Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göyümtül böyürtkən
Göyümtül böyürtkən (lat. Rubus caesius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Avrasi, Kiçik Asiya və İran hesab olunur. == Botaniki təsviri == Sildindirvari əksərən qövsvarı əyilmiş budaqlı, çox hündür olmayan koldur. Əksər budaqlar tüksüz ağımtıl, boz ləçəkli müxtəlif formalı kiçik tikanlı çox zaman tikansızdır. Yarpaqları enli lansetvaridir. Yarpaqları daim üç yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar bir növ oturan hər iki tərəfdən yaşıl seyrək tüklü kənarı qeyri bərabər kəsik dişli ucdakı rombvari yumurtaşəkilli yandaılar bir qədər enli çəp yumurtavçari qaidədən dilimlidir. Çiçək saplağı bir qədər uzun çiçək qrupu s eyrək azçiçəkli süpürgədir. Kasa yarpaqları xırda keçətuklu çox zaman vəzili və meyvəyə yapışıq kimidir.
Göyümtül damotu
Göyümtül damotu (lat. Leonurus glaucescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Göyümtül mahmızlalə
Göyümtül mahmızlalə (lat. Corydalis glaucescens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Göyümtül qaratərə
Göyümtül yukka
Göyümtül yukka (lat. Yucca glauca) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq rayonlarında yayılmışdır. == Botaniki təsviri == Bitki gövdəsizdir. Yarpaqların uzunluğu 70 sm-dək, göyümtül-yaşıl, ağ haşiyəli və kənarlarında seyrək, nazik buruq saplıdır. Çiçək süpürgəsi ensiz, az budaqlıdır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarımtıl rəngli, uzunluğu 7 sm-dək, sallaq, müxtəlif formalı, çox vaxt zəngvaridir. Çiçək saplağının uzunluğu 300 sm-dir. Toxum və kök pöhrələri ilə çoxaldılır. == Ekologiyası == Günəşli, isti yerlərdə bitir.
Göyümtül zirinc
Göyümtül zirinc (lat. Berberis candidula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.
Göyümtül yarpaq dovşanalması
Altay Göyüşov
Altay Göyüşov (d. 4 oktyabr 1965, Bakı) — tarix elmləri namizədi; BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti. == Həyatı == 1965-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun oğludur. 1984–1986-cı illərdə Sovet ordusunda (Gürcüstan və Ukraynada) hərbi xidmətdə olmuşdur. 1982–1989-cu illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin tələbəsi olub. 1993-cü ildə "İttihadi-İslam firqəsinin yaranması və fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1994-cü ildə AAK tərəfindən elmi dərəcəsi təsdiq olunub. "1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi" adlı doktorluq dissertasiyası 2000-ci il (28 aprel 2000-ci il, protokol № 7) və 2001-ci illərdə (26 aprel 2001-ci il tarixli № 5 protokol) müzakirə edilərək müdafiə təqdim olunmuşdur. 1986–1989 Şirvanşahlar sarayı Dövlət Tarixi Qoruq Muzeyi,1989-cu ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır.
Məzahir Göyüşov
Məzahir Niyaz oğlu Göyüşov (7 mart 1992; Ələsgərli, Füzuli rayonu, Azərbaycan — 30 sentyabr 2020; Horadiz, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məzahir Göyüşov 7 mart 1992-ci ildə Füzuli rayonunun Ələsgərli kəndində anadan olmuşdur. 1998-2009-cu illərdə əvvəlcə, Beyləqan rayon 6 saylı tam orta məktəbdə, sonra Xocavənd rayon Tuğ kənd tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif sahələrdə çalışmışdır. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Məzahir Göyüşov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Ədliyyə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı ildə "gizirlik kursu"nu bitirmiş və Quru Qoşunlarının sıralarında "gizir" rütbəsində xidmət etmişdir. Məzahir Göyüşov döyüşlərdə xidmətinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Nəsib Göyüşov
Nəsib Göyüşov — şərqşünas, filologiya elmləri doktoru == Həyatı == 5 sentyabr 1947-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş, Onbirillik orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran bölməsinə daxil olmuş, 1970-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1970-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlamış, müxtəlif illərdə elmi işçi, elmi katib, aparıcı elmi işçi, Mətnlərin nəşrə hazırlanması və Əlyazmaların kataloqlaşdırılması şöbələrinin müdiri vəzifələrində işləmiş, hal-hazırda isə Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır. == Yaradıcılığı == 1981-ci ildə iki ixtisas (Türk dilləri və İran dilləri) üzrə namizədlik dissertasiyası (Ph.d) müdafiə etmiş, 2009-cu ildə isə “Füzulinin sənət və mərifət dünyası” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru dərəcəsi almişdır. 15 kitab və 160-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, İran, Kipr, Moskva və Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslarda elml məruzələrlə çıxış etmiş, xaricdə iki kitabı və on beş məqaləsi nəşr edilmişdir. Rus, fars və Türkiyə türkcəsini mükəmməl bilir. 2010-cu ildə Routledge (London and New York) nəşriyyatı tərəfindən çap edilmiş “Sovet şərqşünaslıq araşdırmaları irsi” (The Heritage of Soviet Orientalist Studies) adlı kitabın (Müəllifləri: Michal Kemper, Stephan Conermann) Azərbaycan İslam araşdırmaları bölməsində məşhur şərqşünas akademik Vasim Məmmədəliyevlə yanaşı, N.Göyüşovun elmi fəaliyyəti haqqında məlumat verilib. Amerikanın San-Fransisko şəhərində fəaliyyət göstərən “Academia.edu” saytında isə onun 3 kitab və 21 məqaləsi PDF formatında yerləşdirilib, həmin əsərlərdən 45 ölkədən (ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Rusiya, Danimarka, İsveç, İtaliya, İspaniya, Meksika, Braziliya, Türkiyə, İran, Hindistan, Pakistan, İndoneziya və s.) olan istifadəçilər faydalanmışlar və bu proses davam edir. 1974-1976 və 1984-1986-cı illərdə keçmiş Sovet İttifaqının Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə İranda tərcüməçi kimi çalışmış, Səfirliyin yüksək Fəxri Fərmanı ilə təltif edilmişdir. === 2.1. ===
Rəşid Göyüşov
Rəşid Göyüşov — Azərbaycan arxeoloqu; tarix elmləri doktoru, professor. == Həyatı == Rəşid Bahadur oğlu Göyüşov 1930-cu il dekabrın 5-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndlərində aldıqdan sonra, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul edilir və 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirir. R.B.Göyüşov ali təhsilini başa vurduqdan sonra təyinatla Salyan, Ağdam və Ağcabədi rayonlarında müəllim, tədris hissə müdiri və orta məktəb direktoru vəzifələrində çalışır. Lakin arxeologiya elminə olan həvəs onu 1959-cu ildə Azərbaycan EA Tarix İnstitutuna gətirib çıxarır. Həmin ildə o, arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. Rəşid Göyüşov öz elmi fəaliyyətinə böyük təcrübə sahibi qocaman alim S.M.Qazıyevin rəhbərliyi ilə Azərbaycanın qədim paytaxtı Qəbələ şəhərindən başlamışdır. Burada ona təklif olunmuş "Qəbələ şəhərinin dulus məmulatı (I-Х əsrlər)" adh dissertasiyasını vaxtında başa çatdırır və 1962-ci ildə Tarix İnstitutununun elmi şurasında müvəffəqiyyətlə müdafıə edir. Rəsmi opponentləri akademik Ə.Ə.Əlizadə, G.Ə.Əbilova və hətta görkəmli Qafqazşünas alim K.V.Trever onun əsərinə çox yüksək qiymət vermişdilər. == Elmi fəaliyyəti == Qarabağda arxeoloji tədqiqat işlərini ardıcıl olaraq davam etdirən R.B.Göyüşov Alban katolikosluğunun iqamətgahı olmuş, həmçinin alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatların nəticəsində özünün "Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair" adlı məqaləsini yazıb nəşr etdirir.
Sərvan Göyüşov
Sərvan Mehman oğlu Göyüşov (28 fevral 1997; Bərdə şəhəri türk çadır şəhırciyi Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi . == Həyatı == Sərvan Göyüşov 1997-ci il fevralın 28-də Bərdə şəhərində Türk QızılAy Şəhərciyində məcburi köçkün kimi məskunlaşmış Mehman Göyüşovun ailəsində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərvan Göyüşov oktyabrın 1 - də Murovdağ döyüşləri zamanı şəhid olub. 3 oktyabr 2020 il Ağdam rayonu Quzanlı qəsəbəsi kənd qəbristanlığında salınmış Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.05 noyabr 2021 il Azərbaycan Respublikasının Prezidentinin Sərancamına əsasən Azərbaycanın müstəqilliyinin,ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görGöyüşov Sərvan Mehman oğlu 3cü dərəcəli Rəşadət Ordeni ilə təltif olunub . (ölümündən sonra) .
Tanrıverdi Göyüşov
Göyüşov Tanrıverdi Ənvər oğlu - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Göyüşov Tanrıverdi Ənvər oğlu 2 may 1965-cu ildə Ağdam rayonunun Qiyaslı (Ağdam) kəndində anadan olub.
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Ağdam rayonu – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. == Elmi yaradıcılığı == Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir.Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi. Məlumdur ki, fəlsəfə tarixi çox aspektli tədqiqatları tələb edir, çünki mənəvi mədəniyyət, mənəvi fikir həyatın bütün rəngarəngliyini və mürəkkəbliyini özündə əks etdirir. Fəlsəfi, o cümlədən, etik ideyalar mənəvi fikrin müxtəlif formalarında özünü büruzə verir.
Qoytul
Qoytul — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin digər adı "Qoytur"dur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı eyni zamanda Quytul formasında qeyd edilir. Kəndin ərazisində III–V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr var. == Toponimi == 1727-ci ilə aid mənbədə Qutyol kimidir Mənbədə kənddə 6 müsəlman (azərbaycanlı) ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 70-ci illərində kənddə ermənilər də məskunlaşmış, sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1987-ci ildə kənd ermənicə Qetapı adlandırılmışdır. Türk dillərində qiytul "düşərgə" sözündəndir.
Bozumtul böyürtkən
Göyümtül böyürtkən (lat. Rubus caesius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Avrasi, Kiçik Asiya və İran hesab olunur. == Botaniki təsviri == Sildindirvari əksərən qövsvarı əyilmiş budaqlı, çox hündür olmayan koldur. Əksər budaqlar tüksüz ağımtıl, boz ləçəkli müxtəlif formalı kiçik tikanlı çox zaman tikansızdır. Yarpaqları enli lansetvaridir. Yarpaqları daim üç yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar bir növ oturan hər iki tərəfdən yaşıl seyrək tüklü kənarı qeyri bərabər kəsik dişli ucdakı rombvari yumurtaşəkilli yandaılar bir qədər enli çəp yumurtavçari qaidədən dilimlidir. Çiçək saplağı bir qədər uzun çiçək qrupu s eyrək azçiçəkli süpürgədir. Kasa yarpaqları xırda keçətuklu çox zaman vəzili və meyvəyə yapışıq kimidir.
Bozumtul qızılböcək
Bozumtul qızılböcək-(lat. Capnodis tenebricosa Hbst.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Böcəklərə bütün yay fəsli rast gəlinir. May ayında yumurta qoyurlar. Yumurtalar əsasən ağacın gövdəsinin yarıqlarına və qabıq altına qoyulur. Yumurtadan iyun ayında çıxan sürfələr ağacın gövdəsinə girərək qidalana-qidalana kökə tərəf irəliləyirlər. Ağacların tör-töküntüsü altında imaqo mərhələsində qışlayırlar. İl ərzində bir nəsl verir. Zərərvericinin sürfə mərhələsindən 2 növ (Macrocentrus ancylivorus Roh., Perisierola gallikola Kieff.) entomofaq qeydə alınmışdır. == Yayılması == Avropa, İran, Suriya, Afrika, Qafqaz, Qazaxıstan.
Bozumtul çalağan
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.