Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göyün
Göyünlər (lat. Tabanidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Göyünlər heyvanların qanı və bitkilərin şirəsi ilə qidalanan iri çibin (iri milçək). Bütün ikiqanadlı cücülər kimi Göyünlərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərddən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Göyünlərin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanırlar. Yetkin fərdlərin qidalanması müxtəlifdir. Fəsiləyə aid müxtəlif cinslərin nümayəndələri saprofaq, fitofaq yaxud yırtıcıdır. Göyünlərin dişiləri heyvanların — məməlilərin, quşların, suda-quruda yaşayanların qanını içir, eyni zamanda dişi və erkəkləri çiçəkli bitkilərin nektarı ilə qidalanır.
Göyün buğası
Səma buğası, Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası, Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Göyün yeddinci qatında (film, 2010)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir.Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir.İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. == Film haqqında == “Göyün yeddinci qatında” filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir.Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar.O, öz rəfiqəsi Katina (Marina Salas ) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir. Açe isə məsuliyyətsiz, davalardan, qanunsuz motosiklet yarışlarından zövq qalan biridir. Hadisələr iki gəncin sevgi münasibətləri və bəzən də ortaya çıxan problemlərin həllindən bəhs edir və əsasən Mario Casas və Mariya Valverdenin ətrafında cərəyan edir. == Heyəti == === Rejissor === Fernando Qonzales Molina === Aktyorlar === Mario Casas: Açe/ Hugo Olivera Alvaro Servantes: Pollo Mariya Valverde: Babi Alkazar Marina Salas: Katina Andrea Duro: Mara Luis Fernandez "Perla": Çino Nerea Kamaço: Daniela Alcazar Diego Martin: Aleks Pablo Rivero : Qustavo Kristina Plazas: Rafaela(Babinin anası) Xordi Boş: Claudio(Babinin atası) Karme Elias: Açenin anası Joan Crosas: Açenin atası Viktor Sevilya: El Ventura Daniel Casadelya: El Palote Danni Errera: El Travolt == Çəkilişi == Film ilk olaraq 2010-cu ilin mayın 10-da Barselonada keçirilən “Malaqa Festivalı”nda təqdim olunmuşdur. == Gəlir == Film təqdim olunduğu ilk həftədə 323.515 tamaşaçı tərəfindən izlənərək ilk dəfədən ən çox tamaşaçı toplayan İspaniya istehsalı film olmuşdur və ilk gəlir isə 2.099.601 € olmuşdur.
Qoqoran
Qoqoran — İrəvan quberniyasınnı Aleksandropol qəzasında Ermənistanın şimalında Şirak dağ belindən şimal-şərqdə dağ adı == Toponimi == Qədim türk mənşəli Quqar (Qoqar) tayfasının adını əks etdirir.
Qoyun
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. == Qoyun dünya mədəniyyətində == === Məhsuldarlıq rəmzi === Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Qorosun Xan
Qorosun xan - türk və altay mifologiyasında "çiçək xəstəliyi" ilahı. Bir növ tibb tanrısı olaraq qəbul edilir. Qoroğsun və ya Qoroson da deyilir. Akbuğanın əmri altındadır və onun köməkçilərindən biri olaraq görünür. Xəstəlikləri yaxşılaşdırar. Türk düşüncəsinin ən incəlikli anlayışlarından biridir. Hər nə qədər nəzərdə tutulan çiçək xəstəliyi olsa da; çiçək doğumu, gözəlliyi və sevgini, təbiəti işarələr. Adın içindəki qorumaq mənası ilə bütün bunlar bir araya gətirildiyində sevginin, doğumun, incəsənətin, təbiətin qorunmasının əhəmiyyəti vurğulanır. Bunlara əlavə olaraq çiçək xəstəliyi deyilən və köhnə dövrlərdə kifayət qədər təhlükə göstərən bir narahatlığın adı da bədəndə çiçək kimi açıp ortaya çıxdığı üçün bu şəkildə xatırlanar. Türklərə görə "Çiçək Sayrılığı" yeddi növdür (yeddi qardaşdır).
Gözlərinizi Qoruyun (1931)
Gözlərinizi Qoruyun (1953)
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Lohi qoyun
Lohi qoyunları və ya Parkanni qoyunları, Pakistanın Cənubi Pəncab bölgəsində yetişən qısa quyruqlu bir qoyun cinsdir. Həm ət, həm də yun istehsalı üçün uyğun bir cins. Bədən rəngi ağ, qulaqları qumral və ya qəhvəyi olur. Pəncabda istehsal olunan qoyunların 40% Lohi qoyun.
Qoyun cığırları
Qoyun cığırları — təpə və dağların çimlənmiş yamaclarında pilləvarı yerləşən cığırlar, yaxud ensiz terras görkəmində mikrorelyef formaları. Adətən qoyun cığırlarının əmələ gəlməsini dırnaqlı heyvanların yamaclarda dəfələrlə hərəkət etməsi ilə əlaqələndirirlər. Onların yaranması ağırlıq qüvvəsi nəticəsində yamac çöküntülərinin sürüşməsi, yaxud soliflüksiya prosesi nəticəsində də baş verə bilər.
Qoyun kəllələri
Qoyun kəllələri (və ya "qoyun alınları") — yamacları dairəvi çıxıntılı, yaxud ovalşəkilli alçaq təpələr. Dördüncü dövr örtük buzlaşması vilayətlərində buzlaq eroziyası nəticəsində ana süxurlarda əmələ gəlmiş, buzla cilalanmış və cızılmış qaya çıxıntılarıdır. Hərəkət edən buzlağa doğru yönəlmiş yamacı maili, hamar, cilalanmış, əks yamacı isə dik, kələ-kötürlü və üzərində qopardılmış süxur parçaları izi olur. "Qoyun kəllələri" toplusu özünəməxsus relyef tipi əmələ gətirir ki, bu da "qıvrım qayalar" adlanır.
Qoyun yunu
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. == Ümumi məlumat == Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Qoyun əti
Qoyun əti — qoyunun qida kimi istifadə olunan əti. Qaynadılmış, qızardılmış, qaxac olunmuş, hisə verilmiş və duza qoyulmuş şəkildə istifadə olunur. Köçərilər, Asiyanın monqol xalqları, türk xalqları, o cümlədən Azərbaycanda da qoyun ətindən müxtəlif növ yeməklər hazırlanmasında geniş istifadə olunur.
Əhliləşmiş qoyun
Əhliləşmiş qoyun və ya ev qoyunu (Ovis aries) ruminant bir məməlidir. Əhliləşmiş qoyun da, bütün ruminantlar kimi, cüt dırnaqlıdır. Yəqin ki, Asiyada və Avropada vəhşi qoyunlardan törəyiblər. İlk evcil heyvanlardan biri olan qoyunlar kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur və yunu, südü və əti üçün yetişdirilir. Qoyun yunundan yun paltar tikilməsində istifadə olunur.
Gözlərinizi qoruyun (film, 1931)
Gözlərinizi qoruyun (film, 1953)
Kişiləri qoruyun (film, 2006)
== Məzmun == Orxan (Anar Heybətov) Ceyranın nişanlısıdır. Lakin bir gün Ceyranı (Samirə Rüstəmova) zooparkda ayı ilə təkbaşına buraxıb qaçandan sonra onların arası birdəfəlik dəyir. Ceyran isə ayı qiyafəsində zooparkda işləyən Zaura (Tural Əsədov) aşiq olur. İş evlənməyə qədər gəlib çıxanda Orxan toy günü Zaurdan və Ceyrandan qisas almaq qərarına gəlir. Və dostunun (Əkbər Əlizadə) köməyi ilə toy günü bəyi oğurlayır. Lakin sonluqda yenə xeyir şərə qalib gəlir. Film bir neçə ayrı süjet xəttinə malikdir: Ceyranın atasının (Ramiz Əzizbəyli) baş həkim olduğu ruhi xəstəxanada baş verən tragikomik əhvalatlar, digər şadlıq sarayları ilə rəqabət aparmağa çalışan sarayların birində baş verən əhvalatlar və nəhayət Zaurla Ceyranın başına gələn əhvalat.
Qara Qoyun (Maku)
Qara Qoyun (fars. قره قويون‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (52 ailə).
Qoyun keçidi döyüşü
Qoyun keçidi döyüşü (türk. Koyun Geçidi Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) ikinci böyük döyüşü. Bu döyüşdə qazanılmış qələbə Şirvana gedən yolu Osmanlı ordusu üçün açmışdır. Döyüş Qanıq çayının sahilindəki Qoyun keçidi məntəqəsində baş vermişdir. == Arxa plan == Osmanlı ordusunun hücumu 1578-ci ilin yayında başladı. Bu zaman 100 minlik Osmanlı ordusu Ərzurumdan çıxaraq şərqə doğru yürüşə başladı. Əvvəlcə Osmanlı orduları döyüşsüz təslim olmayan bir neçə kiçik qalanı ələ keçirdilər, daha sonra isə ilk böyük toqquşma Çıldır gölü yaxınlığında baş verdi. Bu döyüşdə rəqibindən az döyüşçüyə və artilleriya silahına sahib qızılbaş ordusu məğlub oldu. Bundan sonra Osmanlı ordusu müqavimətsiz formada Tiflis şəhərini ələ keçirdilər. 8 sentyabrda Tiflis şəhərindən çıxan Lələ Mustafa paşanın ordusu 16 sentyabrda Ərəş şəhərinə çatdı.
Qoyun qolu dolması
== Lazım olan ərzaqlar == Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə == Hazırlanma qaydası == Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Qoyun ölümü döyüşü
Qoyunölümü keçidi döyüşü - 1500-cü ildə Qızılbaşlar və Şirvanşahlar arasında baş vermiş döyüş. Mənbələrin verdiyi məlumata görə, Şeyx İsmayıl Qara Piri bəy Qacarı 2000 nəfərlik qoşunla Kür üzərindən körpü salmaq üçün göndərsə də, Şirvanşah Fərrux Yasar həmin ərazidə 3000 nəfərlik qoşun yerləşdirdiyi üçün Qızılbaşların cəhdi baş tutmadı. Mənbələrin verdiyi məlumata görə bölgəyə özünü yetirən İsmayıl "Həzrət-i Pərvərdigarın pak zatına təvəkkül edərək, özünü nüsrət dəstgahlı ordu ilə birlikdə həmin sonsuz dəryaya vurub çayı keçdi, həmçinin zəfər pənahlı ordudan heç kimi çay aparmadı." Çayı keçən qızılbaşlar Şirvanşah ordusunu darmadağın etdilər.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. == Qısa məlumat == === Ümumi görünüş === Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsada sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir.Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir.İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. == Film haqqında == “Göyün yeddinci qatında” filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir.Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar.O, öz rəfiqəsi Katina (Marina Salas ) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir. Açe isə məsuliyyətsiz, davalardan, qanunsuz motosiklet yarışlarından zövq qalan biridir. Hadisələr iki gəncin sevgi münasibətləri və bəzən də ortaya çıxan problemlərin həllindən bəhs edir və əsasən Mario Casas və Mariya Valverdenin ətrafında cərəyan edir. == Heyəti == === Rejissor === Fernando Qonzales Molina === Aktyorlar === Mario Casas: Açe/ Hugo Olivera Alvaro Servantes: Pollo Mariya Valverde: Babi Alkazar Marina Salas: Katina Andrea Duro: Mara Luis Fernandez "Perla": Çino Nerea Kamaço: Daniela Alcazar Diego Martin: Aleks Pablo Rivero : Qustavo Kristina Plazas: Rafaela(Babinin anası) Xordi Boş: Claudio(Babinin atası) Karme Elias: Açenin anası Joan Crosas: Açenin atası Viktor Sevilya: El Ventura Daniel Casadelya: El Palote Danni Errera: El Travolt == Çəkilişi == Film ilk olaraq 2010-cu ilin mayın 10-da Barselonada keçirilən “Malaqa Festivalı”nda təqdim olunmuşdur. == Gəlir == Film təqdim olunduğu ilk həftədə 323.515 tamaşaçı tərəfindən izlənərək ilk dəfədən ən çox tamaşaçı toplayan İspaniya istehsalı film olmuşdur və ilk gəlir isə 2.099.601 € olmuşdur.
Qoyun Şaun (animasiya filmi)
Qoyun Şaun — kukla multiplikasiya animasiyalı uşaq televiziya seriyasıdır. Sürünün başçısı Şaun adlı qoyundur və macəralar kiçik fermanın ətrafında baş verir. Bu animasiya filmi birinci dəfə 2007-ci ilin martında Böyük Britaniyanın CBBC kanalında yayımlanıb. Dünyada 180 ölkədə nümayiş olunub. O,hal-hazırda 107 dəqiqəlik epizoddan ibarətdir. == Personajlar == Şaun - animasiyanın baş qəhrəmanı və sürünün başçısı. Ağıllı, özünəgüvənən və dəcəlliyə meyillidir. Özünü və sürünü pis vəziyyətlərdən çıxarmaqdan çox bacarıqlıdır. Animasiyada dialoq olmadığından digər qoyunlarla mələmə dolu ilə ünsiyyət qurur və ümumən bir taxtaya diaqramlar, şəkillər çəkməklə sürüyə fikirlərini çatdırır. Bitzer ilə yaxşı dostluğu var, amma bu hərdən ona zarafatlar eləməsinə mane olmur.
At və qoyun daş heykəlləri
At və qoyun daş heykəlləri (Qoçdaşlar) — Cənubi Qafqazda, şərqi Türkiyədə və şimali İranda rast gəlinən, əsas qrupunun tarixi XIII–XIX əsrlərə gedən, zoomorfik qəbirüstü daş heykəlləridir.Bir çox heyvan heykəlləri böyük ölçülərə çatır. Onlardan bəziləri pyedestaldadır. Formaca qoyun və at fiqurlarına rast gəlinir. Belə fiqurlar sxematik və ya kobud şəkildə daşdan düzəldiliblər, ancaq bəzən böyük rəssam ustalığı və ekspressiyasıyla düzəldilmiş variantlara da rast gəlinir. Əsasən at və qoyunların yan tərəfləri və arxaları yazılardan başqa məişət səhnələrinin qabarıq təsvirləri ilə də əhatə edilir. Qoyun və at formasındakı qəbirdaşlarında bəzən ərəb dilində yazılar olur. Müsəlman qəbiristanlıqlarında ərəb yazısı yonulmuş, qoyun və ya at formasında qəbirdaşlarına rast gəlinir. == Meydana gəlmə tarixi və tədqiqatı == Regionda VIII əsrdə ərəblərin işğalından sonra canlı varlıqların hər hansı bir formadakı təsvirləri məhdud idi. Ancaq IX əsrin II yarısından etibarən — ərəblərin hakimiyyəti Babəkin Xürrəmilər hərəkatı və yerli feodalların (Səhl ibn Sunbat, Atrnerseh, Yesai Əbu Musa) müqaviməti nəticəsində sarsıldığı və zəiflədiyi zaman ərəblər tərəfindən ərazisi işğal edilmiş xalqların yaradıcılığı şəriət qanunlarına üstün gəlməyə başladı. Bu zaman xalq incəsənətində yenidən canlı varlıqların təsvirləri ortaya çıxmağa başladı.