ƏRİZƏ (bir arzu və ya xahiş, şikayət və s.) O, böyük həyəcanla qələmi əlinə götürdü, əli əsə-əsə ərizəni imza etmək istərkən, başqa məktəbdən gəlmiş zarafatcıl bir müəllim bir dəfə asqırdı (S.S.Axundov); ƏRZ-HAL (köhn.) [Məşədi Qulam:] Birlikdə oxusunlar, zabitlərlə birlikdə müzakirə etsinlər və tez tədbir görsünlər, mənə də ərz-hal yazsınlar və mən isə dedim ki, “yerinə yetirərəm” (S.Rəhimov); ŞİKAYƏT Qasıməli: Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub qatdı dama (C.Məmmədquluzadə).