilin yanvarında onlara məxsus olduğu zaman "Ən Zəhmətkeş İtlər" mükafatını qazanmışdı.
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Yenotabənzər it
Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotka[daha etibarlı mənbəyə ehtiyac var] (lat. Nyctereutes procyonoides) — itlər fəsiləsinə aid yırtıcı növü. Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır. Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur.
Git
Git (/ɡɪt/) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
ICT
İnformasiya texnologiyası (ing. information technologies) — informasiya termini latınca "informatio" sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir. texnologiya sözü yunanca "techne" (ustalıq, bacarıq) və "logos" (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir. İnformasiya texnologiyası verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir. == İnformasiya texnologiyalarının tarixi == "İnformasiya texnologiyaları" istilahı təxminən 1970-ci illərdə meydana gəldi. Amma onun əsas konsepsiyası daha əvvəl izlənilirdi. 20-ci əsr boyu ordular elektronika, kompüterlər и informasiya nəzəriyyəsini inkişaf etdirmək üçün müxtəlif sənaye sahələri ilə birləşdilər. Tarixən belə olub ki, ordular bu cür tədqiqatları stimullaşdırdılar, bununla da mexanikləşdirmə və hesablama texnikası sahəsində innovasiyaları təkan veridilər və maliyyələşdirdilər. 1971-ci ildə İT üçün əlamətdar hadisə baş verdi, belə ki, ilk e-poçt mesajı iki meynfreym arasında göndərildi. İlk kommersiya kompüteri ABŞ Siyahıyaalma Bürosu üçün C. Presper Ekkert и Con Moçli tərəfindən hazırlanmış UNIVAC I olmuşdur.
IGF
IBM Global Financing (və ya qısaca IGF) - IBM-in bir bölümüdür. Hazırda dünyanın ən böyük informasiya texnologiyaları maliyyələşdirmə şirkəti hesab olunur. == Məqsədi == IGF özəlliklə IBM məhsullarını və xidmətlərini effektiv, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Lakin müştərilər müxtəlif maliyyələşdirmə metodlarından istifadə edərək istədikləri həm IBM məhsullarına, həm də qeyri-IBM məhsullarına asanlıqla sahib ola bilirlər. == Mahiyyəti == Müxtəlif təşkilatların IBM və qeyri-IBM məhsullarına (hardware, software və xidmətlərə) olan tələbatları yüksək olduğu halda onları dərhal ödəyib almağa büdcəsi yol vermədiyi üçün onlara müxtəlif növ maliyyələşdirmə imkanları təklif olunur ki, bu da IBM məhsullarını daha asan şərtlərlə əldə etməyə imkan verir. IBM-in bu cür maliyyələşməni yaratmaqda məqsədi müştəriləri kredit institutlarından borc götürməkdən, eləcə də digər vaxt və xərc tələb edən mərhələlərdən azad etməkdir. Bu məqsədlə şirkət kreditqabiliyyətli təşkilatlara şərait yaradır ki, onlar uzunmüddətli strategiyalarını və xərclərini müəyyənləşdirərək daha az risklə IBM məhsullarına sahib olsunlar. Bu əsasən 3 formada həyata keçirilir: IBM Project Financing™ (IBM layihələ maliyyələşdirilməsi); Lizinq və kredit; Xidmətlərin maliyyələşdirilməsi. Bununla da IBM: Birdəfəlik böyük məbləğli ödəmələr əvəzinə periodik və daha az məbləğli ödəmələr təklif edir; Layihənin gəlirlərinə əsasən ödəmə planlarını müəyyən edir; ROI (return on income – gəlirə töhfə) artımı və ödəmə qabiliyyətli mexanizm yaradır; Sahiblik üçün bütün xərcləri azadldır; Strateji bizneslər üçün nağd ödəmə və kredit xətləri açaraq əməkdaşlığı asanlaşdırır; Layihələr üçün riski azaldır və bəzən hətta sıfra endirir == Fəaliyyət miqyası == IGF-in aktivləri 36 milyard ABŞ dollarıdır və FORTUNE 100 siyahısında olan şirkətlərin 75 faizindən çoxu IGF-in müştərisidir. IGF-in müştəriləri arasında hətta 10 işçisi olan kiçik təşkilatlar da var.
IGN
IGN (əvvəllər:Imagine Games Network) — kompüter oyunları, filmlər, cizgi filmlər, animasiyalar və video oyunlar haqqında rəylər toplayan veb-saytdır. Əsas Sentyabr ayında 1996-cı ildə qoyulmuşdur. 1996-cı ildə "Imagine Publishing" içində beş kiçik saytlardan ibarətdir: N64.com (sonralar: IGN64.com), PSXPower, Saturnworld, Next-Generation.com и Ultra Game Players Online. 1998-ci ildə saytın kanalı "IGN" brendi altında adı altında dəyişir. 2005-ci ildə "IGN" saytı ən çox girilən saytlardan biri olur. "IGN" 2008-ci ildə onillik yubileyini qeyd etmişdir. Sayt müxtəlif platformalarla işləmişdir: Nintendo GameCube, Wii, Nintendo DS, Game Boy, Xbox, Xbox 360, PlayStation 2, PlayStation 3, PSP, N-Gage, PlayStation, Nintendo 64, Dreamcast, PC və Macintosh. "IGN" saytında oyunların keçirilməsi və çit-kodları göstərilir.
Flyuktasiya
Flyuktasiya (lat. fluctuatio) — ekosistemin müxtəlif illərdə dəyişkənliyi. == Ümumi məlumat == Flyuktasiya zamanı növ populyasiyasının sıxlığı və onların miqdarca nisbəti dəyişir. Flyuktasiyanın səbəbi, bir qayda olaraq iqlimin tərəddüdü və ayrı-ayrı növlərin miqdarının partlayışı (hədsiz artması) sayılır.
Git (proqramlama)
Git (/ɡɪt/) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
IBT Media
"IBT Media" — ABŞ qlobal rəqəmsal xəbərlər təşkilatı. aylıq 90 milyondan çox oxucu əldə edir. Digərləri arasında "International Business Times" və "Medical Daily" nəşrlərini dərc edir. "IBT Media"nın baş ofisi Nyu-Yorkda yerləşir. 2014-cü ilin məlumatına görə, şirkət təxminən 21 milyon dollar gəlir və təxminən 500 min dollar mənfəət əldə etmişdir. Şirkət 2006-cı ildə "IBT Media" olaraq qurmuşdur. Şirkətin xüsusi şaquli saytlar və həmçinin beynəlxalq nəşrlər vasitəsilə üzvi şəkildə qurduğu bir neçə brend mövcuddur. == Qalmaqallar == 2018-ci ilin yanvar ayında Manhetten dairə prokurorluğunun işçiləri şirkətin ofislərində reyd keçirərək on səkkiz kompüter serverini götürmüşdür. "Newsweek"in məlumatına görə, reyd şirkətin maliyyəsi ilə bağlı araşdırmanın bir hissəsi idi. 1 fevral 2018-ci ildə şirkətin sahiblərindən olan və sədri Etyen Uzak, eləcə də maliyyə direktoru vəzifəsini icra edən həyat yoldaşı Marion Kim istefa vermişdir.
TOEFL IBT
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.
.gt
.gt — Qvatemalanın internet kodu.
IQ
İntellekt əmsalı (ing. intelligence quotient; abr. IQ ; təl. "ay-kü") — insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi. Verilmiş şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusu testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun (g) qiymətləndirilməsi üçün tətbiq edilir. İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun, belə ki, insanların 50%-i 90–110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçıların ki, isə 135–140 təşkil edir.
It
Ը, ը — (Səslənməsi: ıt, erm. ըթ) - erməni əlifbasının səkkizinci hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Selektiv IgA defisiti
Selektiv IgA defisiti – ən çox rast gələn I immunodefisit xəstəlikdir, istənilən yaşda xroniki residivləşən infeksiyalarla gedir, IgG və IgM normal olduğu halda, IgA azalır, autoantitellərin (xüsusi ilə RF və ANA) olmasına baxmayaraq autoimmun xəstəliklərin aşkar klinik əlamətləri yoxdur, amma sistem və orqan-spesifik autoimmun xəstəlik əmələ gəlmə riski yüksəkdir.
Biql (it cinsi)
Biql — ov itləri cinsi. == Haqqında == Dovşan və tülküləri təqib etmək üçün istifadə olunur, ovunu dəstə ilə qovur, dözümlüdür, güclü iybilmə qabiliyyəti var. Adı yazılı mənbələrdə ilk dəfə 1475-ci ildə çəkilir. İlk standartı Böyük Britaniyada təsdiq edilib. Biqllər mütənasib quruluşlu, canıbərk və qıvraq itlərdir. Süysününün hündürlüyü 33–40,5 sm, kütləsi 8–13 kq-dır. Üzü bir qədər qısa, gözləri mülayim ifadəli, qulaq ları uzun və sallaqdır. Beli düz, sinəsi batıqdır. Quyruğu qılıncşəkillidir, qaçarkən onu dik saxlayır. Tükləri qısa, sıx və coddur.