Dəstəyarpaq qoyunboğan
Dəstəyarpaq qoyunboğan (lat. Lysimachia verticillaris Spreng.) — Hündürlüyü 30–100 sm, gövdəsi düzduran, sadə və ya budaqlanmış olan çoxillik ot bitkisidir. Sürünən şaxələnmiş kökümsovlu, vəzili-tüklərlə örtülmüş çoxillik ot bitkisidir.
== Yarpaq ==
Yarpaqları çiçək köbəsində 3–4 ədəd olmaqla düzülmüşdür, yumurtavari-uzunsovdur, küttəhər və ya bəzən sivritəhərdir, alt tərəfdən yumşaq tüklüdür, qismən çox uzun və ya qısa (1–2 sm) saplaq üzərindədir.
== Çiçək ==
Çiçəkləri saplaq üzərindədir, yarpaqların qoltuğunda yarım çiçək köbələrilə toplanmış və çox vaxt onları ötüb keçir. Çiçəkaltlığı yoxdur. Tac sarı rəngdədir; onun payları yumurtaşəkilli, kənarları vəzili-kirpiklidir.
== Meyvə ==
Qutucuq şarşəkilli, kasacıqdan qısadır. Toxumları üçtilli olub, qaradır.
== Çiçəkləməsi ==
May
== Meyvə verməsi ==
May-Avqust
== Azərbaycanda yayılması ==
BQ (Quba), Samur-Şabran oval., BQ şərq, BQ qərb,
Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ
cənub, Nax.-dağ.