Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülxanım Abbasova
Gülxanım Qeybulla qızı Abbasova — [Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma" Laboratoriyasının müdiri, Kimya elmləri üzrə fəlsəfə doktoru, dosent. == Ümumi məlumat == Gülxanım Qeybulla qızı Abbasova 20 oktyabr 1946-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 20 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra (1964) keçmiş S.M. Kirov adına Azərbaycan Dövlət Universitenin kimya fakültəsinə daxil olmuş, universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir (1969). Elə həmin ildə o, universitetin təqdimatı ilə Neft-Kimya Prosesləri İnstitutunda kinetika və kataliz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Elmi fəaliyyətə Neft-Kimya Prosesləri İnstitutunda başlamışdır. G.Abbasova AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşov və kimya elmləri doktoru, professor Vəli Sultan oğlu Hacı-Qasımovun rəhbərliyi altında “İzobutanın izobutilenə dehidrogenləşməsi reaksiyasının qanunauyğunluğunun öğrənilməsi və katalizatorun hazırlanması” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi adına layiq görülmüşdür. G.Abbasova öncə aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi kimi, 1990-cı ildən hazırkı dövrə qədər “Elmi-texniki informasiya” laboratoriyasının müdiri vəzifəsində çalışır. Ailəlidir 2 övladı var. == Əsas elmi fəaliyyəti == Əsas fəaliyyətləri institutun tədqiqatlarının və işləmələrinin istiqamətləri üzrə elmi-texniki və patent məlumatlarının tematik, analitik və proqnoz xarakterli məcmuələrin tərtibi və buraxılması olan G.Abbasova yalnız elm sahəsində deyıl, ictimai işlərdə fəal iştirak etmişdir.
Gülxani
Gülxani (əsl adı: Məhəmməd Şərif; 1770-ci illər və ya XVIII əsr – 1920-ci illər) — özbək klassik şairi, yazıçısı, masalnəvilər və Özbək ədəbiyyatının satirik məktəbinin qurucularından biri. == Həyat == Gülxaniy Nəmənganda yaşamışdır. == Yaradıcılığı == Gülxaniy özbək və tacik dillərində yazırdı.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979-1985). 1975-76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976-77-cı illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977-81-ci illərdə MİB-də texnik, 1981-85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985-89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989-92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992-93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993-99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000-2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974—cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Gülqasım (Bostanabad)
Gülqasım (fars. گل قاسم‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (18 ailə).
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Uçurtma qalxanı
Uçurtma qalxanı uçurtma şəklində olan orta əsr qalxanıdır. Uçurtma qalxanı bir çox cəngavər və insanlar tərəfindən qorunmaq üçün istifadə edildi, lakin iki əlli silahlar və daha çox hərəkətlilik üçün imtina edildi. Uçurtma qalxanlarının qalxan formasının səmərəliliyi süvari döyüşü baş verən zaman işə düşdü, bədənin çox hissəsini çiyinlərdən ayaqlara qədər qorumaq üçün faydalıdır və cəngavərə döyüşdə daha çox seçim imkanı verir.
Hindistan qulanı
Hindistan qulanı (lat. Equus hemionus khur) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulan növünə aid olan bir yarımnöv. == Populyasiya == 1958–1960-cı illərdə Hindistan qulanı müxtəlif infeksion xəstəliklərin qubanı olmuşdur. 1961-ci ildə populyasiyanın ümumi sayı 870 başa qədər azalmışdı. Bundan sonra Hindistan qulanının sayında artım müşahidə edilmişdir. 2009-cu ildə bu yarımnövə daxil olan heyvanların sayı 4038 baş, 2015-ci ildə isə 4800 başa qədər artmışdı. Təbiəti qoruyan beynəlxalq ittifaqın məlumatına görə yarımnöv hələdə təhlükədə olan kimi nqeyd edilir. Ancaq populyasiya ancaq kiçik bir ərazidə yayılmışdır.
Suriya qulanı
Suriya qulanı (lat. Equus hemionus hemippus) — Ərəbistan yarımadasında vaxtı ilə yayılmış qulan yarımnövü. Bu canlıların hazırda nəsli nəsilmişdir. Onlara əsasən müasir Suriya, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və İraq ərtazisində müşahidə edilirdi. == Təsviri == Suriya qulanı ortalam olraq cəmi 1 metr hündürlüyə malik idi. Bu isə onların müasir atlar fəsiləsinə daxil olan heyvanlar arasına ən kiçiyi olmması anlamına gəlir. Onun rəngi mövsümdən asılı olaraq dəyişir:yayda zeytuni rəng, qışda isə solğun sarı. Digər kulanlar kimi, qətiyyətsiz təbiəti ilə məşhur idi üstəlik qüvvət və gözəlliklə hər tərəfli ata bənzəyirdi. == Yayılması == Suriya qulanı əsasən səhra və yarımsəhralarda, quraq dağ çöllərində yayılmışdılar. Onlara əsasən müasir Suriya, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və İraq ərtazisində müşahidə edilirdi.
Türkmən qulanı
Equus heminous kulan (Türkmən qulanı, lat. Equus hemionus kulan) — Atlar, cinsinə, Qulan növünə aid olan yarımnöv. Bu yarımnöv əsasən Türkmənistan və Qazaxıstanın daşlı platolarında yaşayır. 2008-ci ildə Türkmən qulanı nəsli kəsilməkdə olan növlər siyahısına və Türkmənistan Qırmızı kitabına daxil edilmişdir. XX əsrin 40-cı illərində bu yarımnövün ancaq Badıx yüksəkliklərində qalması məlum olmuşdur (Türkmənistanın cənubu). XX əsrin 50–90-cı illərində bu canlıların çoxaldılması məqsədilə Türkmənistan və Qazaxıstanda tədbirlər həyata keçirilmişdir. Hazır ki, məlumata görə Türmən qulanı yalnız 7 reintroduksiya ərazisində saxlanılmışdır. Digər ərazilərdə isə bu canlılar brokonerlikdən, digər ev heyvanlarının təzyiqindən əziyyət çəkir. Bu yarımnövün baza populyasiyası Badxız qoruğunda 1990–2014-cü illər ərzində sayı 95 % azalmışdır. Belə ki, əvvəllər sayı 6000 olan populyasiya 2013-cü ildə 200 başa qədər azalıb.
Bahar qalxanı əməliyyatı
Bahar qalxanı əməliyyatı (türk. Bahar Kalkanı Harekâtı) - 2020-ci ilin fevralın 27-də Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı başlatdığı hərbi əməliyyat. Rusiya və Türkiyə rəhbərlərinin görüşünün nəticəsində döyüş əməliyyatları ərazisində martın 6-da atəşkəs elan edilmişdir.
Fərat Qalxanı Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi. == Həyatı == Bir çox elmlərdə və xüsusən fith elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular.
Baltik sipəri və ya Baltik qalxanı
== Baltik sipəri və ya Baltik qalxanı == Baltik sipəri və ya Baltik qalxanı– Avropanın şimal – qərbində kembriyəqədərki süxurların səthə çıxdığı sahəyə deyilir. Baltik sipəri Finlandiya, Kareliyanı, Skandinaviya və Kola yarımadalarını əhatə edir. Baltik sipəri güclü metamorfizmə uğramış süxurlardan qneysdən, kristallik şistlərdən, fillitlərdən, konqlomeratlardan və arxey, proterozoy yaşlı mərmərlərdən ibarətdir. Baltik sipərində qranit intruziyalı sahələr də geniş yer tutur.