Məzahir Niyaz oğlu Göyüşov (7 mart 1992; Ələsgərli, Füzuli rayonu, Azərbaycan — 30 sentyabr 2020; Horadiz, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Məzahir Göyüşov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ələsgərli, Füzuli rayonu, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Nüzgar, Cəbrayıl rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər | |
Təltifləri | 2020 2020 |
Məzahir Göyüşov 7 mart 1992-ci ildə Füzuli rayonunun Ələsgərli kəndində anadan olmuşdur.[1] 1998-2009-cu illərdə əvvəlcə, Beyləqan rayon 6 saylı tam orta məktəbdə, sonra Xocavənd rayon Tuğ kənd tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif sahələrdə çalışmışdır. Ailəli idi. Bir övladı yadigar qaldı.
Məzahir Göyüşov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Ədliyyə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı ildə "gizirlik kursu"nu bitirmiş və Quru Qoşunlarının sıralarında "gizir" rütbəsində xidmət etmişdir.
Məzahir Göyüşov döyüşlərdə xidmətinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Azərbaycan Ordusunun giziri olan Məzahir Göyüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məzahir Göyüşov 30 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məzahir Göyüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məzahir Göyüşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]