Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
Fritz Bartoloma
Fritz Bartoloma (alm. Fritz Bartholomae‎; d. 29 oktyabr 1886, Krefeld - ö. 12 sentyabr 1915) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır. Birinci dünya müharibəsində iştirak edərkən ölmüşdür.
Fritz Dopfer
Fritz Dopfer (24 avqust 1987, İnsbruk) — Dağ-xizək idmançısı.
Fritz Todt
Fritz Todt (4 sentyabr 1891[…], Pforshaym, Karlsrue[d] – 8 fevral 1942[…]) — Almaniya dövlət və siyasi xadimi, silahlanma və sursat reyxsnaziri (1940-1942), SA oberqruppenfürerü, Lüftvaffe general-mayoru. == Həyatı == Münhen və Karlsruhe Ali Texniki Məktəbində təhsil alıb. Birinci Dünya Müharibəsində iştirak edib. 1923-cü ildən NSDAP üzvü olub. 1938 -ci ildə mühüm hərbi obyektlərin, dəmir yollarının və avtomobil yollarının tikintisi ilə məşğul olan təşkilata Todt rəhbərlik etmişdir. Eyni zamanda, 1940-cı ildə Reyxin Silahlanma və Sursat Naziri təyin edildi. Bu vəzifədə, məsələn, Aufbau Ost-da SSRİ -yə hücuma hazırlıq əməliyyatlarının əhatə olunmasında iştirak etmişdir.
Friza boğazı
Friza boğazı (rus. Фриза (Пролив)) — Sakit okeanına daxil olan Urup adasını İturup adalarından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 40 km təşkil edir. Dərinliyi 1300 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 33 - 34,4 ‰ təşkil edir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir. Boğazın ümumi sahəsi 17,85 km²-dir. Orta dərinlik 500 m-dir.
Stiven Frirz
Stiven Artur Frirz (d. 20 iyun 1941[…], Lester) — Akademiya mükafatına namizədliyi olan İngilis film rejissoru. The Queen və The Grifters filmləri ilə "Ən Yaxşı Rejissor" namizədliyində Akademiya Mükafatına namizəd olmuşdur. 2007 Cannes Film Festivalında baş münsif olaraq yer almışdır.
Friz dilləri
Friz dilləri — Frizlər tərəfindən danışılan dillər. German dilləri qrupuna aid dillər.
Manuela Friz
Manuela Friz (16 avqust 1978, Aqordo[d], Veneto) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Manuela Friz İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
De-Friz yarımadası
De-Friz yarımadası (rus. Полуостров Де-Фриз) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Amur körfəzinin şimal hissəsində qərarlaşır. Şərqdən Uqlovoy buxtasının suları ilə yuyulur. Yarımada amerikalı fermer Vladivastokda 15 il yaşayan Ceyms Kornelius De-Frizin şərəfinə adlandırılmışdır. Yarımadada De-Friz qəsəbəsi yerləşir. == Maraqlı fakt == De-Frizdə əfsanəvi rus hərbi təyyatəçisi Pavel Mitt dəfn edilmişdir. Sovet hakimiyyəti illəri burada bütün ölkədə ən məşhur pioner düşərgəsi («Kosmos») vardı.
Qərbi friz dili
Qərbi friz dili (Frysk, nid. Westerlauwers Fries Niderlandca tələffüz: [ˈʋɛstərˌlʌuərs ˈfris]) əsasən Hollandiyanın şimalında yerləşən Frizland (Fryslân) vilayətində danışılır.
Şimali friz dili
Şimali friz dili — Almaniyada azlıq dilidir və Şimali Friziyada 10.000 nəfər tərəfindən danışılır.
FRİTL
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. == Tarixi == İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. == Haqqında == Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Fizzə
Fizzə (ərəb. فضه نوبیه‎) — Fatimə bint Məhəmmədin xadiməsi. İslam peyğəmbərinin zamanındakı döyüşlərin birində Fizzə müsəlmanların vasitəsi ilə əsir olaraq sonra peyğəmbərin yanına gətirilib, döyüşçü payı adı ilə Əli bin Əbu Talibin evinə göndərmişdir. Onun hansı döyüşdə əsir olduğuna görə bir sənəd yoxdur. Əlbəttə Əllamə Məclisi Biharül Ənvar kitabında bir rəvayətdə nəql edir ki, Fizzə Hind şahlarının birinin qızıymış ki, bu rəvayət sənəd baxımından araşdırılmalıdır. == Məşhurluğunun səbəbi == Fizzənin Məşhurluğunun nədəni onun Fatimə Məhəmməd qızından nəql etdiyi hədislərə görədir eləki Ömər onun üçün demişdir: Əbu Talib tayfasının bir teli Odəy (ərəb. عدى‎) elinin hamısından bilici və daha fəqihdir. deyiblər ki o, 20 il Fatimənin vəfatından sonra Qurandan başqa söz danışmayıb və camaatla Quran yolu ilə danışıb. === Dualarının qəbul olunması === Onun dualarının Allah tərəfindən tez qəbul olunması məşhurdur. Məsabihül Qulubda yazılıb:Əmirəl Möminin,Fatimə,Həsən və Hüseyn hər biri bir gecə orucluq ayında Rəsulullahı iftar üçün qonaq çağırdılar, Fizzənin özündən evi olmamağına baxmayaraq peyğəmbəri çox sevdiyi və qonaq çağırmaq həvəsi ilə beşinci axşamda o, peyğəmbəri dəvət etdi.
Fraza
Fraza – [yun. phrasis – ifadə etmək] 1)bitkin fikir; 2)təmtəraqlı məzmunsuz söz; 3)cümlə, ifadə ibarə. Məsələn, motivlərə bölünməyən bütöv frazalar da var. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Faiz
Faiz ədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir. Sözün özü mənşəcə latın sözü olub (per centum), mənası "yüzdə" deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta "Kommersiya hesabına rəhbərlik" kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da "cto" kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü "%" kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı. Diqqətiniz üçün təşəkkürlər == Müəyyənləşməsi == Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır. Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır. Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır. Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar: 0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.olması Faizi onluq kəsrlə və ya ədədlə ifadə etmək üçün onu 100-ə bölmək lazımdır.
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
E.Pritz.
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Firuz Baxor
Firuz Baxor (tac. Фирӯз Баҳор; əsl adı – Firuz Hacıyeviç Əhmədov; 19 noyabr 1942, Düşənbə) — Tacikistan və SSRİ bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının (1971-ci ildən) və SSRİ Kinematoqrafçılar İttifaqının (1976-cı ildən) üzvüdür. Tacikistan Bəstəkarlar İttifaqının katibi (1976-cı ildən). Tacikistan SSR əməkdar mədəniyyət işçisi (1990). Tacikistan "Lenin komsomolu" mükafatı laureatı (1977). == Həyatı == Firuz Baxor 19 noyabr 1942-ci ildə Düşənbə şəhərində, opera müğənnisi ailəsində anadan olmuşdur. O, 1963–1966-cı illərdə Moskva Musiqi Pedaqoji İnstitutunda fortepiano ixtisası üzrə təhsil almışdır. 1976-cı ildən Tacikistan Bəstəkarlar İttifaqının katibidir. 1986-1996-cı illərdə SSRİ-də (Moskva, Kiyev, Novosibirsk, Düşənbə) və xaricdə (İngiltərə) bir sıra konsertlər vermiş, İtaliyada sovet bəstəkarlarının konsertlərində iştirak etmişdir.
Firuz Kazımzadə
Firuz Kazımzadə (27 oktyabr, 1924, Moskva - 17 may, 2017, ABŞ ) — Amerika tarixçisi, Yel Universitetinin tarix üzrə əməkdar professoru, əslən azərbaycanlıdır . == Həyatı və təhsili == Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyinin əməkdaşı olub. İlk təhsilini Moskvada alan Firuz Kazımzadə sonradan ABŞ-yə gedərək 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi dair doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirib O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev; 18 fevral 1952, İsalı, Gədəbəy rayonu) — Azərbaycanlı nasir, dramaturq, esseist, filosof. Fəlsəfə elmləri doktoru (2002), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019). == Həyatı == 18 fevral 1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakıdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. Əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinatla Saatlı rayonunda müəllim işləmişdir. 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri və zabit kimi ordu sıralarından tərxis edilmişdir. 1978–80-ci illərdə Azərbaycan Televiziyasında müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir. 1980–84-cü illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sonrakı illərdə elmi işçi, baş elmi işçi, habelə fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır. Firuz Mustafa Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müxtəlif illərdə "Maarifçi" və "Mədəniyyət" qəzetlərinin baş redaktoru vəzifəsində çalışmışdır.
Firuz Mustafayev
Firuz Mustafa
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
TRIZ
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir. TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.