Kişiləri qoruyun (film, 2006)

Orxan (Anar Heybətov) Ceyranın nişanlısıdır. Lakin bir gün Ceyranı (Samirə Rüstəmova) zooparkda ayı ilə təkbaşına buraxıb qaçandan sonra onların arası birdəfəlik dəyir. Ceyran isə ayı qiyafəsində zooparkda işləyən Zaura (Tural Əsədov) aşiq olur. İş evlənməyə qədər gəlib çıxanda Orxan toy günü Zaurdan və Ceyrandan qisas almaq qərarına gəlir. Və dostunun (Əkbər Əlizadə) köməyi ilə toy günü bəyi oğurlayır. Lakin sonluqda yenə xeyir şərə qalib gəlir.

Kişiləri qoruyun
Fayl:Kişiləri qoruyun (film, 2006).jpg
Janr faciəvi komediya
macəra
məhəbbət
Rejissor Şərif Qurbanəliyev
Ssenari müəllifi Əhməd Orucoğlu
Baş rollarda Yaşar Nuri — ruhi xəstə
Ramiz Əzizbəyli — baş həkim
Samirə Rüstəmova — Ceyran
Tural Əsədov — Zaur
Operator Adil Abbasov
Bəstəkar Natiq Qəzənfəroğlu
Rəssamlar Nabat Səmədova
Məlahət Səmədzadə
Filmin növü tammetrajlı bədii film
Müddət 91,5 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2006
Texniki məlumatlar genişekranlı
videofilm
Rəng rəngli
Çəkiliş yeri Bakı

Film bir neçə ayrı süjet xəttinə malikdir: Ceyranın atasının (Ramiz Əzizbəyli) baş həkim olduğu ruhi xəstəxanada baş verən tragikomik əhvalatlar, digər şadlıq sarayları ilə rəqabət aparmağa çalışan sarayların birində baş verən əhvalatlar və nəhayət Zaurla Ceyranın başına gələn əhvalat.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Əhməd Orucoğlu
Quruluşçu rejissor: Şərif Qurbanəliyev
Quruluşçu operator: Adil Abbasov
Bəstəkar: Natiq Qəzənfəroğlu
Mahnının mətni: Məryəm Əlibəyli
Səs rejissoru: PRoMete
Səs operatoru: Rəşad Əflatunoğlu
Rəssam: Nabat Səmədova, Məlahət Səmədzadə
Rejissor qrupu: Ruslan Hüseynov, Raminə Qarayeva, Rəşad Nərimanoğlu
Operator assistenti: Elşən Bədəlov
Səs operatoru: Əli Abbas Qasımov (Əliabbas Qasımov kimi)
Qrim ustası: Eldar İsrafilov
Modelyer: Gülnarə Xəlilova
Stilist: Pərviz
Montaj edən: Fidan Abbasova, Vüsal Nazimoğlu
Kompüter qrafikası: Ənvər Sultan
Texnik: Emin Yəhyayev, Qabil Yəhyayev
Filmin direktoru: Arif Həkimoğlu
Prodüser: Əhməd Orucoğlu
Mahnı ifa edən: Rəşad İlyasov, Xəyalə Manaflı
Yaşar Nuri — ruhi xəstə
Ramiz Əzizbəyli — baş həkim
Samirə Rüstəmova — Ceyran
Tural Əsədov — Zaur
Ələsgər Məmmədoğlu — Gülümsər
Çingiz Əhmədov — ruhi xəstə
Coşqun Rəhimov — Səlim
Rəzzaq Məmmədov — ruhi xəstə
Rövşən Kərimduxt — Balaoğlan
Tünzalə Əliyeva — Nənəxanım
Nahidə Orucova — Rübabə
Nəsibə Eldarova — Ceyranın anası
Əkbər Əlizadə — Orxanın dostu
Anar Heybətov — Orxan
Elman Rəfiyev — şadlıq evinin işçisi
Qurban Məsimov — tamada
Elariz Məmmədoğlu — Gülhüseyn, özü
Yelena Şetinkina — Viktoriya
Ramiz Sərkərov — sərxoş
Qədirhüseyn — Məmməd
Arif Həkimoğlu — kapitan Mərdanov
Hüsniyyə Mürvətova (Hüsniyyə Əhmədova kimi) — Qızxanım
Günel Məmmədova — Tamilla
Elnur Abbasquliyev — ruhi xəstə
Rəna Məlikova — Səlimin arvadı
Anar Azəroğlu
Əliqulu Səmədov — həkim
Ruslan Hüseynov
Elşən Eyvazov
Elnarə Mirzəyeva
Oqtay İmanov
Arif Qasımov — pul yazan
Mikayıl Nəsirov
Rəşad Zeynalov
Rəcibə Heybətova
Vüsal Rəfiyev
Elçin Qafarov
Vaqif Mirzəyev
Rəşad İlyasov — özü

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
Bakı Şəhər Baş Polis İdarəsi
"Flaminqo" istirahət mərkəzi
Travmatologiya və Ortopediya İnstitutu
"Admiral" pivə barı